[b]Azərbaycan səfirləri və konsulları Bakıda toplaşıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Azərbaycan paytaxtında ölkənin diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin III müşavirəsi başlayır. APA-nın məlumatına görə, beş gün davam edəcək toplantı bu gün səhər diplomatların Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmələri ilə başlayıb.
Toplantının ilk günündə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Prezident xarici siyasətin prioritetlərindən danışacaq, ölkə diplomatları qarşısında duran vəzifələrin daha da səmərəli həyata keçirilməsi üçün lazımi göstəriş və tapşırıqlarını verəcək.Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov isə 2006-cı ildə keçirilmiş müşavirədən keçən dövrdə diplomatik xidmət orqanlarının fəaliyyətinə dair məruzə ilə çıxış edəcək.Daha sonra isə digər nazirlik və komitə rəhbərləri diplomatlar qarşısında çıxış edəcəklər. Bundan sonra diplomatlar Füzuli rayonuna gedəcəklər. Qeyd edək ki, bu səpkili ilk müşavirə 2004-cü ildə keçirilib. Həmin müşavirədə bu tipli tədbirin iki ildən bir keçirilməsi qərara alınıb.
4610 sonuçtan 2.311 ile 2.320 arası

07-07-2008, 11:51 AM #2311Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Abxaziyada partlayış baş verib, ölən və yaralananlar var
[b]Abxaziyada partlayış baş verib, ölən və yaralananlar var[b]
Qali-APA. Gürcüstanın Qali şəhərindəki kafedə baş verən partlayış nəticəsində ən azı 4 nəfər ölüb, altı nəfər yaralanıb. APA-nın məlumatına görə, tanınmamış Abxaziya Respublikasının hakimiyyət orqanları bu hadisəni Gürcüstan tərəfinin planlaşdırdığı terror aktı kimi dəyərləndiriblər. Qondarma qurumun prezidenti Sergey Baqapş Qalidəki partlayışı Gürcüstanın başladığı terror müharibəsinin tərkib hissəsi adlandırıb.

07-07-2008, 12:01 PM #2312Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan səfirləri və konsulları Bakıda toplaşıb

07-07-2008, 12:11 PM #2313Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti bir qrup diplomatı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edib
[b]Azərbaycan prezidenti bir qrup diplomatı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bir qrup diplomatın diplomatik xidmət sahəsində səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Babayev Mirbaba Cabbar oğlu, Canəhmədova Lamiyə Musa qızı, Ələsgərov Şamil Ağarəhim oğlu, Əliyarlı Rəşad Süleyman oğlu, Əliyev Elxan Oruc oğlu, İsrafilov Qalib Malik oğlu, Köçərli Qabil Tofiq oğlu, Qafarov Ramiz Əsəd oğlu, Məmmədov Fariz Cümşüd oğlu, Məmmədzadə Elnur Malik oğlu, Mirzə-zadə Pərvin Xəyyam oğlu, Nağıyev Telman Əlihəsən oğlu və Nəcəfova Mehriban Salman qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

07-07-2008, 12:21 PM #2314Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Serj Sərkisyan Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib
[b]Serj Sərkisyan Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib[b]
Astana-APA. Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvana səfərə dəvət edib. APA-nın məlumatına görə, Serj Sərkisyan Astanada keçirilən görüş zamanı Abdullah Gülə sentyabrın 6-da futbol üzrə dünya çempionatının qrup mərhələsində İrəvanda keçiriləcək Ermənistan-Türkiyə matçını fəxri tribunadan birgə izləməyə çağırıb. Abdullah Gülün bu təklifi necə dəyərləndirəcəyi hələlik açıqlanmayıb. Qeyd edək ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsi, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı "soyqırımı" törədilməsi kimi ittihamları və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi səbəbilə Türkiyə bu ölkə ilə diplomatik əlaqələri dondurub.

07-07-2008, 12:31 PM #2315Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"G-8" sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib
[b]"G-8" sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib[b]
Hokkaydo-APA. Yaponiyanın Hokkaydo adasında başlayan "Böyük səkkizliyin" toplantısı çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransı keçirən prezidentlər bir-birilərinin ünvanına komplimentlər səsləndiriblər.
ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı ilə danışıqların səmərəli keçdiyini bildirib: "Biz görüşdə İran məsələsini və digər məsələləri müzakirə etdik. Bəzi məsələlər barədə Dmitri Medvedevlə fikirlərimiz üst-üstə düşür, bir sıra məsələlərlə bağlı isə fikir ayrılığı var. Amma biz ümumi məxrəcə gəlmək üçün əməkdaşlığı davam etdirmək niyyətindəyik". Rusiya prezidenti isə görüşdə daxili problemlərin, ticarət, investisiyalar, münaqişələr və böhran hallarının müzakirə olunduğunu bildirib. Qeyd edək ki, bu gün işə başlayan "G-8" sammitində qlobal məkanda qiymətlərin bahalaşması, qiymət artımına qarşı mübarizə və s. məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin sammitdə "G-8"də islahatların aparılması və bu quruma daha bir neçə ölkənin daxil edilməsi təklifi ilə çıxış etməsi gözlənilir.

07-07-2008, 12:41 PM #2316Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
General Edip Başər: "Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz"
[b]General Edip Başər: "Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz"[b]
Ankara - APA. "Hazırda həbsdə olan Şənər Əruyğurla Xurşid Tolonu çox yaxından tanıyıram. İkisinin də ürəklərində Türkiyəyə, türk millətinə, Atatürkə sevgi, hörmət, bağlılıq və sədaqətdən başqa heç nə yoxdur. Bu günə qədər ikisinin də əyriliklərini görməmişəm".
APA-nın məlumatına görə, bu sözləri "Milliyet" qəzetinə müsahibəsində istefada olan ordu generalı, Türkiyənin terrorla mübarizə üzrə keçmiş koordinatoru Edip Başər deyib. O, siyasətin məhkəmə-hüquq sisteminə müdaxilə etdiyini və bundan çox böyük üzüntü duyduğunu bildirib: "İndiyə qədər türk ədliyyəsi ilə bağlı belə bir durum yaşanmayıb. İnsanlarımızın istər demokratiya, istərsə də hüquqa inamlarının azaldığını təəssüflə izləməkdəyik. Mən bu səbəblə şokdayam. Xalqın içində ən çox yayılan fikir bu həbslərin siyasi linç olmasıdır". Türkiyədə bəzi darilərin və mətbuat orqanlarının son illərə qədər toxunulmaz sayılan generalların həbsini demokratikləşmə istiqamətində atılan ciddi addım kimi qiymətləndirməsinə dair sualı cavablandıran E. Başer "belə demokratiya olmaz", deyib: "Bir tərəfdən demokratiyanın bəzi divarlarını yıxıb, ordan çıxarılan daşlarla, kərpiclərlə yeni divar hörmək demokratiya qurmaq deyil. Məhkəmənin qərarından əvvəl bəzi qəzetlər hökm çıxarıb, günahkarı elan edirlər. Bu, necə demokratiyadır? Vətəndaşlar barələrində çox ağır ittihamlar olan bəzi siyasətçilərin toxunulmazlıq zirehinə bürünüb parlamentdə oturduğunu misal göstərərək belə bir demokratiyaya inanmadıqlarını söyləyirlər". Ordu generalının sözlərinə görə, bəzi siyasi darilərin təsirində olan media orqanlarının əsas hədəfi cümhuriyyətin qoruyucularından biri olan Türkiyə Silahlı Qüvvələridir. E. Başərin fikrincə, lazımi tədbirlər görülməsə, cəmiyyət bugünkü qütbləşmədən çıxarılmasa, dövlət qurumları arasında etimad bərpa olunmasa, böhranlar bir-birini əvəz edərsə, Türkiyə Livana bənzəyə bilər: "Bildiyinizi kimi, Livan Orta Şərqin davamlı qanayan yaralarından biridir. Bir ara vəziyyət düzələn kimi olur, sonra yenə aləm qarışır. Allah göstərməsin, belə davam edərsə, problemlər həllini tapmazsa, Silahlı Qüvvələr Türkiyənin Livana dönməsinə imkan verərmi, verməzmi? Açıq deyirəm: mən imkan verməyəcəyini düşünürəm. Ordudakı dostlarımın baş verənlərdən çox ciddi narahatlıq duyduğunu bilirəm. Mən də olsaydım, çox böyük narahatlıq duyardım". E. Başər polisin həyata keçirdiyi əməliyyata "Ergenekon" adı verilməsinə də etirazını bildirib: "Türkün yaranış dastanının adı, millətin həssas nöqtəsi niyə bu qədər düşüncəsiz istifadə edildi, bilmirəm. Amma bu, fövqəladə dərəcədə yanlışdır".

07-07-2008, 12:51 PM #2317Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Niderland parlamentinin baş katibi bu gün Azərbaycana gələcək
[b]Niderland parlamentinin baş katibi bu gün Azərbaycana gələcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Niderland parlamentinin baş katibi Jaklin Bişevelinin Bakıya səfəri başlayır.
Bu barədə APA-ya Azərbaycanın Niderland Krallığındakı səfirliyindən məlumat verilib. Jaklin Bişevelinin parlament və Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulur. İyulun 10-dək davam edəcək səfərin əsas məqsədi ikitərəfli əlaqələri genişləndirməkdir.

07-07-2008, 01:01 PM #2318Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə apellyasiya instansiyasının baş prokuroru: "AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir"
[b]Türkiyə apellyasiya instansiyasının baş prokuroru: "AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir"[b]
Ankara - APA. "Hüquqi dövlətdə qanunverici və icra hakimiyyəti istədiyini edə bilmək haqqına sahib deyil. Bunu etmək polis dövləti qurmaq deməkdir". APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ankarada keçirilən hüquq simpoziumundakı çıxışında Danıştay adlanan və əsasən apellyasiya məhkəməsi funksiyalarını yerinə yetirən hüquq instansiyasının baş prokuroru Tansel Çölaşan deyib. O, Türkiyədə seçki ilə hakimiyyətə gələnlərin seçki yolu ilə seçilməyən qurumların səlahiyyətlərini qəbul etmək istəmədiyini bildirib: "Xüsusən də icra və qanunverici hakimiyyətlər eyni partiyanın əlində olduğu vaxt onlar qarşılarında müstəqil məhkəmə hakimiyyəti görmək istəmirlər". T. Çölaşan bu gün Türkiyə məhkəmə-hüquq sisteminin özünü müdafiə etməyə məcbur olduğunu söyləyib: "Öz təşkilatımızı, məhkəmələrin müstəqilliyini müdafiə etməyə məcbur qalmışıq. Məhkəmə niyə bu vəziyyətdə olmalıdır? Heç bir dövrdə vəziyyət bu qədər pis olmamışdı". T. Çölaşan Türkiyənin mövcud hökumətinin Avropaya demokratik üzünü göstərdiyini, daxildə isə Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istədiyini vurğulayıb.

07-07-2008, 03:31 PM #2319Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gənclər və idman naziri Azad Rəhimov: "Bakıda Olimpiya stadionunun tikintisinə yaxın günlərdə start veriləcək"
[b]Gənclər və idman naziri Azad Rəhimov: "Bakıda Olimpiya stadionunun tikintisinə yaxın günlərdə start veriləcək"[b]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Gəncəyə səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, nazir Bakıda keçiriləcək gənclərin V forumu çərçivəsində Gəncə şəhər gənclərin toplantısında iştirak edib. Toplantıdan sonra jurnalistlərə açıqlama verən nazir şəhərin idman həyatı ilə əlaqədar bir sıra məsələlərə aydınlıq gətirib. "Kəpəz" stadionunun təmirinin investisiya planına salınmadığını deyən nazir burada təmir işlərinin "Kəpəz" komandasına sponsorluq edəcək təşkilat tərəfindən həyata keçiriləcəyini bildirib: "Biz istəyirik ki, stadionların təmirini iş adamların, sponsorların vasitəsi ilə həyata keçirək". Onun sözlərinə görə dövlətin investisiya planına düşən stadionlarda təmir işləri aparılır. Bura Naftalan, Şəki, Zirə, Buzovna, Mingəçevir və Lerik rayonlarındakı stadionlar daxildir. Nazir Bakıda tikintisi nəzərdə tutulan Gənclər şəhərciyinin inşasının bu il baş tutmayacağını bildirib. O, Bakıda Olimpiya stadionunun layihə smeta sənədlərinin hazırlandığını, yaxın günlərdə tikinti işlərinə start veriləcəyini deyib.

07-07-2008, 03:41 PM #2320Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Lənkəranda mağaza qarət olunub
[b]Lənkəranda mağaza qarət olunub[b]
Lənkəran. Ağəddin Babayev-APA. İyulun 6-dan 7-nə keçən gecə Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə şəhərin Səttarxan küçəsi, 70 ünvanında yaşayan Ceyhun Telman oğlu Kazımova məxsus mağazada qeydə alınıb. Naməlum şəxslər mağazanın pəncərəsinin şüşələrini sındıraraq içəridən təqribən 1000 manat məbləğində siqaret, sim-kart və s. götürüblər. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Toplantının ilk günündə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Prezident xarici siyasətin prioritetlərindən danışacaq, ölkə diplomatları qarşısında duran vəzifələrin daha da səmərəli həyata keçirilməsi üçün lazımi göstəriş və tapşırıqlarını verəcək.Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov isə 2006-cı ildə keçirilmiş müşavirədən keçən dövrdə diplomatik xidmət orqanlarının fəaliyyətinə dair məruzə ilə çıxış edəcək.Daha sonra isə digər nazirlik və komitə rəhbərləri diplomatlar qarşısında çıxış edəcəklər. Bundan sonra diplomatlar Füzuli rayonuna gedəcəklər. Qeyd edək ki, bu səpkili ilk müşavirə 2004-cü ildə keçirilib. Həmin müşavirədə bu tipli tədbirin iki ildən bir keçirilməsi qərara alınıb.

Yer imleri