Əsas məzmuna keç
Sayfa 151/461 İlkİlk ... 51101141149150151152153161201251 ... SonSon
4610 sonuçtan 1.501 ile 1.510 arası

Azərbaycan Xəbərləri

1. #1501
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında ata iki övladını qətlə yetirib

[b]Azərbaycan paytaxtında ata iki övladını qətlə yetirib[b]

Bakı - APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uzun illər bağlı qalmış qətlin üstü açılıb.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində məlum olub ki, 2007-ci ilin oktyabrında vəfat etmiş Bilgəh qəsəbə sakini Hüseynağa Əliyev 1992-ci ildə öz evində doğma oğlu Tapdıq Əliyevi boğaraq öldürüb. Hadisə zamanı qızları Yeganə və Birdanə Əliyevalar da onun yanında olublar. N. Əliyev qızlarının iştirakı ilə qətlə yetirdiyi oğlunu kənd qəbiristanlığındakı sərdabədə dəfn edib. Yeganə və Birdanə Əliyevalar atalarının digər qızı Təranə Əliyevanı da boğaraq qətlə yetirdiyini, eyni yerdə dəfn etdiyini bildiriblər. İyunun 3-də Təranə və Tapdıq Əliyevlərin cəsədlərinin qalıqları eksqumasiya edilib.

2. #1502
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Eldar Sabiroğlu: "Xalqımız iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin hansı nüfuza, hansı gücə malik olduğunu görəcək"

[b]Eldar Sabiroğlu: "Xalqımız iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin hansı nüfuza, hansı gücə malik olduğunu görəcək"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi münasibətilə Bakıda keçiriləcək hərbi paradda bütün qoşun növləri iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Müdafiə Nazirliyi hərbi parada ciddi hazırlaşır: "Xalqımız həmin gün Azərbaycan Silahlı Qüvvələrinin hansı nüfuza, gücə malik olduğunu görəcək".

3. #1503
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Kərimov həbs edilib

[b]Əli Kərimov həbs edilib[b]

Bakı - APA. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 40-cı PB əməkdaşları Azər Bəndəliyevdən 0,222 qram heroin, Nərimanov RPİ əməkdaşları Xızı rayon sakini Abbas Həsənovdan 0,259 qram heroin, Nizami RPİ əməkdaşları Bakı şəhər sakinləri Amil Paşayevdən 0,038 qram, Əli Kərimovdan 0,034 qram heroin, Dəvəçi RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Emin Fərzəliyevdən 2 qram tiryək götürüblər.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Goranboy RPŞ əməkdaşları tərəfindən isə Quşçular kənd bələdiyyəsinə məxsus 0,18 hektar sahədən yabanı halda bitmiş, çəkisi 380 kiloqram olan 1280 ədəd çətənə kolu yığılaraq məhv edilib.

4. #1504
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vasili İstratov: "Azərbaycandan Rusiyaya rusların kütləvi axını müşahidə olunmur"

[b]Vasili İstratov: "Azərbaycandan Rusiyaya rusların kütləvi axını müşahidə olunmur"[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ölkəsinin dövlət bayramı olan Rusiya Gününə həsr olunmuş mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, "Qazprom" şirkətinin Azərbaycan rəhbərliyi ilə danışıqlarını şərh edən səfir bildirib ki, şirkət Azərbaycandan Avropa qiymətləri ilə təbii qaz almaq və bununla bağlı uzunmüddətli saziş imzalamaq istəyir: "Qərarı Azərbaycan verməlidir". Rusiyanın Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edib-etmədiyi haqda sualı cavablandıran diplomat onda belə məlumat olmadığını deyib. Azərbaycanın Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndlərində yaşayan Rusiya vətəndaşlarının probleminə toxunan V. İstratov hesab edir ki, bu məsələ sərt qərarlar qəbul olunmadan həllini tapmalıdır. "Soydaşların qayıdış proqramı" çərçivəsində Azərbaycandan Rusiyaya nə qədər rusun köçməsi ilə bağlı suala cavab verən səfir kütləvi axının müşahidə olunmadığını, gedənlərin sayının onlarla olduğunu söyləyib. Azərbaycanın regionlarına səfərindən danışan V. İstratovun sözlərinə görə, yaxın aylarda Gəncə, Lənkəran, Şəki və Naxçıvanda rus ədəbiyyatı mərkəzləri yaradılacaq. O, Azərbaycanda rus dilinə marağın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Televiziya kanallarının qarşılıqlı yayımı barədə danışıqların bərpa olunub-olunmadığı barədə sualı cavablandıran səfir bildirib ki, bu məsələ ilə bağlı hansısa canlanma barədə məlumata malik deyil.

5. #1505
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müdafiə Nazirliyinin rəsmisi: "Təxribat törətmək üçün sərhədi keçən erməni hərbçilərinin əməlləri Azərbaycan qanunvericiliyinə uyğun qiymətləndiriləc&

[b]Müdafiə Nazirliyinin rəsmisi: "Təxribat törətmək üçün sərhədi keçən erməni hərbçilərinin əməlləri Azərbaycan qanunvericiliyinə uyğun qiymətləndiriləcək"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Təxribat törətmək məqsədi ilə Azərbaycan ərazisinə keçən və cəbhənin Naxçıvan istiqamətində saxlanılan Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanla bağlı araşdırmalar davam edir. APA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib ki, araşdırmalar başa çatandan sonra Müdafiə Nazirliyi mövqeyini ictimaiyyətə açıqlayacaq: "Onların fəaliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq qiymətləndiriləcək". Son zamanlar Azərbaycan Ordusunun əsgərlərinin Ermənistana tərəfindən əsir götürülməsi hallarının artması barədə jurnalistlərin suallarını cavablandıran nazirlik sözçüsü deyib ki, Ermənistan tərəfdən son illərdə daha çox əsir düşən olub: "Amma ermənilər bunu KİV-də yaymırlar. Bizdən əsir düşmə hallarını Azərbaycan Ordusunun zəifliyi kimi qiymətləndirilməsi fikri ilə qətiyyən razılaşmaq olmaz. Müharibə şəraitidir, belə hallar ola bilər. Əsir düşmə hallarının düzgün qiymətləndirilməsi lazımdır".

6. #1506
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tarkan Bakıya səfəri zamanı beşulduzlu otellərdən birinin kral nömrəsində qalıb

[b]Tarkan Bakıya səfəri zamanı beşulduzlu otellərdən birinin kral nömrəsində qalıb[b]

Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkan ötən ay Bakıya üç günlük səfəri zamanı beşulduzlu otellərdən birinin xüsusi kral nömrəsində qalıb. APA-nın əldə etdiyi məlumata görə, Tarkan səfəri ərəfəsində təşkilatçı "SƏS Organizathion"dan bir sıra tələblərinin yerinə yetirilməsini istəyib. Belə ki, sənətçi otağına daim təzə meyvələrin gətirilməsini, bu meyvələrin hər iki saatdan bir dəyişdirilməsini, eləcə də nömrəyə viski, qırmızı çaxır, adi çay, enerji artıran bitki çayı, mineral su və adi suyun qoyulmasını istəyib. 60 nəfərlik heyətlə Bakıya gələn meqa-star otağına 10 nəfərlik yemək masası da qoydurub. Bu, onu göstərir ki, Tarkan tək yox, öz musiqiçiləri ilə birlikdə yemək yeməyə üstünlük verir. Sənətçinin sifarişləri sırasında nömrəsinə böyük bir güzgünün, dekorativ lampaların, şamların və makyaj üçün xüsusi işıqla təchiz olunmuş masanın yerləşdirilməsi də olub. O, Bakıda plov, təzə yaşıl salat, təzə pomidor, soyuq qəlyanaltı olaraq toyuq qızartması yeyib. Bir çox türkiyəli müğənninin Bakıya səfəri təşkil edən "SƏS Organizathion"ın rəhbəri Nahid Emiloğlu Tarkanın heç də kaprizli sənətçi olmadığını deyib.

7. #1507
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Paytaxtda yandırılan maşınların sayı 27-yə çatıb

[b]Paytaxtda yandırılan maşınların sayı 27-yə çatıb[b]

Moskva-APA. Dünən Rusiya paytaxtında daha beş maşın yandırılıb. APA-nın məlumatına görə, naməlum şəxslər Moskvanın müxtəlif rayonlarında iki "QAZel", bir "Jiquli", "Audi" və "Hyundai" maşınlarına od vurublar.

Bununla da son 5 gündə Moskvada yandırılan maşınların sayı 27-yə çatıb. Hələlik cinayətkarları tutmaq mümkün olmayıb. Dünən Moskva hüquq-mühafizə orqanları şahid ifadələri əsasında şübhəli şəxsin foto-robotunu hazırlaşıblar. Psixiatrlar maşınlara od vuran şəxsin psixi problemlərdən əziyyət çəkdiyini ehtimal edirlər. Ümumilikdə Moskvada maşınların yandırılması nəticəsində mülkiyyət sahiblərinə 4,5 milyon rubl ziyan dəyib.

8. #1508
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov məhkəmədə tutdurduğu qohumlarını bağışladığını bildirib

