[b]Azərbaycanda regional tikinti müəssisəsi satışa çıxarılıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Gəncə Mənzil Tikinti» ASC-nin səhmlərinin 99,96%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dən məlumat verilib.Gəncə şəhərində yerləşən və əsas fəaliyyət növü dəmir-beton məmulatlarının istehsalı, tikinti quraşdırma işləri olan səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 697 092,8 manatdır. ASC-nin buraxılmış səhmlərinin sayı 14 348 546 ədəd, səhmlərinin növü sənədsiz adlı, nominal dəyəri isə 2 manatdır. Satışa müəssisənin ümumi nominal dəyəri 2 696 108 manat olan 1 348 054 səhmi çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak haqqı və qeyri-maddi aktivləri yoxdur.Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 136 404,70 manat (o cümlədən, əməkhaqqı və ona bərabər borcları 1 499,80 manat), debitor borcları isə 248 948,60 manat təşkil edib.İddiaçılar müəssisənin mövcud fəaliyyətinin bərpa edilməsi və müasir standartlara uyğun olaraq yenidən qurulmasına dair təkliflərini, həmçinin, dövlət büdcəsinə ödəniləcək 1 mln. manat vəsaitin, silinmək üçün DƏİEDK-ə təqdim olunacaq 50 min özəlləşdirmə çeki (xarici investorlar çeklərin sayı miqdarında dövlət özəlləşdirmə opisionları da təqdim etməlidir) ilə bağlı təkliflərini təqdim etməlidir. İddiaçıların ərizə və təkliflərinin qəbulu noyabrın 14-da başa çatacaq. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək. Müsabiqə Komissiyası tərəfindən isə təkliflərin qiymətləndirilməsinə noyabrın 19-dan başlanacaq.
4610 sonuçtan 3.811 ile 3.820 arası

10-13-2008, 04:10 PM #3811Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Astarada boğulmuş qadın meyiti tapılıb
[b]Astarada boğulmuş qadın meyiti tapılıb[b]
Astara. Ağəddin Babayev-APA. Astara rayonunda qətl hadisəsi baş verib. Astara rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, bu gün səhər saat 10.00 radələrində prokurorluğa rayonun Siyəkü ərazi vahidliyinin Fətəli Oba yaşayış məntəqəsində qadın meyitinin tapılması barədə məlumat daxil olub. Prokurorluğun əməliyyat-axtarış qrupu hadisə yerinə gedib. Qətlə yetirilən şəxslin Astara rayonunun Siyəkü kənd sakini 1980-ci il təvəllüdlü Validə Balağa qızı Fətəliyeva olduğu aşkarlanıb. Meyitə baxış zamanı onun boğaz nahiyəsində barmaqla boğulma izləri aşkarlanıb. Məlumata görə, V. Fətəliyeva 4 yaşlı oğlu Surac Elşən oğlu Fətəliyevlə bir yerdə yaşayırmış. Qeyd olunub ki, 5 il əvvəl Elşən Fətəliyevlə ailə həyatı quran V. Fətəliyeva 1 il sonra ondan boşanıb. İlkin ehtimallara görə, görə qətl ailə münaqişəsi zəminində V. Fətəliyevanın keçmiş həyat yoldaşı tərəfindən törədilib. Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

10-13-2008, 04:20 PM #3812Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda regional tikinti müəssisəsi satışa çıxarılıb

10-13-2008, 04:40 PM #3813Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elçin Behbudov Zakir Nəsirovla görüşüb
[b]Elçin Behbudov Zakir Nəsirovla görüşüb[b]
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Naziriliyinin istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən komitə sədri orada Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, ömürlük məhbus Zakir Nəsirovla görüşdüyünü deyib. Z. Nəsirovun səhhətindən heç bir problemin olmadığını qeyd edən hüquq müdafiəçisi deyib ki, məhbus istintaqla bağlı bəzi problemlərinin olduğunu bildirib. E. Behbudov MTN-nin istintaq təcridxanasında 66 şəxsin 15 oktyabr prezident seçkilərində səs verəcəklərini bildirib. Səsvermə təcridxananın idman zalında keçiriləcək.

10-13-2008, 04:50 PM #3814Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Seçki günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək
[b]Seçki günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək[b]
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə "Media və seçkilər" mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq, seçki prosesinin işıqlandırılmasında jurnalistlərin rolundan danışıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev çıxışında seçki prosesində iştirak edən jurnalistlərin digər müşahidəçilərdən fərqi, onların hüquqları barədə məlumat verib. Tədbirdə bildirilib ki, seçki prosesində jurnalistlərlə bağlı baş verə biləcək hər hansı problemi araşdırmaq məqsədi ilə seçki günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək. Qeyd olunub ki, seçki günü xidməti vəzifələrini yerinə yetirərkən hər hansı xoşagəlməz vəziyyətlə rastlaşan mətbuat təmsilçiləri 561-82-46 və 561-80-37 nömrələrlə "Qaynar xətt"ə müraciət edə bilərlər.

10-13-2008, 05:00 PM #3815Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Şamaxı Şərab Emalı zavodunun mühafizəçisi və Nizami rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Şamaxı Şərab Emalı zavodunun mühafizəçisi və Nizami rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
Bakı-APA. Oktyabrın 9-da Şamaxı rayonundakı Şərab Emalı zavodunda, oranın mühafizəçisi Razi Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, daha bir elektrik cərəyanı vurma hadisəsi Bakının Nizami rayonunda qeydə alınıb. Nizami rayonu Naxçıvanski küçəsində yaşayan Zeynəb Şakirova mənzilində elektrik cərəyanı vurması nəticəsində ölüb.

10-13-2008, 05:10 PM #3816Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır
[b]Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır[b]
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlər ərzində ölkə ərazisində hava, əsasən, yağmursuz keçəcək, havanın temperaturu tədricən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-23 dərəcə olacaq. Sabah respublika ərazisində gecə və axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağacaq, duman olacaq, zəif şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 18-22 dərəcə isti olacaq. Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti hökm sürəcək. Həmin müddətdə biometeoroloji amillərin zəif tərəddüdləri gözlənilir. Meteoroloji şərait meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

10-13-2008, 05:20 PM #3817Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə prezidenti Abdullah Gül Tallində Azərbaycan icmasının üzvləri ilə görüşüb - FOTO
[b]Türkiyə prezidenti Abdullah Gül Tallində Azərbaycan icmasının üzvləri ilə görüşüb - FOTO[b]
Tallin. Laura Cəbrayıllı-APA. Estoniya Milli Kitabxanasında "Estoniya-90 və Türkiyə-85" adlı sərginin açılışı olub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsi Mətbuat xidmətindən iki ölkə arasındakı münasibətlərə dair arxiv materiallarının, şəkil və sənədlərin nümayiş etdirildiyi sərginin açılışında Türkiyə prezidenti Abdulla Gül və Estoniya prezidenti Hendrik İlves iştirak ediblər. Hendrik İlves deyib ki, bütün zamanlarda Estoniyanın ən çətin dönəmlərində Türkiyə Cumhuriyyəti bizim yanımızda olub. Sərgidən sonra Tallinin Kadriorq toplantı salonunda Türkiyə prezidentinin təşəbbüsü ilə bu ölkənin turkdilli icmalarının - Azərbaycan, tatar, başqırd, özbək və qırğız diasporlarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Tatar icmasının nümayəndəsi İldar Mühamədsin Tallində məscidin tikilməsi təklifi ilə çıxış edib. Türkiyə prezidenti Abdulla Gül bu işə dəstək verəcəyini bildirib. Azərbaycan icmasının rəhbərliyi isə Abdulla Gülə, Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Türk və Azərbaycan diasporlarının birgə fəaliyyətinə dəstək verdiklərinə görə minnətdarlıq edib.

