[b]Sumqayıt sakini dənizdə boğulub[b]
Bakı. Hacı Zeynalov-APA. Sumqayıt şəhəri, 17-ci mikrorayonda yaşayan Elnur Hacıyev dənizdə çimərkən, İsmayıllı rayonu Mican kənd sakini Rəşad Ağayev isə "Qaya" İstirahət Mərkəzinin yaxınlığında göldə çimərkən boğulublar. Bu barədə APA-ya DİN-nin mətbuat xidmətindən məlumat verilib. Hər iki fakt üzrə araşdırmalar aparılır.
4610 sonuçtan 2.461 ile 2.470 arası

07-11-2008, 04:21 PM #2461Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müsavat Partiyasının keçirmək istədiyi icazəsiz piketdə saxlanılan şəxslər sərbəst buraxılıb
[b]Müsavat Partiyasının keçirmək istədiyi icazəsiz piketdə saxlanılan şəxslər sərbəst buraxılıb[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün saat 12:00-da Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək istədiyi icazəsiz piketdə saxlanılan şəxslər sərbəst buraxılıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı APA-ya bildirib ki, onunla birlikdə saxlanılan Əfqan Muxtarlı, Tofiq Yaqublu, Mustafa Hacıbəyli, Hüseyn Məlikov, Əli Quliyev, Bəxtiyar Tarıyev, Fəxrəddin Abbas, Murad Kərimov, Əhəd Məmmədli, Ramin Baxışov, Tural Abbaslı və Emil Əliyev (aksiya iştirakçısı olmayıb) ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Qeyd edək ki, aksiya iştirakçıları 3 saat Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsində saxlanılıblar.

07-11-2008, 04:31 PM #2462Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sumqayıt sakini dənizdə boğulub

07-11-2008, 04:41 PM #2463Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Şamaxıda yanğın baş verib
[b]Şamaxıda yanğın baş verib[b]
Bakı. Almaz Heydərova-APA. Dünən saat 12.45 radələrində Şamaxı şəhərində, şəhər sakini Fatimə Ağayevaya məxsus 2 mərtəbəli 5 otaqlı evdə yanğın baş verib. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 35 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan F. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

07-11-2008, 04:51 PM #2464Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib[b]
Bakı. Almaz Heydərova-APA. Bu gecə saat 01.30 radələrində Sabirabad rayonunun Şəhriyar kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Qaralar kənd sakini Zaman Fərzəliyevin idarə etdiyi "QAZ-24" markalı və Şirvan şəhər sakini Aftandil Məstiyevin idarə etdiyi "VAZ-2110" markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb. Faktla bağlı Sabirabad RPŞ tərəfindən araşdırmalar aparılır.

07-11-2008, 06:41 PM #2465Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
NATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər
[b]NATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər[b]
Bakı-APA. Bu ilin mayında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti qiymətləndiricilər qrupunun üzvü qismində təlimi yaxından izləyiblər. Şərti ssenariyə uyğun olaraq, təlimlərdə NATO standartlarına uyğunlaşmanın 15 elementi üzrə tapşırıq (arama və axtarma, humanitar yüklərin müşayiət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi) icra edilib. Artıq NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupuna daxil olan ekspertlərin hesabatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edilib. Hesabatda Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsinin uğurla yerinə yetirildiyi qeyd edilib.

07-11-2008, 06:51 PM #2466Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti filosof Heydər Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti filosof Heydər Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görkəmli filosof alim, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə qeyd olunub ki, Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında müstəsna rolu var. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirib. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək, bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlayıb. Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə Heydər Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

07-11-2008, 07:01 PM #2467Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Röya Musiqili Komediya Teatrında işə götürülüb
[b]Röya Musiqili Komediya Teatrında işə götürülüb[b]
Bakı. Ülkər Qasımova-APA. Müğənni Röya Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə götürülüb. Bu barədə APA-ya teatrın direktoru Əliqismət Lalayev məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən Röya həmin teatrda aktrisa ştatına təsdiq olunub. Teatr rəhbəri Röyanın Musiqili Komediya Teatrından əmək haqqı alacağını da deyib: "Röyanı ilk əvvəl Gövhər Həsənzadənin hazırlayacağı "Günəş Şərqdən doğur" modern müziklində oynayacaq. Bundan sonra isə teatrda hazırlanacaq tamaşaların hansına uyğun gəlsə, o obrazı da canlandıracaq. Röyanın çox gözəl səsi var, aktrisalığı da bacarır və bir çox tamaşaçıların sevimlisidir. Bundan sonra Röyanın ifasında çox gözəl rolların şahidi olacaqsınız".

07-11-2008, 07:11 PM #2468Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə qeyd olunub ki, T. Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olub. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr verib. Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Tahir Salahovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

07-11-2008, 07:21 PM #2469Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib
[b]Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib[b]
Ankara - APA. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər partiya sıralarından istefa verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, AKP Mərkəzi Şurasının bu gün keçirilən iclasına qatılan Ə. Şənər toplantıdan əvvəl jurnalistlərə açıqlamasında partiya yoldaşları ilə halallaşacağını deyib. İclasdan çıxdıqdan sonra isə o, AKP üzvlüyündən istefa verdiyini bildirib: "Hörmətli baş nazir nəzakət göstərdi və mənə söz verdi. Mən də vida nitqi söylədim. Baş nazir "xeyirli olsun" dedi. Çox böyük nəzakət vardı". Xatırladaq ki, Ə. Şənər daha öncə verdiyi açıqlamalarda yeni siyasi partiya yaradacağını bəyan edib. Siyasi müşahidəçilər onun AKP-nin elektoratının bir hissəsini öz tərəfinə çəkə biləcəyini proqnozlaşdırırlar. Qafqaz kökənli olan Ə. Şənər 1954-cü ildə Türkiyənin Sivas bölgəsində doğulub. Ankara Universitetini bitirib, iqtisad elmləri doktorudur. Rifah, Fəzilət partiyaları və son olaraq AKP-nin liderlərindən biri olub. Maliyyə naziri, baş nazirin müavini vəzifələrində çalışıb.

07-11-2008, 07:31 PM #2470Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib
[b]Gürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib[b]
Tiflis - APA. Gürcüstan xarici işlər nazirinin birinci müavini Georgi Bokeriya ilə nazir müavini Qriqol Vaşadze BMT baş katibinin Gürcüstan üzrə dost ölkələr qrupuna daxil olan ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın səfirləri və digər təmsilçiləri ilə görüş keçiriblər.
APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, görüşdə iyulun 8-də Rusiya hərbi təyyarələrinin Gürcüstanın hava məkanını pozması faktı geniş müzakirə edilib. Xarici diplomatlar Gürcüstan tərəfinin narahatlığını bölüşərək bu ölkənin ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiklərini bildiriblər. Tərəflər məsləhətləşmələri davam etdirmək qərarına gəliblər. Daha sonra Q. Vaşadze Çinin Gürcüstandakı səfiri Van Kayvenlə görüşərək rəsmi Pekindən Rusiyanın təcavüzünə müvafiq qiymət verməsini xahiş edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri