Əsas məzmuna keç
Sayfa 332/461 İlkİlk ... 232282322330331332333334342382432 ... SonSon
4610 sonuçtan 3.311 ile 3.320 arası

Azərbaycan Xəbərləri

1. #3311
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Solmaz Ələsgərova Tərəqqi Partiyası sədrinin müavini təyin olunub

[b]Solmaz Ələsgərova Tərəqqi Partiyası sədrinin müavini təyin olunub[b]

Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin keçmiş müşaviri Solmaz Ələsgərova Tərəqqi Partiyasında sədr müavini postuna təyin olunub. Bu barədə APA-ya Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu məlumat verib. Onun sözlərinə görə, S. Ələsgərovanın partiyanın üzvü olması ilə bağlı məsələ bu gün qurumun rəhbərliyində müzakirə edilib: "Biz qərara gəldik ki, Solmaz xanım nümayiş etdirdiyi fədakarlığın qarşılığı olaraq bizim partiyada mənim müavinim kimi fəaliyyət göstərsin".

2. #3312
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məhkəmə-Hüquq Şurasında Türkiyənin ədliyyə naziri ilə görüş keçirilib

[b]Məhkəmə-Hüquq Şurasında Türkiyənin ədliyyə naziri ilə görüş keçirilib[b]

Bakı-APA. Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvləri ilə görüşüb. MHŞ-dən APA-ya verilən məlumata görə, şura sədri Fikrət Məmmədov Azərbaycanda həyata keçirilən məhkəmə islahatının mahiyyəti barədə qonağa məlumat verib. F. Məmmədov MHŞ-nin fəaliyyəti və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri, şəffaf prosedurlarla hakimliyə namizədlərin seçilməsini və digər tədbirləri diqqətə çatdırıb. Türkiyəli nazir Azərbaycanda qısa müddət ərzində məhkəmə sisteminin demokratik norma və dəyərlər əsasında yenidən qurulmasının şahidi olduğunu vurğulayıb, hakimliyə namizədlərin seçilməsi prosesini Avropada ən mütərəqqi prosedur kimi dəyərləndirərək ölkəmizin nailiyyətlərinə sevindiyini qeyd edib. Görüşdə MHŞ üzvləri vəkil Akif Əhmədov, hakim Şəlalə Məmmədova, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev çıxış ediblər.

3. #3313
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabiq millət vəkili Hüseyn Abdullayevin Avropa Məhkəməsinə etdiyi şikayət icraata götürülüb

[b]Sabiq millət vəkili Hüseyn Abdullayevin Avropa Məhkəməsinə etdiyi şikayət icraata götürülüb[b]

Bakı. Hafiz Heydərov-APA. Sabiq millət vəkili Hüseyn Abdullayevin ötən ilin mart ayında həbs edilməsi ilə bağlı məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı şikayət icraata götürülüb. Bu barədə APA-ya Hüseyn Abdullayevin vəkili Cavanşir Süleymanov məlumat verib. Vəkilin sözlərinə görə, H. Abdullayev Səbayel rayon Məhkəməsinin onun barəsində çıxardığı qərara etiraz olaraq bir müddət əvvəl Avropa Məhkəməsinə müraciət edib. Bu gün Avropa Məhkəməsindən iddiaçı tərəfə bildirilib ki, H. Abdullayevin müraciəti qəbul olunub və artıq şikayətin araşdırılmasına başlanılıb. Qeyd edək ki, H. Abdullayev 2007-ci ilin mart ayında Milli Məclisin iclas zalında deputat həmkarı Fəzail Ağamalıya xəsarət yetirməkdə ittiham edilərək həbs edilmişdi. Sonra isə Səbayel rayon Məhkəməsinin hökmü ilə H. Abdullayev şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum edilərək azadlığa buraxılıb.

4. #3314
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İV Enerji Sammiti Brüsseldə keçiriləcək

[b]İV Enerji Sammiti Brüsseldə keçiriləcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Bu il noyabrın 14-15-də Bakıda keçirilməsi planlaşdırılan IV Enerji Sammitinin Bakıda deyil, Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinib. APA-nın məlumatına görə, bunu Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alan Vaddams deyib.

