[b]Xüsusi təyinatlıların Kislovodskda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı həbs olunub[b]
Kislovodsk-APA. Rusiyanın Kislovodsk şəhərindəki çoxmərtəbəli yaşayış evlərindən birində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı quldur birləşməsinin iki üzvü və onların yanında olan Azərbaycan vətəndaşı zərərsizləşdirilib. APA-nın məlumatına görə, Stavropol hüquq-mühafizə orqanlarından bildirilib ki, xüsusi təyinatlıların müqavimət göstərməmək və təslim olmaq əmrinə tabe olmayan mənzildəkilər atəş açmağa başlayıblar. Lakin xüsusi təyinatlı döyüşçülər quldur dəstəsinin üzvlərini zərərsizləşdirə biliblər. Quldurlardan biri özünü öldürməyə imkan tapsa da, digəri və onların yanında olan Azərbaycan vətəndaşı həbs olunub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həm özün öldürənin, həm də həbs olunanların şəxsiyyəti müəyyənləşdirilir.
4610 sonuçtan 1.821 ile 1.830 arası

06-17-2008, 11:11 AM #1821Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyada olan qohumunun evindən oğurluq etmiş Masallı sakini həbs olunub
[b]Rusiyada olan qohumunun evindən oğurluq etmiş Masallı sakini həbs olunub[b]
Masallı. Ağəddin Babayev - APA. Yaxın qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən Masallı sakini həbs olunub. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Rizvan Quliyev APA-nın cənub bürosuna bildirib ki, rayonun Çaxırlı kənd sakini Sabir Qardaşxan oğlu Bağırov 2008-ci ilin yanvarından may ayınadək Rusiya Federasiyasında yaşadığı müddətdə ona məxsus yaşayış evindən iki ədəd televizor, videomaqnitofon, xalça, mətbəx kombaynı və digər məişət avadanlıqları oğurlanıb. Zərərçəkmişin polisə müraciətindən sonra əməliyyat-axtarış qrupu yaradılıb. Operativ tədbirlər nəticəsində Çaxırlı kənd sakini, zərərçəkmişin yaxın qohumu Əlibala Ağəli oğlu Babayev şübhəli şəxs qismində saxlanaraq şöbəyə gətirilib. İstintaqa verdiyi ilkin ifadəsində Ə. Babayev bir neçə dəfə S. Bağırovun evindən oğurluq etdiyini boynuna alıb. O, oğurladığı əşyaları sataraq narkotik maddə alıb qəbul etdiyini bildirib. Qeyd edək ki, zərərçəkmişə 840 manat dəyərində maddi ziyan vurulub.Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

06-17-2008, 11:21 AM #1822Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xüsusi təyinatlıların Kislovodskda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı həbs olunub

06-17-2008, 11:31 AM #1823Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 16-da saat 17.35-dən saat 18.25-dək və 21.00-dan 21.20-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisindəki mövqelərini, saat 23.45-dən 23.55-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 23.58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

06-17-2008, 11:41 AM #1824Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahandan narazı qalan 11-ci sinif şagirdləri üçün iyunun 19-da təkrar imtahan keçiriləcək
[b]Mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahandan narazı qalan 11-ci sinif şagirdləri üçün iyunun 19-da təkrar imtahan keçiriləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi (TN) 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahandan narazı qalan məzunlar üçün iyunun 19-da təkrar imtahan keçirəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya bildirib ki, imtahanda iştirak etmək üçün artıq müraciət edənlər var. Bu gün məzunların imtahanda iştirak üçün müraciət edə bildikləri sonuncu gündür. Məzunların sənədləri təhsil aldıqları orta məktəblərdə qəbul olunur. İmtahanın təşkili üçün Bakıda 4 mərkəz təşkil olunacaq. İmtahanlar TN ilə yanaşı, Prezidentin İcra Aparatı, Milli Məclis üzvləri və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək.

06-17-2008, 11:51 AM #1825Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Volqoqradda azərbaycanlılarla ermənilər arasında dava düşüb, bir erməni ölüb
[b]Volqoqradda azərbaycanlılarla ermənilər arasında dava düşüb, bir erməni ölüb[b]
Volqoqrad-APA. Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib.
APA-nın məlumatına görə, "Voyaj" kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlanıb. Faktla bağlı iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Saxlanan şəxslərin adları açıqlanmır. 1985 və 1986-cı il təvəllüdlü hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar.

06-17-2008, 03:21 PM #1826Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının mədəniyyət nazirini qəbul edib
[b]Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının mədəniyyət nazirini qəbul edib[b]
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl- Mədəni, mədəniyyət və informasiya nazirinin müavini Abubəkir Bahadur və nazirin köməkçisi Abdulla Həmidi ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Əbülfəs Qarayev iki ölkə arasında hərtərəfli əlaqələrin, xüsusən də mədəniyyət sahəsinin inkişaf etdirilməsindən məmnunluq duyduğunu bildirib: "Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olacaq. Əminəm ki, Səudiyyə Ərəbistan Mədəniyyət Günləri maraqla qarşılanacaq. 100 nəfərdən ibarət mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduğu nümayəndə heyətinin ölkəmizə səfərini alqışlayır və işinizdə uğurlar arzulayıram. İki ölkə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsi vacibdir". Görüşdə çıxış edən Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib. Nazir eləcə də, Bakıda aparılan yenidənqurma və mədəniyyət ocaqlarında aparılan abadlıq işlərini yüksək qiymətləndirdiyini vurğulayıb: "İki ölkə arasında əlaqələr xüsusi tellərlə bağlıdır və tarixi köklərə əsaslanır. Biz istərdik ki, mədəniyyət günləri ikitərəfli əlaqələr üçün başlanğıc olsun. Hər bir əlaqələr mədəniyyət üzərində qurulur". İyad Bin Əmin Əl-Mədəni müxtəlif səpkili mədəniyyət tədbirlərinin həyata keçiriləcəyini deyib. İyunun 20-nə kimi davam edəcək mədəniyyət günləri çərçivəsində sərgilər, konsert proqramları, teatr ustalarının çıxışı, film nümayişi nəzərdə tutulub. Mədəniyyət günləri çərçivəsində Sumqayıt şəhərlərində də bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

06-17-2008, 03:31 PM #1827Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ana Vətən Partiyasının qurultayı keçirilib
[b]Ana Vətən Partiyasının qurultayı keçirilib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ana Vətən Partiyasının (AVP) V qurultayı keçirilib. APA-nın məlumatına görə, sədr Fəzail Ağamalı hesabat xarakterli məruzə edib və partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Prezident seçkisində AVP-nin qarşısında duran vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan F. Ağamalı bildirib ki, partiya YAP-la müttəfiqliyini davam etdirəcək və İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək. O, Azərbaycanda İ. Əliyevə alternativ siyasətçi olmadığını bəyan edib. Sonra bu ilin payızında keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə təklif müzakirəyə çıxarılaraq yekdilliklə qəbul olunub. Qurultayda partiyanın rəhbər orqanlarına seçki keçirilib. Fəzail Ağamalı açıq səsvermə nəticəsində yenidən AVP-nin sədri seçilib. Qeyd edək ki, YAP icra katibi Əli Əhmədov, BAXCP sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, VHP sədri Sabir Rüstəmxanlı, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qurultayda qonaq qismində çıxış ediblər.

06-17-2008, 03:41 PM #1828Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək
[b]Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni deyib. O bildirib ki, filmlər müxtəlif mövzuları əks etdirəcək: "Filmlərdən biri Azərbaycanın yerləşdiyi çoğrafi məkana, digəri neft ixrac edən Səudiyyə Ərəbistanı və Azərbaycan haqqında olacaq. Bu layihə çərçivəsində eləcə də Azərbaycan və Səudiyyə Ərəbistan qadınları haqqında və iki ölkənin milli dəyərlərinin əks olunduğu filmin hazırlanması da planlaşdırılır". Nazir qeyd edib ki, bu layihənin icrasına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Səudiyyə Ərəbistanının televiziya kanallarında Azərbaycanın bədii və sənədli filmlərinin nümayişinin təşkil olunacağını açıqlayıb. Nazir artıq Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyinə altı bədii, beş sənədli filmin təqdim olunduğunu və filmlər arasında seçimi qonaqların edəcəyini bildirib. Nazir bu filmlərin Ərəbistan kanallarında nümayişi üçün ərəb dillərinə tərcümə olunacağını qeyd edib.

06-17-2008, 03:51 PM #1829Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar" kitabının təqdimatı keçirilib
[b]"Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar" kitabının təqdimatı keçirilib[b]
Nəşrin elmi məsləhətçisi Əli Həsənov, rəyçi isə Yaqub Mahmudovdur. Kitabda Azərbaycanın tarixində, taleyində, milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayan qadınlardan bəhs olunur. Nəfis tərtibatla nəşr edilən kitabda Tomris, Nüşabə, Əleykə Könüldaş, Sara Xatun, Tutu Bikə, Pərixan xanım, Bəyim xanım, Xurşud Banu Natəvan, Zərifə Əliyeva, Mehriban Əliyeva və digər xanımların həyat və fəaliyyəti haqqında məlumatlar toplanıb. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunub.Təqdimetmə mərasimində Prezidentin İcra Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edərək belə bir kitabın hazırlanmasını yüksək qiymətləndirib. Ə. Həsənov Azərbaycan tarixində mühüm rol oynayan xanımlara həsr olunmuş kitabın hazırlanmasını yeni və orijinal ideya adlandırıb. Dövlət rəsmisi müasir dövrdə Azərbaycan qadınlarının beynəlxalq miqyasda tanındığını, onların ölkənin inkişafı istiqamətində mühüm xidmətlər göstərdiyini qeyd edib. Kitabın müəlliflərindən Məlahət Həsənova isə bildirib ki, kitabda dünya insanına məhəbbətin, ləyaqətin və cəsarətin gözü ilə baxan Azərbaycan qadınından söz açılır, adı milli dövlətçilik tarixinə qızıl hərflərlə yazılan görkəmli qadın xadimlərdən bəhs edilir.

06-17-2008, 04:01 PM #1830Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Arşın mal alan" və "O olmasın, bu olsun" filmləri ingilis dilində dublyaj olunacaq
[b]"Arşın mal alan" və "O olmasın, bu olsun" filmləri ingilis dilində dublyaj olunacaq[b]
Bakı. Ülkər Qasımova-APA. "Arşın mal alan" və "O olmasın, bu olsun" filmləri ingilis dilində dublyaj ediləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bu filmlərin inidyədək tərcümə olunmamasını mənfi hal kimi qiymətləndirib. Ə. Qarayev sözügedən filmlərlə yanaşı, həmin dövrdə çəkilmiş bir neçə Azərbaycan filminin də ingilis dilində tərcüməsinin nəzərdə tutulduğunu vurğulayıb: "Daha sonra isə həmin filmlər müxtəlif dillərə tərcümə olunaraq, bir sıra xarici televiziya kanallarında nümayiş olunacaq".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Kislovodsk-APA. Rusiyanın Kislovodsk şəhərindəki çoxmərtəbəli yaşayış evlərindən birində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı quldur birləşməsinin iki üzvü və onların yanında olan Azərbaycan vətəndaşı zərərsizləşdirilib. APA-nın məlumatına görə, Stavropol hüquq-mühafizə orqanlarından bildirilib ki, xüsusi təyinatlıların müqavimət göstərməmək və təslim olmaq əmrinə tabe olmayan mənzildəkilər atəş açmağa başlayıblar. Lakin xüsusi təyinatlı döyüşçülər quldur dəstəsinin üzvlərini zərərsizləşdirə biliblər. Quldurlardan biri özünü öldürməyə imkan tapsa da, digəri və onların yanında olan Azərbaycan vətəndaşı həbs olunub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həm özün öldürənin, həm də həbs olunanların şəxsiyyəti müəyyənləşdirilir.

Yer imleri