Əsas məzmuna keç
Sayfa 282/461 İlkİlk ... 182232272280281282283284292332382 ... SonSon
4610 sonuçtan 2.811 ile 2.820 arası

Azərbaycan Xəbərləri

1. #2811
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlıların siyahısı

[b]Rusiyada təyyarə qəzasında ölən azərbaycanlıların siyahısı[b]

Rusiya-APA. Rusiyanın Ural bölgəsinin Perm şəhəri yaxınlığında "Baeing-737" tipli təyyarə qəzaya uğrayıb. APA-nın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə 83 sərnişinin və 5 ekipaj üzvünün olduğunu, təyyarədəkilərin hamısının qəza nəticəsində öldüyünü açıqlayıb.

Təyyarədə 8 uşaq olub. Təyyarə Moskvanın Şeremetyeva aereportundan yerli vaxtla saat 01.12-də havaya qalxıb, təxminən 1800 metr yüksəklikdə olarkən isə təyyarə ilə əlaqə kəsilib.Qəzanın baş vermə səbəbi hələlik bilinmir. Bəlli olan odur ki, təyyarə yanmağa başlayandan sonra partlayıb. Yərranın qəzaya uğradığı ərazi Transsibir dəmir yolu bölgəsi olduğundan, ərazidən keçən dəmir yolu xəttinə də zərər dəyib. Rusiya Fövqəladə Hallar Nazirliyi ilk açıqlamasında təyyarədə heç bir əcnəbinin olmadığını söyləsə də, nazirliyin Perm bölgə müdirliyinin açıqladığı siyahıda 9 azərbaycanlının adına rast gəlinir.Siyahıda adı keçən azərbaycanlılar aşağıdakılardır: 1. Abdullayev Rafiq-1960-cı il 2. Əzizov Məmmədəli- 14.03.19583. Bədirov Ənvər-26.12.19514. Cəlalov Akif- 18.09.1949.5. Mirzəyeva Nuridə- 10.01.19866. Osmanov Tağı-09.06.19947. Səfiyev İsmayıl-13.02.19768. Şabanov Aqil-02.01.1967Qeyd edək ki, siyahıda Medvedyeva Gözəl (04.10.1973) vəTaymetov Bəbir (25.07.82) adlı iki nəfər göstərilib. Onların ad və soyad etibarilə müəyyən dərəcədə azərbaycanlıya bənzəsələr də, bunu dəqiq qətiləşdirmək mümkün deyil. Siyahıda Kocak Ləvənt Nuri (30.10.1954) adlı bir türkün də adı var.

2. #2812
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının hərbi andı qəbul etməsi münasibətilə mərasim keçirilib

[b]Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının hərbi andı qəbul etməsi münasibətilə mərasim keçirilib[b]

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsində Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının hərbi andı qəbul etməsi münasibətilə təntənəli mərasim keçirilib.

APA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, polkovnik Araz Məmmədov kursantları təbrik etdikdən sonra, onların qarşısındakı vəzifələrdən danışıb. DSX rəisinin birinci müavini, general-mayor Firudin Nəbiyev isə ordu quruculuğu prosesindən, kursantlareın qarşısında duran vəzifələrdən və DSX-nın uğurlarından danışıb. Tədbirdə iştirak edən valideynlər də kursantlara uğurlar arzulayıblar. Daha sonra kursantlar marşla tribunanın önündən keçiblər.

3. #2813
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb

[b]Sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb[b]

Sıçuan-APA. Çinin Sıçuan vilayətində sərnişin avtobusu dərəyə aşıb. APA-nın "China Daily" agentliyinə istinadən verdiyi məlumata görə, Baçjun şəhərindən Ninmo şəhərinə gedən avtobus yüksək dağlıq ərazidən keçərkən aşırımdam dərəyə yuvarlanıb. 100 metr dərinliyində dərəyə düşən avtobusda olan 51 sərnişinin hamısı həlak olub. Şahidlər partlayış eşitdiklərini və qatı tüstü müşahidə etdiklərini bildiriblər. Hadisənin digər təfərrüatları barədə məlumat yoxdur.

4. #2814
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı Troşev də var

[b]Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı Troşev də var[b]

Perm-APA. Moskvadan Permə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı, Rusiya qəhrəmanı, general-polkovnik Gennadi Troşev də olub. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, G. Troşev Rusiya Federasiyası Sambo Federasiyasının vitse-prezidenti Vladimir Poqodinlə birlikdə Vasili Şvainin xatirəsinə Permdə keçirilən sambo turnirində iştirak etmək üçün bu şəhərə gəlirmiş. Bundan başqa, qəzaya uğramış təyyarənin göyərtəsində Çuvaşıstan Sambo Federasiyasının prezidenti, respublika Dövlət Şurasının deputatı Aleksandr Trofimov da olub. Qeyd edək ki, G. Troşev 1947-ci il martın 14-də Almaniyanın Berlin şəhərində anadan olub. Kazan Ali Tank Komandirləri Məktəbini, Zirehli Tank Qoşunları Hərbi Akademiyasını, Baş Qərargahın Hərbi Akademiyasını bitirib. Tank Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb. G. Troşev Müdafiə Nazirliyinin Çeçenistandakı birləşmiş qoşunlarının komandanı (1995-1996), 1997-ci ilin iyulundan Şimali Qafqaz Hərbi Dairəsi komandanın müavini olub, 1999-cu ilin avqustundan Dağıstandakı Federal Qüvvələrə, bir müddət sonra isə sonra Şimali Qafqazdakı birləşmiş Federal Qüvvələrə rəhbərlik edib. O, Çeçenistan müharibəsindən bəhs edən iki kitabın müəllifidir. İki qızı var.Qeyd edək ki, sentyabrın 13-dən 14-ə keçən gecə Moskvadan Permə uçan təyyarənin Perm yaxınlığında qəzaya uğraması nəticəsində 81 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olan sərnişinlərin 8-i azərbaycanlıdır.

5. #2815
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

[b]Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub[b]

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə zəng edib. APA-nın məlumatına görə, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, prezidentlik fəaliyyətində uğurlar arzulayıb. D. Medvedev təbrikə və göstərilən diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.Eyni zamanda, prezident İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib. Prezident Dmitri Medvedev başsağlığına görə dövlətimizin başçısına minnətdarlıq edib. Telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər də müzakirə olunub.

6. #2816
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sergey Lavrov Abxaziyaya gəlib

[b]Sergey Lavrov Abxaziyaya gəlib[b]

Bakı-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Abxaziyaya gəlib. APA-nın xəbərinə görə, onu burada Abxaziya "prezidenti" Sergey Baqapş qarşılayıb.

S. Lavrov səfərinin məqsədinin bir müddət əvvəl Rusiya tərəfindən müstəqilliyi tanınan Abxaziyanın mərkəzi Suximidə səfirliklərinin açılması ilə bağlı müzakirələr aparmaq olduğunu bildirib. Rusiya mətbuatı Lavrovun Abxaziyadan sonra Cənubi Osetiyaya da səfər edəcəyi barədə məlumat yayıb. Qeyd edək ki, S. Lavrov son 15 ildə Abxaziyaya səfər edən ilk yüksək vəzifəli rus məmurudur. Onun təyyarəsi də son 15 ildə yalnız hərbi təyyarələrin endiyi Suxumi aeroportuna enən ilk təyyarə kimi tarixə düşüb.

7. #2817
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda yeni dərs ili başlayıb - FOTOSESSİYA

[b]Azərbaycanda yeni dərs ili başlayıb - FOTOSESSİYA[b]

Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycanda yeni dərs ili başlayıb, ölkə ərazisindəki bütün məktəblərdə sentyabrın 15-də ilk zəng çalınıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2008-2009-cu tədris ilində Azərbaycanın ümumtəhsil orta məktəblərində 1 milyon 700 mindən çox şagird təhsil alacaq. I sinfə gedənlərin sayı isə 122 546 nəfərdir. Onların 58 117 nəfəri qız, 64 429 nəfəri oğlandır. Şagirdlərin 28 500-ü Bakıda I sinfə gedəcək. 2008-2009-cu tədris ilinə Azərbaycanın orta məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanıb. Yeni dərs ili üçün Azərbaycanda yeni inşa edilmiş və təmirdən çıxmış 300-ə yaxın məktəb istifadəyə verilib. Hazırda ölkədə 5500-dən çox orta, 50 ali, 60 peşə məktəbi fəaliyyət göstərir. Bu il ali məktəblərdə təhsil alacaq tələbələrin sayı isə 130 min nəfərə yaxın olacaq. Yeni dərc ilində ilk dəfə tələbə adı qazanan 26571 gənc ali məktəbə qədəm qoyacaq. Hazırda ölkədə 50 ali məktəb fəaliyyət göstərir ki, onun da 15-i özəldir.

8. #2818
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 14-də saat 20.10-dan 20.30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 15.55-dən 16.30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.45-dək isə Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə avtomat və pulemyotlardan atəş açıb.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

9. #2819
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya hərbi kəşfiyyatı: Gürcüstan Cənubi Osetiyada keçirilən hərbi əməliyyatlarda 3000 nəfərə yaxın itki verib

[b]Rusiya hərbi kəşfiyyatı: Gürcüstan Cənubi Osetiyada keçirilən hərbi əməliyyatlarda 3000 nəfərə yaxın itki verib[b]

Moskva-APA. Gürcüstan ordusu və digər silahlı birləşmələri ötən ay Cənubi Osetiyada həyata keçirilən əməliyyatlar zamanı 3000 nəfərə yaxın canlı itki verib.

APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu rəqəmi Rusiya hərbi kəşfiyyat orqanlarındakı mənbə açıqlayıb. Mənbə bildirib ki, Gürcüstanın çoxlu sayda itki verməsi barədə məlumatlara bu ölkəni sürətlə silahlandıran müttəfiqləri də malikdir: "Gürcüstan hakimiyyəti itkilərin miqyasını gizlətməyə çalışır və cəmin 70-ə yaxın hərbçinin öldüyünü bildirir. Əslində isə bu rəqəm yüz dəfələrlə azaldılıb".

10. #2820
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Aeroflot" Permdə qəzaya uğrayan təyyarənin məxsus olduğu şirkətlə əməkdaşlığı dayandırıb

[b]"Aeroflot" Permdə qəzaya uğrayan təyyarənin məxsus olduğu şirkətlə əməkdaşlığı dayandırıb[b]

Moskva-APA. "Aeroflot" şirkəti dünən qəzaya uğrayan təyyarənin məxsus olduğu "Aeroflot-Nord" şirkəti ilə əməkdaşlığı dayandırıb. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, "Aeroflot-Nord" şirkəti sentyabrın 15-dən başlayaraq "Aeroflot" brendindən istifadə edə bilməyəcək və uçuşları öz bayrağı altında həyata keçirəcək. "Aeroflot"un baş direktoru Valeri Okulov bildirib ki, dünən baş verən təyyarə qəzası şirkətin nüfuzuna ciddi ziyan vurub: "Biz öz brendimizi başqa şirkətin istifadəsinə verməyin əvəzini çox ağır ödəmişik". Qeyd edək ki, dünən Moskva-Perm reysini həyata keçirən təyyarə "Aeroflot"a deyil, onun törəmə şirkəti "Aeroflot-Nord"a məxsusdur. Bu şirkətin səhmlərinin 51 faizə "Aeroflot"a, 49 faizi isə "Aviainvest" şirkəti sahibdir. Valeri Okulov baş verən qəza ilə bağlı özəl təhqiqat apardıqlarını və bəzi versiyalara sahib olduğunu deyil. O bildirib ki, qəzaya görə məsuliyyət "Aeroflot" təyyarələrini icarəyə götürərək uçuşlar həyata keçirən "Aeroflot-Nord" şirkətinin üzərinə düşür.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.