Əsas məzmuna keç
Sayfa 233/461 İlkİlk ... 133183223231232233234235243283333 ... SonSon
4610 sonuçtan 2.321 ile 2.330 arası

Azərbaycan Xəbərləri

1. #2321
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA prezidenti Ermənistana səfər edəcək

[b]AŞ PA prezidenti Ermənistana səfər edəcək[b]

Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç iyulun 15-17-də Ermənistanda rəsmi səfərdə olacaq. APA-nın məlumatına görə, AŞ PA prezidenti Ermənistan rəhbərliyi, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və KİV nümayəndələri ilə görüşlər keçirəcək.

2. #2322
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fərhad Bədəlbəyli Fransada keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək

[b]Fərhad Bədəlbəyli Fransada keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək[b]

Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Fransanın Kann və Nitsa şəhərlərində keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək. Bu barədə APA-ya məlumat verən F. Bədəlbəyli deyib ki, festival 12-17 avqust tarixlərində keçiriləcək. Festivalda pianoçu dünya bəstəkarları S. Raxmaninov, D. Şostakoviç və Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyevin musiqilərini ifa edəcək.

3. #2323
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qrant Dinkin qətlində təqsirləndirilən şəxs cinayətdən əvvəl ona Cennifer Lopezin telefon açdığını deyib

[b]Qrant Dinkin qətlində təqsirləndirilən şəxs cinayətdən əvvəl ona Cennifer Lopezin telefon açdığını deyib[b]

İstanbul - APA. Bu gün İstanbulda erməni dilində nəşr olunan "Aqos" qəzetinin baş redaktoru Qrant Dinkin qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, qətldə təqsirləndirilən Ogün Samast və Ərhan Tuncelin məhkəməyə verdikləri ifadələr salonda gülüşə səbəb olub. İlk dəfə mətbuat üçün açıq keçirilən prosesdə təqsirləndirilən Yasin Hayalın vəkili Fuad Turqut O. Samast və Ə. Tuncelə suallar verib. O, Ə. Tuncelə qətldən əvvəl tez-tez Əskişəhərdə yaşayan sevgilisinin yanına gedib-gəldiyini xatırladaraq ondan sevgilisinin israilli olub-olmadığını soruşub. Ə. Tuncel əvvəlcə sualdan qəzəblənib: "Suala cavab vermirəm. Bu, adət-ənənələrimizə ziddir. Mən sizdən həyat yoldaşınızla bağlı nəsə soruşuram?" Ancaq bir qədər sonra o, sevgilisinin İsrail prezidentinin qızı olduğunu söyləyib. Vəkil F. Turqut "Aqos" qəzeti redaksiyasının önündə olarkən O. Samasta iki zəng gəldiyini, telefon edənlərdən birinin "Zaman" qəzetinin yazarı, hazırda "Aqos"un baş redaktoru olan Etyen Mahçupyan olduğunu bildirib. Bu zaman O. Samast "yox, telefon edən Cennifer Lopez idi", deyib. Prosesə fasilə verildikdən sonra polisin müşayiəti ilə zaldan çıxan Y. Hayal "yaşasın Böyük Birlik Partiyası!" deyə qışqırıb.

4. #2324
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyunda Azərbaycanın 1 376 382 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

[b]İyunda Azərbaycanın 1 376 382 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. İyun ayı ərzində 1 376 382 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 3556 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirilib. Məlumata görə, indiyə kimi cəmi 70 580 331 kvm ərazi minalardan təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 314 140-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparılır. İyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. 2001-ci ilin sentyabrından indiyədək müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 100 hadisədə 57 nəfər həlak olub, 136 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

5. #2325
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fərhad Bədəlbəyli: "Gəncəyə köçəcəyimi deyəndə düşünürdüm ki, qocalmışam"

[b]Fərhad Bədəlbəyli: "Gəncəyə köçəcəyimi deyəndə düşünürdüm ki, qocalmışam"[b]

Bakı. Ülkər Qasımova-APA. "Ümid edirik ki, sentyabrın 18-i Musiqi Günündə Üzeyir Hazıbəyovun adı Bakı Musiqi Akademiyasına qaytarılacaq". Bu sözləri APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. F. Bədəlbəyli BMA-nın binasında aparılan əsaslı təmirin gözlənildiyindən daha gec başa çatacağını bildirib: "Biz Musiqi Günü üçün binamızın əsaslı təmirdən sonra açılışını nəzərdə tutmuşduq. Ancaq bu zamana kimi təmir başa çatmayacaq. Çünki həm binada, həm də Opera Studiyasında əsaslı təmir işləri aparılır. Çox güman ki, binadakı əsaslı təmir işləri oktyabr üçün yekunlaşacaq". Ötən il 60 yaşından sonra Gəncədə yaşayacağını deyən F. Bədəlbəyli, artıq bu fikirdən imtina edib: "Həmin vaxt mən qocaldığımı hesab edirdim, ancaq indi görürəm ki, qocalmamışam. Hələ görüləsi işlərim və həyata keçiriləsi planlarım çoxdur. Təmir bitdikdən sonra çoxsaylı beynəlxalq festivalların keçirilməsini planlaşdırırıq. Eyni zamanda Bakı Musiqi Akademiyasına xarici mütəxəssisləri cəld edəcəyik. Hazırda İtaliya ilə danışıqlar aparırıq ki, vokalçılarımızın orada təhsil almasına kömək edək. Hansı ölkədə güclü və öz sənətinin biliciləri varsa onlar akademiyamızda dərs deyəcək. İtaliyada tanınmış nəfəs alətləri professorlarını, Almaniyadan skripka və violençel mütəxəssislərini Bakı Musiqi Akademiyasına cəlb etmək fikrindəyik. Bu binanı tələbələrimiz üçün səhmana salırıq. Əgər həmin binada həyat olmayacaqsa, o zaman bütün bunlar nəyə lazımdır?"

6. #2326
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə baş nazirinin keçmiş müavini partiya yaradır

[b]Türkiyə baş nazirinin keçmiş müavini partiya yaradır[b]

Ankara - APA. "Bu gün siyasətdə boşluq yaranıb. Siyasət özünü yeniləməlidir. Amma mövcud siyasi partiyaların heç birinin bunu etmədiyini görürük. Türkiyədə yeni bir siyasi təşkilatlanmaya ehtiyac var". APA-nın məlumatına görə, bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər Türkiyənin NTV kanalına müsahibəsində deyib. O, hazırda Türkiyədə yaranmış vəziyyətin əsas səbəbinin qütbləşməyə əsaslanan siyasət olduğunu bildirib: "Mən ötən parlament seçkilərinə qatılmayaraq müəllimlik etməyə üstünlük verdim. Lakin siyasətdə olsam da, olmasam da, insanlar mənimlə həmişə siyasi mövzuları müzakirə edirlər, ölkənin problemlərini gündəmə gətirirlər və siyasi təcrübəsi olan insanların bu gedişi dayandırmasını istəyirlər. Ona görə də bu gün ölkədə yeni mərkəzçi partiyaya ehtiyac olduğunu düşünürəm. Ölkədəki problemləri aradan qaldıracaq bu təşkilatlanmaya öncüllük etmək mənim vəzifəmdir".

7. #2327
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla Macarıstan arasında 3 dövlətlərarası saziş imzalanıb

[b]Azərbaycanla Macarıstan arasında 3 dövlətlərarası saziş imzalanıb[b]

Bakı. Tamara Qriqoryeva-APA. Bakıda səfərdə olan Macarıstanın baş naziri Ferenç Dyurçan Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb. APA-nın məlumatına görə, baş nazirlərin görüşü daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Danışıqlar başa çatdırdan sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 3 sənəd imzalanıb. Bunlar "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Macarıstan Mərkəzi Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Macarıstan Kommunikasiya, Rabitə və Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstan Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında" sazişlərdir.

8. #2328
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Məclisdə Pakistan Senatı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib

[b]Milli Məclisdə Pakistan Senatı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib[b]

Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının Xarici əlaqələr daimi komitəsinin sədri senator Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov rəhbərlik etdiyi komissiyanın işi barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan-Pakistan əlaqələrinin inkişafında parlamentlərin roluna toxunan S. Seyidov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla diqqətə çatdırıb. Müşahid Hüseyn Səid Azərbaycanın Pakistan üçün çox mühüm ölkə olduğunu deyib: "Pakistan Azərbaycanın ərazi bütövlüyünü və xarici siyasətini dəstəkləyir. İndiyədək Pakistan Ermənistanla heç bir siyasi-iqtisadi əlaqə yaratmayıb və bundan sonra da yaratmaq niyyətində deyil". Bu gün pakistanlı qonaqlar Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

9. #2329
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd vermiş abituriyentlərin müsabiqə nəticələri məlum olub

[b]Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd vermiş abituriyentlərin müsabiqə nəticələri məlum olub[b]

Bakı - APA. 2008-2009-cu tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. APA-nın məlumatına görə, Polis Akademiyasına keçid balı 450, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına keçid balı 421 olub. Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı isə bu nazirliyə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr iyulun 8-15-də müvafiq olaraq Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir.

10. #2330
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib

[b]Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib[b]

Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, yığıncaqda DUİ-nin prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul olunub. Onun sözlərinə görə, DUİ seçkiyə vahid milli platforma ilə qatılacaq. "Demokratik Seçki Mərkəzinə daxil olan partiyalardan bəziləri də bu platformanı dəstəkləyir". Partiya sədri deyib ki, DUİ seçkiyə 2 namizədlə də qatıla bilər. "Hələlik bu məsələ müzakirə predmetidir. Konkret qərar isə seçkiyə rəsmi start veriləndən sonra veriləcək". Qeyd edək ki, DUİ-də Azadlıq Partiyası, AMDP və KXCP təmsil olunur.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.