[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103719S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 29 415 800 manat təşkil edib. Sifarişlər 99,10% (gəlirlik 11,68%) - 99,22 (gəlirlik 10,11%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,18% (gəlirlik 10,63%), orta ölçülmüş qiyməti isə 99,21% (gəlirlik 10,24%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 926 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 15-də icra olunacaq.
Azərbaycan Xəbərləri
Printable View

09-17-2008, 04:20 PMAPABu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib

09-17-2008, 04:30 PMAPAJurnalist Araşdırmaları Mərkəzində struktur dəyişikliyi edilib
[b]Jurnalist Araşdırmaları Mərkəzində struktur dəyişikliyi edilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Şeyda Nəsibli rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ş. Nəsibli ailə vəziyyəti ilə əlaqədar 2005-ci ildən Türkiyədə yaşadığını bildirib və bu səbəblə JAM-da struktur dəyişikliyi etmək qərarına gəldiklərini deyib. Struktur dəyişikliyi nəticəsində qurumda həmsədrlik institutu yaradılıb. Həmsədrlərdən biri Ş. Nəsibli, digəri isə "Reytinq" qəzetinin redaktoru Seymur Verdizadə seçilib. Ş. Nəsibli JAM-ın dövlət qeydiyyatı ilə bağlı problem olduğunu da bildirib. Onun sözlərinə görə, 2007-ci ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi təşkilatın qeydə alınması və hökumətin 3 min avro cərimə edilməsi barədə qərar çıxarıb. Ş. Nəsibli yaxın günlərdə dövlət qeydiyyatı ilə bağlı sənədlərin yenidən Ədliyyə Nazirliyinə təqdim ediləcəyini söyləyib. JAM-ın yeni həmsədri Seymur Verdizadə isə təşkilatın bundan sonra öz profilinə uyğun jurnalist araşdırmaları ilə bağlı tədbirlər həyata keçirəcəyini, həmçinin Türkiyə və Azərbaycan jurnalistlərinin əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini açıqlayıb. -
09-17-2008, 04:40 PMAPA«Cisco» Azərbaycanda iri layihələr həyata keçirmək niyyətindədir
[b]«Cisco» Azərbaycanda iri layihələr həyata keçirmək niyyətindədir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. İnformasiya texnologiyaları sahəsində dünya liderlərindən olan «Cisco» şirkəti Azərbaycanda sistemli şəkildə iri layihələr həyata keçirmək niyyətindədir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Cisco» şirkətinin Şərqi Avropa bölməsinin rəhbəri Kaan Terzioğlu bildirib. K.Terzioğlunun sözlərinə görə, prioritet sahələrdən biri dövlət sektorudur: «Biz Azərbaycanın dövlət strukturları ilə birgə müxtəlif layihələr həyata keçirmək fikrindəyik».Həmçinin, «Cisco» ölkədə bank, telekommunikasiya, təhsil və digər sahələrdə yeni texnologiyaları tətbiq etməyi planlaşdırır. Bundan əlavə, «Cisco» Azərbaycanda NGN layihəsinin həyata keçirilməsində kömək etməyə hazırdır. K.Terzioğlunun fikrincə, «Cisco» şirkəti bu istiqamətdə öz böyük təcrübəsi və müasir texnologiyaları ilə Azərbaycan üçün önəmli tərəfdaş ola bilər.K.Terzioğlu həmçinin qeyd edib ki, «Cisco» Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialını gücləndirmək üçün Şəbəkə Akademiyalarının sayını artırmaq, tədris proqramlarını genişləndirməyi planlaşdırır: «Texnologiyalar sahəsində məlumatlandırmanı gücləndirmək üçün yaxın müddət ərzində «Cisco» bir neçə maraqlı tədbir təşkil etmək niyyətindədir». Qeyd edək ki, Azərbaycan «Cisco» şirkətinin Şərqi Avropa bölməsinə daxil edilib. Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi regionları əhatə edən bu bölməyə 19 ölkə daxildir. -
09-17-2008, 04:50 PMAPAAzərbaycan Pekin Paralimpiadasını 38-ci pillədə başa vurdu
[b]Azərbaycan Pekin Paralimpiadasını 38-ci pillədə başa vurdu[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Çinin paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarına bu gün yekun vurulub. "APA-SPORT"un məlumatına görə, 11 gün davam etmiş yarışda 148 ölkədən 4200-dən çox idmançı 20 növdə 472 dəst medal uğrunda mübarizə aparıb.Paralimpiadada Azərbaycanın şərəfini 18 idmançı qoruyub. Pekinə 7 cüdo, 7 atlet, 3 pauerliftinqçi və 1 güllə atıcısı ilə yollanan yığmamız Vətənə 10 medalla dönür. Həmvətənlərimiz 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüblər. Maraqlıdır ki, yay paralimpiya oyunlarında yalnız cüdoçularımız və atletlərimiz fəxri kürsüyə yüksəliblər.Cüdoçular İlham Zəkiyev (+100 kq) qızıl, Kərim Sərdarovla (100 kq) Tofiq Məmmədov (90 kq) gümüş, Ramin İbrahimov (60 kq) isə bürünc mükafata sahib çıxıb. Atletlərimizdən ən yüksək nəticəni nüvə itələmə yarışında bütün rəqiblərini geridə qoyan Oluxan Musayev göstərib. Zeyniddin Bilalov (üçtəkanla tullanma) 2-ci, Oleq Panyutin (hündürlüyə tullanma), Vladimir Zayets (üçtəkanla tullanma), Vüqar Mehdiyev (200 m məsafəyə qaçış), eləcə də Rza Osmanov (400 m məsafəyə qaçış) 3-cü pillədə qərarlaşıb.Azərbaycan yığması medalların əyarına əsasən, 38-ci yeri tutub. Medalların kəmiyyətinə görə isə 32-ci sırada qalmışıq. Bu, 4 il öncə Afinada keçirilmiş analoji yarışın nəticələrindən yüksəkdir. Yunanıstan paytaxtında 11 idmançımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışdı. XII Afina Paralimpiadasında Azərbaycan medal qazanan ölkələrin siyahısında 136 kollektiv arasında 45-ci yerlə kifayətlənmişdi.Pekin Yay Paralimpiya Oyunlarında Çin komandası 1-ci yeri tutub - 211 medal (89 qızıl, 70 gümüş, 52 bürünc). Meydan sahiblərinin ən yaxın izləyicisi Böyük Britaniya bundan təxminən iki dəfə zəif çıxış edib. "Dumanlı Albion" təmsilçiləri 42 qızıl, 29 gümüş, 31 bürünc medala yiyələniblər. ABŞ yığması isə ilk "üçlüy"ü tamamlayıb (36 qızıl, 35 gümüş, 28 bürünc). Qeyd edək ki, Pekin Paralimpiadasının qalibləri göstərdikləri nəticələrə müvafiq olaraq, dövlət tərəfindən mükafatlandırılacaqlar. Qızıl medalçıya 200 min, ikinci yerin sahibinə 100 min, bürünc mükafatçıya isə 50 min manat pul təqdim olunacaq. -
09-17-2008, 05:00 PMAPAQüdrət Həsənquliyev: "Respublikanın adı dəyişdirilməlidir"
[b]Qüdrət Həsənquliyev: "Respublikanın adı dəyişdirilməlidir"[b]
"Bu seçkinin favoriti İlham Əliyevdir"Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev APA-ya müsahibəsi
[- Seçki platformanız hazırdırmı? - Bəli, artıq platforma hazırdır. Yaxın günlərdə mətbuatda tam olaraq açıqlanacaq. - Bildiyimizə görə, Siz platformanızda Azərbaycanın adının dəyişdirilməsini təklif etmisiniz... - Platformamızda ölkənin adının dəyişdirilməsi ilə bağlı məsələnin qoyulması partiyanın strateji hədəflərindən qaynaqlanır. Bizim hədəfimiz Azərbaycanın bütövlüyüdür. Partiyanın Nizamnaməsində də bu öz əksini tapıb. Həm də bu tarixi həqiqətdir. Hesab edirik ki, Azərbaycanın adı dəyişdirilərək, Şimali Azərbaycan olmalıdır. Bununla biz həm də dünyaya bu ölkənin parçalandığı mesajını veririk. Məhz platformamız bununla başlayır.- Bəs İranın bu məsələ ilə bağlı reaksiyasını nəzərə almısınız? - Hər dövlət öz adını seçməkdə müstəqildir. Hətta İranın özündə belə Şərqi və Qərbi Azərbaycan əyalətləri var. - Bu günlərdə Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşov Bakıda 500 minə yaxın qanunsuz tikilinin olduğunu deyib. Bu, indi əhalini maraqlandıran əsas məsələlərdəndir. Siz platformanızda buna toxunmusunuzmu? - Paytaxtdakı qanunsuz tikililərlə bağlı bizim platformada xüsusi bölmə var. Hesab edirəm ki, Bakı və paytaxt ətrafındakı qanunsuz tikililər rəsmiləşdirilməlidir. O tikililər ki, kommunikasiya xətlərinin təhlükəsizlik zolağının üzərinə və ya yaxınlığına düşür, bununla bağlı əlavə tədbirlər görülməlidir. İlk növbədə tikililərə toxunmadan kommunikasiya xətlərinin yeri dəyişdirilməlidir. Əgər bu texniki baxımdan mümkün deyilsə, o zaman həmin evlərin sahiblərinə əlavə kompensasiya ayrılacaq və torpaqla təmin olunacaq. Bu torpaqlar isə Bakının ətraflarında istifadə olunmayan, yararsız neft buruqlarının olduğu ərazilər hesabına verilməlidir. Bu torpaqlar sahələri təmizləndikdən sonra ilk növbədə şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə və hərbiçilərə də güzəştli şərtlərlə veriləcək.Standartlara cavab verməyən evlər də paytaxtda çoxluq təşkil edir. Bunun üçün dövlət xüsusi müsabiqələr elan edəcək və həmin qəsəbələrin yerində yaşayış massivlərinin salınması üçün iş adamlarına kredit veriləcək. Bizim platformada Bakı Böyük şəhər Bələdiyyəsini yaradılmasını da nəzərdə tutmuşuq. Şəhərin içərisində xaotik qəsəbələrin yeni evlərlə əvəz olunması üçün dövlət bir manat xərcləmədən bu məsələni həll edə bilər. - Müsahibələrinizdə narazı elektoratın sizə səs verəcəyini demisiniz. Niyə belə əminsiniz ki? - Bu qənaətə gəlməyimizin səbəbi var. Birincisi, seçicilər partiya rəhbərlərinin və ya prezidentliyə namizədlərin keçdikləri yolu təhlil etsələr, hansı siyasətçinin daha uzaqgörən və doğru qərarlar qəbul etdiyini özləri görə biləcəklər. Biz hələ 2000-ci ildən deyirik ki, Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri yaranmalıdır. O zaman çoxları buna görə, bizi kəskin tənqid edirdi, radikallığa üstünlük verirdi . Amma zaman keçdi, həmin partiyaların da, bu fikirdə olanların da indiki mövqeyi göz qabağındadır. İctimaiyyət də hər şeyi bilir. Bu bizim ən böyük üstünlüyümüzdür. Biz heç vaxt reallığı əks etdirməyən, ciddi hesablanmayan şüarlarla çıxış etməmişik və xalqı meydanlara çağırmamışıq. Həmçinin uğursuzluqdan sonra 180 dərəcə mövqeyimizi dəyişib, ekranlardan başqa sözlər söyləməmişik. Kiçik bir təzyiq qarşısında 180 dərəcə mövqeyini dəyişən adam dövlət başçısı olsa, Azərbaycana edilən xarici təzyiqin qarşısında necə dayana biləcək? Bu baxımdan düşünürük ki, yolumuz doğrudur. Ən azı digərlərindən 5-8 il öncə proseslərin hansı istiqamətdə getdiyinin fərqində olmuşuq. Bizim siyasətin artıq müəyyən nəticələri var. - Konstitusiyada müəyyən islahatların vacibliyini də vurğulayırsınız?- BAXCP-nin milli proqramı var. Həmin proqramda 2010-cu ilin parlament seçkisinə qədər milli etimad hökumətinin yaradılması nəzərdə tutulub. Konstitusiyada islahatlarla bağlı da burda xüsusin bəhs edilib. Proqramda parlamentin səlahiyyətlərinin artırılması, hökumətin parlament seçkisində qalib gələn partiya tərəfindən formalaşdırılması, Azərbaycanda məhkəmə hakimiyyətində "Andlı iclaslar" institutunun tətbiq olunması kimi məsələlər öz əksini tapıb. Platformamızda regionların inkişafı üçün bölgələrdə yaradılacaq istehsal müəssisələrinin 2 il tamamilə vergidən azad olunması, sonrakı mərhələ də isə şəhərdəki müəssisənin ödədiyinin üçdə biri qədər vergi ödəməsi nəzərdə tutulub. Hərbi xərclərin hesabına peşəkar ordu qurulacaq. Büdcədən hərbi xərclər 11 faizdən 25 faizə qədər qaldırılacaq.Hərbi sənayenin gücləndirilməsi və ordu quruculuğu məsələsi, təbi ki, bunların hamısından əvvəl də Dağlıq Qarabağ problemi ilə bağlı platformada konkret həll yolları əksini tapıb. - Beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq seçki missiyaları ilə görüşünüz olurmu? - Bəli, dünən Andres Herkellə görüşdüm. Amma bu görüş bizim təşəbbüsümüzlə oldu. İki gün öncə partiyamızın seçki qərargahı Andres Herkelin Bakıda keçirəcəyi görüşlərlə maraqlanıb. Bəlli olub ki, Avropa Şurasının Bakı ofisində namizədlərin siyahısını Herkelə təqdim ediblər, amma mənim adım yoxdur. Bu iradımı Herkelə çatdırdım. Təəssüf ki, bu cür təşkilatlarda işləyən vətəndaşlarımız konkret öz siyasi maraqlarından çıxış edir. Görüşdə seçkiqabağı şəraitdən danışdım. Televiziyalarda seçki təbliğatı üçün qiymətlərin yüksək olmasını, MSK-nın tam tərkibdə formalaşdırılmaması ilə bağlı narazılıqlarımı diqqətinə çatdırdım. Daha sonra efir vaxtının fantastik qiymətə olmasından narazılığımı ifadə etdim. Bir televiziya efir vaxtının saniyəsini 99 manat müəyyənləşdirib. Bunun 1 dəqiqəsi 6 min manat, 5 dəqiqəsi isə 30 min manat edir. Bu yüksək yox, fantastik qiymətdir. Kommersiya marağı başa düşüləndir. Bəs, vətəndaşlıq mövqeyi harada qaldı? Dövlət televiziyası isə qeydə alınan namizədlərin belə adını çəkmir.- Seçkidə imkanlarınızı necə dəyərləndirirsiniz?- Bu günə qədər söylədiyim fikri yenə də təkrarlayıram. Bu seçkinin favoriti İlham Əliyevdir. Bu məsələdə qeyri-səmimi olub, yalan danışmağa dəyməz. Mən İlham Əliyevin də, özümün də imkanlarımı bilirəm. Ona görə də bəzilərinin etdiyi kimi komandamın başının altına yastıq qoymaq istəmirəm. Mən 2003-cü ildə İsa Qəmbəri dəstəkləyənlərin etdiyini təkrarlaya bilmərəm. Onu dəstəkləyənlər və vəkili kimi çıxış edənlər İlham Əliyevin hakimiyyəti üçün 1 il vaxt qoymuşdular, onun ölkədən gedəcəyini deyirdilər. Amma o sözü deyənlərin 90 faizi Azərbaycandan qaçdı. Rəqibi qiymətləndirmək lazımdır. Biz qələbə uğrunda mübarizə aparacağıq, amma alternativimizin güclü olduğunu və indidən seçkinin favoriti olduğunu da bilirik. Ölkədə demokratik institutların möhkəmlənməsi, demokratik vərdişlərin cəmiyyətə aşılanması və çoxpartiyalı sistemin oturuşması üçün bizim seçkiyə qatılıb, mübarizə aparmağımıza ehtiyac var. -
09-17-2008, 05:10 PMAPA"GEN" MMC-nin beynəlxalq axtarışda olan məsul əməkdaşı həbs edilib
[b]"GEN" MMC-nin beynəlxalq axtarışda olan məsul əməkdaşı həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. "GEN" MMC-nin daha bir əməkdaşı həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, saxlanılan şəxs beynəlxalq axtarışda olan, "GEN" MMC-nin məsul əməkdaşı, Rusiya vətəndaşı olan Elbrus Hacıyevdir. E. Hacıyevin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlandığı bildirilib. Qeyd edək ki, dünən "GEN" MMC-nin iki əməkdaşı həbs edilib. Hazırda şirkətin 8 əməkdaşı həbsdədir. Qeyd edək ki, "GEN" MMC şirkətinin rəhbəri Elbrus Əliyev və şirkətin saxlanılan əməkdaşları vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. -
09-17-2008, 05:30 PMAPAAzərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq
[b]Azərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyi təyinatlı ödəmə sənədlərinin elektron reyestrlər üzrə mübadiləsinin təşkili ilə bağlı ölkədə fəaliyyət göstərən bir sıra kommersiya bankları ilə müzakirələr aparır. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.Hazırda bu istiqamətdə «UniBank», «Bank of Baku» və «Azərbaycan Kredit Bankı» ilə müvafiq iş aparılır. Yaxın vaxtlarda bu banklar vasitəsi ilə elektron mübadilənin təşkili planlaşdırılır.Qeyd edək ki, hazırda analoji proseslər «Azərdəmiryolbank» və «Texnikabank»la həyata keçirilir. Cari ilin yanvar ayından indiyədək respublika üzrə 1 659 borclu vergi ödəyicisinin banklarda olan 7 634 hesabına sərəncamlar elektron formada verilib. Vergi öhdəliyini yerinə yetirmiş 1 050 vergi ödəyicisinin 2 285 bank hesabından sərəncamlar geri götürülüb.Bu sistemdə sərəncamlar Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi (AVİS) tərəfindən hazırlandıqdan sonra elektron formada bank hesablarına göndərilir. Vergi orqanları bununla da sərəncamların bank və filialları tərəfindən icrasına birbaşa nəzarət edə bilir. -
09-17-2008, 05:40 PMAPAYuliya Timoşenko: "Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenko məsuliyyət daşıyır"
[b]Yuliya Timoşenko: "Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenko məsuliyyət daşıyır"[b]
[Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenkonun məsuliyyət daşıdığını bildirib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Y. Timoşenko keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə azad ticarət rejimini məhdudlaşdırmaq və ya ləğv etmək niyyəti ilə bağlı suala cavabında deyib: "Ukraynaya qarşı bütün bu cür radikal qərarlara görə məsuliyyət şəxsən prezident Viktor Yuşşenkonun üzərinə düşür. Hansısa ölkələrə qarşı informasiya müharibələri elan edilirsə və həmin ölkələr alçaldılırsa, sözsüz ki, Ukrayna cavab zərbəsi alır. Ona görə də Rusiya ilə Ukrayna arasında baş verəcək bütün pis hadisələrə görə şəxsən Ukrayna prezidenti Viktor Yuşşenko məsuliyyət daşıyacaq". Y. Timoşenko Ukraynanın milli maraqlarına uyğun balanslaşdırılmış siyasət aparmağın vacibliyini vurğulayıb. -
09-17-2008, 05:50 PMAPABu gün BBVB-nin valyuta bölməsində 390 min dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 390 min dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8114 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8114 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 317 460 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 390 min dollar və ya 317 460 AZN təşkil edib. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,86%, ABŞ dolları üzrə isə illik 17,86% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 1 mln. dollar və 5,2 mln. dollar, müddətləri 30 və 90 gün, faiz dərəcələri isə 16,00% təşkil edən əqdlər qeydə alınıb. -
09-17-2008, 06:00 PMAPAAzərbaycana daxil olan transferlərin 94%-ni fiziki şəxslərə pul köçürmələri təşkil edir
[b]Azərbaycana daxil olan transferlərin 94%-ni fiziki şəxslərə pul köçürmələri təşkil edir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın 2008-ci ilin yanvar-iyun aylarına aid tədiyyə balansında əks olunmuş cari transferlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 899,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata görə, bu məbləğin 77,7%-ni ölkəyə daxilolmaların payına düşüb. Bütövlükdə, ölkəyə daxilolmalar 698,65 mln. dollar, ölkədən transferlər isə 200,95 mln. dollar təşkil edib. Beləliklə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2007-ci ilin müvafiq dövrünə nisbətən 21,7% artaraq 497,7 mln. dollara çatıb.AMB-dən bildirilib ki, hesabat dövründə xarici ölkələrdən daxil olan pul köçürmələri, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri isə 2007-ci ilin ilk yarısına nisbətən 26,5% artaraq 698,7 mln. dollara bərabər olub. Bu daxilolmaların 93,6%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul köçürmələri, 2,5%-ni humanitar idxal malları, 3,9%-ni isə digər daxilolmalar təşkil edib.