[b]Xarici işlər naziri: "Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlaşmır"[b]
Tiflis-APA. Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlşmır. APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birgə sentyabrın 12-də Tiflisdə keçirdiyi brifinqdə çıxış edib. Ermənistanın indiyədək Dağlıq Qarabağ, Kosovo və müstəqillik istəyən digər qurumları tanımadığını qeyd edən erməni nazir beynəlxalq ictimaiyyətin səyi nəticəsində münaqişələrin sülh yolu ilə həllinə ümidvar olduğunu vurğulayıb: "Biz Gürcüstandakı münaqişələrin tezliklə həllində maraqlıyıq. Lakin təkcə ona görə yox ki, Ermənistanın mal və məhsullarının 70%-i Gürcüstan ərazisindən göndərilir, həm də ona görə ki, bizi uzun tarix bağlayır". E. Nalbandyan Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana səfəri ilə bağlı hazırda danışıqlar getdiyini də söyləyib.
4610 sonuçtan 2.791 ile 2.800 arası

09-13-2008, 12:00 PM #2791Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya qoşunları Gürcüstanın Poti şəhərini tərk edib
[b]Rusiya qoşunları Gürcüstanın Poti şəhərini tərk edib[b]
Poti - APA. Bu gün səhər Rusiya qoşunları Gürcüstanın Poti şəhərini tərk etməyə başlayıblar. APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07.45-də Rusiya ordusuna məxsus yük avtomobilləri və hərbi texnika Potidəki Nabada məntəqəsindən çıxıb. Gürcü polisləri onları Senakiyə qədər müşayiət edib.
Qeyd edək ki, Rusiya hərbçiləri Poti və Senaki şəhərlərində ümumilikdə 5 müşahidə postu yaratmışdı. Rusiya prezidenti Dmitri Medvedev və Fransa prezidenti Nikola Sarkozi arasında əldə olunmuş razılaşmaya əsasən Rusiya qoşunları Cənubi Osetiyada hərbi əməliyyatlarına başlandığı vaxta qədər tutduqları mövqelərə geri dönməlidir. Oktyabrın 1-dən gec olmayaraq onları həmin ərazilərdə Avropa Birliyi ölkələrindən olan azı 200 müşahidəçi əvəz etməlidir.

09-13-2008, 12:10 PM #2792Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xarici işlər naziri: "Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlaşmır"

09-13-2008, 12:20 PM #2793Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda "Gəncə infrastrukturu" adlı beynəlxalq sərgi keçiriləcək
[b]Azərbaycanda "Gəncə infrastrukturu" adlı beynəlxalq sərgi keçiriləcək[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu il sentyabrın 22-24-də Gəncədə «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə «Gəncə infrastrukturu» («West Azerbaijan Infrastructure») adlı II Azərbaycan Beynəlxalq Sərgisi keçiriləcək.«Iteca Caspian» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu sərgiyə parallel olaraq «Tikinti» («WestAzBuild») sərgisi də təşkil olunacaq. Hər iki sərgi Gəncə şəhərinin yaranmasının ildönümünün bayram edilməsi mərasiminə uyğunlaşdırılıb. «Gəncə İnfrastrukturu» sərgisində tikinti və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, bank və sığorta, səhiyyə, nəqliyyat, infrastruktu və digər sahələri əhatə edən şirkətlər iştirak edəcək.

09-13-2008, 12:30 PM #2794Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb
[b]BMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb[b]
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 16-da BMT Baş Assambleyasının 63-cü sessiyasının rəsmi açılışı olacaq. APA-nın məlumatına görə, sessiyanın gündəliyinə Azərbaycanla bağlı 2 məsələ salınıb.
Gündəliyin 13-cü bəndi «GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri» (62/249-cu qətnamə), 16-cı bəndi isə «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» (62/243-cü qətnamə) adlanır. Sessiya çərçivəsində çıxışlar sentyabrın 23-dən oktyabrın 1-dək olacaq, ümumilikdə 120 ölkə və hökumət başçısı, xarici işlər naziri və nümayəndə heyətlərin rəhbərlərinin çıxışı gözlənilir. İlkin siyahıya görə, sentyabrın 23-də Braziliya, ABŞ, Fransa, Serbiya, Argentina, Qabon, İran, Gürcüstan, Litva prezidentlərinin çıxışı nəzərdə tutulur. Sentyabrın 24-də Ukrayna, 25-də Tacikistan, 26-da Qırğızıstan prezidentləri, sentyabrın 29-da Rusiya XİN başçısı Baş Assambleyanın tribunasına qalxacaq. 63-cü sessiyanın gündəliyinə ümumilikdə 160-dan çox məsələ salınıb. Onlardan ən əsasları sülh və təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə, insan haqları və ətraf mühitin qorunması, sosial və iqtisadi inkişaf məsələləridir. Qeyd edək ki, sessiya çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin GUAM ölkələri XİN başçıları Şurasının növbəti iclası da keçiriləcək.

09-13-2008, 12:50 PM #2795Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Vladimir Putin: "Münasibətləri amerikalılar korladılar, qoy onlar da düzəltsinlər"
[b]Vladimir Putin: "Münasibətləri amerikalılar korladılar, qoy onlar da düzəltsinlər"[b]
Moskva - APA. Rusiyanın baş naziri Vladimir Putin seçkilərdən sonra formalaşacaq ABŞ hökumətindən Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasını gözləyir. APA-nın məlumatına görə, V. Putin bunu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib. V. Putin "münasibətləri onlar korladılar, qoy onlar da düzəltsinlər", deyib. Dünyada yaranan bütün qlobal böhranlar zamanı Rusiya ilə ABŞ-ın hər zaman birgə hərəkət etdiklərini vurğulayan baş nazir xatırladıb ki, Avraam Linkolnun dövründə dövlət katibi olmuş Amerika siyasətçilərindən biri Rusiya ilə əlaqələri bütün Avropa ölkələri ilə əlaqələrdən daha üstün tutduqlarını bəyan edib: "Qlobal böhranlar zamanı qarşılıqlı maraqlar hansısa fikir ayrılıqlarını üstələyir. Birinci və ikinci dünya müharibələri zamanı belə olub. Biz bunu heç vaxt unutmuruq. İstərdik ki, amerikalı tərəfdaşlarımız da bunu yadda saxlasınlar".

09-13-2008, 01:00 PM #2796Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT-in Bakı Ofisi Azərbaycan jurnalistləri üçün seminar keçirib
[b]ATƏT-in Bakı Ofisi Azərbaycan jurnalistləri üçün seminar keçirib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə "Diffamasiya ATƏT məkanında: qanunvericilik və təcrübə" mövzusunda jurnalistlər üçün seminar keçirilib. APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin şöbə müdiri Monika Makovey bildirib ki, "Diffamasiya haqqında" qanunun qəbul edilməməsi jurnalistlərə əldə olunan istənilən məlumatı xalqa çatdırmaqda məhdudiyyət yaradır. Onun sözlərinə görə, jurnalist məlumatı cəmiyyətə çatdırmaqdan qorxmaması üçün məsələnin cinayət təqibinin olmayacağını bilməlidir. M. Makovey ifadə azadlığının beynəlxalq qanunvericilikdə və Azərbaycan Konstitusiyasında əksini tapdığını da xatırladıb. Ali Məhkəmənin hakimi Vafəddin İbayev isə mövzu və jurnalistləri maraqlandıran suallar ətrafında çıxış edib. O bildirib ki, indiyədək Azərbaycandan Avropa Məhkəməsinə 5 min şikayət göndərilib. Bunlardan 100-ə yaxınına baxılıb, 13-ü barəsində isə qərar çıxarılıb.

09-13-2008, 01:10 PM #2797Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Valeri Çeçelaşvili: "GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq"
[b]Valeri Çeçelaşvili: "GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq"[b]
Bakı. Laçın Sultanova - APA. Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili Kiyevdə keçirilən "Rusiya-Gürcüstan münaqişəsi. Səbəblər və nəticələr" adlı dəyirmi masada iştirak edib. APA-nın məlumatına görə, baş katib münaqişə nəticəsində yaranmış vəziyyətlə bağlı GUAM-ın planları və vəzifələri barədə məlumat verib. O bildirib ki, GUAM-ın Batum sammitinin qərarları mütləq yerinə yetiriləcək və təşkilat Qara dəniz-Xəzər regionunda demokratiya və iqtisadi əməkdaşlığa öz töhfəsini verəcək. V. Çeçelaşvilinin fikrincə, Rusiya-Gürcüstan münaqişəsi nəticəsində regional mexanizmlərin effektliyinin pozulduğu bir şəraitdə GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq.

