Əsas məzmuna keç
Sayfa 235/461 İlkİlk ... 135185225233234235236237245285335 ... SonSon
4610 sonuçtan 2.341 ile 2.350 arası

Azərbaycan Xəbərləri

1. #2341
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Röyanın konsertində külək dekorasiyaları uçurub

[b]Röyanın konsertində külək dekorasiyaları uçurub[b]

Bakı. Ülkər Qasımova-APA. Röya üç günlük solo konsertinə yekun vurub. APA-nın məlumatına görə, açıq hava altında Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilən hər üç konsert həm repertuar, həm də geyimlərin seçimi baxımından fərqlənib. Sonuncu konsertdə hava şəraitinin pis olması nə tamaşaçıların əhval-ruhiyyəsinə, nə də Röyanın ifasına mənfi təsir göstərməyib. Xeyriyyə məqsədi daşıyan konsertdə uşaq evlərinin 100-dən artıq sakinləri və əlil uşaqlar iştirak ediblər. Röya konsertində daha fərqli repertuarla çıxış edib. O, proqrama "Şeron" qrupu ilə birgə ifa etdiyi "De niyə", "Dəyirman" və Tunar Rəhmahnoğlu ilə yeni mahnıalrını daxil edib. Konsertdə Röyanın qonaqları qismində müğəni Kərim, Əkbər, bəstəkar Nailə Mirməmmədli və başqaları da iştirak ediblər. Konsertin əvvəlki proqramlardan fərqli cəhətlərindən biri isə hava şəraiti ilə əlaqədar səhnə dekorasiyasının dağılması olub. Röyanı bəzi mahnılarda "Nero" rəqs qrupu müşayiət edib. Üç günlük konsertdə sənətçi modelyer Gülnarə Xəlilovanın hazırladığı fərqli geyimlərlə tamaşaçıların qarşısına çıxıb. Konsertin sonunda üç gün ərzində onu tək qoymayan tamaşaçılara təşəkkürünü bildirən Röya, bundan sonra daha da aktiv işləyəcəyinə söz verib. Qeyd edək ki, "Səs Organization"ın təşkilatçısı olan konsertin informasiya dəstəyi isə APA İnformasiya Agentliyinə məxsusdur.

2. #2342
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AKP rəhbərliyi partiyanın qurucularından olan Əbdüllətif Şənəri istefaya çağırıb

[b]AKP rəhbərliyi partiyanın qurucularından olan Əbdüllətif Şənəri istefaya çağırıb[b]

Ankara - APA. Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi Yönətim Kurulunun (İdarə Heyəti) iyulun 7-də axşam saatlarında keçirilən toplantısında bu qurumun üzvü, baş nazirin keçmiş müavini Əbdüllətif Şənərin bəyanatları müzakirə olunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP parlament qrupunun həmsədrləri Mustafa Elitaş, Nihat Ərgün və millət vəkili Fatma Şahin Ə. Şənərin istefasını tələb ediblər. Keçmiş parlament sədri Bülənt Arınç isə jurnalistlərin bu mövzuda sualına belə cavab verib: "Şənərmi? Xeyirli olsun". İdarə Heyətinin bəzi üzvləri Ə. Şənərin adının "Ergenekon"çularla birlikdə hallandığına diqqət çəkiblər. Toplantıya sədrlik edən AKP sədri və baş nazir Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirməyib və sadəcə, qeydlər aparıb. Ə. Şənərin İdarə Heyətinin cümə günü keçiriləcək toplantısına dəvət edilməsi və izahat alınması qərarlaşdırılıb. Qeyd edək ki, AKP-nin qurucularından olan Əbdüllətif Şənər mövcud hökumətin siyasətini tənqid edərək yeni siyasi partiya quruculuğuna başladığını açıqlayıb.

3. #2343
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün ali məktəblərin I ixtisas qrupuna qəbul imtahanları keçirilir

[b]Bu gün ali məktəblərin I ixtisas qrupuna qəbul imtahanları keçirilir[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan ali məktəblərinin I ixtisas qrupuna qəbul imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ixtisas qrupu üzrə Bakıda 30 min 883, Sumqayıtda 4 min 812, Naxçıvanda isə 1251 abituriyent imtahan verəcək. Bunun üçün Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda isə 2 bina ayrılıb. Bu il ümumilikdə 116 ixtisas üzrə I qrupa 36 min 946 abituriyent ərizə verib. Bunların 33 min 558 nəfəri Azərbaycan bölməsinin, 3388 nəfəri rus bölməsinin məzunlarıdır. İmtahanların nəticələri iyulun 11-12-də açıqlanacaq.

4. #2344
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in "Model məktəb" konfransında Azərbaycan təmsilçiləri İtaliya rəsmiləri rolunda çıxış edəcəklər

[b]ATƏT-in "Model məktəb" konfransında Azərbaycan təmsilçiləri İtaliya rəsmiləri rolunda çıxış edəcəklər[b]

Bakı. Turan Hüseynova-APA. Avstriyanın paytaxtı Vyanada ATƏT-in "Model məktəb" konfransı keçirilir. APA-nın məlumatına görə, beynəlxalq konfransda 30-dan çox ölkəsini təmsil edən 140 gənc iştirak edir. Konfrans iştirakçıları digər xalqın nümayəndəliyinin rəhbərləri və ATƏT-in rəsmiləri rolunda çıxış edib görüşlər keçirirlər. Bu ilki konfrans terrorizm və internetin istifadə etməsi, Mərkəzi Asiyada su idarəetməsi, Romada uşaq alverinə həsr olunub. ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynovun APA-ya verdiyi məlumata görə, konfransda Xəzər Universitetinin 3 tələbəsi iştirak edir. Püşk atma yolu ilə müəyyənləşən seçim zamanı Azərbaycan İtaliyanı, İsveç isə Azərbaycanı təmsil edir.

5. #2345
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elnur Hüseynov, Samir Cavadzadə və Röyanın iştirakı ilə muzikl hazırlanır

[b]Elnur Hüseynov, Samir Cavadzadə və Röyanın iştirakı ilə muzikl hazırlanır[b]

Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2008" yarışmasında Azərbaycanı təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadənin iştirakı ilə yeni muzikl hazırlanacaq. APA-nın məlumatına görə, müziklda Elnur və Samirlə birlikdə Röya da çıxış edəcək. Gövhər Həsənzadə tərəfindən hazırlanan yeni layihə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdiriləcək. Müziklın bu ilin sonuna kimi tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur. Təqdimatdan sonra isə yeni layihə ilə bir sıra ölkələrə səfərlər planlaşdırılır.

6. #2346
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar

[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar. Komitə sədri Elçin Behbudov APA-ya açıqlamasında Gəncə Polis İdarəsində işgəncələrə məruz qalması barədə məlumatlar yayan Zülfiyyə Həziyevanın müraciəti ilə bağlı monitorinq apardıqlarını söyləyib: "Komitə əməkdaşları Dilafət Xəlilov və Sevil Allahverdiyeva Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev və işgəncələrdə adı hallandırılan rəis müavini Sulduz Məmmədovla görüşüblər. Onlar adı çəkilən şəxsin işgəncəyə məruz qalmadığını bəyan ediblər. Zülfiyyə Həziyevanın Cinayət Məcəlləsinin 320.1 (saxta sənəd düzəltmə) və 178-ci (dələduzluq) maddələri üzrə təqsirləndirildiyi, zaminə buraxıldığı bildirilib. Sulduz Məmmədov deyib ki, Zülfiyyə Həziyeva tibbi ekspertizaya müraciət etsə, onun işgəncələrə məruz qalmadığı aydınlaşacaq".

7. #2347
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurasının fakt-araşdırıcı missiyası sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək

[b]Avropa Şurasının fakt-araşdırıcı missiyası sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, nümayəndə heyətinə adı çəkilən qurumun direktoru Pobert Palmer rəhbərlik edir.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində avropalı qonaqlarla görüş keçirilib. Görüşdə Azərbaycanın işğal altında olan ərazilərində maddi-mədəni abidələrin mövcud durumunu əks etdirən kiçik həcmli film nümayiş olunub. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, Azərbaycan torpaqlarının bir qisminin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağ ərazisində 1891 mədəni-tarixi abidə qalıb və onların durumu bəlli deyil. Görüşdən sonra jurnalistlərə Azərbaycana səfərlərinin məqsədini açıqlayan Robert Palmer bildirib ki, bu səfər Avropa Şurası Baş Katibliyinin tapşırığı əsasında həyata keçirilir: "Səfərdə məqsəd maddi-mədəni və tarixi abidələrin vəziyyətini aydınlaşdıracaq missiyanın regiona səfəri ilə bağlı məsləhətləşmələr aparmaq, texniki məsələləri həll etməkdir. Avropa Şurası hesab edir ki, maddi-mədəni abidələrin dağıdılması yolverilməzdir. Missiyamızın məqsədi də bununla bağlı monitorinq keçirmək, Azərbaycan və Ermənistanda maddi-mədəni abidələrin mövcud durumunu aydınlaşdırmaqdır. Azərbaycan və Ermənistan hökumətləri taleyindən narahat olduqları abidələrin siyahısını Avropa Şurasına təqdim ediblər. Biz səfər çərçivəsində bu siyahıları uyğunlaşdıracağıq. Yəqin ki, bu proses iyulun sonunda yekunlaşacaq. Sentyabrda isə Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun fakt-araşdırıcı missiyası bölgəyə səfər edəcək". Robert Palmer səfərin sentyabrda baş tutacağını desə də, dəqiq tarixin hələ məlum olmadığını bildirib. O, hazırda missiyanın səfəri ilə bağlı texniki və təhlükəsizlik məsələlərinin dəqiqləşdirildiyini vurğulayıb. Avropa Şurası missiyasının Dağlıq Qarabağa hansı ölkənin ərazisindən keçərək gedəcəyi sualının cavablandıran Robert Palmer bildirib ki, bu məsələni Azərbaycan və Ermənistan hökumətləri razılaşdırmalıdır.

8. #2348
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin konfransı keçiriləcək

[b]Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin konfransı keçiriləcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Dekabrın 2-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin konfransı keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer məlumat verib. Avropa Şurasına qonşu ölkələrin mədəniyyət nazirlərinin də qatılacağı konfrans mədəniyyətlərarası dialoq mövzusuna həsr olunub. Konfransın iki gün keçirilməsi nəzərdə tutulur.

9. #2349
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ sahillərinə dağıdıcı qasırğa yaxınlaşır

[b]ABŞ sahillərinə dağıdıcı qasırğa yaxınlaşır[b]

Vaşinqton - APA. Atlantik okeanında qeydə alınan "Berta" qasırğası ABŞ sahillərinə doğru irəliləyir. APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, qasırğa 5 ballıq Safir-Simpson şkalası ilə 3 bal gücündə qiymətləndirilir. Hazırda qasırğanın sürəti episentrdə saatda 185 kilometrə çatıb. Bu, ağacları və evləri yıxmaq üçün kifayətdir. ABŞ-ın qasırğalar üzrə Milli Mərkəzini nümayəndəsi Deniel Braun qasırğanın gözlənildiyindən daha çox sürət yığdığını deyib.

10. #2350
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Böyük səkkizlik" liderləri qurumun tərkibinin genişləndirilməsi ilə bağlı Rusiya prezidentinin təklifini rədd edib

[b]"Böyük səkkizlik" liderləri qurumun tərkibinin genişləndirilməsi ilə bağlı Rusiya prezidentinin təklifini rədd edib[b]

Tokio-APA. Rusiya prezidenti Dmitri Medvedevin "Boyük səkkizliyin" tərkibinin genişləndirilməsi ilə bağlı təklifi "G-8" liderləri tərəfindən rədd edilib.

APA-nın məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, "G-8"də təmsil olunan ölkələrdən üçünün rəhbəri qurumun tərkibinin genişləndirilməsinə qarşı çıxıblar. Onlar öz mövqelərinin "G-8"in ümumi dəyərləri bölüşən dövlət başçılarının qapalı diskussiya klubu olması, iştirakçıların sayının artmasının diskussiyaların keyfiyyətini aşağı salacağı ehtimalı və "Böyük səkkizliyin" onsuz da digər ölkələrlə müxtəlif formatda əməkdaşlıq etməsi ilə əsaslandırıblar. Qeyd edək ki, Tokioda keçirilən "G-8" sammitinə iştirakçı 8 ölkə ilə yanaşı 16 dövlətin, o cümlədən Avstraliya, Çin, Braziliya və Hindistanın rəhbərləri də dəvət olunublar. Sammitdən əvvəl Rusiya prezidenti ən azı Çin, Hindistan və Braziliyanın bu quruma üzv qəbul edilməsi təklifi ilə çıxış edib. Ondan əvvəl Fransa prezidenti Nikola Sarkozi də "G-8"in tərkibinin genişləndirilməsi təklifini irəli sürüb. Sarkozi "Böyük səkkizliyə" Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, Meksika və ərəb ölkələrindən birinin daxil edilməsini məqbul sayır. Sammit iştirakçıları Medvedevin təklifini rədd etsələr də, toplantının yekun bəyannaməsi ətrafında razılığa gələ biliblər. ABŞ prezidenti Corc Buşla danışıqlardan sonra mətbuat konfransı keçirən Almaniyanın kansleri Angela Merkel yekun bəyannaməyə qlobal iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılması, ərzaq və neftin qiymətinin bahalaşmasının təzahürlərinə qarşı birgə əməkdaşlığı ehtiva edən müddəaların daxil ediləcəyini bildirib. ABŞ prezidenti Corc Buş isə Almaniya və ölkəsinin İranın nüvə problemi ilə bağlı məsələdə mövqelərin uzlaşdırılması barədə razılıq əldə olunduğunu qeyd edib. "G-8" sammitinin bugünkü toplantısında Afrika ölkələrinə humanitar yardım edilməsi məsələsi müzakirə olunacaq. "Səkkizlik" həmçinin müasir iqtisadiyyatın çağırışları və qlobal problemlər, neftin qiymətinin qalxması, dünya maliyyə sistemindəki böhran, beynəlxalq təhlükəsizlik mövzularına da toxunmaq niyyətindədir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.