10-13-2008, 05:30 PM #3818Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Lənkəranda prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib
[b]Lənkəranda prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib[b]
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran şəhərində prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Cənub bürosunun xəbərinə görə, "Xəzər-Lənkəran" futbol klubunun stadionunda keçirilən tədbirdə İlham Əliyevin vəkilləri, Mili Məclisin üzvləri Hadı Rəcəbli, Miri Qənbərov və professor Musa Qasımov çıxış edib. Çıxışlarda İlham Əliyevin prezident olduğu 5 il ərzində ölkədə aparılan islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışılıb.

10-13-2008, 05:40 PM #3819Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qərbi Avropa maliyyə böhranına qarşı birgə mübarizə aparacaq
[b]Qərbi Avropa maliyyə böhranına qarşı birgə mübarizə aparacaq[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu ilin oktyabrın 12-də Parisdə keçirilən maliyyə sammiti nəticəsində Avropanın aparıcı banklarının sabitliyinin qorunmasına dair qərar qəbul olunub. «APA-ECONOMICS»in məlumatına görə, Fransa prezidenti Nikolya Sarkozinin təşəbbüsü ilə keçirilən sammitdə həmçinin Böyük Britaniyanın baş naziri Gordon Braun, Almaniya kansleri Angela Merkel və İtaliyanın baş naziri Silvio Berluskoni iştirak edib.Sammitin keçirilməsində əsas məqsəd Avropada maliyyə böhranına qarşı razılaşdırılmış siyasətinin müəyyənləşdirilməsi olub. Görüşün əsas nəticəsi ölkələrin aparıcı banklarının sağlamlaşdırılması üçün dövlətlər tərəfindən vəsaitin ayrılması barədə razılığın əldə olunmasıdır. Qərara alınıb ki, oktyabrın 15-dək hər ölkə öz maliyyə qurumlarına ayıracağı vəsaitin həcmini müəyyənləşdirsin.Dövlətlərin maliyyə yardımı bankların qismən milliləşdirilməsi və hökumətlər tərəfindən təmin olunmuş ssudaların verilməsi yolu ilə keçiriləcək. Qeyd edək ki, bu, Böyük Britaniyanın irəli sürdüyü təşəbbüs və plandır. Baş nazir G.Braun hətta bu ölkənin üç ən iri bankın imtiyazlı səhmlərinin dövlət tərəfindən alınacağını bəyan edib. Britaniya hökumətinin planlarına əsasən, həmçinin bankların aktivlərinin cari hesablanması üzrə qaydaların yumşaldılması nəzərdə tutulur. Belə ki, maliyyə və qeyri-maliyyə təşkilatları öz aktivlərini cari bazar qiyməti ilə deyil, defoltun ehtimalı nəzərə alınmaqla qiymətləndirməlidir.Qeyd edək ki, hazırda Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iştirakı ilə «Böyük 20-liyin» sammiti keçirilir və toplantıda əsas mövzu dünya maliyyə böhranından çıxış yolları və ona qarşı razılaşdırılmış tədbirlərin müəyyənləşdirilməsidir.«Böyük 20-liyin» sırasına ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Yaponiya (Böyük 7-lik), Avstraliya, Argentina, Braziliya, Avropa İttifaqı, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika və Cənubi Koreya daxildir. G-20 ölkələrin dünya üzrə ümumi daxili məhsulun strukturunda payı 85%, məcmu ticarət dövriyyəsində isə 80% təşkil edir.

10-13-2008, 05:50 PM #3820Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ruhi Azərbaycanda analoqu olmayan avtomobil alıb
[b]Ruhi Azərbaycanda analoqu olmayan avtomobil alıb[b]
Bakı. Ülkər Qasımova - APA. Müğənni Ruhi Azərbaycanda analoqu olmayan avtomobil alıb. Müğənninin yaxınları APA-ya bildiriblər ki, Ruhi "Mercedes SLS" markalı avtomobili sifarişlə başqa ölkədən gətirtdirib. Ağ rəngdə olan yeni avtomobil iki nəfər üçün nəzərdə tutulub. Qiyməti yarım milyon dollardır. Maşından həm üstü açıq, həm də üstü bağlı şəkildə istifadə etmək olur. Ruhi bundan əvvəl istifadə etdiyi ağ rəngli "Mercedes"i isə satıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri