[b]Azərbaycanın cənubunda iki qardaş arasında silahlı mübahisə baş verib[b]
Masallı. Ağəddin Babayev - APA. Azərbaycanın Masallı rayonunda iki qardaş arasında baş verən mübahisə birinin digərinə silahlı hücum etməsi ilə nəticələnib. Masallı Rayon Polis Şöbəsinin rəis müavini Rizvan Quliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Köçəkli kənd sakini, 1956-cı il təvəllüdlü Ağabala Möhübbət oğlu Quliyev polisə zəng edərək 1967-ci il təvəllüdlü, qapı qonşusu olan qardaşı Oqtay Möhübbət oğlu Şəmiyevin onu silahla hədələyərək evdən çıxmasını tələb etdiyini bildirib. Şikayətçi bildirib ki, O.Şəmiyev 16 kalibrli ov tüfəngi ilə onun evinə girərək tavana 4 atəş açıb, nəticədə evin tavanı zədələnib, şüşələr qırılıb. Dərhal əməliyyat keçirən polis O.Şəmiyevi həbs edib, onun evində axtarış apararkən 16 kalibrli ov tüfəngi və 15 patron aşkar edib. O.Şəmiyev öz ifadəsində qardaşının yaşadığı evin qanuni olaraq ona məxsus olduğunu bildirib və evdən çıxması ilə bağlı qardaşına dəfələrlə xəbərdarlıq etdiyini qeyd edib. Faktla bağlı O.Şəmiyevlə bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
4610 sonuçtan 1.411 ile 1.420 arası

06-01-2008, 01:21 PM #1411Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Kişinyovda «İfadə azadlığı» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib
[b]Azərbaycan Kişinyovda «İfadə azadlığı» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı Kişinyovda (Moldava) «İfadə azadlığı» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Avropa Komissiyasının TAİEX proqramının Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi ilə birgə təşkil etdiyi seminarda Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların təmsilçiləri, Qara dəniz regionuna daxil olan ölkələrin dövlət, QHT və KİV nümayəndələri iştirak ediblər. A.Səfixanlı seminarda çıxış edərək Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ötən dövr ərzində respublikada fikir, söz və məlumat azadlığının təmin edilməsi, media hüquqlarının müdafiəsi, jurnalistlərin peşə hazırlığının və hüquq mədəniyyətinin yüksəldilməsi sahəsində fəaliyyəti barədə məlumat verib. O, ötən müddət ərzində Ombudsman Aparatında KİV nümayəndələri ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının gerçəkləşdirilməsinə dair məsləhətləşmələrin aparıldığını, bu planın əhəmiyyəti və əhatə dairəsi ilə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

06-01-2008, 01:31 PM #1412Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın cənubunda iki qardaş arasında silahlı mübahisə baş verib

06-01-2008, 01:41 PM #1413Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Dəvəçi rayonunda üçotaqlı ev yanıb
[b]Azərbaycanın Dəvəçi rayonunda üçotaqlı ev yanıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Dünən saat 04:00 radələrində Azərbaycanın Dəvəçi rayonunda ev yanıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Söhbətli kənd sakini Vüqar Kərimova məxsus birmərtəbəli 3-otaqlı evdə baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Faktla bağlı araşdırma aparılır.

06-01-2008, 01:51 PM #1414Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yerevanda İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək
[b]Yerevanda İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin iyun ayının 6-8-də Yerevanda (Ermənistan) İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı məsələlərinə həsr olunmuş konfrans keçiriləcək. APA-nın «IranPress»ə istinadən verdiyi məlumata görə, Yerevandakı Arya Beynəlxalq Universitetində təşkil olunacaq konfransda İranın Cənubi Qafqaz, həmçinin Mərkəzi Asiya respublikaları ilə ikitərəfli geosiyasi və iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, mədəni və tarixi əlaqələr, münaqişələrin həlli yolları və s. aktual məsələlər müzakirə ediləcək.

06-01-2008, 02:01 PM #1415Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilir
[b]Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilir[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Makedoniyada növbədənkənar parlament seçkiləri keçirilir. APA-nın məlumatına görə, yerli vaxtla saat 07:00-dan 19:00-dək keçiriləcək seçkilərdə 16 partiyanın təmsilçiləri iştirak edir.Makedoniya Dövlət Seçki Komissiyası seçkilərin ilkin nəticələrini səsvermə başa çatdıqdan sonra 12 saat ərzində açıqlayacaq. Sosioloji sorğulara əsasən, parlamentdə ən çox mandat qazanan «Yaxşı Makedoniya uğrunda» koalisiya olacaq. Koalisiya ölkənin baş naziri Nikola Qruyevskinin sədrlik etdiyi hakim Makedoniya Daxili İnqilab Təşkilatı və Makedoniya Demokratik Milli Birlik Partiyasının bazasında yaradılıb. Bu blokun səslərin 31%-ni qazanacağı proqnozlaşdırılır. Qeyd edək ki, seçkilərdə iştirak edən 16 partiyadan 7-si milli azlıqların (5-i albanların, 1-i serblərin və 1-i türklərin) maraqlarını təmsil edir. Ölkə vətəndaşlarının 1,779 mln-u seçici hüququna malikdir, seçkiləri isə 5,8 min müşahidəçi, o cümlədən 464 xarici dövlət təmsilçisi izləyir.

06-01-2008, 02:11 PM #1416Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakı şəhərində soyğunçular ticarət obyektindən pul aparıblar
[b]Bakı şəhərində soyğunçular ticarət obyektindən pul aparıblar[b]
Bakı. Şəhriyar Əliazdə - APA. Bu gün Bakının Nəsimi rayonundakı marketlərdən birində soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, marketə daxil olan soyğunçular satıcı Mənzur Həmzəyevə bıçaqla hədə-qorxu gələrək, kassadakı pulları aparıblar. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

06-01-2008, 02:21 PM #1417Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın qərbində quldurluqla məşğul olan dəstənin üzvləri yaxalanıb
[b]Azərbaycanın qərbində quldurluqla məşğul olan dəstənin üzvləri yaxalanıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın Gəncə şəhərində quldurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanıb. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər Vüsal Həsənov, Taleh Məmmədov və Yasin Əliyevdir. Onlar oğurluq, quldurluq, polisə müqavimət göstərmə, evlərə basqın etməkdə təqsirləndirilir. Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

06-01-2008, 02:31 PM #1418Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Həyətyanı sahədə marixuana becərən Sumqayıt sakini yaxalanıb
[b]Həyətyanı sahədə marixuana becərən Sumqayıt sakini yaxalanıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycanın Sumqayıt şəhərində narkotik vasitələrin becərilməsi ilə məşğul olmaqda təqsirləndirilən şəxs yaxalanıb. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsinin sakini 22 yaşlı Rahib Həsənovun həyətyanı sahəsinə baxış zamanı xeyli sayda marixuana kolu aşkarlanıb. Fakta bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

06-01-2008, 02:41 PM #1419Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında soyğunçuluq hadisəsi baş verib
[b]Azərbaycan paytaxtında soyğunçuluq hadisəsi baş verib[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı şəhərinin Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, işdən evə qayıdan Bakı sakini Zəminə Rəhilovaya naməlum şəxs yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və onun üstündə olan zinət əşyalarını, pulunu və 1 ədəd «Nokia N95» markalı mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Bundan sonra Z.Rəhilova Polis İdarəsinə müraciət edib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil.

06-01-2008, 02:51 PM #1420Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Odessada «Qara dəniz bölgəsində dondurulmuş münaqişələr» mövzusunda konfrans keçirilib
[b]Odessada «Qara dəniz bölgəsində dondurulmuş münaqişələr» mövzusunda konfrans keçirilib[b]
Bakı. Tamara Qriqoryeva - APA. Ukraynanın Odessa şəhərinin meriyasında «Qara dəniz bölgəsində dondurulmuş münaqişələr» mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, tədbirdə əsas müzakirə obyekti Moldova, Azərbaycan və Gürcüstan ərazisində dondurulmuş münaqişələr, onların həlli yolları, münaqişə tərəfləri arasında dialoqun dəstəklənməsi, Avropa İttifaqı və rəsmi Kiyevin bu prosesdə vasitəçilik rolu və s. məsələlər olub. Bununla yanaşı, Rusiyanın dondurulmuş münaqişələrin həllinə təsir imkanları ayrıca blokda müzakirə edilib. Tədbirdə adları sadalanan dövlətlərin rəsmi təmsilçiləri ilə yanaşı bir sıra beynəlxalq təşkilatın nümayəndələri də iştirak ediblər.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Masallı. Ağəddin Babayev - APA. Azərbaycanın Masallı rayonunda iki qardaş arasında baş verən mübahisə birinin digərinə silahlı hücum etməsi ilə nəticələnib. Masallı Rayon Polis Şöbəsinin rəis müavini Rizvan Quliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Köçəkli kənd sakini, 1956-cı il təvəllüdlü Ağabala Möhübbət oğlu Quliyev polisə zəng edərək 1967-ci il təvəllüdlü, qapı qonşusu olan qardaşı Oqtay Möhübbət oğlu Şəmiyevin onu silahla hədələyərək evdən çıxmasını tələb etdiyini bildirib. Şikayətçi bildirib ki, O.Şəmiyev 16 kalibrli ov tüfəngi ilə onun evinə girərək tavana 4 atəş açıb, nəticədə evin tavanı zədələnib, şüşələr qırılıb. Dərhal əməliyyat keçirən polis O.Şəmiyevi həbs edib, onun evində axtarış apararkən 16 kalibrli ov tüfəngi və 15 patron aşkar edib. O.Şəmiyev öz ifadəsində qardaşının yaşadığı evin qanuni olaraq ona məxsus olduğunu bildirib və evdən çıxması ilə bağlı qardaşına dəfələrlə xəbərdarlıq etdiyini qeyd edib. Faktla bağlı O.Şəmiyevlə bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Yer imleri