Əsas məzmuna keç
Sayfa 133/461 İlkİlk ... 3383123131132133134135143183233 ... SonSon
4610 sonuçtan 1.321 ile 1.330 arası

Azərbaycan Xəbərləri

1. #1321
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə tədbir keçirib

[b]"Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə tədbir keçirib[b]

Bakı. Ramil Məmmədli - APA. "Azadlıq" bloku Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illiyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli bildirib ki, sovet rejiminin 70 il fəaliyyət göstərən təbliğat "maşını" Azərbaycan cəmiyyətində müstəqilliyə olan istəyi unutdura bilməyib. Şərqdə ilk demokratik respublikanın yaradıcıları haqda danışan Ə. Kərimli AXC-nin yaradılmasının milli məfkurənin inkişafına təkan verdiyini deyib. Professor Cəmil Həsənli 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı günü millətin kimliyinə tapınmaq məqamı adlandırıb. Müasir Azərbaycan ideologiyasının formalaşmasından söz açan C. Həsənli deyib ki, yeni Azərbaycan ideyasının qurucusu və ilk təbliğatçısı Həsən bəy Zərdabi olub: "Gənc ikən onun ətrafına toplaşan intellektli insanlar Azərbaycanı İslam hümmətçiliyindən türk millətçiliyinə aparıblar. Bundan isə müstəqil Azərbaycan yarandı. Cümhuriyyətin daha bir önəmi də odur ki, Rusiya tərəfindən xanlıqlar şəklində işğal edilən Azərbaycan 100 ildən sonra vahid dövlət olaraq meydana çıxdı, həmin dövrdə nümunə göstəriləcək parlament qura bildi". C. Həsənli AXC liderlərinə heykəl qoyulmasının zəruriliyini də qeyd edib. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov da şərqdə ilk demokratik respublika olan AXC-nin yaradılmasının əhəmiyyətindən, onun Azərbaycan xalqı üçün önəmindən danışıblar.

2. #1322
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsveç Cənubi Qafqazı Avropa Birliyinə yaxınlaşdırmaq istəyir

[b]İsveç Cənubi Qafqazı Avropa Birliyinə yaxınlaşdırmaq istəyir[b]

Bakı. Tamara Qriqoryeva - APA. "İsveç Cənubi Qafqaz və Şərqi Avropa regionları ilə əlaqələrin inkişafında çox maraqlıdır və Avropa Birliyinin bu bölgələrlə tərəfdaşlığının genişləndirilməsini istəyir". Bunu APA-ya açıqlamasında İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden deyib. Avropa Birliyinin GUAM ölkələri, Ermənistan və Belarusun iştirakı ilə "Şərq tərəfdaşlığı" adlı təşkilat yaratmasına dair ölkəsinin irəli sürdüyü təşəbbüsü şərh edən diplomat bildirib ki, bu təşəbbüsdə məqsəd regionların inteqrasiyasına nail olmaq və müxtəlif səviyyələrdə mübadilələr həyata keçirməkdir: "Regionların yaxınlaşması çox vacibdir. Qarşılıqlı səfərləri, ticarət əlaqələrini, təhsil sahəsində mübadilələri gücləndirmək lazımdır". Səfirin sözlərinə görə, bu təşəbbüsü AB-yə üzvlük üçün zəmin kimi qiymətləndirmək lazım deyil.

3. #1323
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək

[b]Azərbaycan Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. Mayın 30-da Azərbaycan Kinematoqrafçılar İttifaqının X qurultayı keçiriləcək. İttifaqın katibi Abbas Əliyev APA-ya deyib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında hər 5 ildən bir qurultay keçirilir. A. Əliyev X qurultay zamanı ittifaqn sədrliyinə və katibliyinə seçkilərin keçiriləcəyini də bildirib. Onun sözlərinə görə, qurultay zamanı bütün ittifaq üzvlərinin səlahiyyətləri eyni olur. Abbas bütün namizədlərin qurultay zamanı irəli sürüldüyünü deyib. Qurultay zamanı ittifaqın katibliyi səsvermə yolu ilə müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildən fəaliyyət göstərir. 1990-cı ildən etibarən ittifaqın sədri Azərbaycanın xalq yaxıçısı Rüstəm İbrahimbəyovdur. Həmin ilə kimi isə R. İbrahimbəyov ittifaqın I katib vəzifəsində olub. İttifaqın I katibi Rasim Balayev, katibləri Abbas Əliyev, Cəmil Fərəcov, Cəmil Quliyev, Eldar Quliyev, Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Vaqif Behbudov, Şamil Nəcəfzadə, Baba Vəziroğlu, Rəhman Bədəlovdur.

4. #1324
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Atlantik Klubun təqdimat mərasimi keçirilib

[b]Atlantik Klubun təqdimat mərasimi keçirilib[b]

Bakı. Ramil Məmmədli-APA. Bu gün Atlantik Klubun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri, Atlantik Klubun rəhbəri Sülhəddin Əkbər bildirib ki, Azərbaycan-NATO əlaqələrinin inkişafına ictimai dəstəyin təşkili və bu sahədə elmi-sosioloji araşdırmaların həyata keçirilməsi məqsədilə yaradılan klub Azərbaycanın qloballaşan dünyaya adaptasiyası prosesinə yardım edəcək. S. Əkbər deyib ki, klub 13 ictimai təşkilat və şəxs tərəfindən təsis edilib və Avroatlantik strukturlarla Azərbaycan cəmiyyəti arasında vasitəçilik missiyasını həyata keçirəcək. S. Əkbərin sözlərinə görə, klub sədrlik 6 aydan bir rotasiya qaydasında həyata keçiriləcək.

5. #1325
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qrant verilməsi haqqında müsabiqənin qayda və şərtlərini hazırlayıb

[b]Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qrant verilməsi haqqında müsabiqənin qayda və şərtlərini hazırlayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qrant verilməsi haqqında müsabiqənin qayda və şərtlərini hazırlayıb. Şuranın sədri Azay Quliyev APA-ya bildirib ki, mayın 29-da keçirəcəkləri növbəti toplantıda maliyyə yardımı haqqında müsabiqənin qayda və şərtləri ilə yanaşı, ekspertlər qrupu ilə bağlı Əsasnaməni müzakirə edəcəklərini deyib. Onun sözlərinə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bina problemi də həll olunmaq üzrədir: "Bizə bir neçə yer təklif ediblər. Bütün bu məsələlər yaxın bir neçə gün ərzində həllini tapmalıdır. Vaxt azdır. QHT-lər üçün ayrılan vəsaitlər aidiyyəti üzrə proqramlara yönəldilməlidir".

6. #1326
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Almaniya Federal Xarici İşlər Nazirliyi ölkədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ofisinin fəaliyyət göstərməsi xəbərini təkzib edib

[b]Almaniya Federal Xarici İşlər Nazirliyi ölkədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ofisinin fəaliyyət göstərməsi xəbərini təkzib edib[b]

Bakı. Tamara Qriqoryeva-APA. Bu il Berlində qondarma "Dağlıq Qarabağ Respublikası"nın ofisi fəaliyyətə başlayıb. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, ofisin rəhbəri Qayane Apinyan jurnalistlərə bildirib ki, onların əməkdaşları hətta Almaniyada Azərbaycan Mədəniyyət Günləri tədbirlərinə də qatılırlar. O, azərbaycanlıların ofis təmsilçilərin "böyük hörmətlə" qarşıladıqlarını deyib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat katibi Ramil Fərzəliyev APA-ya açıqlamasında bildirib ki, bu məlumatla əlaqədar səfirlik Almaniya Federal Xarici İşlər Nazirliyinə müraciət edib: "Nazirlikdən bildirdilər ki, bu təşkilat barədə məlumatları yoxdur, çünki ölkədə bu adda qurum qeydiyyatdan keçməyib. Bu, yalnız ermənilərin növbəti təxribatından başqa bir şey deyil". Bununla belə səfirlik məsələni geniş şəkildə araşdırmaq üçün yenidən Almaniya Federal Xarici İşlər Nazirliyinə müraciət edib.

7. #1327
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Mərkəzi Seçki Komissiyası 2008-ci il üçün seçici siyahısını təsdiqləyib

[b]Azərbaycan Mərkəzi Seçki Komissiyası 2008-ci il üçün seçici siyahısını təsdiqləyib[b]

Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci il üçün seçici siyahısını təsdiqləyib. APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, bu ilin yanvarından seçici siyahısının hazırlanması ilə bağlı başlayan proses artıq başa çatıb.

O, siyahının dəqiq hazırlandığını vurğulayıb. MSK-nın nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynov isə bildirib ki, son dəqiqləşməyə görə hazırda Azərbaycanda 4 834 584 seçici var. Onlardan 2 320 697-si (48,00%) kişi, 2 513 887-si (52,00%) isə qadındır. Seçicilərin 55 482 nəfəri (1,15%) bu il 18 yaşına çatmış şəxsdir. Ölkədə 19-35 yaş arası 1 864 121 (38,56%), 36-55 yaş arası 2 020 925 (41,80%), 56 yaşdan yuxarı isə 894 056 (18,49) seçici var. MSK üzvü Akif Qurbanov isə seçici siyahılarının dəqiqləşdirilməsinin düzgün həyata keçirilmədiyini, şişirdilmiş rəqəmlərdən istifadə olunduğunu bildirib. O, dairələr üzrə seçicilərin sayını hesabladığını, lakin onların sayının elan olunmuş rəqəmdən az olduğunu qeyd edib. MSK üzvü təxminən 150 min seçicinin süni şəkildə artırıldığını bildirib və bunu izahını istəyib. A. Qurbanov MSK üzvlərini siyahının təsdiq olunmasının əleyhinə səs verməyə çağırıb. Buna baxmayaraq, MSK üzvləri siyahının lehinə səs veriblər. M. Pənahov qısa müddətdə siyahının MSK-nın saytında yerləşdiriləcəyini deyib.

8. #1328
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib

[b]Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib[b]

Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən tarix elmləri doktoru Eldar İsmayılov bildirib ki, 90 il bundan əvvəl, 1918-ci ildə Qafqazda Gürcüstan və Azərbaycan kimi müstəqil dövlətlərin yaranması gələcəkdə inkişaf edəcək hadisələr üçün tarixi nümunə olub. Bakı Dövlət Universitetinin kafedra müdiri Azad Rzayev isə qeyd edib ki, 26 və 28 may tarixləri Gürcüstan və Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılıb. Tiflis Dövlət Universitetinin professoru Nestan Kirtadze tarixə nəzər salaraq vurğulayıb ki, Rusiyanın o dövrdə parçalanması beynəlxalq ictimaiyyətin xeyrinə olmadığından, yeni yaranmış ölkələrin müstəqilliyini bu arenada qəbul etdirmək də çox çətin idi. Fətəli xan Xoyskinin nəvəsi Tamara Xoyski qeyd edib ki, babası qətlə yetiriləndən sonra Xoyski nəslinin nümayəndəsi kimi onun Tiflisdəki qəbrini ziyarət edən ilk insan məhz o olub. Qeyd edək ki, videokörpüdə Gürcüstan Elmlər Akademiyasının üzvləri, Tiflis Dövlət Universitetinin professorları da iştirak ediblər.

9. #1329
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elçin Əzizov opera artistlərinin II Moskva beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülüb

[b]Elçin Əzizov opera artistlərinin II Moskva beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülüb[b]

Bakı. Laçın Sultanova-APA. "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü Elçin Əzizov Qalina Vişnevskayanın keçirdiyi opera artistlərinin II Moskva beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülüb. APA-nın məlumatına görə, müsabiqənin qala-konserti və laureatların mükafatlandırılması mayın 28-də Beynəlxalq Musiqi Evində keçiriləcək. Qeyd edək ki, müsabiqə maestro Mstislav Rostropoviçə həsr olunub.

10. #1330
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fətəli Xan Xoyskinin nəvəsi: "Şərqdə ilk demokratik respublikanın yaranması babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub"

[b]Fətəli Xan Xoyskinin nəvəsi: "Şərqdə ilk demokratik respublikanın yaranması babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. "Şərqdə ilk demokratik respublikanın yaranması mənim babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub". Bu sözləri APA-ya açıqlamasında Fətəli Xan Xoyskinin nəvəsi Tamara Xoyski deyib. O bildirib ki, demokratik respublikanın yaradılması dünya tarixində hər zaman böyük hadisə hesab edilir: "Azərbaycan Demokratik Respublikasının banisi olan insanlar öz xalqları üçün qısa müddətə də olsa dünyəvi dövlət qurmağa müvəffəq oldular". T. Xoyski qeyd edib ki, babasının ölümündən illər sonra dünyaya gəlsə də, valideynləri Xalq Cümhuriyyətinin ilk baş naziri haqqında ona çox şey danışıblar: "Mən babamı tarixi şəxsiyyət və Şərq tarixində irəliyə böyük bir addım atan insanların arasında olan, demokratik dünyəvi dövlətin qurucusu kimi tanıyıram".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.