[b]Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov məhkəmədə tutdurduğu qohumlarını bağışladığını bildirib[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə millət vəkili Əhəd Əhmədovdan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş müxbiri Rza Pənahov, "Yeni Cümhuriyyət" qəzetinin baş redaktoru Nüsrət Rəhimov, "Mühakimə" qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), digər təqsirləndirilənlər Zahid Muradov və Zabil Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Rauf Əliyev bildirib ki, cinayət işində ailə məsələləri olduğu üçün prosesin qapalı keçirilməsinə qərar verilib. Bundan sonra məhkəmə prosesini işıqlandıran KİV nümayəndələri zaldan çıxarılıb və proses jurnalistlərin iştirakı olmadan davam etdirilib.Əlavə edək ki, APA-nın əməkdaşı prosesdən bir gün əvvəl - iyunun 3-də Ə. Əhmədovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə gəldiyinin şahidi olub. Güman olunur ki, Ə. Əhmədov məsələnin ictimaiyyətə qapalı qalması məqsədilə hakimdən prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini xahiş edib. Ə. Əhmədov özü də müəyyən dairələrdə prosesin qapalı keçirilməsinə çalışacağını söyləyib. Bugünkü prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib, millət vəkili tərəfindən şərləndiklərini bildiriblər. Zərərçəkmiş şəxs qismində ifadə verən millət vəkili Əhəd Əhmədov isə təqsirləndirilənləri bağışladığını deyərək, hökm çıxarılarkən onların ailə vəziyyətinin nəzərə alınmasını xahiş edib. Sonra prosesdə şahidlər dindirilib. Məhkəmə prosesi iyunun 9-da davam etdiriləcək. Qeyd edək ki, ittihamnaməyə görə, təqsirləndirilən N. Rəhimov Ə. Əhmədovun özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə ondan 1500 dollar alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra Ş. Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Z. Muradov, baldızı oğlu Z. Pənahov və bacanağı R. Pənahov da həbs olunublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunurlar.

9. #1509
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü: "Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından geri çəkilməsə, hərbi yol qaçılmazdır"

[b]Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü: "Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından geri çəkilməsə, hərbi yol qaçılmazdır"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti, əsgərlərin döyüş qabiliyyətinin səviyyəsi müharibə şəraitinə tam cavab verir. Orduda müsbət dəyişikliklər çoxdur. Bütün bunların arxasında dövlətin diqqət və qayğısı dayanır. Prezident İlham Əliyevin gündəlik fəaliyyətində Azərbaycan ordusunun inkişafı üçün görülən tədbirlər önəmli yer tutur".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2003-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin büdcəsi 135 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm təxminən 10 dəfəyə qədər artırılıb: "Yüksəliş Azərbaycan ordusuna bütün istiqamətlər üzrə müsbət təsirini göstərir. Bura hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasından tutmuş, ordunun yeni və müasir silahlarla təchiz edilməsinə qədər olan bütün zəruri tədbirlər daxildir. Azərbaycan Ordusunun gücünü dost ölkələr qeyd edir, düşmənlərimiz də bunu etiraf etmək məcburiyyəti qarşısında qalırlar". E. Sabiroğlunun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalı davam edərsə, vəziyyət nəzarətdən çıxa və bölgədə arzu olunmayan şərait yarana bilər: "Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından geri çəkilməlidir. Bu, dövlətimizin rəhbərliyinin, Müdafiə Nazirliyinin və xalqın tələbidir. Əks təqdirdə, hərbi yol qaçılmazdır". MN mətbuat xidmətinin rəisi Ermənistanın atəşkəs rejimini pozmağa davam etdiyini və hər iki tərəfdən itkilər olduğunu da nəzərə çatdırıb. Onun sözlərinə görə, atəşkəsin pozulması Ağdam, Xocavənd, Tərtər, Füzuli, Gədəbəy və Tovuz istiqamətlərində intensiv şəkildə, Goranboy, Qazax, Cəbrayıl, Göygöl rayonları ərazisində isə az-az müşahidə olunur. Bu il atəşkəs rejimi ilə bağlı ATƏT tərəfindən 9 monitorinq keçirildiyini xatırladan E. Sabiroğlu iyunun 3-də Qazax rayonunun Məzəm kəndi yaxınlığında keçirilməsi nəzərdə tutulan monitorinqin baş tutmamasının səbəbini belə izah edib: "ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra köməkçiləri Qazax rayon İcra Hakimiyyətində brifinq keçiriblər. Onlara təmas xəttində baş verən hadisələr ətraflı çatdırılıb. Ancaq səhra köməkçiləri təmas xəttinə getməmək barədə qərar qəbul ediblər. Bizə məlum olan budur".

10. #1510
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Berlində "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib

[b]Berlində "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Almaniyanın Berlin şəhərində Konrad Adenauer Fondu, Almaniya-Azərbaycan Forumu və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Almaniya Bundestaqının rəhbərliyinin nümayəndələri və üzvləri, Konrad Adenauer Fondunun və Almaniya-Azərbaycan Forumunun rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri iştirakı ediblər. Konfransda "Azərbaycanda dini qurumların hüquqi əsasları və mövcud durumu: dinin milli və regional səviyyədə rolu" mövzusunda əsas məruzəçi kimi çıxış edən H. Orucov qeyd edib ki, Azərbaycanda islam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və iudaizm məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir. Şeyxülislam Hacı Allahşükür Paşazadə konfransda "Qafqazda islamı xarakterizə edən xüsusiyyətlərin təqdimatı və siyasət üçün əhəmiyyəti: demoqrafik inkişaf və meyllər" mövzusunda məruzə ilə çıxış edib. A. Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin rəhbərləri ilə yaxından əməkdaşlıq edir. Konfransda qeyri-islam dini icmaların nümayəndələri kimi məruzə ilə çıxış edən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşein və Bakı Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Azərbaycandakı tolerantlığın digər dövlətlər, hətta Avropa ölkələri üçün örnək olduğunu deyiblər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.