[b]Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub[b]
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1 saylı Bayıl İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub. E. Behbudov APA-ya bildirib ki, ona olan müraciətlər əsasında 1 saylı İstintaq Təcridxanasında "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb. N. Məmmədovun sağlamlığında problemlərin olduğunu deyən hüquq müdafiəçisi onun ayaqlarının şişdiyini, yüksək təzyiqdən və zob xəstəliyindən əziyyət çəkdiyini bildirib. E. Behbudov təcridxanada saxlanılan iki şəxslə - Xəqani Qədir oğlu Vəlişovla və Emil Şamil oğlu İnciyevlə də görüşdüyünü deyib. Komitə sədri 7 saylı Cəzaçəkmə Müəssisəsində Səid Dadaşbəylinin dəstəsinin üzvləri, Samir Qocayev və Ceyhun Əliyevlə görüşdüyünü bildirib. Sentyabrın 8-dən aclıq aksiyasına başlayan məhbus Elşən Paşayevlə də görüşdüyünü bildirən hüquq müdafiəçisi deyib ki, o, aksiyanı hələ də davam etdirir. Onun sözlərinə görə, E. Paşayev 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsini tələb edir. Komitə sədri onu da deyib ki, müəssisədə saxlanılan 6 il azadlıqdan məhrum edilən Arzuman Əliyev ciddi qanun pozuntusu törətdiyi üçün Qobustan həbsxanasına köçürüləcək.
4610 sonuçtan 2.821 ile 2.830 arası

09-15-2008, 12:00 PM #2821Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
Alış (manat) Satış (manat) 17,60

09-15-2008, 12:10 PM #2822Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub

09-15-2008, 12:20 PM #2823Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mahsun Qırmızıgül: "Anam lənkəranlıdır, buna görə də Lənkəranı çox sevirəm" - FOTOSESSİYA
[b]Mahsun Qırmızıgül: "Anam lənkəranlıdır, buna görə də Lənkəranı çox sevirəm" - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova-APA. "Azərbaycan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul edərəm". APA-nın məlumatına görə, bu sözləri Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Mahsun Qırmızıgül deyib.
Konsert proqramı saat 20.00-a nəzərdə tutulsa da, saat yarım gec başlayıb. Buna görə tamaşaçılardan üzr istəməyən Mahsun Qırmızıgül səhnəyə saqqallı çıxdığına görə pərəstişkarlarından rica diləyib: "Məni bu şəkildə görməyinizi heç zaman istəməzdim. Ancaq səhnəyə bu şəkildə çıxmağa məcburam. Sentyabrın 22-dən etibarən yeni filmdə baş rolu canlandıracağam. Məhz bu filmdəki roluma görə də saqqal saxlamalıyam". Mahsun Qırmızıgülün ssenari müəllifliyi və rejissorluğu ilə hazırlanacaq film "Günəşi gördüm" adlanır. Sənətçi filmin çəkilişlərinin iki ay Qarsda aparılacağını bildirib. Üzrxahlıqdan sonra müğənni repertuarında yer alan "Sevdiyim", "Bəlalım", "Dinlə", "Sarı, sarı", "Annem, annem", "Yazıqlar olsun", "Ən gözəl yerimdəsin", "Azar, azar" və digər mahnıları ifa edib. Türkiyəli müğənni konsertdə "Ayrılıq", "Axtarma məni" kimi Azərbaycan mahnılarını da səsləndirib. Vaxtaşırı olaraq ölkəmizə gələn M. Qırmızıgül artıq Azərbaycan dilini də mükəmməl öyrənib. O, səhnədə azyaşlı bir uşaqla dialoqu zamanı əslən Lənkərandan olduğunu bildirib: "Mən türkiyəli deyiləm, mən lənkəranlıyam. O zamanlar sən olmazdın, ona görə də bunları xatırlamırsan. Mənim anam Lənkərandandır və mən Lənkəranı çox sevirəm. Məhz Azərbaycanı sevdiyimdən də "Aşka sürgün" serialında rol adım olaraq Hazarı seçmişdim. Bu da hər birinizə məlumdur". Mahsun Qırmızıgül həm Azərbaycan, həm də Türkiyəni öz vətəni hesab etdiyini deyib: "Səmimiyyətimə inanın ki, mən Azərbaycanda canla-başla yaşayaram. Bəlkə də nə zamansa bu qərarı verdim". Konsert boyu tamaşaçılar Mahsun Qırmızıgülə çoxlu sayda çiçək və hədiyyələr bağışlayıblar. Bu gün səhər Vətəninə yola düşən Mahsun Qırmızıgül iki gündən sonra Qarsa gedərək yeni filmin çəkilişlərinə hazırlıq işlərinə start verəcək. Xatırladaq ki, M. Qırmızıgülün konserti Kamal Cenk İçtenin və Yaşıl Teatrın birgə təşkil etdiyi "Payız festivalı -2008" layihəsi çərçivəsində həyata keçirilib. Konsertə informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.

09-15-2008, 12:30 PM #2824Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
Alış/ Satış

09-15-2008, 12:40 PM #2825Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% yüksəlib
[b]Ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% yüksəlib[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 12-də Amerika bazarlarında Dow Jones indeksi 0,1% - 11421,99 bəndədək enib, Nasdaq 0,14% - 2261,27 bəndədək, S&P 500 isə 0,21% - 1251,7 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, müflisləşən ABŞ-ın «Lehman Brothers» bankının səhmləri 14,9%, «Merril Lynch»in - 12,3%, «American International Group» sığorta şirkətinin - 30,8% ucuzlaşıb. Ümumiyyətlə, ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% artıb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,85% - 5416,7 bəndədək, Almaniya DAX-ı 0,91% - 6234,89 bəndədək, Fransa CAC-40-ı isə 1,97% - 4332,66 bəndədək yüksəlib. «Anglo American Plc.» hasilat şirkətinin qiymətli kağızları 8,4%, «Rio Tinto»nun 8%, «BHP Billiton»un 7,4% bahalaşıb. Britaniya «Barclays» bankının səhmləri 3,6%, İsveçrənin «Credit Suisse Group»un 3,2%, Fransanın «Societe Generale»in 1,8% artıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4313 dollar təşkil edib.

09-15-2008, 12:50 PM #2826Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Nobel mükafatı laureatı Lev Landaunun abidəsi qoyulacaq
[b]Bakıda Nobel mükafatı laureatı Lev Landaunun abidəsi qoyulacaq[b]
Bakı. Laura Cəbrayıllı-APA. Nobel mükafatına layiq görülən yeganə bakılı, akademik Lev Davidoviç Landaunun Azərbaycanda abidəsi qoyulacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun elmi katibliyindən məlumat verilib. Bakının Lev Landau küçəsinin başlanğıcında ucaldılacaq abidənin hündürlüyü 2 metr 10 santimetr olacaq. Təhsil Nazirliyi və AMEA-nın Fizika İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 9-da Bakıda Lev Landaunun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfrans iştirakçılarının abidənin və akademikin vaxtı ilə yaşadığı evin qarşısından asılacaq xatirə lövhəsinin açılışında iştirakı nəzərdə tutulub. Xatırladaq ki, dünyanın ən məşhur adamlarından biri sayılan Lev Landau 1908-ci ilin 22 yanvarında Bakı şəhərində anadan olub. Lev Landau 14 yaşında Bakı Dövlət Universitetinə qəbul olunub. Universitetin birinci kursunu bitirəndən sonra L. Landau Peterburqa köçüb.

09-15-2008, 01:00 PM #2827Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Best model of Azerbaijan" model yarışmasının seçim turunda 500-ə yaxın model iştirak edəcək
[b]"Best model of Azerbaijan" model yarışmasının seçim turunda 500-ə yaxın model iştirak edəcək[b]
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 17-si və 18-də "Best model of Azerbaijan-2008" model yarışmasının seçim turları keçiriləcək. Müğənni Ruhinin rəhbərliyi ilə keçiriləcək builki müsabiqəyə 500-ə yaxın model sənəd verib. Layihənin koordinatoru "Fashion City"dən APA-ya bildirilib ki, iki gün davam etməsi nəzərdə tutulan seçimin turu "Excelsior" hotelində baş tutacaq. 500-ə yaxın modeldən isə finala 30 model vəsiqə qazanacaq. Modellərin sayının çoxluğundan seçim turunun günü artırıla da bilər. Qeyd edək ki, "Best model of Azerbaijan" model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.

09-15-2008, 01:10 PM #2828Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Lənkəranda oğurluq edən qadın tutulub
[b]Lənkəranda oğurluq edən qadın tutulub[b]
Lənkəran. Ağəddin Babayev -APA. Lənkəran sakininin evindən pul oğurlayan şəxs tutulub. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirov APA-nın Cənub bürosuna bildirib ki, şəhər sakini İlahə Ağayeva evindən 203 manat pulun oğurlanması barədə Polis Şöbəsinə ərizə ilə müraciət edib. Əməliyyat-axtarış qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, oğurluğu Lənkəran şəhər sakini, 1973-cü il təvəllüdlü İradə Ağayeva törədib. Şübhəli şəxs qismində saxlanılan İradə Ağayeva istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

09-15-2008, 01:30 PM #2829Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Permdə baş verən təyyarə qəzasında Azərbaycandan olan bir ailənin 4 üzvü həlak olub
[b]Permdə baş verən təyyarə qəzasında Azərbaycandan olan bir ailənin 4 üzvü həlak olub[b]
Bakı. Laçın Sultanova-APA. Rusiyanın Perm şəhəri yaxınlığında qəzaya uğramış "Boeing-737" təyyarəsində əslən Azərbaycanın Quba rayonundan olan Naxumovlar ailəsinin 4 üzvü həlak olub.
Ümumrusiya Azərbaycan Konqresinin Perm vilayəti üzrə regional təşkilatının sədri Camal Məmmədovun APA-ya verdiyi məlumata görə, həlak olanlar 1972-ci il təvəllüdlü İfraim Naxumov, 1984-cü il təvəllüdlü Qolda Naxumova, 2001 və 2003-cü il təvəllüdlü İlya və Yeva Naxumovlardır. Naxumovların hazırda hansı ölkənin vətəndaşları olduqlarını bilməyən C. Məmmədovun sözlərinə görə, ailənin başçısı İfraim Naxumov Permdə çalışırmış. Xatırladaq ki, sentyabrın 13-dən 14-nə keçən gecə baş vermiş təyyarə qəzasında 7-si Azərbaycan vətəndaşı olmaqla, 8 azərbaycanlı həlak olub. Azərbaycan vətəndaşı olmayan soydaşımız, 1994-cü il təvəllüdlü Tağı Osmanov yay tətilindən ailəsinin yaşadığı Permə qayıdırmış. C. Məmmədovun sözlərinə görə həlak olan azərbaycanlılar arasında Permdə yaşayan və oraya qonaq gələnlər də olub. O, komissiya üzvlərinə istinadən bildirib ki, meyitlər tanınmaz vəziyyətdə olduğundan onların şəxsiyyəti DNK təhlilindən sonra müəyyənləşəcək: "Bu isə uzun sürən prosesdir. Belə analizlər Rusiyada yalnız Rostov şəhərindəki laboratoriyada aparılır". O, həlak olanların cənazələrinin Azərbaycana bir müddət sonra göndəriləcəyini deyib.Qeyd edək ki, Moskva-Perm reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində hava gəmisində olan 82 sərnişin və 6 ekipaj üzvü həlak olub.

09-15-2008, 01:40 PM #2830Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatdır
[b]Azərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatdır[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan hökumətinin Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələyə bu günədək heç bir reaksiya verilməyib. Bunu «APA-ECONOMICS»ə açıqlamasında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.Ə.Əhmədzadənin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında işğal nəticəsində baxımsız qalmış Sərsəng su anbarının vəziyyətinə dair narahatçılığını çatdırıb: «Biz anbarın baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatıq. Ermənilər yaz-yay mövsümlərində aran ərazilərdə suya ehtiyac yarandıqda anbardan verilən suyun qarşısını kəsirlər. Anbarda normadan artıq suyun toplanması nəticəsində isə bəndlərdə qəza baş verə bilər».

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri