Sayfa 114/461 İlkİlk ... 1464104112113114115116124164214 ... SonSon
4610 sonuçtan 1.131 ile 1.140 arası

Azərbaycan Xəbərləri

1. #1131
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Mətbuat Şurasında fikir ayrılığı yaranıb

[b]Azərbaycan Mətbuat Şurasında fikir ayrılığı yaranıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri arasında fikir ayrılığı yaranıb. Bu, MŞ-nın Nizamnaməsinin dəyişdirilməsi və şura sədrinin səlahiyyət müddətinin uzadılması ilə bağlıdır.

Şura üzvlərinin bir hissəsi qurumun Nizamnaməsinin dəyişdirilməsini və sədrin səlahiyyət müddətinin uzadılmasını istəyir. İkinci tərəf isə bunun əleyhinə çıxaraq, Nizamnamənin olduğu kimi saxlanılmasını və MŞ-ya yeni sədr seçilməsi təklifini irəli sürür. MŞ-nın Nizamnaməsinin dəyişdirilməsi təklifini irəli sürənlər şuranın hazırkı sədri Əflatun Amaşovun hələ bir müddət də sədr postunda qalmasına tərəfdar olanlardır. Bununla bağlı APA-ya açıqlamasında MŞ sədrinin müavini Qulu Məhərrəmli şuranın növbəti hesabat-seçki qurultayının iyunun sonu, iyulun əvvəllərində keçiriləcəyini deyib. Onun sözlərinə görə, qurultayda MŞ-yə sədr seçilməsi məsələsi də gündəlikdə olacaq. Q. Məhərrəmli MŞ üzvləri arasında yaranan fikir ayrılığına aydınlıq gətirib: "Şura üzvlərinin bir hissəsi Nizamnamənin dəyişdirilməsinə tərəfdardır, bir hissəsi isə buna ehtiyac olmadığını iddia edir. Mətbuat Şurasının bəzi üzvləri Əflatun Amaşovun yaxşı işlədiyini və onun səlahiyyət müddətinin uzadılması istəyir. Başqa bir tərəf isə Mətbuat Şurasının Nizamnaməsinin qurultay tərəfindən müəyyənləşdirildiyini, sədrin səlahiyyət müddətinin uzadılmasına ehtiyac olmadığını söyləyir. Bu fikirlər hələ mülahizə formasındadır". MŞ-nın sədr müavini yaranmış vəziyyətlə bağlı mövqeyini də açıqlayıb: "Hesab edirəm ki, Nizamnamənin dəyişdirilməsinə ehtiyac yoxdur". MŞ-nın üzvü Arif Əliyev də APA-ya açıqlamasında məsələyə daha kəskin münasibət bildirib: "Heç bir vəchlə qəbul edə bilmirəm ki, fərdlərə görə nizamnamələr yazılsın. Nizamnamə məhz belə şeylərin qarşısını almaq üçündür. Kiminsə gəlib orada kök salıb strukturları sıradan çıxarmaması üçün sədrlik üçün qısa müddət qoyulub. Mətbuat Şurasının Nizamnaməsində də 4 il, indiki halda isə təxminən 5 il müddət kifayətdir". A. Əliyev deyib ki, Azərbaycan jurnalistlərinin belə bir dəyişikliyə tərəfdar olacağını təsəvvür eləmir: "İndi baxarıq görək, nə cür olur". MŞ-nın İdarə Heyətinin digər üzvü Rəşad Məcid isə qurumun Nizamnaməsinin qurultayda dəyişdiriləcəyini və Əflatun Amaşovun səlahiyyət müddətinin uzadılacağını deyib: "Nizamnamədə yalnız səlahiyyət müddətini göstərən rəqəm dəyişdiriləcək. Konkret olaraq 2 rəqəmi 3,4 və yaxud da 5 rəqəmi ilə əvəzlənəcək və Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçiləcək". R. Məcid öz mövqeyini belə əsaslandırıb: "Hesab edirik ki, Əflatun Amaşovun fəaliyyəti qənaətbəxş olub və ona işləmək üçün bir qədər də vaxt verilməlidir".

2. #1132
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

GUAM ölkələri ATƏT-in Daimi Şurasında Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinə dair bəyanat yayıb

[b]GUAM ölkələri ATƏT-in Daimi Şurasında Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinə dair bəyanat yayıb[b]

Bakı. Ülviyyə Əliyeva - APA. GUAM ölkələri ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stabbın aprelin 10-da ATƏT Daimi Şurasında Finlandiyanın sədrliyinin prioritetlərini açıqlamasına cavab olaraq birgə bəyanatla çıxış ediblər.

Ukraynanın ATƏT-dəki nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatı Daimi Şurada Ukrayna nümayəndəliyinin rəhbəri səsləndirib. Bəyanatda bildirilir ki, A. Stabbın açıqladığı prioritetlər GUAM dövlətlərinin maraqları ilə tam üst-üstə düşür və üzv ölkələr tərəfindən dəstəklənilir: "Dondurulmuş münaqişələr" yalnız konstruktiv danışıqlar əsasında həll oluna bilər. GUAM ölkələri münaqişələrin yaranmasını önləyən və onların nizama salınmasında böyük rolu olan bir təşkilat kimi ATƏT-in Azərbaycanda, Moldovada və Gürcüstanda "dondurulmuş münaqişələr"in həllinə öz töhfəsini verəcəyinə inanır". Bəyanatda qeyd olunur ki, GUAM ölkələri ATƏT sədrinin münaqişələrin həlli üzrə şəxsi nümayəndəsi Heyki Talvitiyenin fəaliyyətini dəstəkləyir və danışıqlar prosesinin canlanmasına effektiv yardım göstərməyə hazırdır: "GUAM-ın "dondurulmuş münaqişələr"in həllinə dair mövqeyi dəyişilməz olaraq qalır. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli, münaqişələrin həllində BMT qətnamələri və ATƏT-in qərarları əsas götürülməli, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar".

3. #1133
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rəsul Quliyevin Böyük Britaniyada yaşayan qohumunun 514 min manatı mənimsənilib

[b]Rəsul Quliyevin Böyük Britaniyada yaşayan qohumunun 514 min manatı mənimsənilib[b]

Bakı. Samir Kazımlı - APA. Saxta etibarnamə ilə Beynəlxalq Bankın Səbayel filialından 514 min manat məbləğində pulu mənimsənildiyi bildirilən Böyük Britaniya vətəndaşı Almas Namiq qızı Quliyeva eks-spiker Rəsul Quliyevin qohumudur.

APA-nın apardığı araşdırma zamanı məlum olub ki, A. Quliyeva R. Quliyevin bacısı oğlu İlqar Quliyevin həyat yoldaşıdır. A. Quliyevanın və onun həyat yoldaşının Böyük Britaniya vətəndaşı olduqları, hazırda həmin ölkədə yaşadıqları bildirilir. Qeyd edək ki, Bakı şəhər sakini, 52 yaşlı Qadir Ələsgərov saxta sənəd vasitəsilə Böyük Britaniya vətəndaşının külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, ötən ilin oktyabr ayında Q. Ələsgərov saxta etibarnamədən istifadə edərək, Səbayel Rayon Məhkəməsinin qərarı ilə "Qələbə" MMC tərəfindən Beynəlxalq Bankın Səbayel filialında 54 yaşlı Almaz Namiq qızı Quliyevanın adına depozitə qoyulmuş 514 min manat pulu öz adına keçirərək mənimsəyib. Rayon Polis İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılır. Xatırladaq ki, 2005-ci ilin iyun ayının 3-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında AHY-107 saylı "Bakı-London" aviareysi ilə uçmaq istəyən A. Quliyevaya məxsus çantaya gömrük baxışı keçirilərkən kişi ayaqqabısının bir tayına yerləşdirilmiş İspaniya istehsalı "MAQNUM" modelli, uzunluğu 122 mm olan 5,6 mm kalibrli, istifadəyə yararlı odlu silah olan revolver və onun 5 mm kalibrli 5 ədəd patronu aşkarlanıb. Faktla bağlı A. Quliyeva barəsində Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə cinayət işi başlansa da, o, sonradan o sərbəst buraxılıb.

4. #1134
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilər yenə atəşkəsi pozublar

[b]Ermənilər yenə atəşkəsi pozublar[b]

Bakı. Elbrus Seyfullayev- APA. Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi yenidən pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 11.55-dən 12.15-dək Ermənistanın Berd rayonu Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini atəşə tutublar. Ermənilər saat 22.15-dən 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən, aprelin 12-də saat 01.30-dan 02.40-dək isə Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, həmçinin saat 05.20-dən 05.40-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

5. #1135
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada nəşr edilən «İlxam Aliev: Bioqrafiya prodoljaetsya» kitabının Bakıda təqdimatı keçiriləcək

[b]Moskvada nəşr edilən «İlxam Aliev: Bioqrafiya prodoljaetsya» kitabının Bakıda təqdimatı keçiriləcək[b]

Bakı. Laura Cəbrayıllı - APA. Rusiyanın «Molodaya Qvardiya» nəşriyyatının çap etdiyi «Görkəmli şəxsiyyətlərin həyatı» seriyasından Azərbaycan prezidenti İlham Əliyevə həsr olunmuş «İlxam Aliev: Bioqrafiya prodoljaetsya» kitabının Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında elektron versiyası hazırlanıb.

Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitabı Hüseynbala Mirələmov və Viktor Andrianov qələmə alıb. Moskvada işıq üzü görən kitabın və nəşrin elektron versiyasının yaxın günlərdə Milli Kitabxanada təqdimatı keçiriləcək.

6. #1136
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı dinləmələr keçiriləc

[b]ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı dinləmələr keçiriləcək[b]

ABŞ. Hüsniyyə Həsənova-APA. Bu il aprelin 17-də ABŞ Konqresində Ermənistanda seçkilərdən sonrakı vəziyyət və bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarına təsiri barədə müzakirələr keçiriləcək. APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələr Konqresdə Helsinki Komissiyasının rəhbəri Alsi Hastinqsin və senator Benjamin Kardinin rəhbərliyi ilə keçiriləcək.

Konqresdən bildiriblər ki, bu il fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkiləri son on ilin ən ciddi siyasi böhranını yaradıb. Bu ölkədə martın 1-də polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 8 günahsız dinc sakin öldürülüb. Bundan sonra rəsmi İrəvanın tətbiq etdiyi fövqəladə vəziyyət Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurub. Konqresdən verilən açıqlamada daha sonra qeyd olunub ki, seçkilərdə baş nazir Serj Sarkisyan prezident seçilsə də, müxalifət hələ də onu prezident kimi tanımır və ölkədə tərəflər arasında vəziyyət gərgin olaraq qalmaqdadır. Bütün bunları nəzərə alaraq, Konqresdə siyasi böhranın Ermənistanda yaratdığı fəsadlar, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar və rəsmi İrəvanın Minilliyin Çağırışı proqramına uyğun inkişaf etməsi məsələləri ilə bağlı dinləmələr keçirilməsinə qərar verilib. Dinləmələrdə Dövlət Katibinin Avropa və Avroasiya məsələləri üzrə müavinin müşaviri Metyu Brayza, Ermənistan prezidentinin müşaviri Viqen Sarqsyan və sabiq prezident Levon Ter Petrosyanın mətbuat katibi Arman Qriqoriyan da çıxış edəcəklər.

7. #1137
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Strasburqda beynəlxalq QHT-lər konfransı keçiriləcək

[b]Strasburqda beynəlxalq QHT-lər konfransı keçiriləcək[b]

Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin aprel ayının 14-17-də Strasburqda (Fransa) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində beynəlxalq QHT-lər konfransı keçiriləcək. Bu barədə APA-ya AŞPA-dan məlumat verilib.

Konfransda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Moldova, Ukrayna və Belarusda qeyri-hökumət təşkilatlarının hazırkı vəziyyəti, fəaliyyəti və islahatların aparılması ilə bağlı məsələlər müzakirə olunacaq. Bununla yanaşı toplantı iştirakçıları üçün «İnsan haqları uşağın gözü ilə» mövzusunda seminar, həmçinin media və yeni kommunikasiya texnologiyaları məsələlərinə həsr olunmuş konfrans keçiriləcək.

8. #1138
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Xocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb.

[b]Xocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb.[b]

Bakı. Elbrus Seyfullayev-APA. Xocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb. Bu barədə APA-ya Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib. Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, Xocalıya hücumda Rusiyanın 366-cı motoatıcı alayı ilə yanaşı keçmiş SSRİ-nin xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət 150 nəfərlik qrup iştirak edib.

Eyni zamanda o da məlum olub ki, Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırıb. Belə ki, 1989-cu ilin dekabrında Ermənistan ordusunun zabitləri Baqdasar Gevorkyan, Bano Siraderyan və Samvel Şarinyan SSRİ quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda döyüşmüş rus zabiti Vladimir Varonovla danışıqlar apararaq, onu Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət xüsusi təyinatlı qrup təşkil etməyə və bu qrupla Xocalıya hücum etməyə razı salıblar. Vladimir Varonov 1990-cı ilin birinci rübündə artıq 150 nəfərlik batalyonu təşkil edərək, döyüşə hazır vəziyyətə gətirib. Bu batalyonun qərargah rəisi tanınmış sovet kəşfiyyatçısı İvan Qukasov, onun yardımçıları isə Alik Petrosyan və Feliks Qeoxlyan təyin edildilər.Yeni yaradılmış xüsusi təyinatlı batalyonun döyüş komandirləri Qukosov, Sumbat Akopyan, Karen Gevorkyan olublar. Peşəkarlardan seçilmiş bu batalyonun partizan metodu ilə hərəkət cədvəlinə və hücum xəttinə Vladimir Vardanov və Vazgen Sarkisyan rəhbərlik edibdilər. Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücuma keçərək, günahsız insanları qətliam edib. Faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, gözləri çıxarılıb, başları kəsilib, hamilə qadınların qarınları süngü ilə deşilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (onlardan 76-sı uşaqdır), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld. rubl dəyərində ziyan dəyib.

9. #1139
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İranda Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani həbs edilib

[b]İranda Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani həbs edilib[b]

Bakı. Ramil Məmmədli-APA. İrandakı azərbaycanlılarının hazırda həbsdə olan fəallarından biri olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani həbs edilib.

APA-nın İrandakı mənbələrinə istinadən verdiyi məlumata görə, dünən gecə saat 01.30 radələrində İranın xüsusi xidmət orqanlarının (ETTELAAT) əməkdaşları R. Lisaninin evində axtarış apararaq, onun kompüterini müsadirə edərək, özünü həbs ediblər. Xanım Lisani həyat yoldaşının məhkəmə prosesi və ona edilən təzyiqlərlə bağlı məlumatları yaydığı üçün saxlanılıb. Qeyd edək ki, A. Lisani hazırda İranın Yazd həbsxanasında saxlanılır.

10. #1140
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb

[b]Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb[b]

Əli Bayramlı-Əlibəy Zeynalov-APA. Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Əli Bayramlı Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini İrşad Rzayev məlumat verib.

Onun sözlərinə görə, bu il aprelin 8-dən 9-a keçən gecə saat 2.50 radələrində polisə Əli Bayramlı şəhər sakini Fətiyev Nazim Kamandar oğlunun yaşadığı ünvana 4 nəfər maskalanmış xəncər, kəsici və dəmir linglərlə silahlanmış mütəşəkkil dəstənin soyğunçuluq məqsədi ilə basqın etməsi barədə məlumat daxil olub. Basqın nəticəsində N. Fətiyevə dəmir ling vasitəsilə baş nahiyyəsindən ağır zərbə endirilib və xəncərlə döş qəfəsini dəlib daxilə keçən xəsarət yetirilib. Basqınçılar evin xanımı Heybətova Natəvan Fizuli qızını isə boğmağa cəhd ediblər. Nizami Fətiyev basqınçılara müqavimət göstərib, eyni zamanda səs-küyü eşidərək qonşular köməyə gəliblər. Bina görə də basqınçıları bir-iki əşya götürərək, hadisə yerindən qaçıblar. Hadisə nəticəsində zərərçəkən Nazim Fətiyev Əli Bayramlı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Əli Bayramlı Şəhər Polis Şöbəsində rəis Şahmar Paşayevin rəhbərliyi ilə dərhal operativ əməliyyat axtarış tədbirləri nəticəsində basqınçılar yaxalanıb. Bunların 1986-cı il təvəllüdlü, Sumqayıt Universitetinin mexanika fakültəsinin 4-cü kurs tələbəsi Səfərov Elnur Zabit oğlu, 1987-ci il təvəllüdlü BDU-nun Geologiya fakültəsinin 4-cü kurs tələbəsi Abdullayev Anar Ağabəy oğlu, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyarxan oğlu və 1976-cı il təvəllüdlü Bağırov Mahir İsfəndiyar oğlu olduğu müəyyənləşib. Basqınçıların hamısı Bakı sakinləridir. Cinayətkar qrupdan maddi sübut kimi cinayətdə istifadə olunan üç sintetik maska corab, 3 ədəd dəmir ling və bir ədəd xəncər götürülüb. Faktla bağlı Əli Bayramlı Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.