[b]II Yelizaveta İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib[b]
[Bakı - APA. Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Yelizaveta İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kraliça hökumətinin və özünün iki ölkə arasında sıx əməkdaşlığın və gözəl münasibətlərin davam etməsini ürəkdən istədiklərini vurğulayıb: "Sizin və Azərbaycan xalqının gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm".Bundan başqa, Yunanıstan prezidenti Karolos Papulyas, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, Baş müfəttiş Sultan bin Əbdüləziz Al Səud Vəliəhd, Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Dünya Bankının prezidenti Robert B. Zölik də İ. Əliyevə növbəti müddətə prezident seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan Xəbərləri
Printable View

10-28-2008, 09:10 PMAPAII Yelizaveta İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

10-28-2008, 09:20 PMAPAAzərbaycan prezidenti Respublika günü münasibətilə Türkiyə prezidentinə və baş nazirə təbrik məktubu göndərib
[b]Azərbaycan prezidenti Respublika günü münasibətilə Türkiyə prezidentinə və baş nazirə təbrik məktubu göndərib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Milli bayramı - Respublika günü münasibətilə bu ölkənin prezidenti Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bütün Türkiyə xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı xalqlarımızın bir-birinə bəslədiyi qardaşlıq duyğularından qaynaqlanan Azərbaycan-Türkiyə tərəfdaşlığının bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini bariz nümayiş etdirən örnək sayıla biləcəyini vurğulayıb: "Əminəm ki, sələflərimizdən miras qalmış birliyimizi, müttəfiqliyimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün üzərimizə düşən bu şərəfli missiyanı bundan sonra da qətiyyətlə yerinə yetirəcəyik.Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq diləyirəm". -
10-28-2008, 09:30 PMAPAHacı Məmmədovun dəstəsinin daha bir üzvü, Abşeronun keçmiş polis rəisi həbs olunub
[b]Hacı Məmmədovun dəstəsinin daha bir üzvü, Abşeronun keçmiş polis rəisi həbs olunub[b]
Bakı - APA. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun dəstəsinin daha bir üzvü həbs olunub.
[Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya daxil olan məlumata görə, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi cinsindən olan meyit tapılıb. Naməlum meyitin 1952-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14.00 radələrində idarə etdiyi «QAZ-2410» markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılıb.MTN tərəfindən «Qara kəmər» şərti adı altında həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmiş Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas verib.Sadalanan həmin hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnib və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün MTN-in İstintaq Baş İdarəsinə göndərilib.İstintaqla müəyyən edilib ki, Cavanşir Piriyev 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci (vətənə xəyanət), 17,59-cu (terror aktında iştirakçılıq) maddələri və 70-2-ci maddəsinin 1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların yaradılması) hissəsi ilə 1995-ci ildən beynəlxalq axtarışda olan, əvvəllər Abşeron rayon Polis şöbəsinin rəisi işləmiş Məmmədəli Əliyev tərəfindən qətlə yetirilib.Məmmədəli Əliyevin törətdiyi bu cinayət faktı müəyyən edildikdən dərhal sonra onun tezliklə tutulması üçün bütün hallar, ehtimal və mülahizələr intensiv surətdə və diqqətlə təhlil olunub. Bunun nəticəsi olaraq, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədəli Əliyevin gizləndiyi yer müəyyənləşdirilib və o, 2008-ci il oktyabrın 28-də Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivindəki bağ evində yaxalanıb. Cinayət işi ilə bağlı bütün halların araşdırılması, hadisəni törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, hüquqazidd əməllərin aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-28-2008, 10:50 PMAPAMüslüm Maqomayevin cənazəsi Moskvadan xüsusi təyyarə ilə Bakıya gətirilib
[b]Müslüm Maqomayevin cənazəsi Moskvadan xüsusi təyyarə ilə Bakıya gətirilib[b]
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 25-də Moskvadakı mənzilində 67 yaşında vəfat edən dahi Azərbaycan müğənnisi, dünya şöhrətli bariton Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Moskvadan Bakıya gətirilib.
[APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının məlumatına görə, cənazəni sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, tanınmış prodüser Yuli Qusman, Rusiyanın əməkdar artisti Oleq Qazmanov, Moskvada keçirilən vida mərasimində iştirak etmək üçün Azərbaycandan Rusiyaya ezam olunmuş baş nazirin müavini vəzifəsini icra edən Elçin Əfəndiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Ümumrusiya Azərbaycan Konqresinin sədri Məmməd Əliyev, Konqresin vitse-prezidenti Araz Ağalarov və digər şəxslər müşayiət ediblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında isə cənazəni və qonaqları mədəniyyət və turizm naziri vəzifəsini icra edən Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, "AzAL" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar və digərləri qarşılayıb. Hava limanında jurnalistlərə açıqlama verən O. Qazmanov M. Maqomayev kimi bir şəxsiyyətlə tanış olduğu üçün özünü xoşbəxt saydığını bildirib. Y. Qusman da M. Maqomayevi böyük sənətkar, dahi şəxsiyyət adlandırıb. F. Bədəlbəyli isə Moskva keçirilmiş vida mərasimindən danışaraq, M. Maqomayevə olan məhəbbətdən söz açıb: "Mən Moskvada keçirilən vida mərasimindən dəhşətə gəldim. İnsan seli dayanmaq bilmirdi, hamı Müslümlə vidalaşmaq, ona son borcunu vermək üçün növbəyə dayanmışdı. Cənazəni vida mərasiminin keçirildiyi zaldan çıxaranda isə alqış qopdu, hər kəs bir ağızdan "Bravo, Müslüm!" söyləməyə başladı". Qeyd edək ki, sənətkarın qızı Marina da dəfn mərasimində iştirak etmək üçün həyat yoldaşı ilə birlikdə axşam saatlarında ABŞ-dan Bakıya gəlib. Mərhumun cənazəsi müsəlman adətinə uyğun olaraq dəfnə hazırlanmaq üçün hava limanından Göy məscidə aparılıb. M. Maqomayevlə vida mərasimi sabah saat 11.00-dan 15.00-dək M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Böyük sənətkar saat 16.00-da I Fəxri Xiyabanda torpağa tapşırılacaq. -
10-29-2008, 11:10 AMAPAABŞ-ın Kommersiya Departamentinin katib müavininin Azərbaycana səfəri başlayıb
[b]ABŞ-ın Kommersiya Departamentinin katib müavininin Azərbaycana səfəri başlayıb[b]
[Bakı. Viktoriya Dementyeva - APA. ABŞ-ın Kommersiya Departamentinin katib müavini Con Sallivan oktyabrın 28-də Azərbaycana gəlib. APA-nın məlumatına görə, səfərdə məqsəd iki ölkə arasında iqtisadi və kommersiya əlaqələrinin gücləndirilməsi istiqamətində danışıqlar aparmaqdır. C. Sallivan Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. -
10-29-2008, 11:40 AMAPAMaradona Argentina yığmasının baş məşqçisi oldu
[b]Maradona Argentina yığmasının baş məşqçisi oldu[b]
Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina milli komandasının baş məşqçisi təyin olunub.