09-13-2008, 01:20 PM #2798Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda "Azərbaycan dövlətçilik ənənələrinin tarixi" mövzusunda beynəlxalq simpozium keçirilir
[b]Bakıda "Azərbaycan dövlətçilik ənənələrinin tarixi" mövzusunda beynəlxalq simpozium keçirilir[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Azərbaycan Tarix Qurumunun birgə təşkilatçılığı ilə "Azərbaycan dövlətçilik ənənələrinin tarixi" mövzusunda beynəlxalq simpozium başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək tədbir Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının və Bakının azad edilməsinin 90 illiyinə həsr olunub. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Bakının azad edilməsinə ingilislər, fransızlar və almanlar maneə yaratmağa çalışıblar, Almaniya hətta türk ordusu Bakının azad edilməsinə kömək göstərəcəyi təqdirdə, Türkiyə ilə müttəfiqliyi dayandıracağını bildirib. Tarixçinin sözlərinə görə, Türkiyə belə şəraitdə yenə də Azərbaycana yardım göstərməkdən çəkinməyib. Y. Mahmudov deyib ki, 1918-ci ildə sentyabrın 15-də Bakı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən bolşeviklərdən və daşnaklardan azad edilib. Həmin gün Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçib. Bu hadisəni Türkiyə ordusunun zəfər savaşı kimi qiymətləndirən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc isə bildirib ki, tarixi yazmaq və onu qorumaq olduqca əhəmiyyətlidir: "Ona görə də tarixin bu səhifələrini yaddan çıxarmaq lazım deyil". Simpozium işini davam etidir.

09-13-2008, 01:30 PM #2799Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan voleybol yığması Yunanıstana yollanıb
[b]Azərbaycan voleybol yığması Yunanıstana yollanıb[b]
Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası bu gün Yunanıstana yollanıb. "APA-SPORT"un məlumatına görə, yığmamız sabah Afinada Avropa çempionatının pley-off mərhələsi çərçivəsində yerli komanda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlanacaq. Komandalar arasında ilk matç sentyabrın 7-də Quba Olimpiya Kompleksində baş tutub. Faiq Qarayevin yetirmələri bu görüşdə inamlı qələbəyə seviniblər - 3:0 (25:20, 25:15, 25:15). Yığmamız Afinadakı görüşdə bir set qazanacağı təqdirdə, 2009-cu ildə Polşada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.Qeyd edək ki, qadın yığmamız indiyədək iki dəfə qitə birinciliyinin final mərhələsinə qatılıb. Komandamız 2005-ci ildə Xorvatiyada 4-cü, ötən il isə Belçika və Lüksemburqda təşkil olunan birincilikdə 12-ci yeri tutub.

09-13-2008, 01:40 PM #2800Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurasının keçmiş baş katibi vəfat edib
[b]Avropa Şurasının keçmiş baş katibi vəfat edib[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının keçmiş baş katibi Georq Kan-Agerman 90 yaşında vəfat edib. APA-nın məlumatına görə, Kan-Agerman 1974-1979-cu illərdə Avropa Şurasına rəhbərlik edib. İxtisasca jurnalist olan keçmiş baş katib bəzi kitabların müəllifi, Bundestaqın üzvü və Almaniyanın UNESCO-dakı nümayəndə heyətinin üzvü olub. O, həmçinin Qərbi Avropa İttifaqı Assambleyası sədrinin müavini vəzifəsində çalışıb, 1963-1974-cü illərdə AŞ PA-da təmsil olunub. Georq Kan-Agermanın Almaniyanın Myunsinge şəhərində keçirilmiş dəfn mərasimində Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio da iştirak edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri