[b]Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabat konfransı keçiriləcək[b]
Bakı. Laura Cəbrayıllı - APA. Sentyabrın sonunda Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Konfransda Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı, AMEA-nın prezidenti Mahmud Kərimov da iştirak edəcək. Qurumun üzvü olan dövlətlərin məsul nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda beynəlxalq agentliyin görülən işlər və nəzərdə tutulan layihələrlə bağlı hesabatı dinləniləcək. Toplantıda gələn ildən etibarən Azərbaycanda inşa ediləcək sterilizasiya qurğusu və nüvə tədqiqat reaktoru layihələrinin icrasına başlanmasının qərara alınacağı da gözlənilir.
4610 sonuçtan 2.831 ile 2.840 arası

09-15-2008, 01:50 PM #2831Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Azəri Star" müsabiqəsinin iştirakçısına hökm oxunub
[b]"Azəri Star" müsabiqəsinin iştirakçısına hökm oxunub[b]
Bakı. Hafiz Heydərov-APA. İnsan alverində təqsirli bilinərək həbs edilən "Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Əlişanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Azəri Star" mahnı müsabiqəsinin iştirakçılarından olan Rüstəm Əlişanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı R. Əlişanovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən R. Əlişanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olan qızları Türkiyəyə apararaq orada cinsi istismara məcbur etməkdə ittiham olunub. O, Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirli bilinib.

09-15-2008, 02:00 PM #2832Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabat konfransı keçiriləcək

09-15-2008, 02:10 PM #2833Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan futbolçuları "Santyaqo Bernabeu"da
[b]Azərbaycan futbolçuları "Santyaqo Bernabeu"da[b]
Milli komandamız "Real"a qarşı
Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) İspaniyanın paytaxtı Madridə yollanıb. "APA-SPORT"un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, səfərin əsas məqsədi Madrid "Real"ı ilə yoldaşlıq görüşü keçirməkdir.Artıq Madridə yetişən Bernard Lippertin yetirmələri dünən fürsətdən istifadə edərək, "Santyaqo Bernabeu" stadionuna baş çəkiblər. U-17-nin üzvləri İspaniya Primerosunun 2-ci turu çərçivəsində keçirilən "Real" - "Numansiya" (4:3) görüşünü canlı izləyiblər. Yeniyetmə futbolçularımız "Real"lı həmyaşıdlarını sentyabrın 17-də sınağa çəkəcəklər. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq qarşılaşma yığmamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Bernard Lippertin komandası sentyabrın 18-də İspaniyadan seçmə oyunların təşkil olunacağı Polşaya yola düşəcək.

09-15-2008, 02:20 PM #2834Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtının ilkin mənzil bazarında orta qiymət avqustda 0,8% artıb
[b]Azərbaycan paytaxtının ilkin mənzil bazarında orta qiymət avqustda 0,8% artıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında Bakı şəhəri üzrə ilkin satış üçün təklif olunmuş mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 0,8% artaraq 1177,6 dollar/1 kv. metrdən 1187 dollar/1 kv. metrə çatıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 3,6 bənd artaraq 450,3 bənd səviyyəsində qərarlaşıb. Bu barədə «APA-ECONOMICS»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi iyul ayındakı 119,7 kv. m-dən 119,9 kv. m-ə (0,2%) qədər artıb. Orta blok və mərtəbə göstəricisi əvvəlki ay olduğu kimi - 2,3 blok və 15,1 mərtəbə olub. Avqust ayında rayonlar üzrə qiymət artımı aşağıdakı şəkildə olub: Sabunçu - 12,9%, Nizami - 3,5%, Yasamal - 4,3%, Xətai - 0,6%, Nərimanov - 2,4 %, Nəsimi - 0,7%. Digər rayonlar üzrə qiymətlərdə sabitlik müşahidə edilib.Yeni tikililərdə 3 otaqlı mənzillər üstünlük təşkil edib. Beş otaqlı mənzillər əsasən şəhərin I zonası, 1 otaqlı mənzillər isə daha çox III zonasının payına düşüb. Avqust ayında 1 otaqlı mənzillərin orta sahəsi 60,0 (keçən ay - 58,6) kv. m, iki otaqlılarınkı 92,8 kv. m, 3 otaqlılarınkı 135,5 (keçən ay 133,4) kv. m, 4 otaqlılarınkı 183,2 (keçən ay 180,8) kv. m, 5 otaqlılarınkı isə 234,4 (keçən ay 257,9) kv. m təşkil edib. Avqust ayında 1, 3 və 4 otaqlı mənzillərin orta sahəsinin iyul ayına nisbətən bir qədər artdığı müəyyən edilib, 5 otaqlı mənzillərdə orta sahə ölçüsü azalıb, 2 otaqlı mənzillər üzrə hər hansı dəyişiklik baş verməyib. Avqust ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikililərin sayı iyul ayına nisbətən bir qədər azalaraq 550 ədəd təşkil edib. Ay ərzində 16 binanın inşa prosesi tamamlanıb. Yeni tikilən binaların inşasını 207 tikinti təşkilatı həyata keçirir. Avqust ayında ən çox yeni tikili Yasamal rayonu ərazisində aparılıb. Nəsimi rayonu 2-ci, Xətai rayonu isə 3-cü pillədəki yerini qorumaqdadır. Bu üç rayonda yeni tikililərin ümumi tikinti portfelindəki payı 66,7% təşkil edir.

09-15-2008, 02:30 PM #2835Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakı şəhərində borclu abonentlərin işıqlarının kəsilməsinə başlanılıb
[b]Bakı şəhərində borclu abonentlərin işıqlarının kəsilməsinə başlanılıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. «Bakıelektrikşəbəkə» ASC bu gün saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandırmağa başlayıb. Bu barədə «APA-ECONOMICS»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.«Bakıelektrikşəbəkə»dən verilən məlumata görə, borcların ödənilməsi üçün abonentlərə sentyabrın 12-dən xəbərdarlıq olunub. Borcunu ödəməyən abonentlərin enerji təchizatının dayandırılması tədbirləri paytaxtın bütün rayonlarında aparılır.Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 650 minə yaxın abonenti var.

09-15-2008, 02:50 PM #2836Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan İsveçrədə keçiriləcək beynəlxalq ekoloji qurultayda iştirak edəcək
[b]Azərbaycan İsveçrədə keçiriləcək beynəlxalq ekoloji qurultayda iştirak edəcək[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Ekol Mühəndislik Xidmətləri» QSC bu ilin dekabr ayının 20-də Cenevrədə (İsveçrə) «5 qitənin keyfiyyət və kəmiyyətə görə mükafatlandırılması» mövzusunda keçiriləcək beynəlxalq qurultayda iştirak edəcək. Bu barədə «APA-ECONOMICS»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib.Şirkət tədbirin təşkilatçısı, Fransanın «Association Other Ways Management and Consulting - France» şirkətindən iştirakla bağlı dəvət alıb.Kampaniyanın məqsədi dünyada fəaliyyət göstərən müəssisələrin idarəetmə, rabitə və inkişaf sisteminə inteqrasiyasına aid məlumatların verilməsindən ibarətdir. Tədbirdə mükafatlandırılmış şirkətlər çoxsahəli forumda məşhur olmaq imkanı qazanacaq. Qurultayda iştirakçılara təcrübə mübadiləsi aparmaq, peşəkar kommersiya əlaqələri yaratmaq, son yeniliklər, yeni texnologiyalar və bazarlar haqqında məlumatlar əldə etmək imkanları yaradılacaq. Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC 2006-cı ildə ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) iştirakı ilə yaradılıb.

09-15-2008, 03:10 PM #2837Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib
[b]Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib[b]
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün ATƏT-in Bakı Ofisinin və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bununla da Azərbaycanda ilk dəfə polis şöbəsinin saytı açılmış olub. [ ünvanında fəaliyyət göstərəcək saytda baş verən cinayətlər və onların üstünün açılması istiqamətində polis orqanlarının gördüyü işlərə dair materiallar yerləşdiriləcək. Bundan başqa vətəndaşlar sayt vasitəsilə polislə birbaşa əlaqə yaradaraq zəruri məlumat almaq imkanı qazanıblar. ATƏT-in Bakı Ofisinin hərbi-siyasi sahə üzrə nümayəndəsi Con Mak Qreqor bildirib ki, bu sayt ATƏT-lə yerli orqanların əməkdaşlığı nəticəsində yaradılıb.

09-15-2008, 03:20 PM #2838Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti yeni məktəb binasının açılışında iştirak edib
[b]Azərbaycan prezidenti yeni məktəb binasının açılışında iştirak edib[b]
Bakı - APA. Sentyabrın 15-də Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olub. Mərasimdə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı müasir standartlara uyğun tikilmiş binanın rəmzi açılışını bildirən lenti kəsib.Təhsil naziri Misir Mərdanov bildirib ki, prezidentin xüsusi tapşırığı ilə tikilmiş məktəbdə tədris üçün hər cür şərait yaradılıb. 50-dən çox sinif otağından ibarət 840 şagird yerlik məktəbdə hazırda 600 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Dövlət başçısı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, kiçik və böyük idman zallarına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb.

09-15-2008, 03:30 PM #2839Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qaynı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini 10 il müddətinə azadlıqdan məhrum edilib
[b]Qaynı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini 10 il müddətinə azadlıqdan məhrum edilib[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə 20 yaşlı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini Valeri Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmənin hökmü ilə V. Abbasov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, V. Abbasov münaqişə nəticəsində qaynı oğlu 20 yaşlı Azər Səfərovu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

09-15-2008, 03:40 PM #2840Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Həmkəndlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub
[b]Həmkəndlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub[b]
Bakı-APA. Sentyabrın 11-də Oğuz rayonunun Bayan kəndi ərazisində, kənd sakini Emin Alxasov münaqişə zəminində həmkəndlisi Qalib Seyidxanova bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Oğuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Alxasov tutulub.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri