Əsas məzmuna keç
Sayfa 131/461 İlkİlk ... 3181121129130131132133141181231 ... SonSon
4610 sonuçtan 1.301 ile 1.310 arası

Azərbaycan Xəbərləri

1. #1301
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yunus Oğuz: "Azərbaycanda siyasi partiyalara ehtiyac yoxdur"

[b]Yunus Oğuz: "Azərbaycanda siyasi partiyalara ehtiyac yoxdur"[b]

"Aşıq Ələsgərdən sonra Azərbaycanda dodaqdəyməzi mən yazmışam"Bakı. Elbrus Seyfullayev - APA. "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru Yunis Oğuzun APA-ya müsahibəsi

- "Olaylar" brendi vaxtilə Azərbaycanda ən nüfuzlu KİV brendlərindən biri olub. Amma bu gün bunu o qədər də əminliklə demək olmur. Sizcə səbəb nədir? - O zaman biz müxalifətdə idik. Müxalifətdə də lider olmaq çətin deyil. Bu gün ən çox tirajlı qəzetlər müxalifət mətbuatıdır. Həyata keçirdiyimiz müstəqil siyasət bizim tirajımıza böyük təsir göstərib. Müxalif mövqeyə keçsək, tirajımız "Yeni Müsavat" qəzetindən də artıq olar. Ancaq bizim kursumuz müstəqil siyasət yürüdərək, Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdir. Biz bu kursu bilərəkdən seçmişik. - Yeri gəlmişkən, o vaxt "Olaylar"la yanaşı, Azərbaycan mətbuatının böyük bir hissəsi də kursunu dəyişdi...- Bəli, belə bir mərhələ oldu. Bu, sözsüz ki, tiraja da təsir etdi. O vaxt Azərbaycan siyasi səhnəsi də mediası qədər maraqlı idi. Azərbaycan siyasətində Heydər Əliyev kimi nəhəng, Əbülfəz Elçibəy kimi böyük şəxsiyyətlər var idi. - Hazırkı durumunuz sizi qane edir?- Vəziyyətimiz normaldır. Heç kəs əbədi olaraq yarışlarda birinci yeri tutmur. 2006-cı ilə qədər "Olaylar" İnformasiya Agentliyi birinci yerdə olub. Açığı durumumuzdan narazı deyiləm. Əgər narazı olsaydım, qapını bağlayıb gedərdim. Qəzetdə tirajın azalmasında isə həm də əlifba dəyişikliyinin rolu oldu. Bu gün "Olaylar" qəzetinin satışı 50 faizdən artıqdır.- Deyirsiniz ki, bu gün Azərbaycan müxalifətində Əbülfəz Elçibəy ola biləcək lider yoxdur? - Heç perspektivdə də görünmür. Bunu etiraf etmək lazımdır. Bəzilərinin lider olmaq şansları var idi, amma bunu itirdilər. Düzgün olmayan siyasətləri şanslarına son qoydu. - Bu şansı reallaşdırmaq üçün nə etmək lazımdır?- Bu barədə Əbülfəz Elçibəyin sağlığında düşünmək lazım idi. Elçibəyə bənzər xarizmatik bir lider ortaya çıxıb parçalanmanın qarşını almalı idi. Siz təsəvvür edin, bu gün müxalifət mətbuatı daha çox vuruşur, nəinki müxalifət. Mətbuat olmasa müxalifət liderlərinin heç biri görünməyəcək. Bu gün faktiki olaraq müxalifətçiliyi qəzetlər eləyir. Qəzetlər bir həftə çıxmasa, həmin müddətdə müxalifət də olmayacaq. Bu da vəziyyətə çox böyük təsir edir. İndi müxalifət liderlərinin qəzetlərdə çıxan müsahibələri belə oxunmur. Çünki onların nə deyəcəyini hamı bilir. Yəni onlara cəmiyyət tərəfindən dəstək verilmir. İndi cəmiyyət üçün "Azadlıq" qəzeti ilə "Yeni Müsavat" qəzetinin vuruşması daha maraqlıdır. - Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək?- Yeni siyasi liderlər yetişənə qədər belə olacaq. Mən bu vəziyyəti təmizlənmə, yerdəyişmə prosesi kimi qiymətləndirirəm. - Əməkdaşlarınız iş şəraitindən nə dərəcədə razıdır?- Ən uzunömürlü kollektivlərdən biri "Olaylar" İnformasiya Agentliyindədir. Elə əməkdaşlarımız var ki, 7-8 ildir burada çalışırlar. Agentlikdə orta aylıq əmək haqqı 250-350 manat arasındadır. Ancaq bundan yüksək məvacib alan əməkdaşlarımız da var. Hər mətbuat orqanının öz iş prinsipi, siyasi xətti və maliyyə kursu var. Biz bu məsələləri ayağımızı yorğanımıza görə uzatmaqla müəyyənləşdiririk. - İnformasiya Agentliyin rəhbəri kimi yeni layihələriniz yoxdur ki?- Mən öz büdcəmizə uyğun olaraq işi tənzimləyirəm. Buna görə də özümdən nəsə kəşf etmək fikrim yoxdur. Kreditə pul götürüb müəyyən iş görmək olar. Ancaq götürdüyün krediti qaytarmaq məsələsi də var. - Azərbaycanda beynəlxalq səviyyədə tanınan bir media orqanını yaratmaq üçün nə etmək lazımdır?- Bu gün Azərbaycanda xarici və yerli şirkətlər tərəfindən reklama 200 milyon dollardan artıq pul ayrılır. Bu vəsaitin yalnız 2 faizi qəzetlərin payına düşür. İndi bu pulla hansı işi görmək olar? Məsələn, APA-nın yayımladığı video görüntü ideyası hər kəsdən əvvəl məndə olub. Müxtəlif insanlara təkliflər də vermişdim. Sadəcə olaraq, həyata keçirə bilmədim. Ancaq bunun kim tərəfindən edilməsinin o qədər də fərqi yoxdur. Əsas odur ki, bu iş reallaşdı. Yəni ideyalarım çoxdur və bunun üçün böyük maliyyə vəsaiti lazımdır. - Siz həm də partiya sədrisiniz...- O vaxt Xalq Azadlıq Partiyasının sədri idim. SSRİ-nin tərkibindən çıxıb Azərbaycan dövlətini yaratmaq ideyası ilk dəfə bizim partiyanın məramnaməsində öz əksini tapıb. İndi Milli Vəhdət Partiyasının sədriyəm.- Siyasi proseslərdə aktiv fəaliyyət göstərməyən partiyanın saxlanılması nə dərəcədə məqsədəuyğundur?- O zaman partiyaların yaradılması fikir müxtəlifliyinin meydana gəlməsi üçün əsas idi. Məsələn, 1990-cı ildə biz öz partiyamızın Nizamnaməsində azərbaycançılıq ideyasını qoymuşduq. - Söhbət bu gündən gedir...- Ona qalsa, gərək bu gün bütün partiyaları bağlayasan. Mən bütün tərəflərdən olan partiyaları nəzərdə tuturam. Faktiki olaraq, bu gün Azərbaycanda siyasi partiyalara, ümumiyyətlə, ehtiyac yoxdur. - Bəs onda niyə birinci addımı atıb partiyanızı bağlamırsınız? Bu həm də başqalarına nümunə ola bilər...- Bunun sabahı var. Bu gün hər hansı bir partiyaya ehtiyac duyulmursa, bu o demək deyil ki, sabah da belə olacaq. Biz demokratik ölkədə yaşayırıq. Digər tərəfdən də bizim partiya seçkilərdən-seçkilərə həmişə aktiv olub. Əslində partiyalar seçkilərdən-seçkilərə fəaliyyət göstərməlidir. - Bu ilin payızında keçiriləcək prezident seçkilərində Milli Vəhdət Partiyası kimi dəstəkləyəcək?- Həmişə seçkilərdə öz namizədimiz olur. Bu dəfə öz namizədimiz olmasa, kimisə dəstəkləyəcəyik. - Siz həm də o adamlardansınız ki, Azərbaycanda keçirilən əksər seçkilərdə namizədliyinizi irəli sürürsünüz. Məlum olduğu kimi də heç vaxt da qalib gələ bilmirsiniz...- Hər döyüşə gedəndə qalib gələcəyini fikirləşən adam əvvəlcədən məğlub olduğunu etiraf etməlidir. Mən əslində təkcə 2005-ci ilin parlament seçkilərində normal iştirak etmişəm. Qatıldığım digər seçkilərdə isə heç namizədliyimi qeydə belə almayıblar. Mübarizədən qalib çıxmaq üçün müəyyən prinsiplərə əməl etməlisən. Məsələn, 2005-ci ilin parlament seçkilərində qüvvələrimin hamısını səfərbər etsəydim, Azərbaycan vətəndaş müharibəsi baş verə bilərdi. Rusiyadan müxtəlif adamlar gəlib bizə kömək təklif edirdilər. Azərbaycan dövlətinin maraqları olan yerdə qarşıdurmaya getmirəm. - Budəfəki prezident seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?- İnşallah, qismət olsa. Ancaq bizim gözləmədiyimiz çoxlu situasiyalar çıxa bilər. Mən fikirləşirəm ki, qatıldığım seçkilərin birində nə vaxtsa qalib gələcəyəm. Bütün dünyanın siyasətində belədir. Təəssüf ki, Azərbaycanda seçkidə uduzan adam o saat saxtakarlıq olduğunu bəyan edir. Yəni adamlar özlərində günah görmək istəmirlər. Məsələn, 2005-ci ilin parlament seçkilərində İsa Qəmbər kimi tanınmış siyasi lider, tanınmamış bir opponentinə uduzdu. Onun əlində şikayət etmək üçün bir dənə belə saxtalaşdırılmış protokol olmadı. Yəni seçkilər normal keçdi və Adil Əliyev İsa Qəmbərə qalib gəldi.- Jurnalistlərin növbəti qurultayında sədr seçilməsi ilə bağlı məsələnin ətrafında ciddi mübahisələr var. Sizin bu məsələyə münasibətiniz necədir?- Məsələləri qurultay həll edəcək. Amma mən şəxsən Əflatun Amaşovun mövqeyini dəstəkləyirəm. Onun Mətbuat Şurasının yaradılmasında və effektiv fəaliyyətində rolu olub. Biz hamımız kənarda durmuşuq, ancaq Amaşov işləyib. Hesab edirəm ki, o, hələ bir müddət işləməlidir. Mən qurultayda Əflatun Amaşovu dəstəkləyəcəyəm.- Azərbaycan jurnalistikasının portretini hansı rənglə çəkərdiniz?- Azərbaycanda iqtidar, müxalifət mətbuatı ilə yanaşı sarı, qara və boz mətbuat da var. Qara mətbuat adətən seçkidən-seçkiyə aktivləşir. Bu cür mətbuat müxalifət qəzetlərinin səyi nəticəsində yaranır. Bundan başqa, "reket jurnalistika"sı ilə məşğul olan boz mətbuat da var. Bu gün Azərbaycan mətbuatının 70-80 faizini boz və qara rənglər təşkil edir. Ancaq bu qədər qarışıq rənglər içərisində az olsa da ağ rəng də var. - Siz həm də yazıçılıqla məşğulsunuz... - Jurnalistika ədəbiyyata ciddi mane olur. Bu yaxınlarda "Attila" adlı kitabım çap olunub. Bir neçə aydan sonra isə "Nadir şah" adlı yeni romanım işıq üzü görəcək. - "Attila"da müxtəlif illərdə yazdığınız şeirləriniz də yer alıb. Yazdığınız şerlərə öz münasibətiniz necədir?- Bu normal bir haldır. Orada mənim həm zəif, həm də güclü şeirlərim var. Fikirləşmirəm ki, kimsə mən yazdığım kimi dodaqdəyməz yaza bilsin. Yəni orada elə şeirlər var ki, ikinci bir adam onları qələmə ala bilməz. Ancaq poeziyada Bəxtiyar Vahabzadə olmaq iddiasında deyiləm. Sadəcə, bu mənim daxili tələbatımı ödəmək üçün vasitədir. - Əvvəllər hər adam yazdığını üzə çıxarmırdı. Yəni bu işdə böyük bir mənəvi məsuliyyət var idi. Ancaq indi kim nə yazdı, çap elətdirir... - Bəli, əvvəllər insanların özünə nəzarət sistemi var idi. Elə mənim içimdə nəzarət sistemi olduğuna görə cavanlıqda yazdığım şeriləri çap etdirməmişəm. Bəlkə də indiyə kimi beş kitablıq şeir yazmışam. Üzə çıxardıqlarım həqiqətən də cəmiyyətə təqdim olunası şeirlərdir. Bir dəfə tanınmış türk sənətçi Əhməd Şəfəqə bir-iki şeir oxudum, dedi: "Sən bu şeirləri çap etdirməməklə, türk dünyasına zülm edirsən". Ondan sonra şeirlərimi çap etdirmək qərarına gəldim. Zəlimxan Yaqubun yazdığı bir-iki dodaqdəyməzi çıxsaq, Aşıq Ələsgərdən sonra Azərbaycanda dodaqdəyməzi mən yazmışam. - Özünüzü həyatın bir çox sahələrində sınamısınız. Artıq yaşınız 50-yə yaxınlaşır. Dincəlmək və ya ibadətlə məşğul olmaq fikriniz yoxdur ki? - Mən böyük həvəslə işləyirəm. Öz istədiyimə çatan insanam. 28 ildir, Azərbaycanda gedən bütün proseslərin içindəyəm. Namaz qılmasam da, Allaha çox inanıram. Hər gün qəzetlərdən qabaq Quranı oxuyuram...

2. #1302
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi: "Sərdar Cəlaloğlunun şikayət etdiyi məsələ üzrə hüquq pozuntusu olmadığı üçün barışı

[b]Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi: "Sərdar Cəlaloğlunun şikayət etdiyi məsələ üzrə hüquq pozuntusu olmadığı üçün barışığa ehtiyac yoxdur"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə barışıq əldə etmək üçün vaxt ayırmayıb. Bu barədə APA-nın sualına cavab olaraq Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib. Ç. Əsgərov S. Cəlaloğlunun belə bir vaxtın ayrılması və müddətin mayın sonunda başa çatacağı barədə açıqlamasına münasibət bildirərkən deyib ki, məhkəmə barışıq sazişi əldə etmək təklifi versə də, bunun əldə olunması üçün hər hansı müddət yoxdur. Ç. Əsgərovun sözlərinə görə, ADP sədrinin 2003-cü ilin 16 oktyabr iğtişaşları ilə bağlı həbsi üzrə məhkəmə qərarından verilən şikayətlə əlaqədar hökumətlə onun arasında barışıq əldə olunmayıb. Nümayəndə deyib ki, S. Cəlaloğlunun şikayət etdiyi məsələ üzrə hüquq pozuntusu yoxdur, ona görə də belə bir barışığın əldə olunmasına ehtiyac görülməyib.

3. #1303
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti gürcüstanlı həmkarını təbrik edib

[b]Azərbaycan prezidenti gürcüstanlı həmkarını təbrik edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvilini rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezident İ. Əliyev məktubunda Yeni Azərbaycan Partiyası ilə "Vahid Milli Hərəkat" Partiyası arasında hərtərəfli əlaqələrin inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib: "Sizə və "Vahid Milli Hərəkat" Partiyasının bütün üzvlərinə böyük uğurlar və rifah, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

4. #1304
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xəzər İbrahim: "Beynəlxalq təşkilatları cəbhə xəttindəki yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə daim məlumatlandırırı

[b]Xəzər İbrahim: "Beynəlxalq təşkilatları cəbhə xəttindəki yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə daim məlumatlandırırıq"[b]

Bakı. Laçın Sultanova - APA. "İşğal olunmuş ərazilərdə qəsdən törədilən yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə diplomatik nümayəndəliklərimiz vasitəsilə beynəlxalq təşkilatları daim məlumatlandırırıq". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim son günlər cəbhənin Ağdam istiqamətində baş verən yanğınlara münasibət bildirərkən deyib. O, 2006-cı ildə ATƏT-in xüsusi missiyasının bölgəyə gəldiyini və məruzə hazırlayaraq BMT Baş Assambleyasına təqdim etdiyini, bunun əsasında müvafiq qətnamə qəbul olunduğunu xatırladıb. Diplomatın sözlərinə görə, hesabatda yer almış tövsiyələrin bəziləri yerinə yetirilib, bəziləri isə yox: "Biz bu məsələni diqqət mərkəzində saxlayırıq".

5. #1305
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İranda zəlzələ olub

[b]İranda zəlzələ olub[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün İranın şimal-qərbində yerləşən Zəncan vilayətində Rixter ölçüsü ilə 5,3 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, dağıntı və qurbanlar barədə məlumat yoxdur. Yeraltı təkanlar Gilan vilayətində də hiss olunub.

6. #1306
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb

[b]Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayı və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 18 nəfər (7 qadın, 11 azyaşlı) saxlanılıb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Saxlanılan şəxslər Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.

7. #1307
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

[b]Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb[b]

Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Dünyamalı Quliyev saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. D. Quliyevdən 2,005 kq marixuana və 43,264 qr tiryək götürülüb.

8. #1308
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin qərb sahillərində akulaların peyda olması səbəbindən bir çox çimərliklər bağlanıb

[b]Türkiyənin qərb sahillərində akulaların peyda olması səbəbindən bir çox çimərliklər bağlanıb[b]

Bodrum - APA. Türkiyənin qərb sahilləri çoxlu sayda akulaların hücumuna məruz qalıb. APA-nın məlumatına görə, çimərliklərə yaxın ərazilərdə akula sürülərinin peyda olması səbəbindən bir çox yerli kurortlarda istirahət proqramlarında dəyişikliklər edilib. Təkcə Bodrum və Marmarisdə onlarla çimərlik bağlanıb, dəniz gəzintilərinə qəti şəkildə qadağa qoyulub. Akulaların peyda olması turistlər arasında ciddi təşvişə səbəb olub. Yerli hakimiyyət orqanları isə sahil sularında peyda olan akulaların bu növünün çox nadir hallarda insanlara hücum etdiklərini bildirirlər. Hələlik alimlər otuz ildən artıq Egey sahillərində görünməyən akulaların birdən-birə peyda olmasının səbəblərini araşdırırlar.

9. #1309
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi uğurla başa çatıb

[b]Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi uğurla başa çatıb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Mayın 18-dən 26-dək NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlim uğurla başa çatıb. Brunsum şəhərindəki (Niderland Krallığı) NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti (İsveç - 1, Avstriya -1, Almaniya -1, Finlandiya - 1, Belçika - 2) qiymətləndiricilər qrupunun üzvləri qismində iştirak edib. Təlimin şərti ssenarisinə uyğun olaraq, NATO qüvvələri ilə birgə 15 tapşırıq (arama və axtarma, humanitar yüklərin müşayiət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi və s.) icra olunub. Azərbaycan Silahlı Qüvvələrinin bölüyü tapşırıqların yerinə yetirilməsində uğurlu nəticələr əldə edib. NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupu təlimdən razı qaldıqlarını bildiriblər. Yaxın zamanlarda komandanlığın hesabatı Müdafiə Nazirliyinə təqdim ediləcək.Qeyd edək ki, OCC çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün ilkin özünü qiymətləndirmə təlimi 13-15 noyabr 2007-ci il tarixlərində keçirilib.

10. #1310
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nyu-Yorkda QDİƏT ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək

[b]Nyu-Yorkda QDİƏT ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək[b]

Bakı. Tamara Qriqoryeva - APA. Sentyabrın 25-də Nyu-Yorkda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək. APA-nın QDİƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq. Nazirlər təşkilatın inkişaf perspektivləri və Albaniyanın qarşıdakı sədrliyini müzakirə edəcəklər. Sessiya çərçivəsində GUAM ölkələri XİN rəhbərlərinin görüşü də planlaşdırılır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.