Onun sözlərinə görə, tədbirin noyabrın 26-27-də Belçika paytaxtında gerçəkləşdirilməsi gözlənilir. Tədbirin Bakıda deyil, Brüsseldə keçirilməsinin səbəbi isə son üç ayda regionda baş verən hadisələr, burda siyasi mühitin gərginləşməsi ilə bağlıdır. Hələlik tədbirdə iştirak edənlərin tam siyahısı dəqiqləşməsə də, GUAM ölkələrinin, MDB-nin bir sıra dövlətlərinin və regionla enerji əməkdaşlığında maraqlı olan Avropa ölkələrinin müxtəlif səviyyələrdə tədbirə qatılacaqları gözlənilir. A. Vaddams deyib ki, sammitdə enerji təhlükəsizliyi, əməkdaşlıq və bu sahəyə daxil olan digər aktual məsələlərlə bağlı müzakirələr aparılması planlaşdırılır. Qeyd edək ki, birinci sammit Polşanın Krakov şəhərində 2007-ci ilin mayında, ikinci sammit Vilnüsdə 2007-ci ilin oktyabrında, sonuncusu isə Ukraynanın paytaxtı Kiyevdə bu il mayın 23-də keçirilib. Sonuncu sammitdə 10-a yaxın ölkənin prezidenti iştirak edib. IV Enerji Sammitinin isə bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılıb. Lakin son qərarla tədbirin yeri dəyişdirilərək, Brüsselə keçirilib.

5. #3315
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvanda mədəniyyət işçilərinə fəxri adlar verilib

[b]Naxçıvanda mədəniyyət işçilərinə fəxri adlar verilib[b]

Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) mədəniyyətin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət işçisi müxtəlif fəxri adlarla təltif edilib. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən İmanov Əbülfət Hüseyn oğlu, Rzayev Vüsal Elman oğlu, Qurbanova Günay Fəxrəddin qızı, Novruzova Kəklik Vəliyəddin qızı , Şeyxov Elxan Cəfər oğlu Naxçıvan MR-in əməkdar artisti, Ağayeva Zərifə İsmayıl qızı, Məmmədov Canpolad Səməd oğlu, Tarverdiyev Fikrət Əli oğlu NAxçıvan MR-in əməkdar mədəniyyət işçisi, Bayramov Səyyad Məmiş oğlu isə Naxçıvan MR-in əməkdar rəssamı fəxri adına layiq görülüb.

6. #3316
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional problemlər müzakirə olunub

[b]Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə regional problemlər müzakirə olunub[b]

Nyu-York - APA. Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

APA-nın "CNN Türk"ə istinadən verdiyi məlumata görə, tarixi görüşdən sonra hər üç nazir birgə açıqlama ilə çıxış edib. Türkiyənin xarici işlər naziri Əli Babacan görüşdə regiondakı problemləri, həmçinin Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasının yaradılması təşəbbüsünü müzakirə etdiklərini bildirib: "Qafqazın böyük potensialı var. Bölgədə sülh və sabitlik yaransa, çox şeyə nail ola biləcəyimizə inanırıq". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə hər üç tərəfin bölgədəki çətinliklər və risklərin fərqində olduğunu deyib: "Bu problemlərin həlli vacibdir. Biz Türkiyənin təşəbbüsünün yerinə düşdüyünü və vaxtında irəli sürüldüyünü düşünürük. Belə görüşlər mövqelərimizi daha yaxşı anlamağımıza kömək edir". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə görüşün təşkili üçün Əli Babacana təşəkkür edib. O, Türkiyənin Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını söyləyib:" Bu təşəbbüsün təməlində bölgədə sülh, sabitlik və əməkdaşlıq mühiti yaradılması dayanır". Erməni nazir ikitərəfli əlaqələri normallaşdırmaq məqsədilə yaxın gələcəkdə atılacaq addımları da müzakirə etdiklərini vurğulayıb. Jurnalistlərin növbəti görüşün nə vaxt keçiriləcəyi ilə bağlı sualına E. Nalbandyan gülərək "çox yaxında" cavabını verib.

7. #3317
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu həftə dünya bazarında neft 4% bahalaşıb

[b]Bu həftə dünya bazarında neft 4% bahalaşıb[b]

Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,13 dollar düşərək 1 barelə görə 106,89 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,21 dollar - 102,39 dollaradək ucuzlaşıb. Hərraca ABŞ-da neftə olan tələbatın azalacağı barədə proqnozlar və OPEC tərəfindən neft hasilatı həcminin artıracağı haqqında məlumatlar təsir edib. Belə ki, Neft İxracatçısı Ölkələri Təşkilatı yaxın 4 həftə ərzində dünya bazarına neft tədarükünü 2,2% - sutkada 24,21 mln. bareldən 24,75 mln. barelədək artıracaq. Ümumiyyətlə, başa çatan həftə ərzində dünya bazarında neftin qiyməti 4% artıb.

8. #3318
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

UEFA transferlərə məhdudiyyət qoyacaq

[b]UEFA transferlərə məhdudiyyət qoyacaq[b]

Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. UEFA transferlərə məhdudiyyət qoyacaq. "APA-SPORT"un məlumatına görə, Avropa futbol qurumu gənc futbolçuların beynəlxalq transferlərinə qadağa qoymaq istəyir. Bu məsələ UEFA İcraiyyə Komitəsinin Fransanın Bordo şəhərində keçirilən iclasında müzakirəyə çıxarılıb. Gənc futbolçuların keçidlərini tənzimləyən xüsusi əsasnamə hazırlamaq təklifi ilə çıxış edən qurum rəsmiləri məsələni xırdalıqlarına qədər öyrənmək qərarına gəlib. Bununla yanaşı, futbolçunun onu yetişdirən kluba bağlılığı da müzakirə olunub. UEFA təklif etdiyi əsasnamədə oyunçuları ilk peşəkar müqaviləsini məhz onu yetişdirən klubla bağlamaq məcburiyyətində qoyan qanunun işlənməsinin də tərəfdarıdır. Qeyd edək ki, qurumun prezidenti Mişel Platini "Arsenal"ın timsalında 14-15 yaşlı əcnəbiləri transferinin qəti əleyhdarıdır.

9. #3319
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər[b]

Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər.

APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) sentyabrın 24-də Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb, sentyabrın 26-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil ediblər. Həmçinin sentyabrın 24-də həmsədrlər ATƏT-in Minsk Qrupu çərçivəsində son danışıqlarla bağlı ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiyeyə hesabat veriblər. Bəyanatda bildirilir ki, həmsədrlər tərəflərin konstruktiv əhval-ruhiyyədə olduğunu və danışıqlar prosesini gücləndirmək niyyətində olduğunu hiss ediblər: "Tərəflər yaxın zamanlarda prezidentlərinin görüşünün mümkünlüyü ehtimalını da müzakirə ediblər. Həmsədrlər öz hökumətlərinin və ATƏT-in mövqeyindən çıxış edərək bir daha bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil".

10. #3320
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib

[b]Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib[b]

Vaşinqton - APA. ABŞ-ın Missisipi Universitetində prezidentliyə namizədlər Barak Obama və Con Makkeyn arasında ilk teledebat keçirilib. APA-nın məlumatına görə, 1,5 saat davam edən və əksər telekanallar vasitəsilə canlı yayımlanan teledebatda namizədlər ABŞ-dakı maliyyə böhranı, milli təhlükəsizlik problemləri, İraq və Əfqanıstanda vəziyyət, həmçinin Rusiya ilə münasibətlərin perspektivlərinə dair fikirlərini açıqlayıblar. Hər iki siyasətçi Rusiyanın Gürcüstana qarşı siyasətini kəskin tənqid edib. C. Makkeyn Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra çox çətin vəziyyətin yarandığını bildirib: "Biz ruslarla birgə işləmək istəyirik, amma onlardan beynəlxalq səviyyədə tanınmış sərhədlərə və beynəlxalq davranış qaydalarına hörmət gözləməyə tam haqqımız var. Mən inanıram ki, "soyuq müharibə"yə qayıdış baş verməyəcək. Lakin biz öz dostlarımızın və müttəfiqlərimizin mövqelərini möhkəmləndirməliyik". B. Obama da "soyuq müharibə"yə qayıdışın mümkün olmadığını söyləsə də, deyib ki, çox aqressiv Rusiya regionda sülh və sabitliyə təhlükədir: "Onların Gürcüstandakı hərəkətləri qəbuledilməzdir. Biz ruslara izah etməliyik ki, 21-ci əsrdə super dövlət olmaq və özünü diktatura kimi aparmaq olmaz". Həm demokratların, həm də respublikaçıların namizədləri Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bəyan ediblər. C. Makkeyn Rusiyanı BMT Təhlükəsizlik Şurasında İrana təsir göstərə biləcək qərarların qəbuluna əngəl törətməkdə də suçlayıb. Onun sözlərinə görə, belə vəziyyətdə ən yaxşı yol "Demokratiya Liqası"nın yaradılması ola bilər: "Mən ümumi dəyərləri, ümumi maraqları, ümumi idealları bölüşən, eləcə də dünya iqtisadi gücünün böyük hissəsinə nəzarət edən ölkələrdən ibarət "Demokratiya Liqası"nın yaradılmasını təklif etmişəm. Bu ölkələr İrana qarşı ciddi, önəmli və hiss olunacaq sanksiyalar tətbiq edə bilərlər". C. Makkeynin fikrincə, liqaya ABŞ-la birlikdə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr daxil ola bilər. Növbəti teledebat oktyabrın 7-də keçiriləcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.