["APA-SPORT"un məlumatına görə, yerli futbol qurumunun prezidenti Xulio Qrondona 48 yaşlı Maradona ilə razılığa gəlib. Alfia Bazilenin istefasından sonra bu posta Dieqo Simeone, Karlos Byanki, Migel Anhel Russo və Serjio Batista namizədlər sırasında olsa da, İcraiyyə Komitəsi yekdilliklə Maradonaya səs verib. 14 illik fasilədən sonra yığmaya qayıdan Maradona 1977-94-cü illərdə bu komandanın şərəfini qoruyaraq, 1986-cı ildə dünya çempionu olub. Həmin çempionluq vaxtı Argentina millisinin baş məşqçisi olan Karlos Bilardo sabiq yetirməsinin köməkçisi kimi çalışacaq. Məşqçilik fəaliyyəti 1994-cü ildə başlayan Maradona həmin il "Mandiyu de Korryente" bir il sonra isə "Rasinq Avelanada" komandalarını çalışdırıb və hər ikisindən də qalmaqalla ayrılıb. -
10-29-2008, 11:50 AMAPAErmənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 28-də saat 21.30-dan 21.40-dək Ermənistan Respublikası Noyamberyan rayonu Berdevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən mövqelərini, saat 20.00-dan 20.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-29-2008, 12:00 PMAPAPakistanda baş verən zəlzələdə 27 nəfər ölüb, 40 nəfər yaralanıb
[b]Pakistanda baş verən zəlzələdə 27 nəfər ölüb, 40 nəfər yaralanıb[b]
[İslamabad-APA. Pakistan qərbində baş verən zəlzələ nəticəsində ən azı 27 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın məlumatına görə, Bəlucistan vilayətində dağıntılar altından 25 nəfərin cəsədi çıxarılıb. Yaxınlıqdakı Kvetta şəhərində isə minimum iki nəfərin öldüyü bildirilir. Yerli hakimiyyət orqanları zəlzələ qurbanlarının sayının artacağını güman edir, hələlik yeraltı təkanlar qeydə alınmış digər bölgələrdə tələfat və dağıntılarla bağlı məlumat yoxdur. ABŞ Geoloji Xidmətinin mütəxəssisləri yerli vaxtla 04.09-da baş verən zəlzələnin 6,2 bal gücündə olduğunu ehtimal edirlər. Yeraltı təkanların episentri Kvetta şəhərinin 70 kilometr şimal-şərqinə düşüb. Qeyd edək ki, 2005-ci ilin oktyabrında Pakistanın şimal-qərbində baş verən 7,6 bal gücündə zəlzələ 73 min nəfərin ölümünə səbəb olub. -
10-29-2008, 12:10 PMAPAAzərbaycan BMT-nin fəxri siyahısına düşüb
[b]Azərbaycan BMT-nin fəxri siyahısına düşüb[b]
[Bakı. Laçın Sultanova - APA. BMT-yə üzv ölkələr arasında qurum qarşısında maliyyə öhdəliklərini yerinə yetirən ölkələrin fəxri siyahısında Azərbaycanın da adı var. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katibin idarəçilik məsələləri üzrə müavini Angela Kane bildirib ki, 140 ölkə daimi büdcəyə üzvlük haqqını ödəyib, 52 ölkənin isə 756 milyon dollar borcu var. A. Kale BMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirən, o cümlədən beynəlxalq tribunal və təşkilatın Nyu-Yorkda yerləşən qərargahının əsaslı təmirinə vəsait ayıran 31 ölkənin arasında Azərbaycanın da adını çəkib. O, həmin ölkələrə minnətdarlığını ifadə edib. -
10-29-2008, 12:20 PMAPAAzərbaycan paytaxtında dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasimi başlayıb
[b]Azərbaycan paytaxtında dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasimi başlayıb[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün saat 11.00-da Azərbaycan Dövlət Filarmoniyasında dahi bariton Müslüm Maqomayevlə vida mərasimi başlayıb.
[APA-nın məlumatına görə, insanlar axın-axın Azərbaycanın böyük oğlu ilə vidalaşmağa gəlirlər. Müğənninin xanımı Tamara Sinyavskaya vida mərasimi keçirilən zalda başsağlıqlarını qəbul edir. Zalda M. Maqomayevin ifa etdiyi mahnılar səslənir. Vida mərasimi saat 15.00-dək davam edəcək. M. Maqomayev saat 16.00-da I Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı mənzilində vəfat edib.