Əsas məzmuna keç
Sayfa 292/461 İlkİlk ... 192242282290291292293294302342392 ... SonSon
4610 sonuçtan 2.911 ile 2.920 arası

Azərbaycan Xəbərləri

1. #2911
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]

Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 16-da saat 09.15-dən 09.25-dək və 17.45-dən 18.00-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 19.10-dan 19.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 17-də saat 05.30-dan 05.38-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

2. #2912
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dağıstanın cənubunda 10 yaraqlı öldürülüb

[b]Dağıstanın cənubunda 10 yaraqlı öldürülüb[b]

Mahaçqala - APA. Dağıstanın cənubunda keçirilən antiterror əməliyyatı zamanı 10 yaraqlı öldürülüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri tərəfindən keçirilib. FTX əməkdaşları Tabasaran rayonundan "QAZel" mikroavtobusu ilə qonşu rayonlara gedən bir qrup silahlı şəxsin qarşısını kəsiblər. Döyüş zamanı yaraqlılar məhv edilib, 1 FTX əməkdaşı isə həlak olub. Terrorçuların federal axtarışda olan Novruzovun və sentyabrın 10-da öldürülmüş Rəhimxanovun dəstəsinə aid olduğu bildirilir. Antiterror əməliyyatı davam edir.

3. #2913
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Cənubi Osetiya separatçıları Gürcüstanla müharibədə 1694 nəfərin öldüyünü açıqlayıblar

[b]Cənubi Osetiya separatçıları Gürcüstanla müharibədə 1694 nəfərin öldüyünü açıqlayıblar[b]

Sxinvali - APA. "Sorğu yolu ilə topladığımız məlumatlara əsasən Cənubi Osetiyada 1694 nəfər Gürcüstanın təcavüzünün qurbanı olub. İstintaqın gedişində onlardan 500-dən çoxunun hansı şəraitdə həlak olduğu müəyyənləşdirilib". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Osetiya separatçı rejiminin baş prokuroru Teymuraz Xuqayev "Rossiyskaya qazeta"ya müsahibəsində deyib. O, ölənlərin dəqiq sayını söyləməyin mümkün olmadığını etiraf edib: "Təcavüz zamanı 30 mindən çox vətəndaşımız respublikanı tərk etməyə məcbur olub. Onların bəziləri yolda bombardman zamanı həlak olublar və şahidlər tərəfindən yol kənarında və ya meşədə basdırılıblar. Bəzi insanlar isə avtomobillərin içində yanıb külə dönüblər". Y. Xuqiyev ölənlərin böyük əksəriyyətinin dinc sakinlər olduğunu bildirib.

4. #2914
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın «MBASK» sığorta şirkəti filial şəbəkəsini genişləndirməyi planlaşdırmır

[b]Azərbaycanın «MBASK» sığorta şirkəti filial şəbəkəsini genişləndirməyi planlaşdırmır[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın «MBASK» sığorta şirkəti ölkə üzrə filial şəbəkəsini genişləndirməyi planlaşdırmır. Bu barədə «APA-ECONOMICS»ə «MBASK» şirkətinin satış üzrə baş direktoru Kamran Bağırov məlumat verib. K.Bağırovun sözlərinə görə, hazırda regionlarda şirkətin 4 nümayəndəliyi və bir filialı fəaliyyət göstərir. Ümumilikdə isə nümayəndəlik və filialların sayı 7-yə çatıb ki, bura Bakıda fəaliyyət göstərən nümayəndəlik və filiallar da daxildir: «Bizim fikrimizcə, nümayəndəlik və filial şəbəkəsini genişləndirməyə ehtiyac yoxdur, çünki artıq mövcud olan şəbəkə kifayət edir. Hazırda biz sığorta şirkəti tərəfindən müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində iş aparırıq».Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat, sığorta ödənişlərinin həcmi isə 3,778 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

5. #2915
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünya bazarında neftin qiyməti 91 dollara düşüb

[b]Dünya bazarında neftin qiyməti 91 dollara düşüb[b]

Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 4,56 dollar düşərək 1 barelə görə 91,15 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,02 dollar - 89,22 dollaradək ucuzlaşıb.İranın neft naziri Qulamhüseyn Nəzəri bildirib ki, dekabrın 17-də Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) iclasında neft hasilatı həcmlərinin növbəti dəfə azaldılması məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, OPEC neftin ucuzlaşmasının qarşısını almaq niyyətindədir. Qeyd edək ki, artıq həcmlərin böyük hissəsi iyulda hasilatı sutkada 500 min barel artıran Səudiyyə Ərəbistanının payına düşür. OPEC-in əvvəlki kvotaların bərpası ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq niyyətində deyil.

6. #2916
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«BP-Azerbaijan» şirkəti «Çıraq» neft layihəsi üzrə ictimaiyyətlə görüş keçirəcək

[b]«BP-Azerbaijan» şirkəti «Çıraq» neft layihəsi üzrə ictimaiyyətlə görüş keçirəcək[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan «Çıraq» Neft Layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) təkliflər proqramı çərçivəsində «BP-Azerbaijan» şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından ictimaiyyətlə məsləhətləşmə xarakterli görüş keçirəcək.«BP-Azerbaijan» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, görüş bu ilin sentyabr ayının 23-də Bakıda keçiriləcək. Tədbir çərçivəsində «BP-Azerbaijan» şirkətinin mütəxəssisləri müxtəlif təqdimatlarla çıxış edəcəklər.

7. #2917
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Parlamentin I vitse-spikeri: "Regionda baş verən son hadisələr Azərbaycanın hərbi doktrinasında nəzərə alınacaq"

[b]Parlamentin I vitse-spikeri: "Regionda baş verən son hadisələr Azərbaycanın hərbi doktrinasında nəzərə alınacaq"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycanın hərbi doktrinasında bölgədəki vəziyyətlə əlaqədar müəyyən korrektlər ediləcək. Məlum olduğu kimi regionda müəyyən hadisələr baş verdi və bütün bunlar hərbi doktrinada nəzərə alınmalıdır".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Azərbaycanın hərbi doktrinasının hələlik Milli Məclisə göndərilmədiyini bildirən Z. Əsgərov bu məsələnin dövlət başçısının səlahiyyətində olduğunu deyib. Milli Məclisin payız sessiyası dövründə bir sıra vacib sənədlərin qəbul ediləcəyini deyən Z. Əsgərov bunlardan bir beçəsinin adını sadalayıb: "Adətən payız sessiyası dövlət büdcəsinin qəbulu ilə əlamətdar olur. Bundan başqa, Rəqabət Məcəlləsi, İnzibati Prosessual Məcəllənin, habelə "Təhsil haqqında", "Xarici ölkələrdə sülhyaratma missiyasını həyata keçirən Azərbaycan qoşunlarının statusu haqqında", "Hərbiçilərin istintaq təcridxanalarında saxlanmasının xüsusiyyətləri haqqında" qanun layihələrinin müzakirəyə çıxarılması gözlənilir".

8. #2918
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanlı karikaturaçı İsraildə keçirilən beynəlxalq müsabiqənin mükafatına layiq görülüb

[b]Azərbaycanlı karikaturaçı İsraildə keçirilən beynəlxalq müsabiqənin mükafatına layiq görülüb[b]

Bakı. Laçın Sultanova-APA. Azərbaycan karikaturaçısı Bayram Hacızadə İsraildə keçirilən 14-cü Beynəlxalq müsabiqəsində həvəsləndirici mükafatına layiq görülüb. «Azərbaycan-İsrail» (Azİz) Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak APA-ya bildirib ki, İsrailin Hayfa şəhərində 1994-cü ildən ənənəvi olaraq hər il keçirilən bu müsabiqə MDB ölkələrindən olan repatriant rəssamların təsis etdiyi «Penkom» Assosiasiyası və Hayfa bələdiyyəsi tərəfindən təşkil olunur. Bu il keçirilmiş müsabiqədə münsiflər heyəti 60 ölkədən göndərilmiş 1000-ə yaxın əsərlə tanış olublar. Müsabiqənin qalibləri Ukrayna, Fransa və İtaliyadan olan karikaturaçılar olub. Mükafatların təqdimetmə mərasimində Bayram Hacızadəyə çatacaq mükafat «Azİz»-in İdarə Heyətinin üzvü Yuri Boçarova təqdim olunub.

9. #2919
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Rabitəbank» ilin sonunadək yeni regional filial açacaq

[b]«Rabitəbank» ilin sonunadək yeni regional filial açacaq[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi Ağcabədi rayonunda filial açmaq niyyətindədir. «APA-ECONOMICS»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.E.Qədimovun sözlərinə görə, filial üçün lisenziyanın alınması ilə bağlı Azərbaycan Milli Bankına (AMB) müvafiq sənədlər hazırlanır və bu ilin oktyabrında AMB-yə müraciət olunacaq.E.Qədimov bildirib ki, strateji plan çərçivəsində 2009-cu il ərzində bank əlavə olaraq 3 filial açacaq. Filialların biri Bakıda, digərləri isə regionda açılacaq. Qeyd edək ki, hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir və bunun 12-si regionda yerləşir.Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib.

10. #2920
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yaap de Hoop Sxeffer: "Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur"

[b]Yaap de Hoop Sxeffer: "Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur"[b]

Tiflis - APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Gürcüstanda islahatların davam etdirilməsini istədiklərini bəyan edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Yaap de Hoop Sxeffer Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, məhkəmə-polis sistemində islahatlar başa çatdırılmasa, Seçki Məcəlləsi təkmilləşdirilməsə və demokratikləşmə prosesi dərinləşdirilməsə, NATO ilə Gürcüstanın əməkdaşlığı alınmayacaq. Baş katib Gürcüstanın ərazi bütövlüyünü sözsüz dəstəklədiklərini bir daha vurğulayıb: "Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.