[b]YAP-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib[b]
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov 90 il əvvəl Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyət qurduğunu bildirib. O, cümhuriyyət zamanı qəbul olunmuş bayrağın, himnin və gerbin bu gün də müqəddəs dəyər kimi saxlanıldığını deyib. Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mücadilənin bütün insanları birləşdirdiyini bildirib. O, ilk dəfə olaraq Azərbaycan adının coğrafi məkandan dövlət adına gətirilərək siyasiləşdirildiyini qeyd edib. Tarixçi AXC dövründə Milli Ordunun yaradılmasını, Azərbaycan dilinin dövlət dili elan olunmasını, parlamentin formalaşmasını, Azərbaycan Dövlət Universitetinin yaradılmasını mühüm hadisə kimi qeyd edib. Digər tarixçi Kərim Şükürov isə hadisələrə tənqidi yanaşıb, o zaman parlamentin xalq tərəfindən seçilmədiyini bildirib. Onun sözlərinə görə, məhz bunun nəticəsi idi ki, 1920-ci il aprelin 27-də həmin parlament hökumətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə tarixi məsələlərə siyasi yanaşmaya ehtiyac olmadığını dilə gətirib: "Biz istəyirik ki, AXC-nin başladığı işlər bu gün davam etdirilsin. Bu gün cümhuriyyətlə bağlı birmənalı fikir mövcud deyil. Cümhuriyyətin şərəfinə yalnız bəzi Avropa ölkələrində qəbirüstü abidələrə oxşayan abidələr qoyulub. Halbuki bu abidələr daha möhtəşəm ola bilərdi. Bu vaxta qədər soyqırımı abidəsi də ucaldılmayıb. Rəsulzadənin heykəlinin qoyulacağı yerdən onun xatirə daşını götürüb, əvəzində fəvvarə düzəltmək isə bütövlükdə cümhuriyyətə hörmətsizlikdir". Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə millətin öz tarixinə səhvləri və doğruları ilə birgə sahib çıxmasını vacib sayıb. Digər tədbir iştirakçıları da mövzu ilə bağlı fikirlərini bildiriblər.
4610 sonuçtan 1.311 ile 1.320 arası

05-27-2008, 02:21 PM #1311Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Andrey Nesterenko: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir"
[b]Andrey Nesterenko: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir"[b]
Bakı. Laçın Sultanova-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 29-dan iyunun 1-nə kimi Rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada işgüzar səfərdə olacaq. APA-nın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, səfəri şərh edən XİN rəsmisi Andrey Nesterenko deyib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırkı vəziyyət də müzakirə olunacaq. Rusiyanın bu münaqişəyə münasibətini açıqlayan XİN rəsmisi deyib ki, Rusiyanın prinsipial mövqeyi dəyişilməzdir: "Biz gələcəkdə də tərəflərə qarşılıqlı səmərəli qərar tapmaq üçün yardım etməyə hazırıq. Biz ona əsaslanırıq ki, nizamlanmanın yekun formulunun seçimini görə məsuliyyət tərəflərin üzərindədir. Rusiya münaqişəyə cəlb olunmuş tərəfləri qane edəcək varianta dəstək verməyə, kompromis razılaşma əldə olunduğu halda isə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır".

05-27-2008, 02:31 PM #1312Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
YAP-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

05-27-2008, 02:41 PM #1313Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 90 illiyi ilə bağlı iyunun 19-da Milli Məclisin xüsusi iclası keçiriləcək
[b]Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 90 illiyi ilə bağlı iyunun 19-da Milli Məclisin xüsusi iclası keçiriləcək[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və parlamentin 90 illik yubileyi ilə bağlı iyunun 19-da Milli Məclisin xüsusi iclası keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə parlamentin vitse-spiker Bahar Muradova bildirib. Onun sözlərinə görə, artıq 70-dək ölkəyə tədbirdə iştirak üçün dəvətnamə göndərilib. Yubiley tədbirinə ayrı-ayrı ölkələrin parlament rəhbərliyi, beynəlxalq təşkilatların parlament assambleyalarının rəsmiləri və xüsusi qonaqlar dəvət edilib.

05-27-2008, 02:51 PM #1314Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Milli Məclisin komissiya sədri Azərbaycanda yer adlarının dəyişdirilməsini düzgün hesab etmir
[b]Milli Məclisin komissiya sədri Azərbaycanda yer adlarının dəyişdirilməsini düzgün hesab etmir[b]
Bakı. Elnur Məmmədli - APA. "Azərbaycanda rayon, şəhər və digər ərazilərin adlarının dəyişdirilməsini düzgün hesab etmirəm və bunun tərəfdarı deyiləm. Amma məsələni mənim fikrim həll etmir. Bu, daha yox yerli əhalinin istəyindən asılıdır".
APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional siyasət daimi komissiyasının sədri Arif Rəhimzadə son vaxtlar bəzi rayonların adlarının dəyişdirilməsinə münasibət bildirərkən deyib. O, tarixi adların saxlanmasını daha məqsədəuyğun hesab edir: "Hər bir ad Azərbaycanın tarixidir. Yaxşıdır, pisdir, bu tarixdir. Bu adları süni surətdə yaddan çıxarmaq düzgün deyil". A. Rəhimzadə bildirib ki, hələlik rəhbərlik etdiyi komissiyada addəyişmə ilə bağlı yeni müraciətə baxılmır.

05-27-2008, 03:01 PM #1315Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
YAP prezident seçkiləri ilə bağlı proqram hazırlayıb
[b]YAP prezident seçkiləri ilə bağlı proqram hazırlayıb[b]
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı seçki proqramı hazırlayıb. APA-nın məlumatına görə, YAP icra katibinin müavini, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, proqram seçki ərəfəsində elan olunacaq. Proqram üzərində uzun müddət iş getdiyini qeyd edən millət vəkili sənəddə partiyanın seçki ərəfəsi fəaliyyəti, namizədin təbliğatı, seçkilər zamanı atılacaq addımların əksini tapdığını deyib.

05-27-2008, 03:11 PM #1316Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rəis Rəsulzadə: "Məhəmməd Əmin Rəsulzadənin müxtəlif ölkələrdəki arxivləri tam araşdırılmayıb"
[b]Rəis Rəsulzadə: "Məhəmməd Əmin Rəsulzadənin müxtəlif ölkələrdəki arxivləri tam araşdırılmayıb"[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Mən bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Azərbaycanın bu günü, cümhuriyyətimizin 90 illiyinin qeyd edilməsi çox sevindiricidir. Amma unutmamalıyıq ki, Azərbaycan davası bu gün də davam edir. Bu gün də torpağımızın bütövlüyünə qarşı olanlar, ərazimizə göz dikənlər var. Biz azadlığımızı göz bəbəyimiz kimi qorumalı, təkrar yüksələn və dalğalanan bayrağımızı bir daha enməyə qoymamalıyıq". Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın əməkdar rəssamı, dosent, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. O bildirib ki, M. Ə. Rəsulzadənin müxtəlif arxivlərdəki irsi bütünlüklə Azərbaycana gətirilməyib: "Onun yaşadığı ölkələrin arxivlərində Məhəmməd Əmin Rəsulzadənin əlyazmaları, çıxışları, müxtəlif sənədləri qalmaqdadır. Fransada, Polşada, Almaniyada, Türkiyədə, Rusiyada olan bu arxiv sənədləri hələ bütünlüklə araşdırılmayıb. Bu baxımdan onun nəşr edilən kitabları, irsi tam mükəmməl deyil".

05-27-2008, 03:21 PM #1317Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İsveçin Azərbaycandakı səfiri: "Boykot müxalifətin tam marginallaşmasına səbəb ola bilər"
[b]İsveçin Azərbaycandakı səfiri: "Boykot müxalifətin tam marginallaşmasına səbəb ola bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Müxalifətin seçkiyə qatılmaq istəməməsinin səbəblərini başa düşmək olar, amma seçkinin boykot edilməsi çox mənfi haldır". Bu sözləri APA-ya açıqlamasında İsveçin Azərbaycandakı səfiri Hans Qunnar Aden deyib. O bildirib ki, bütün siyasi qüvvələrin seçkilər kimi vacib bir prosesdə iştirakı zəruridir: "Seçkilərin boykot edilməsi həmin siyasi qüvvələrə çox pis təsir göstərə bilər. Seçkilər demokratik qaydada təşkil edilməlidir. Hamı iştirak etməsə, bunu necə etmək olar?" Diplomatın fikrincə, boykot həmin siyasi qüvvələrin tam marginallaşmasına gətirib çıxara bilər.

05-27-2008, 03:31 PM #1318Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyalı general: "ABŞ planlarından imtina etməsə, Qəbələ RLS-lə bağlı təklif qüvvəsini itirəcək"
[b]Rusiyalı general: "ABŞ planlarından imtina etməsə, Qəbələ RLS-lə bağlı təklif qüvvəsini itirəcək"[b]
Bakı. Laçın Sultanova - APA. "ABŞ Çexiya və Polşada raket hücumundan müdafiə sistemi elementlərini quraşdırsa, Rusiyanın Qəbələ RLS-dən birgə istifadə haqqında təklifi qüvvəsini itirəcək". APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə İdarəsinin rəisi, general-leytenant Yevgeni Bujinski çıxış edib. O bildirib ki, Qəbələ RLS-dən birgə istifadə təklifi ABŞ-ın Avropada hava hücumundan müdafiə planlarına alternativdir, əlavə deyil.

05-27-2008, 03:41 PM #1319Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
[b]İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib[b]
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans və sərgi təşkil olunub. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan muzeyin elmi işçisi Aida Axundova İstiqlal Muzeyinin 1919-cu ildə təsis edildiyini bildirib: "Azərbaycan Parlamentinin ildönümü münasibəti ilə yaranan bu muzey cümhuriyyətin süqutu ilə bağlanıb. Cümhuriyyətin dövlət xadimlərinin evlərindən və şəxsi kolleksiyalarından gətirilən eksponatlar, o cümlədən milli bayrağımız Moskvaya, İnqilab Muzeyinə aparılıb. Azərbaycanın İstiqlal Muzeyi müstəqilliyimizin bərpasından sonra, 1991-ci ildə təkrar yaradılıb". Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, professor Anar İsgəndərov, tarixçi-alim Kamran Qədimov və başqaları çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ordu quruculuğundan, parlamentinin yaradılmasından söz açıblar. Tədbirdə cümhuriyyətin dövlət xadimlərinin ailə üzvləri, Milli Aviasiya Akademiyası, Ali Hərbi Təyyarəçilik Məktəbi, Polis Akademiyasının müdavimləri də iştirak ediblər.

05-27-2008, 03:51 PM #1320Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ümid Partiyası Milli Məclisə təqdim olunmuş Seçki Məcəlləsini geriyə addım hesab edir
[b]Ümid Partiyası Milli Məclisə təqdim olunmuş Seçki Məcəlləsini geriyə addım hesab edir[b]
Bakı. Ramil Məmmədli - APA. Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın İcra Aparatının rəhbəri Nəsimi Məmmədli bildirib ki, Milli Məclisin təqdim olunan seçki qanunu geriyə atılan addımdır. O bu qanunla seçki keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə imicinə mənfi təsir edəcəyini deyib. Partiyanın Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Akif Qurbanlı isə bildirib ki, MM-də müzakirəyə çıxarılacaq Seçki Məcəlləsinin vacib əhəmiyyət kəsb edən müddəalarına dəyişiklik edilməyib: "Dövlət televiziyasında təbliğat kampaniyası aparılmasına qadağa qoyulması da şəxsin namizəd kimi hüquqlarını məhdudlaşdırır". ADP sədrinin müavini Taliyət Əliyev isə bu məsələdə beynəlxalq təşkilatları ittiham edib. O deyib ki, Avropa Şurası Venesiya Komissiyası, ATƏT və digər beynəlxalq təşkilatlar Seçki Məcəlləsindəki anti-demokratik dəyişikliklərə münasibət bildirmir. "Sonra da deyəcəklər ki, Seçki Məcəlləsinin bu şəkildə qəbul olunmasından təəssüflənirlər. Ümumiyyətlə, Venesiya Komissiyasının bu məsələdə gördüyü işin qiyməti sıfırdan da aşağıdır".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov 90 il əvvəl Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyət qurduğunu bildirib. O, cümhuriyyət zamanı qəbul olunmuş bayrağın, himnin və gerbin bu gün də müqəddəs dəyər kimi saxlanıldığını deyib. Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mücadilənin bütün insanları birləşdirdiyini bildirib. O, ilk dəfə olaraq Azərbaycan adının coğrafi məkandan dövlət adına gətirilərək siyasiləşdirildiyini qeyd edib. Tarixçi AXC dövründə Milli Ordunun yaradılmasını, Azərbaycan dilinin dövlət dili elan olunmasını, parlamentin formalaşmasını, Azərbaycan Dövlət Universitetinin yaradılmasını mühüm hadisə kimi qeyd edib. Digər tarixçi Kərim Şükürov isə hadisələrə tənqidi yanaşıb, o zaman parlamentin xalq tərəfindən seçilmədiyini bildirib. Onun sözlərinə görə, məhz bunun nəticəsi idi ki, 1920-ci il aprelin 27-də həmin parlament hökumətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə tarixi məsələlərə siyasi yanaşmaya ehtiyac olmadığını dilə gətirib: "Biz istəyirik ki, AXC-nin başladığı işlər bu gün davam etdirilsin. Bu gün cümhuriyyətlə bağlı birmənalı fikir mövcud deyil. Cümhuriyyətin şərəfinə yalnız bəzi Avropa ölkələrində qəbirüstü abidələrə oxşayan abidələr qoyulub. Halbuki bu abidələr daha möhtəşəm ola bilərdi. Bu vaxta qədər soyqırımı abidəsi də ucaldılmayıb. Rəsulzadənin heykəlinin qoyulacağı yerdən onun xatirə daşını götürüb, əvəzində fəvvarə düzəltmək isə bütövlükdə cümhuriyyətə hörmətsizlikdir". Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə millətin öz tarixinə səhvləri və doğruları ilə birgə sahib çıxmasını vacib sayıb. Digər tədbir iştirakçıları da mövzu ilə bağlı fikirlərini bildiriblər.

Yer imleri