[b]Azərbaycanda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən 51 yaşlı qadın tutulub[b]
Bakı. Hacı Zeynalov - APA. Abşeron rayonunun Hökməli qəsəbəsinin sakinləri 72 yaşlı Nuruş Rüstəmov və onun həyat yoldaşı 68 yaşlı Səriyyə Rüstəmovanı doğma qızları, 1957-ci il təvəllüdlü Elyona Rüstəmovanın qətlə yetirdiyi müəyyənləşdirilib.
Bu barədə APA-ya Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov məlumat verib. Qətlin mübahisə zəminində törədildiyi bildirilir. E. Rüstəmova tutulub, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
4610 sonuçtan 1.241 ile 1.250 arası

04-16-2008, 12:21 PM #1241Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir"
[b]GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "GUAM-ın məqsədi qarşıdakı dörd il ərzində daxili ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaqdır".
APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib. O, təşkilatın dağılacağı barədə yayılan söz-söhbətlərin əsassız olduğunu bildirib: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir". V. Çeçelaşvili ABŞ, Yaponiya, Polşa, Litva, Latviya və Estoniya ilə əməkdaşlığı yüksək qiymətləndirərək GUAM-a beynəlxalq marağın artdığını söyləyib: "Siz bunu Tiflis sammitində müşahidə edə biləcəksiniz. Hansısa ölkə GUAM-a daxil olmaq istəsə, onun müraciətinə bizim müvafiq qaydalarımız çərçivəsində baxılacaq". Baş katib hazırda sülhməramlı kontingentin yaradılması məsələsinə baxıldığını və daha prioritet mövzuların - azad ticarət zonasının, nəqliyyat-enerji dəhlizlərinin yaradılmasının gündəmdə olduğunu deyib.

04-16-2008, 12:31 PM #1242Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən 51 yaşlı qadın tutulub

04-16-2008, 12:41 PM #1243Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumu keçiriləcək
[b]Gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumu keçiriləcək[b]
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanlı Tələbələrin Avropa Forumu gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumunu keçirəcək. Qurumun baş katibi Vüsal Məmmədovun APA-ya verdiyi məlumata görə, panavropa xarakteri daşıyacaq tədbirdə bu bölgədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində əhəmiyyətli addımlar atılması nəzərdə tutulub. Foruma Azərbaycandan qatılmaq istəyənlər isə Bakıda yaradılan Təşkilat Komitəsinə müraciət edə bilərlər. Qeyd edək ki, Azərbaycanlı Tələbələrin Avropa Forumu indiyədək Almaniya Bundestaqı, Avropa Parlamenti, Avropa Şurası və Fransa Senatının binalarında azərbaycanlı gənclərin toplantılarını keçirib.

04-16-2008, 02:11 PM #1244Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanlı hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi ilə görüşüblər
[b]Azərbaycanlı hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi ilə görüşüblər[b]
Strasburq. Məhbubə Qasımbəyli-APA. Hazırda Strasburqda olan azərbaycanlı hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı görüşlərini davam etdirirlər. S. Qocamanlının APA-ya verdiyi məlumata görə, hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi Canni Bukkikio, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq, İşgəncələrə Qarşı Komitəsinin sədri Petya Nesterova ilə görüşüblər. Görüşlərdə Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığının vəziyyəti, seçkiöncəsi durum müzakirə olunub.

04-16-2008, 02:16 PM #1245Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir
[b]Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Bakıda keçirilən "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Hüquq İnstitutunun direktoru Rudolf Dolzer bildirib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək olmaz. Onun fikrincə, bu ifadə dəyişdirilməlidir, proseslər davam edirsə, deməli, münaqişə dondurulmayıb. İnstitut direktoru deyib ki, beynəlxalq hüququn ən zəif nöqtəsi sülh yolu ilə nizamlamaya dair effektiv mexanizminin olmamasıdır. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov çıxışında qeyd edib ki, xalqların öz müqəddəratını həll etməsi üçün onların hüquqları pozulmalıdır. Dağlıq Qarabağda və Abxaziyada yaşayanların hüquqları isə pozulmayıb.

04-16-2008, 02:21 PM #1246Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib
[b]Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisdə parlamentin sosial siyasət daimi komissiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF-in iştirakı ilə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. APA-nın məlumatına görə, parlament dinləmələrində Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək Azərbaycanda idmanın daha da kütləviləşdiyini, elə bu baxımdan da "Uşaq idmanı haqqında" qanunun qəbulunun aktuallaşdığını bildirib. Onun sözlərinə görə, parlament dinləmələri zamanı səsləndirilən bütün fikirlər qanun layihəsi üzərində iş aparılarkən nəzərə alınacaq. Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli belə bir qanunun qəbul edilməsində əsas məqsədin Azərbaycanda uşaq idmanı sahəsində fəaliyyəti əlaqələndirməyə nail olmaqdan ibarət olduğunu deyib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə uşaq idmanı ilə məşğul olan mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyib. O, hazırda Azərbaycanda 200-dək idman məktəbində 150 min uşağın idmanla məşğul olduğunu diqqətə çatdırıb.

04-16-2008, 02:26 PM #1247Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Çingiz Əsgərov: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir"
[b]Çingiz Əsgərov: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan göndərilən 35 şikayətlə bağlı qurumla Azərbaycan arasında kommunikasiya mövcuddur.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. Azərbaycandan Avropa Məhkəməsinə edilən şikayətlərdən 66-nın icraata götürüldüyünü xatırladan Ç. Əsgərov deyib ki, 31 işlə bağlı kommunikasiya mərhələsi başa çatıb, 35 şikayət üzrə isə yazışmalar davam etdirilir: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir".

04-16-2008, 02:31 PM #1248Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu gün Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü keçiriləcək
[b]Bu gün Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakı vaxtı ilə saat 19.30-da Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü başlayacaq. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie APA-ya bildirib ki, görüş brifinq xarakterli olacaq.
Həmsədrlər Minsk Qrupunun digər üzvlərinə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Finlandiya, Çexiya və Belarusa Azərbaycan və Ermənistan prezidentləri ilə Buxarestdə keçirilmiş görüş, irəli sürülən təkliflər və regiona son səfərləri haqqında məlumat verəcəklər. Qrup üzvlərinin ATƏT-dəki daimi nümayəndələr və ya ekspertlər səviyyəsində təmsil olunacağı gözlənilir. Brifinqin gedişində həmsədrlərin Azərbaycan və Ermənistana növbəti səfəri barədə qərar qəbul oluna bilər. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov deyib ki, Minsk Qrupu üzvlərinin görüşləri müntəzəm keçirilir və bu görüşlərdə münaqişə tərəflərindən başqa bütün qrup üzvləri iştirak edir.

04-16-2008, 02:36 PM #1249Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Terri Devis: "ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm"
[b]Terri Devis: "ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbuluna dəstək verənlər Dağlıq Qarabağ problemini də diqqət mərkəzində saxlayırdılar. Mən özüm də bir zamanlar bu işin içərisində olmuşam və problemdən xəbərdaram.
Lakin bu iki ölkənin Avropa Şurasına məhz Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə üzv olmaq istədiyini söyləmək düzgün olmazdı". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurasının baş katibi Terri Devis Strasburqda keçirdiyi mətbuat konfransında səsləndirib. O, hər iki ölkənin Avropa Şurasına üzv qəbul olunan zaman başqa amillərin nəzərə alındığını bildirib: "Düzdür, bəziləri deyirdilər ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsini həll etməyincə, Avropa Şurasına üzv qəbul oluna bilməz. Bəziləri isə deyirdi ki, Azərbaycanla Ermənistan Avropa Şurasına üzv qəbul olunsun və sonra biz münaqişənin həllində bu ölkələrə yardım edərik. Avropa Şurası bu münaqişənin nizamlanmasına dair danışıqlarda birbaşa iştirak etmir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı fərqli dəyərləndirmələrə gəldikdə isə, təbii ki, münaqişənin həllinin bu qədər uzanması təəssüf doğurur. Minsk Qrupu uzun müddətdir ki, tərəflər arasında razılaşmaya nail olmaq istəyir, amma nəzərə almaq lazımdır ki, Minsk Qrupu hər hansı həll variantını tərəflərə zorla qəbul etdirə bilməz. Bu institut həll variantının tapılmasında yardımçı rolunda çıxış edir. Mən hər iki ölkənin xarici işlər nazirləri ilə söhbət etmişəm və təəssüratım belədir ki, tərəflər razılığa çox yaxındır. Hesab edirəm ki, artıq yaxın vaxtlarda razılıq əldə olunacağına ümid bəsləyə bilərik". Terri Devis ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı iddiaları da özünəməxsus şəkildə cavablandırıb: "ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsinə razı olub-olmamağımla bağlı onu deyə bilərəm ki, bu qurumun ləğvini səbirsizliklə gözləyirəm. Onun ləğvi normalda Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi anlamı daşıyardı". Avropa məkanında medianın durumunu şərh edən Terri Devis bəzi problemlərin olduğunu bildirib. Rusiyada "ORT" telekanalının müxbirinin qətlə yetirilməsi, Ermənistanda internetə senzura qoyulması, Azərbaycanda jurnalistlərin həbsi faktlarından narahatlıq keçirdiyini bildirən Terri Devis bütövlükdə Avropa məkanında medianın durumunun yaxşılaşdırılmasının vacib olduğunu qeyd edib.

04-16-2008, 02:41 PM #1250Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməy
[b]Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsində işğalçı Ermənistan dövlətinə qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
O bildirib ki, Azərbaycan tərəfinin şərhləri AİHM tərəfindən Ermənistana göndərilib və İrəvan bununla bağlı möhlət istəyib: "Yəqin ki, proses payızda davam etdiriləcək". Ç. Əsgərov Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da AİHM-ə şikayət etdiklərini söyləyib. Həmin şikayətlər hələlik icraata götürülməyib. Ç. Əsgərovun sözlərinə görə, vaxtilə Goranboy rayonunun Gülüstan kəndində yaşamış bir erməni də AİHM-ə Azərbaycanla bağlı şikayətlə müraciət edib. Şikayətin icraata götürüldüyünü deyən Ç. Əsgərov bildirib ki, həmin şəxs 1992-ci ildə yaşadığı yeri tərk etdiyinə görə məsuliyyəti Azərbaycan hökumətinin boynuna qoyub: "Biz bununla bağlı geniş şərhlərimizi vermişik. Hesab edirəm ki, bu işin heç bir perspektivi yoxdur. Əminəm ki, bu işdə Azərbaycan hökuməti udacaq".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bu barədə APA-ya Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov məlumat verib. Qətlin mübahisə zəminində törədildiyi bildirilir. E. Rüstəmova tutulub, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Yer imleri