Əsas məzmuna keç
Sayfa 162/461 İlkİlk ... 62112152160161162163164172212262 ... SonSon
4610 sonuçtan 1.611 ile 1.620 arası

Azərbaycan Xəbərləri

1. #1611
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xankəndi Seçki Dairəsinin məntəqələrinin sayının artırılması üçün MSK-ya müraciət olunacaq

[b]Xankəndi Seçki Dairəsinin məntəqələrinin sayının artırılması üçün MSK-ya müraciət olunacaq[b]

Bakı. Elnur Məmmədli - APA. 122 Saylı Xankəndi Seçki Dairəsinin (DSK) rəhbərliyi dairənin məntəqələrinin sayının artırılması xahişi ilə gələn həftə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyə hazırlaşır. DSK-nın sədri Allahverdi Doluxanov APA-ya bildirib ki, bu məsələni bir neçə dəfə MSK qarşısında qaldırıb. Lakin MSK rəhbərliyi bu məsələyə seçici siyahılarının yenidən tərtib olunması prosesi başa çatdıqdan sonra baxacağını bildirib. A. Doluxanovun sözlərinə görə, hazırda dairənin 9 məntəqəsi var. Ağcabədi və Ağdamda yaşayan seçicilər Bərdədəki, Naftalandakı seçicilər isə Gəncədəki seçki məntəqəsində səs verməyə məcburdur: "Müraciətdə Naftalanda və Ağcabədidə yeni məntəqələrin yaradılmasını xahiş edəcəyik". Qeyd edək ki, hazırda 122 saylı Xankəndi seçki dairəsinin 4623 seçicisi var. Onlar ölkənin ayrı-ayrı regionlarında məskunlaşıblar.

2. #1612
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda keçirilən X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı başa çatıb

[b]Azərbaycanda keçirilən X "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı başa çatıb[b]

Bakı. Ülkər Qasımova-APA. "Azərbaycan" Kinoteatrında X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, festivalın sonuncu günündə Azərbaycanda istehsal olunan "Hökmdarın taleyi" və Rusiyada istehsal olunan "Aleksandr Nevski" filmləri göstərilib.

Mərasimində "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz" nominasiyasında "Hökmdarın taleyi" filmində yaratdığı İbrahim Xan obrazına görə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz" nominasiyasında Qırğızıstan istehsalı olan "İşıqlı sərinlik" filmində yaratdığı obraza görə qırğız aktrisası Asema Toktobekova, "Bəşəriyyətə ən humanist göndəriş" nominasiyasında İranın istehsal etdiyi "Əbədi uşaqlar" filminin rejissoru Puran Drəxşəndə, "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" polyak rejissoru Kşiştov Zanussi və "Ən yaxşı debüt film" nominasiyasında rejissor İqor Kalyonovun "Aleksnadr Nevski" filmi mükafata layiq görülüb. Qeyd edək ki, 1996-cı ildən etibarən keçirilməyə başlanılan festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dünya Kinosunun 100 illiyi Fondunun təşkilatçılığı ilə gerçəkləşib. Festivalın Təşkilat Komitəsinin sədri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovdur. İyunun 1-də start götürən X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalında "Azərbaycan" kinoteatrında "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya), "Dost" (Azərbaycan) və digər filmlər nümayiş etdirilib. Festivalın ilk günlərin Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin "Persona-non-qrata", "Var gücü ilə, qalopla" və "Kamuflaj" filmlərindən ibarət retrospektiv təşkil olunub. Bakıda keçirilən Beynəlxalq Kinofestivalda fransalı ssenarist Georgiy Branyev, İsrailli ssenarist Efraim Abramov, polşalı rejissorlar Ancey Yakimovski, Kşiştof Zanussi, estoniyalı prodüser Erika Laansalu, aktrisa Viyre Valdma, latviyalı rejissor Yuris Poşkus, aktyor Andis Strods, belaruslu kino tənqidçisi Anton Sidorenko, qırğızıstanlı rejissor Ernest Abdıjaparov, Rusiyada yaşayan həmyerlimiz Yuli Qusman və digər ölkələrin tanınmış kino xadimləri iştirak ediblər. X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsus idi.

3. #1613
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müsavat Partiyasının Divanında keçirilməsi planlaşdırılan aksiyalarla bağlı müzakirələr aparılacaq

[b]Müsavat Partiyasının Divanında keçirilməsi planlaşdırılan aksiyalarla bağlı müzakirələr aparılacaq[b]

Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni partiya Divanının növbəti iclasında bir daha müzakirə edəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, partiya Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldilməsi və müxalifətin vahid mövqedən çıxış etməsi üçün mümkün addımları atacaq. Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi, mitinqlərin təşkil olunması nəzərdə tutulub. O, Müsavatın kütləvi aksiyalar keçirməsi ilə bağlı məsələnin gündəlikdə olduğunu və Divanın iclasında bu barədə də müzakirələrin aparılacağını qeyd edib: "Bu prosesdə bizimlə bir yerdə olmaq istəyən siyasi qüvvələrlə birgə fəaliyyət göstərmək niyyətindəyik. Müsavat mitinq keçirmək üçün müzakirə aparır və kim bu aksiyalara qoşulacaqsa, problem olmayacaq. Əgər həmin qüvvələr bu məqamda da passiv mövqe nümayiş etdirsələr, Müsavat qərarlarına uyğun olaraq təkbaşına hərəkət edəcək".

4. #1614
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə istiqamətdə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə istiqamətdə pozub[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 8-də saat 20.30-dan 20.35-dək Ermənistanın Noyemveryan rayonunun Berdivan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.00-dan 22.50-dək və iyunun 9-u saat 01.03-dən 01.08-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.40-dan 01.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

5. #1615
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaq

[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaq[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanan fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bu gün Türkiyənin Konya şəhərində "Anadolu qartalı 2008" təlimi başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün, həmçinin Ankara şəhərində "Quru qoşunları əməliyyatları" üzrə terminologiya kursuna da start veriləcək. Sabah isə "Enernity 2008" təliminin ilkin planlaşdırma konfransı baş tutacaq. Bu gün Yunanıstanın Kilkis şəhərində "Çoxmillətli Sülhməramlı Əməliyyatlar üzrə zabit təməl kursu", iyunun 10-da İsveçin Upsala şəhərində "Hava məkanının idarə edilməsi" mövzusunda seminar keçiriləcək. Həmin gün Qətərin Doha şəhərində "Yırtıcı şahin 2008" təliminin İlkin Planlaşdırma Konfransı başlanacaq. İyunun 15-dən-21-dək isə Londonda təlim inspeksiyaları baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

6. #1616
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür

[b]Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür[b]

Zaqatala. Hafiz Heydərov-APA. Bu gün Azərbaycanın sovetləşməsinə qarşı ölkənin şimal-qərb bölgəsində etiraz səsini ucaltmış Zaqatala üsyançılarının şəhər qalasını ələ keçirməsindən və qalada məskunlaşmış bolşeviklərin Hərbi İnqilab Komitəsinin üzvlərini, sovet məmurlarını həbs etməsindən 88 il ötür.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1920-ci ilin iyununda baş vermiş Zaqatala üsyanı Azərbaycanın sovetləşməsinə qarşı xalqın ən möhtəşəm etirazı idi. Zaqatala üsyanı həmin dövrdə sovet quruculuğuna qarşı baş qaldırmış Gəncə və Qarabağ üsyanlarından fərqlənirdi. Belə ki, Zaqatala üsyanına birinci olaraq yerli əhalinin silahlı dəstələri başlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun regiondakı hissələri sonradan bu üsyana qoşulublar. Bölgənin məşhur din xadimi Talalı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Qax rayonu ərazisində, Kürmük çayı vadisindəki döyüşdə 11-ci Qızıl Ordu hissələrini darmadağın edərək qısa müddət ərzində Zaqatala quberniyasının bütün ərazisini bolşevik işğalçılarından azad edib. Lakin sonradan əlavə kömək alan 11-ci Qızıl Ordu hissələri üsyanı yatıraraq iyunun 18-də Zaqatalanı yenidən işğal edib. Məğlub olmuş üsyançılara isə divan tutulub. Qeyd edək ki, bu günə qədər Azərbaycanın azadlığı uğrunda vuruşan Zaqatala üsyançılarının xatirəsini əbədiləşdirmək mümkün olmayıb.

7. #1617
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada qafqazlılarla yerli sakinlər arasında dava düşüb, yaralananlar var

[b]Moskvada qafqazlılarla yerli sakinlər arasında dava düşüb, yaralananlar var[b]

Moskva - APA. Bu gün səhər Moskvanın şimalında qafqazlılarla yerli sakinlər arasında baş verən kütləvi davada ən az 5 nəfər yaralanıb. APA-nın məlumatına görə, hadisə "Babuşkinskaya" metro stansiyasının yaxınlığında baş verib. Davada təqribən iyirmiyə yaxın şəxs iştirak edib. Dəmir dəyənək və zəncirlərdən istifadə olunan toqquşmada bir neçə nəfər yaralanıb. Hadisə yerinə gələn milis işçiləri insidenti sakitləşdirməyə müvəffəq olublar. Faktla bağlı bir neçə nəfər saxlanıb. Davada iştirak qafqazlıların erməni olduğu güman edilir.

8. #1618
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Fuji Optical Ltd" şirkəti növbəti dəfə Azərbaycanın məcburi köçkünlərinə yardım edəcək

[b]"Fuji Optical Ltd" şirkəti növbəti dəfə Azərbaycanın məcburi köçkünlərinə yardım edəcək[b]

Bakı. Laçın Sultanova - APA. Yaponiyanın "Fuji Optical Ltd" şirkətinin rəhbəri, "Nansen" mükafatının qalibi, optika mütəxəssisi Akio Kanai onu müşayiət edən 5 nəfərdən ibarət mütəxəssis qrupu ilə iyunun 10-dan 19-dək oftalmoloji xidmət göstərmək məqsədilə Azərbaycanda səfərdə olacaq. BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Bakı ofisindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Biləsuvar rayonunda Yeni Xocavənd qəsəbəsində və Sumqayıt şəhərində A. Kanai və onun rəhbərlik etdiyi nümayəndə heyəti minlərlə məcburi köçkünə göz müayinəsi xidməti göstərəcək, eynəklər paylayacaq. 2008-ci ildə təqribən 3 500 məcburi köçkünün bu xidmətdən yararlanması gözlənilir. Qeyd edək ki, A. Kanainin Azərbaycana əvvəlki səfərləri (2005, 2006 və 2007-ci illər ərzində) zamanı minlərlə məcburi köçkün pulsuz göz müayinəsindən keçib və "Fuji Optical Ltd" tərəfindən eynəklərlə təmin olunub. Dünyada son 20 il ərzində təxminən 110000 insana pulsuz göz müayinəsi üzrə göstərdiyi xidmətə görə A. Kanai BMT QAK tərəfindən ötən ilin "Nansen qaçqın mükafatına" layiq görülüb.

9. #1619
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mikloş Haraşti: "ABŞ bütün dünya üzrə jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir"

[b]Mikloş Haraşti: "ABŞ bütün dünya üzrə jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "ABŞ təkcə ölkə daxilində deyil, bütün dünya üzrə, o cümlədən Rusiya, Belarus, Azərbaycan, Özbəkistan və digər ölkələrdə də jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir". APA-nın məlumatına görə, bu sözlər ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində əksini tapıb. M. Haraştinin fikrincə, qanun jurnalistlərin mənbələrinin konfidensiallığını nəzərə almalıdır: "ABŞ-da KİV azadlığı sahəsində baş verən geriləmə başqa dövlətlərin Vaşinqtonu bu məsələdə ikili standart yeritməkdə ittiham etməsinə əsas yaradıb. Bu aspektdən istifadə edərək hökumətlər KİV azadlığına riayət etməkdən yayınırlar". M. Haraşti bildirir ki, Azərbaycan, Belarus, Rusiya, Özbəkistan kimi ölkələrdə jurnalistlər dövlət sirlərini yaymaq ittihamı ilə təqib olunmurlar, ancaq onları diffamasiya, təhqir və ekstremizmə görə həbsxanaya salırlar. ATƏT təmsilçisi adı çəkilən ölkələrdə tədqiqat jurnalistikasının inkişaf etmədiyini də söyləyib: "Əlbəttə, ABŞ-ın ədliyyə departamenti digər ölkə hökumətlərini öz jurnalistlərini həbs etməsinə görə günahlandırıla bilməz. Ancaq amerikan davranış sistemi digər dövlətlərin bənzəməyə çalışdığı bir modeldir".

10. #1620
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "O olmasın, bu olsun" əsəri yeni quruluşda səhnələşdiriləcək

[b]Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "O olmasın, bu olsun" əsəri yeni quruluşda səhnələşdiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsəri yeni quruluşda səhnəyə qoyulacaq. Teatrın mətbuat xidmətindən APA-ya bildiriliib ki, teatr rəhbərliyinin dəvəti ilə tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verəcək. Tamaşanın quruluşcu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, baletmeysterlər Zakir və Yeganə Ağayevlər, xormeyster Vaqif Məstənov, dirijoru Ziya Bağırovdur. Tamaşada Məşədi İbad obrazını əməkdar artist Ramiz Məmmədov canlandıracaq. Gülnaz rolunu İnarə Babayeva, Sərvər rolunu Fərid Əliyev oynayacaq. Xalq artistləri Afaq Bəşirqızı və Arif Quliyev də gənc həmkərları ilə bərabər səhnəyə çıxacaqlar. Teatr mövsümü iyulun birinci yarısında bu tamaşa ilə başa vuracaq. Qeyd edək ki, Cənnət Səlimova ilk dəfə bu əsərə 1998-ci ildə məhz bu teatrın səhnəsində quruluş verib. "O olmasın, bu olsun" əsəri 1913-cü ildə ilk dəfə Müslüm Maqomayevin rejissorluğu ilə tamaşaya qoyulub. 1942-ci ildə isə öz istedadı ilə yaşıdlarından seçilən gənc rejissor Ş. Bədəlbəyli "Məşədi İbad"a təkrar səhnə həyatı verir. Tanınmış aktyorlar Əlihüseyn Qafarlı, Aliyə Terequlova, Kamal Kərimov, Nəsibə Zeynalova, Lütvəli Abdullayev tamaşanın araya-ərsəyə gəlməsində fəallıq göstəriblər. 1954-cü ildə isə Soltan Şərifov dövrün tələb və maraqlarına cavab olaraq bu əsərin səhnə yozumunu bir qədər dəyişdirməyə çalışıb. Bu ənənəni 1985-ci ildə rejissor Vaqif İbrahimoğlu davam etdirib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.