[b]Azərbaycanın İordaniyadakı səfirliyi yeni binaya köçür[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın İordaniyadakı səfirliyi yeni binaya köçəcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyinin birinci katibi Kənan Murtuzov məlumat verib. Yeni üçmərtəbəli bina paytaxt Əmman şəhərinin mərkəzi rayonlarından birində yerləşir.
4610 sonuçtan 1.481 ile 1.490 arası

06-03-2008, 04:51 PM #1481Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Natiq Məmmədov: "Seçki kampaniyasının müddətinin 75 günə endirilməsi MSK-nın fəaliyyətinə problem yaratmayacaq"
[b]Natiq Məmmədov: "Seçki kampaniyasının müddətinin 75 günə endirilməsi MSK-nın fəaliyyətinə problem yaratmayacaq"[b]
Bakı. Elnur Məmmədli-APA. "Seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi Mərkəzi Seçki Komissiyasının fəaliyyəti üçün heç bir problem yaratmayacaq. Əksinə, bu seçkilərin daha çevik keçirilməsinə yardım edəcək". Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov verib. Onun sözlərinə görə, MSK əvvəlki illərdən fərqli olaraq bu dəfə 75 günlük təqvim planı hazırlayacaq. Qurumun bu istiqamətdə fəaliyyətə başlaması seçkinin təyin edilməsindən asılıdır: "İndidən bununla bağlı fəaliyyətə başlamaq hələ tezdir. MSK öz fəaliyyətinin qanunun tələblərinə uyğun quracaq". Seçki təbliğatı zamanı təşviqat materiallarının müəyyən olunmuş yerlərə yapışdırılması ilə bağlı qanunda edilən dəyişikliyin müsbət istiqamətdə atılan addım olduğunu deyən N. Məmmədov hesab edir ki, bu il keçiriləcək prezident seçkilərində əvvəlki seçkilərdə yaranmış mənzərə müşahidə olunmayacaq: "Yəni divarlara, harada gəldi, necə gəldi şəkillərin yapışdırılması düzgün deyildi. Ona görə də qanunvericilikdə çox düzgün dəyişiklik edilib, artıq ayrılmış yerlərdən başqa yerdə hər hansı təşviqat materialının yerləşdirilməsi qadağan edilir. O cümlədən binaların divarlarına, dirəklərə şəkillər yapışdırılmayacaq. Təşviqatın ayrılması üçün xüsusi yerlər ayrılacaq, orada namizədlər bərabər şəkildə öz materiallarını yerləşdirə bilərlər. Bu daha sivil üsuldur. Hər bir məntəqənin ərazisində xüsusi yerlər olacaq".

06-03-2008, 05:01 PM #1482Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın İordaniyadakı səfirliyi yeni binaya köçür

06-03-2008, 05:11 PM #1483Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Makedoniya Türk Demokratik Partiyasının sədri deputat seçilib
[b]Makedoniya Türk Demokratik Partiyasının sədri deputat seçilib[b]
Skopye. Kərim Həsənli - APA. Makedoniya Türk Demokratik Partiyasının sədri parlament seçkilərində qalib gəlib. APA-nın xəbərinə görə, ötən bazar günü keçirilən qalmaqallı növbədənkənar seçkilərdə türk icmasının ən az bir deputat yeri qazanması dəqiqləşib. TDP-nin VMRO partiyası ilə birgə yaratdığı "Daha yaxşı Makedoniya ittifaqı" seçki koalisiyasının səslərin 48 %-ni əldə edərək, qələbə qazanması partiyanın sədri Kənan Hasibin qanunvericilik orqanında təmsil olunmasını rəsmiləşdirib. TDP sədri yeni hökumət koalisiyasının təşkilində türk icmasının da iştirak edəcəyini bildirib: "Yeni qurulacaq hökumətdə yerimiz olacaq. Makedoniya türklərinin problemlərini istər qanunvericilik orqanında, istərsə də hökumətdə qaldıracaq və onların həlli yollarını axtaracağıq". Qeyd edək ki, əhalisi 2,1 milyon nəfər olan Makedoniyada 80 min türk yaşayır.

06-03-2008, 05:21 PM #1484Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək
[b]İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək[b]
İstanbul. Kərim Həsənli - APA. Sabah İstanbulda XIV Türk Dünyası Uşaq Şənlik Bayramı keçiriləcək. APA-nın xəbərinə görə, bayramın əsas hissəsi "Beşiktaş"ın "İnönü" stadionunda təşkil olunacaq. Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan da iştirak edəcək. İyunun 2-də 32 türkdilli dövlət və icmanı təmsil edən 44 qrup milli geyimlərdə İstanbulun Kadıköy rayonundakı Söyüdlüçeşmə prospektindən İskələ meydanına qədər yürüş keçirib. Yürüşə Azərbaycandan olan uşaqlar da qatılıb. Türk Dünyası Uşaq Şənlik Bayramı Türkiyə prezidenti Abdulla Gülün himayəsində Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilir.1995-ci ilin may ayından bəri təşkil olunan mərasimlərdə indiyə qədər 2000 uşaq iştirak edib.

06-03-2008, 05:31 PM #1485Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sov. İKP MK Siyasi Bürosunun keçmiş üzvü Qriqori Romanov vəfat edib
[b]Sov. İKP MK Siyasi Bürosunun keçmiş üzvü Qriqori Romanov vəfat edib[b]
Moskva - APA. Sov. İKP MK Siyasi Bürosunun keçmiş üzvü, Leninqrad vilayət partiya komitəsinin birinci katibi Qriqori Romanov Moskvada vəfat edib.
APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Romanov 86 yaşında dünyasını dəyişib. O, 1970-85-ci illərdə SSRİ-nin ikinci paytaxtına rəhbərlik edib. 1985-ci ildə Sov. İKP MK-nın baş katibi Çernenkonun vəfatından sonra sovet imperiyasının növbəti rəhbəri postuna Qorbaçovla yanaşı, Romanovun da adı hallanırdı. Bu səbəbdən Qorbaçovun hakimiyyətə gəlişindən bir neçə ay sonra Romanov təqaüdə göndərilmişdi. O, son illər bağ evində yaşayıb və memuar yazmayıb.

06-03-2008, 06:51 PM #1486Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Piter Semnebi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb
[b]Piter Semnebi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir qrup müxalifət lideri ilə görüşüb. Ümid Partiyasının sədri İqbal Ağazadənin APA-ya verdiyi məlumata görə, görüşdə ondan başqa Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. Görüşdə 2008-ci ilin prezident seçkilərinə hazırlıq, seçki öncəsi ölkədə ictimai-siyasi durum, partiyaların hazırlıq səviyyəsi və s. məsələlər müzakirə olunub. İ. Ağazadə bildirib ki, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, mətbuata olan təzyiqlər, seçkiöncəsi ölkədə yaranmış vəziyyət barədə geniş diskussiya aparılıb: "Seçki Məcəlləsinə yeni qəbul olunmuş dəyişiklər, "Diffamasiya haqqında" qanunun qəbul edilməməsi, "Siyasi partiyalar" və "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunlarda olan boşluqların və digər problemlərin seçki prosesinə ciddi mənfi təsiri olacağını diplomatın diqqətinə çatdırıldı". P. Semnebi isə öz növbəsində bu il keçirilən seçkilərin Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının imzalanmasından sonra ilk seçki olacağını və bu seçkinin də Avropa İttifaqı üçün əhəmiyyətli olduğunu qeyd edib.

06-03-2008, 07:01 PM #1487Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib
[b]Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıdan sonra mətbuat konfransı keçirən qrupun sədri Kamil Səlimov 2008-2010-cu illər üçün qarşıda duran vəzifələrin müzakirə olunduğunu, məhkəmə və hüquq islahatlarına dair layihə menecmenti üzrə və söz azadlığı üzrə alt qrupların məruzələrinin dinlənildiyini, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova ilə keçirilən görüş haqqında məlumat verildiyini bildirib. Yığıncaqda vətəndaşların hüquq pozuntuları ilə bağlı şikayətlərinə baxılması və hüquqi yardım göstərilməsi, seçkilərin monitorinqi, hüquq-mühafizə orqanları ilə iş üzrə alt qrupların da məruzələri dinlənilib. Vəkil, insan hüquqları və hüquqi məsələlər üzrə məsləhətçi Mark Qutrie işçi qrupa üzv seçilib. Vətəndaşların hüquq-mühafizə orqanlarına göndərdiyi ərizə və şikayətlərə vaxtında baxılmadığını deyən K. Səlimovun sözlərinə görə, işçi qrupa daxil olan ərizə və şikayətlər cəmiyyətlə məhkəmə sistemi arasında etimadın olmadığını göstərir. Qeyd edək ki, işçi qrup aprelin 7-8-də "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yekunu olaraq yaradılıb. Qrupun tərkibində dövlət orqanlarını təmsil edən 10 nəfər, Milli Məclisin 2 deputatı, 10 beynəlxalq ekspert və 12 QHT nümayəndəsi fəaliyyət göstərir.

06-03-2008, 07:11 PM #1488Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Piter Semnebi MSK sədri ilə görüşüb
[b]Piter Semnebi MSK sədri ilə görüşüb[b]
Bakı. Elnur Məmmədli-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, görüşdə P. Semnebi bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi ilə maraqlanıb. MSK sədri qonağa seçkilərlə bağlı bu vaxta qədər görülən işlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Tərəflər arasında seçkilərdə medianın roluna dair fikir mübadiləsi aparılıb. R. Qasımovun sözlərinə görə, P. Semnebi müzakirə olunan məsələlərlə bağlı öz mövqeyini bildirməyib.

06-03-2008, 07:21 PM #1489Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqda görüşü keçiriləcək
[b]Azərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqda görüşü keçiriləcək[b]
Bakı. Laçın Sultanova-APA. İyunun 6-da Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedevlə ilk görüşü baş tutacaq.
APA-nın Rusiya prezidentinin köməkçisi Sergey Prixodkoya istinadən yaydığı məlumata görə, 12-ci Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində keçiriləcək MDB-nin qeyri-formal sammitində iştirak edəcək dövlət başçılarının Dmitri Medvedevlə ikitərəfli görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Dmitri Medvedev prezident seçilməmişdən əvvəl Azərbaycanda bir neçə dəfə səfərdə olub və prezident İlham Əliyevlə görüşüb. İyunun 6-da keçiriləcək görüşDmitri Medvedev prezident seçiləndən sonra Azərbaycan və Rusiya dövlət başçılarının ilk görüşü olacaq.

06-03-2008, 07:31 PM #1490Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın cənub sərhədində atışma baş verib, ölən və yaralananlar var
[b]Azərbaycanın cənub sərhədində atışma baş verib, ölən və yaralananlar var[b]
Bakı - APA. İyunun 2-dən 3-nə keçən gecə Azərbaycanın cənub sərhədində Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında insident baş verib. APA-nın Lider TV-yə istinadən verdiyi məlumata görə, hadisə 4 İran vətəndaşının sərhədi qanunsuz pozması nəticəsində baş verib.
Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə sərhəd pozucuları arasında atışma baş verib və nəticədə pozuculardan biri güllələnib. Digər iki nəfər isə yaralı halda ələ keçirilib. Sərhəd pozucularının qaçaqmalçılıqla məşğul olduqları aşkarlanıb. Yaralananlar 25 yaşlı Məhəmmədi Ruhulla Mirəxan oğlu və 47 yaşlı Həsənzadə İsrafil Barat oğlu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların üzərində əməliyyat aparılıb, vəziyyətləri orta-ağırdır.Sərhəd pozucularından biri isə qaçıb. DSX faktı araşdırdığını bildirib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri