Əsas məzmuna keç
Sayfa 140/461 İlkİlk ... 4090130138139140141142150190240 ... SonSon
4610 sonuçtan 1.391 ile 1.400 arası

Azərbaycan Xəbərləri

1. #1391
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mladen İvanoviç: "Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm"

[b]Mladen İvanoviç: "Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm"[b]

Bakı. Ramil Məmmədli-APA. "Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm". Azərbaycanda səfərdə olan Xorvatiya Bələdiyyə Assosiasiyasının rəhbəri Mladen İvanoviç APA-ya deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı Azərbaycanla təmsil etdiyi ölkə arasında oxşar məqamlar çoxdur. "Xorvatiya da postsovet ölkəsidir. Bizdə də yerli özünüidarəetmə qurumları yeni formalaşır. Azərbaycanda olduğu kimi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atırıq. Azərbaycan da bu problemdən xali deyil". O, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin mümkünlüyünü də qeyd edib: "Xorvatiya bu sahədə elə bir uğur əldə etməyib ki, onu Azərbaycanla bölüşsün. Əməkdaşlığımız yalnız təcrübə mübadiləsi mərhələsində ola bilər".

2. #1392
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi təklifi ilə çıxış edib

[b]Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi təklifi ilə çıxış edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsini təklif edir.

APA-nın məlumatına görə, bu barədə Mili Məclisin bugünkü iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı Prezident Aparatı Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bildirib. Ş. Əliyev seçki kampaniyasının müddətinin 120 gündən 60 günədək endirilməsi ilə bağlı təkliflər səsləndiyini xatırladıb: "Lakin biz hesab edirik ki, 60 gün azdır. Bizim təklifimizə görə, seçki kampaniyasının müddəti 75 gün müəyyən olunmalı, bunun 28 günü isə təbliğata həsr olunmalıdır". Ş. Əliyev həmçinin barmaqların rəngli mürəkkəblə boyanmasına da mənfi münasibət bildirib. Onun sözlərinə görə, bu, seçicilərin hüququnun pozulması kimi qiymətləndirilə bilər. Şöbə müdiri həmçinin dövlətin seçkidə iştirak etmədiyini, ona görə də dövlətə məxsus Kütləvi İnformasiya Vasitələrində seçki təbliğatı aparılmasının mümkün olmadığını bildirib.

3. #1393
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidentinin Finlandiyaya rəsmi səfəri başa çatıb

[b]Azərbaycan prezidentinin Finlandiyaya rəsmi səfəri başa çatıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin Finlandiyaya rəsmi səfəri başa çatıb. APA-nın məlumatına görə, Helsinkinin Vantaa beynəlxalq hava limanında Azərbaycan prezidentini Finlandiyanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar. Dövlət başçısı artıq Vətənə dönüb.

4. #1394
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Komitə sədri: "Azərbaycanda dini azadlıq tam və bütöv şəkildə təmin olunur"

[b]Komitə sədri: "Azərbaycanda dini azadlıq tam və bütöv şəkildə təmin olunur"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda dini azadlıq tam və bütöv şəkildə təmin olunur". APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı illik hesabatına münasibət bildirərkən deyib. Hesabatın komitəyə təqdim olunduğunu deyən H. Orucova artıq oradakı iradlarla bağlı cavab verildiyini söyləyib: "Həmin iradların heç bir əsası yoxdur".

5. #1395
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Məclisdə "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsinin müzakirəsi iyunun 2-də davam etdiriləcək

[b]Milli Məclisdə "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsinin müzakirəsi iyunun 2-də davam etdiriləcək[b]

Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib.

Komissiya sədri sənədə təklif olunan dəyişikliklərin seçki prosesinə qanunsuz müdaxilənin tam aradan qaldırılmasına xidmət etdiyini deyib: "Sənədə təklif olunan dəyişikliyə əsasən, "exit-poll" keçirən təşkilatları MSK-a qeydiyyata alır. Seçki bülletenlərinin zərfə qoyulması ilə bağlı müddəa sənəddən çıxarılır, seçicilər öz adlarını seçici siyahısında tapmadıqda, bu məsələni məhkəmə yox, seçki məntəqələri həll edir. Bütün seçici siyahılarında seçicilərin ünvanı dəqiq göstərilir. Dövlət teleradio şirkətlərində təbliğat-təşviqat aparılmır, bu səlahiyyət İctimai Televiziyaya verilir. Digər KİV-də isə təbliğat-təşviqat aparılması "Reklam haqqında" qanunla tənzimlənir. Təbliğat materiallarının ictimai və tarixi binalar üzərinə vurulması qadağan olunur. Sənəddən "şəxsi maliyyə vahidi" anlayışı çıxarılır. Bundan başqa, prezident seçkilərində namizədlik üçün yuxarı hədd 10 milyon manat, parlament seçkilərində namizəd olmaq üçün isə yuxarı hədd 500 min manat olmaqla fond yaradılması əksini tapıb. Yaradılan fondun 3 faizi məbləğində isə depozit qoyulmalıdır". Ə. Hüseynov deyib ki, seçki kampaniyasının 120 gündən 60 günə endirilməsi ilə bağlı rəhbərlik etdiyi komissiya tərəfindən təklif irəli sürülüb. Onun sözlərinə görə, beynəlxalq təcrübədə seçki kampaniyasının müddəti 45-90 gün arasında müəyyən olunur: "Hesab edirik ki, Azərbaycanda seçkilərin qısa müddətdə keçirilməsi üçün seçki administrasiyası formalaşıb". Müzakirələr zamanı çıxış edən deputatlar sənədə təklif olunan bir sıra müddəaya etirazlarını bildiriblər. İqbal Ağazadə "exit-poll" keçirən təşkilatın MSK tərəfindən qeydiyyata alınmasını, tarixi binalar istisna olmaqla, digər obyektlərin üzərinə təbliğat materiallarının vurulmasına qadağa qoyulmasının əleyhinə çıxıb. Pənah Hüseyn isə belə bir Seçki Məcəlləsi ilə azad və ədalətli seçki keçirilməsinin mümkün olmayacağını bildirib. Siyavuş Novruzov isə seçkidə iştirak edən namizədlərin maliyyə fondunun yaradılması ilə bağlı konkretləşmə aparılmasına ehtiyac olduğunu deyib. Müzakirələr parlamentin iyunun 2-də keçiriləcək iclasında davam etdiriləcək.

6. #1396
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti ABŞ rəsmilərini qəbul edib

[b]Azərbaycan prezidenti ABŞ rəsmilərini qəbul edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə müavini Riçard Bauçeri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkeli qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

7. #1397
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qazaxıstan səfiri: "Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək"

[b]Qazaxıstan səfiri: "Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək"[b]

Bakı. Tamara Qriqoryeva - APA. Payızda Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısı keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib. Onun sözlərinə görə, sammitdən əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək.

8. #1398
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən müsbət nəticələr gözləyir

[b]Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən müsbət nəticələr gözləyir[b]

Moskva - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da keçiriləcək Sankt-Peterburq görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təkan verəcək.

APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə E. Nalbandyan Moskvada rusiyalı həmkarı Sergel Lavrovla görüşündən sonra keçirilən brifinqdə bildirib. "Əsas odur ki, biz iki ölkənin prezidentlərini iyunun 6-da Sankt-Peterburqda gözləyirik. Ümid edirik ki, görüş müsbət alınacaq, prezidentlər bu görüşdən sonra xarici işlər nazirlərinə danışıqları davam etdirmək haqda göstəriş verəcək və biz Minsk Qrupunun vasitəçiliyi ilə ortada olan təkliflər əsasında münaqişənin nizamlanması yollarını tapmağa çalışacağıq", - deyə erməni nazir bildirib. Öz növbəsində, Rusiyanın xarici işlər naziri S. Lavrov da prezidentlərin Sankt-Peterburq görüşünün xarici işlər nazirlərinin həmsədrlərin dəstəyi ilə danışıqlar prosesi üçün əsas olacağına ümidvar olduğunu deyib: "Əlbəttə ki, razılaşma yalnız birbaşa danışıqlar çərçivəsində əldə oluna bilər. Lakin tərəflər hər zaman vasitəçilik mexanizmini də yüksək qiymətləndiriblər".

9. #1399
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiyada yaşayan 29 Azərbaycan vətəndaşı bu ölkənin ali məktəblərinə büdcə hesabına qəbul olmaq hüququ qazanıb

[b]Rusiyada yaşayan 29 Azərbaycan vətəndaşı bu ölkənin ali məktəblərinə büdcə hesabına qəbul olmaq hüququ qazanıb[b]

Bakı. Laçın Sultanova - APA. Rusiyada yaşayan 29 Azərbaycan vətəndaşı bu ölkənin ali məktəblərinə büdcə hesabına qəbul olmaq hüququ qazanıb. Ümumrusiya Azərbaycan Konqresindən (ÜAK) APA-ya verilən məlumata görə, bu işin təşkilini ÜAK həyata keçirib.

Test imtahanında 73 Azərbaycan vətəndaşı iştirak edib. Bu imkan Rusiyanın Təhsil və Elm Nazirliyinin Azərbaycan və ÜAK-a ayırdığı kvota nəticəsində mümkün olub. ÜAK beşinci ildir ki, belə bir imtahanın keçirilməsini təşkil edir, imtahanı isə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri keçirib. İmtahandan uğurla çıxacaqları təqdirdə, Rusiya dövlətinin hesabına təhsil alacaq gələcək tələbələr mühəndis, iqtisadiyyatçı, geoloq, müəllim, menecer və digər ixtisasları seçiblər. Bir neçə nəfər isə ilk dəfədir ki, tibb təhsil müəssisələrində Rusiya büdcəsi hesabına ayrılmış yerlərdə təhsil alacaq. ÜAK-dan, həmçinin bildiriblər ki, Azərbaycan ilk dəfədir, gənc alimləri Rusiyanın iri elmi mərkəzlərində aspirantura və doktoranturalara göndərmək imkanı əldə edib.

10. #1400
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək

[b]İran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək[b]

Bakı. Ramil Məmmədli - APA. İran xarici işlər nazirinin birinci müavini Şeyx Əttar iyunun 4-də Azərbaycana gələcək.

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, iki gün çəkəcək səfər zamanı Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq, iclasın tarixi müəyyənləşdiriləcək. A. Həsənovun sözlərinə görə, səfər çərçivəsində Ş. Əttarın Azərbaycan rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir. Komissiyanın toplantısı zamanı M. Möttəki də Azərbaycana səfər edəcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.