Əsas məzmuna keç
Sayfa 150/461 İlkİlk ... 50100140148149150151152160200250 ... SonSon
4610 sonuçtan 1.491 ile 1.500 arası

Azərbaycan Xəbərləri

1. #1491
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Piter Semnebi: "Dağlıq Qarabağa səfər etməyə hazıram, amma bunun üçün bütün tərəflərin prinsipial razılığı olmalıdır"

[b]Piter Semnebi: "Dağlıq Qarabağa səfər etməyə hazıram, amma bunun üçün bütün tərəflərin prinsipial razılığı olmalıdır"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "Prinsipcə, Dağlıq Qarabağa səfər etməyə hazıram, amma bunun üçün bütün tərəflərin prinsipial razılığı olmalıdır". APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Cənubi Qafqaz üzər xüsusi nümayəndəsi Piter Semnebi söyləyib.

O, Dağlıq Qarabağa səfərin faydalı ola biləcəyini vurğulayıb: ""Hazırda bu səfəri necə təşkil etməyi düşünürəm. Avropa İttifaqı bu münaqişənin həllində müsbət rol oynaya, tərəflər arasında münasibətlərin yaxşılaşmasına təsir göstərə bilər". Piter Semnebi hər iki ölkənin ziyalılarının Dağlıq Qarabağa ötən il etdiyi səfəri ümidverici adlandırıb: "Ümidvaram ki, gələcəkdə bu kimi təşəbbüslər tərəflər arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək".

2. #1492
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın xarici işlər naziri Boyden Qrey, Stiven Mənn və Metyu Brayza ilə görüşüb

[b]Azərbaycanın xarici işlər naziri Boyden Qrey, Stiven Mənn və Metyu Brayza ilə görüşüb[b]

Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey, ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənn və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycanın enerji siyasəti və enerji sahəsində Orta Asiya ölkələri ilə əməkdaşlığı, xüsusilə Azərbaycan və Türkmənistan arasında intensivləşmiş dialoqu müzakirə olunub. ABŞ nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanla yanaşı, enerji daşıyıcılarının təchizatçıları kimi Orta Asiya ölkələri ilə əməkdaşlığa önəm verdiyini, ABŞ şirkətlərinin bu əməkdaşlıqda xüsusi marağını vurğulayıb. Öz növbəsində E.Məmmədyarov Azərbaycanın enerji siyasətində diversifikasiya amilini əsas tutmaqla yanaşı, enerji tranziti marşrutlarının öz ərazisindən keçməsində də maraqlı olduğunu, bunun ölkə üçün geostrateji və iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

3. #1493
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Norveçin dövlət katibi: "İnanıram ki, Azərbaycan dünya standartlarına uyğun demokratik seçkilər keçirə biləcəyini bütün dünyaya sübut edəcək"

[b]Norveçin dövlət katibi: "İnanıram ki, Azərbaycan dünya standartlarına uyğun demokratik seçkilər keçirə biləcəyini bütün dünyaya sübut edəcək"[b]

Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycanla Norveç arasında çox sıx əlaqələr mövcuddur". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini, xanım Liv Monika Stabholt verib.

O, xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini deyib. O, Azərbaycan prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyevlə görüşü zamanı da Azərbaycanla Norveç arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıldığını bildirib. Dövlət katibi həmçinin qeyd edib ki, Norveçin "Statoil" şirkəti bundan sonra da həm boru kəmərləri layihəsində, həm də hasilat sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək və böyük layihələrə imza atacaq. Liv Monika Stabholt Azərbaycanda bu il keçiriləcək seçkilərin ölkəmiz üçün gözəl fürsət olacağını düşünür: "Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək və dünyanın gözü Azərbaycanın üzərində olacaq. Bu, ölkəniz üçün öz imkanlarını və potensialını bütün dünyaya göstərmək üçün gözəl bir fürsətdir. Azərbaycanın dünya standartlarına cavab verən seçkilər keçirəcəyini bütün dünyaya sübut edəcəyinə inanıram. Ümidvaram ki, ölkədə baş tutacaq demokratik seçkilər Azərbaycanın bundan sonrakı inkişafına təkan verəcək.

4. #1494
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılır

[b]Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılır[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəd Fövqəladə Hallar Nazirliyi (FHN) üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədi ilə imzalanıb. Sərəncama görə, akademiya FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

5. #1495
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

[b]Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib[b]

APA-nın məlumatına görə, P. Semnebi iki günlük səfəri zamanı prezident, xarici işlər naziri, sənaye və energetika naziri, Mərkəzi Seçki Komissiyasının sədri, müxalifət rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və diplomatlarla görüşdüyünü bildirib. O, görüşlərdə əsas müzakirə mövzularının qarşıdakı prezident seçkiləri, Dağlıq Qarabağ münaqişəsinin həlli, KİV-in vəziyyəti və enerji məsələsi olduğunu deyib. Xüsusi nümayəndə prezident seçkilərinin önəmini vurğulayaraq bu seçkinin Azərbaycanla Avropa Birliyi arasında Fəaliyyət Planının imzalanmasından sonra keçiriləcək ilk seçki olacağına diqqət çəkib: "Biz istərdik ki, seçkilər maksimum demokratik və azad keçirilsin. Bunun üçün bizim hansı köməyi göstərə biləcəyimizi də bilmək istərdik. Normal seçki keçirilməsinin ən vacib şərtləri ədalətli seçki kampaniyasının aparılması, sərbəst toplaşma azadlığının və seçki şikayətlərinin araşdırılmasının təmin olunmasıdır". P. Semnebi KİV-lə bağlı vəziyyətin AB-nin diqqət mərkəzində olduğunu söyləyib. Enerji məsələsinə toxunan AB təmsilçisi Türkmənistan səfiri ilə görüşünü xüsusi qeyd edib: "Türkmənistanla münasibətlər enerji baxımından çox vacibdir. Avropa Birliyinin Orta Asiya üzrə nümayəndəsi Pyer Morellə birlikdə bu sahədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəyik".

6. #1496
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 11.40-dan 19.40-dək ara-sıra Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini, saat 15.00-dan 15.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.10-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 4-də saat 06.00-dan 06.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

7. #1497
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib

[b]Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib[b]

Vaşinqton - APA. ABŞ-da prezident seçkiləri öncəsi ilkin seçkilər başa çatıb. APA-nın məlumatına görə, dünən demokratlar da seçkilərdə bu düşərgəni təmsil edəcək namizədi müəyyənləşdiriblər.

Demokratların əsas namizədlərindən Hillari Klinton Cənubi Dakotada, Barak Obama isə Montanada keçirilən ilkin seçkilərdə qalib gəlib. Seçkilər başa çatdıqdan sonra dərhal sonra senator Barak Obama özünü ilkin seçkilərin qalibi elan edib: "Bu gün mən əminliklə deyə bilərəm ki, demokratlar məni rəsmi qaydada ABŞ prezidenti postuna namizəd irəli sürüblər. Artıq bu yarışda mənim üçün yeni mərhələ başlayıb. Bu gün biz bir tarixi mərhələnin bitməsini və yeni mərhələnin başlamasını qeyd edirik". Barak Obama ilkin seçkilər dövründə apardığı uğurlu kampaniyaya görə rəqibi Hillari Klintonu təbrik edib. ABŞ-ın sabiq "first lady"si isə öz məğlubiyyəti ilə barışmayıb. Barak Obamanı uğurlu kampaniya münasibətilə təbrik edən Hillari Klinton bildirib ki, noyabrda keçirilən seçkilərdən sonra Ağ Evdə məskunlaşmaq niyyətindədir.Qeyd edək ki, hazırda Barak Obama ümummilli qurultaya seçilmiş nümayəndələrdən 2132-nin dəstəyinə sahibdir. Onun namizədliyinin təsdiq olunması üçün 2118 nümayəndənin səsini qazanmaq lazımdır. Hillari Klinton isə 1925 səs ehtiyatına malikdir.Respublikaçılar da namizədləri Con Makkeynin prezident seçkilərində Barak Obama ilə yarışacağına əmindirlər. Luizianada seçiciləri qarşısında çıxış edən respublikaçıların namizədi Con Makkeyn seçkilərdə Barak Obamanı məğlub edəcəyini bildirib: "Obama ilk baxışdan əla təsir bağışlaya bilər. Amma Vaşinqtonda real dəyişikliklər həyata keçirməyə o deyil, mən qadirəm. Amerikalılar məni çoxdan tanıyırlar, Obama isə hələ indi-indi tanınmağa başlayıb".

8. #1498
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməmək barədə qərarını dəyişməyəcək

[b]Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməmək barədə qərarını dəyişməyəcək[b]

Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməməklə bağlı qərarında hər hansı dəyişiklik etmək fikrində deyil. Bu barədə APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, Seçki Məcəlləsində seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı hər hansı müddəa olacağı təqdirdə, partiyanın qərarını dəyişməsi mümkün idi: "Lakin qanunda belə bir dəyişiklik edilmədiyindən biz bu məsələyə yenidən qayırmağı düşünmürük. Bununla belə, seçkiyə kimi seçki komissiyaları paritet əsaslarla formalaşdırılsa, qərarda dəyişiklik ola bilər".

9. #1499
Azeri.net Sevdalısı
Üyelik tarihi
Oct 2006
Yer
Yerixo
Mesajlar
1.946
İnşallah keçmişi qaranlıq Obama seçkileri qazana bilmez!
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

10. #1500
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsveçrə səfiri: "Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur"

[b]İsveçrə səfiri: "Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur"[b]

Bakı. Turan Hüseynova - APA. Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində iş aparılır. Bu barədə APA-ya İsveçrənin Azərbaycandakı səfiri Alan Qidetti məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Səfir hazırda ticarət dövriyyəsinin ümumi həcminin 100 milyon dollardan artıq olduğunu bildirib. İsveçrənin Azərbaycanda sement biznesinə maraq göstərdiyini deyən səfir bu sahəyə sərmayə yatırmaq istədiklərini vurğulayıb. Dövlətlərarası əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin böyük rol oynadığını deyən Alan Qidetti yaxın zamanlarda İsveçrə parlamentinin spikerinin Azərbaycana səfər edəcəyini bildirib: "Səfər zamanı İsveçrə prezidentinin mayın 10-13-də Bakıya səfəri zamanı başlanmış enerji dialoqu davam etdiriləcək".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.