Sayfa 122/461 İlkİlk ... 2272112120121122123124132172222 ... SonSon
4610 sonuçtan 1.211 ile 1.220 arası

Azərbaycan Xəbərləri

1. #1211
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Valeri Çeçelaşvili: "GUAM ərazisində münaqişələrlə bağlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq"

[b]Valeri Çeçelaşvili: "GUAM ərazisində münaqişələrlə bağlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq"[b]

Bakı. Laçın Sultanova-APA. "BMT Baş Assambleyasında "GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq təhlükəsizliyə təsiri" adlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq".

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O bildirib ki, bu istiqamətdə iş davam etdirilir: "Biz ardıcıl şəkildə və səbirlə dünya birliyinin bütün üzvlərinə münaqişələrin nizamlanması məsələsində GUAM-ın prioritet və prinsiplərinin nədən ibarət olduğunu izah edirik. Ümid edirik ki, bu qətnamənin qəbulu üçün dövlətlərin əksəriyyətinin müsbət rəyini alacağıq". Valeri Çeçelaşvili adı çəkilən qətnamənin BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində müzakirəsini də istisna etməyib.

2. #1212
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA-nın fəxri prezidenti Piter Şider: "BMT-də qəbul olunan qətnamə Azərbaycan üçün çox vacib sənəddir"

[b]AŞ PA-nın fəxri prezidenti Piter Şider: "BMT-də qəbul olunan qətnamə Azərbaycan üçün çox vacib sənəddir"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı konfransın keçirilməsi çox yaxşı təşəbbüsdür. GUAM üzvləri bu kimi təşəbbüsləri intensivləşdirməlidir, çünki Avropa cəmiyyəti belə konfranslar sayəsində həllini tapmamış münaqişələr problemi ilə yaxından tanış ola bilir".

APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti Piter Şider söyləyib. O, BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamə qəbulunu şərh edən cənab Şider sənədin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "BMT-də qəbul olunan qətnamə dünya birliyinin Dağlıq Qarabağ münaqişəsi barədə hansı fikirdə olduğunu göstərdi". Piter Şider AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslərlə çıxış etdiyini bildirib: "Ötən il AŞ PA məruzəçisi Leo Platvoet Cənubi Qafqazda itkin düşən şəxslərlə bağlı hesabat hazırlayaraq quruma təqdim etmişdi. Bu hesabatda bir çox tövsiyələr öz əksini tapıb". ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəyərləndirən AŞ PA fəxri prezidenti hesab edir ki, münaqişənin nizamlanması prosesinə Minsk Qrupunun bütün üzvləri cəlb olunmalıdır.

3. #1213
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Hökməli qəsəbəsində ər-arvad qətlə yetirilib

[b]Hökməli qəsəbəsində ər-arvad qətlə yetirilib[b]

Bakı. Hacı Zeynalov - APA. Bu gün Abşeron rayonunun Hökməli qəsəbəsində qətl hadisəsi baş verib.

Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov APA-ya bildirib ki, qəsəbə sakinləri Nuruz Rüstəmov və Səriyyə Rüstəmova qətlə yetiriliblər. T. Ağacanovun sözlərinə görə, Rüstəmovların qətlə yetirilməsi ilə bağlı hələlik saxlanılan yoxdur. Qətlin hansı səbəbdən törədilməsi araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

4. #1214
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri daxili işlər naziri Ramil Usubovla görüşüb

[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri daxili işlər naziri Ramil Usubovla görüşüb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün daxili işlər naziri Ramil Usubovla görüşüb. Komitə sədri APA-ya bildirib ki, görüşdə ölkədə insan haqlarının durumu, polis idarə və şöbələrinin müvəqqəti saxlama təcridxanalarında keçirdiyi monitorinqlərin yekunları, ona edilən şikayətlər barədə müzakirələr aparılıb. Elçin Behbudovun sözlərinə görə, nazir rayonlara səfərləri zamanı şikayətçiləri dinlədiyini, şəxsən özünün müvəqqəti saxlama təcridxanalarına baş çəkdiyini diqqətə çatdırıb: "Nazir dedi ki, o, təcridxanaların standartlara uyğun olmasını diqqət mərkəzində saxlayır. Ramil Usubov nazirliyin kollegiya iclaslarında işgəncə hallarına, qanunsuz saxlamalara yol verilməməsi ilə bağlı tapşırıqlar verdiyini də qeyd etdi".

5. #1215
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda GUAM çərçivəsində keçirilən konfransda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək

[b]Bakıda GUAM çərçivəsində keçirilən konfransda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək[b]

Bakı. Laçın Sultanova-APA. Bakıda keçirilən "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfransın yekununda münaqişələrin həlli ilə bağlı tövsiyələr qəbul ediləcək.

APA-nın məlumatına görə, konfransda çıxış edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili bunu çox dəyərli təşəbbüs adlandırıb. Tədbirdə çıxış edən Polşa xarici işlər nazirinin müavini Andrjey Kremer hər bir münaqişənin öz dərin tarixinin olduğunu qeyd edib və onların həllinə inandığını söyləyib. Yerli icmaların görəcəyi işin hələ çox olduğunu hesab edən Kremer bəyan edib ki, Polşa GUAM-la mütəmadi və daimi əməkdaşlığa diqqət yetirir.Latviya xarici işlər nazirinin müavini Edqards Skuya çıxışında GUAM ərazisindəki münaqişələrin Avropanın ümumi təhlükəsizliyinə böyük təhlükə törətdiyini deyib. Onun fikrincə, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti çərçivəsində münaqişələrin həllində böyük imkanları var. Bu imkanları reallaşdırmaq üçün iqtisadi və hüquqi islahatların gücləndirilməsini vacib sayan Edqards Skuya həlli uzadılmış münaqişələrin gələcək inkişafı ləngitdiyini deyib. Latviya rəsmisi bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyin qorunması prinsipləri çərçivəsində həll olunacağını deyib.Litva xarici işlər nazirinin müavini Yaroslav Neveroviç GUAM-ı əməkdaşlıq üçün yaxşı məkan adlandırıb. Litvanın regional əməkdaşlığa xüsusi diqqət yetirdiyini, üç Baltikyanı ölkənin əməkdaşlıq etməsinin onların Avropaya inteqrasiyasına təkan verdiyini deyən nazir müavini bəyan edib ki, əsas hədəfləri demokratiyanı Şərqə doğru inkişaf etdirməkdir. "Litva Cənubi Qafqaz respublikalarının ərazi bütövlüyünü dəstəkləyir" deyən Neveroviç ölkəsinin gələn il ATƏT-ə sədrlik edəcəyini və bundan istifadə edərək münaqişələrin həllinə xüsusi diqqət yetirəcəyini söyləyib.İsveçrə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Pyer Helo ölkəsinin münaqişələrin həllində təcrübəsindən danışıb. O, münaqişələrin ərazilərin bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.Sloveniya Xarici İşlər Nazirliyinin siyasətin planlaşdırılması və çoxtərəfli münaqişələr məsələləri üzrə baş direktoru xanım Anita Pipan ölkəsinin Avropa İttifaqına sədrlik etdiyini və münaqişələrin həll olunmasının prioritet məsələlərdən biri olduğunu söyləyib. O hesab edir ki, münaqişələrin həll olunması üçün konstruktiv siyasi dialoq və danışıqlar yolu ilə kompromislərə nail olmaq lazımdır.Rumıniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru George Mageru münaqişələrin regional təhlükəsizliyə böyük təhlükə törətdiyini deyib. "Dağlıq Qarabağ münaqişəsinin fərqli bir xüsusiyyətə malik olduğu üçün fərqli həll yolunu tələb edir". O bəyan edib ki, separatist rejimlər tanınmamalı, qeyri-qanuni hərbi qüvvələr tərksilah edilməlidir.Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti Osman Faruk Loğoğlu bəyan edib ki, münaqişələrin həlli zamanı ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinə hörmət edilməlidir. O, apardığı müşahidələrdən belə nəticə çıxarıb ki, vaxtın uzadılması münaqişələrin həllinə mane edir, beynəlxalq ictimaiyyət münaqişələrin həllinə az diqqət yetirir: "Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyəti məsələnin həllini ləngidir. Bununla da münaqişələrin həlli perspektivləri azalır, radikallıq çoxalır, digər separatçı qruplar Kosovo presedentindən ruhlanır. Münaqişələrin həlli BMT çərçivəsində həyata keçirilməli və beynəlxalq ictimaiyyətin diqqəti altında olmalıdır. Uğur o zaman ola bilər ki, regional təşkilatlar, o cümlədən GUAM münaqişələrin həllinə dəstək versin". Konfrans işini davam etdirir.

6. #1216
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vladimir Putin "Yedinaya Rossiya" Partiyasının sədri seçilib

[b]Vladimir Putin "Yedinaya Rossiya" Partiyasının sədri seçilib[b]

Moskva - APA. Rusiya prezidenti Vladimir Putin "Yedinaya Rossiya" Partiyasına başçılıq etməyə razılıq verib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, V. Putin bunu partiyanın qurultayındakı çıxışında deyib və qərarın yeni prezident Dmitri Medvedevin andiçmə mərasimindən sonra qüvvəyə minməsini istəyib: "Mən partiya rəhbərliyinin və üzvlərinin təklifini minnətdarlıqla qəbul edirəm". V. Putin bildirib ki, partiyada islahat aparılmalı və "Yedinaya Rossiya" təsadüfi adamlardan xilas olmalıdır: "Partiya gənclər, ziyalılar, sahibkarlar, fəhlələr və kənd zəhmətkeşləri ilə fəal işləməlidir". V. Putinin çıxışından sonra qurultay onu yekdilliklə partiyanın sədri seçib. Qərar yeni prezidentin öz səlahiyyətlərinin icrasına başlamasından sonra qüvvəyə minəcək.

7. #1217
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Angela Merkel: "Almaniya üçün Xolokost qırğınını tanımaq mühüm məsələdir"

[b]Angela Merkel: "Almaniya üçün Xolokost qırğınını tanımaq mühüm məsələdir"[b]

Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası və Avropa İttifaqı fərqli təşkilatlardır, amma bu təşkilatlar ümumi dəyərlər baxımından bir-birilərini tamamlayırlar". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Almaniyanın baş kansleri, xanım Angela Merkel AŞ PA-nın yaz sessiyasında çıxışı zamanı söyləyib. Bütün Avropa ölkələrinin Avropa Şurasında təmsil olunduğunu xatırladan xanım Merkel bu ölkələr arasında güclü qarşıdurma faktlarının olmamasını müsbət məqam kimi qeyd edib. İnsan hüquqlarının qorunmasında Avropa İnsan Hüquqları Məhkəməsinin mühüm rol oynadığını deyən Angela Merkel məhkəmə işinin daha da səriştəli şəkildə işləyə bilməsi üçün Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Protokolunun ratifikasiya edilməsini zəruri sayıb: "Biz gələcəkdə də Avropa vətəndaşlarının rifahı naminə birlikdə çox işlər görməliyik və bununla da dünyaya nümayiş etdirməliyik ki, biz avropalılar yaxşı nümunə ola bilərik". Ermənistanın AŞ PA-da nümayəndə heyətinin üzvlərindən biri Almaniyanın demokratiyaya doğru yolunun Xolokost qırğınını tanımaqdan keçdiyini bildirib və kanslerdən digər xalqların tarixində soyqırımlarına hansı münasibət bəslədiyini soruşub. Angela Merkel Almaniya üçün Xolokost qırğınını tanımağın mühüm məsələ olduğunu bildirib: "Almaniya öz tarixini həmişə bilib və Xolokostun tanınması bizim üçün çox mühüm məsələdir. Kim öz tarixini, keçmişini bilmir, onun gələcəyi də olmaz. Təbii ki, Avropada əsas dəyərlərdən biri azadlıqdır. Lakin tolerantlıq da nəzərə alınmalı və ölkələr bu kimi məsələlərdə məhz belə dəyərlərdən çıxış edərək belə problemlərə yanaşmalıdır".

8. #1218
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək

[b]Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək[b]

Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı bu il mayın 23-25-də Almaniyanın Köln şəhərində keçiriləcək. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK informasiya xidmətinin rəhbəri Rəşad Xasayoğlunun APA-ya verdiyi məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin aprelin 14-də keçirilən toplantısında verilib. Qurultayın son iş günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə və 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrə həsr olunacaq. Qeyd edək ki, 2008-ci ilin martın 4-də DAK İdarə Heyətinin toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Qulamrza Səbri Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən çıxarılıb və DAK sədrinin vəzifəsinin icrası qurum sədrinin birinci müavini Sabir Rüstəmxanlıya tapşırılıb. Hazırda Qulamrza Səbri Təbrizinin və Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qruplar ayrı-ayrılıqda qurultay keçirməyə hazırlaşırlar.

9. #1219
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib

[b]Azərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün "Azadlıq" radiosunun prezidenti Cefri Gedmini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Gedmin bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaqdır. Qonaq Azərbaycanda dinamizm və inkişafın şahidi olduğunu vurğulayıb.Öz növbəsində, dövlət başçısı bildirib ki, Azərbaycanda bütün sahələrdə çox sürətli inkişaf var və bu iqtisadi inkişaf prosesləri respublikanın bütün bölgələrini əhatə edir.

10. #1220
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səyavuş Novruzov Pənah Hüseynə xəbərdarlıq edib

[b]Səyavuş Novruzov Pənah Hüseynə xəbərdarlıq edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında deputat Səyavuş Novruzov həmkarı Pənah Hüseynə xəbərdarlıq edib.

APA-nın məlumatına görə, S. Novruzov günün birinci yarısında iclasda baş verən insidentdən sonra P. Hüseynin üzr istəməsini gözlədiyini söyləyib: "Elə bilirdim, o, əməlinə görə üzrxahlıq edəcək, amma bu olmadı. Mən Pənah Hüseyndən əvvəlcə xahiş, sonra tələb edirəm ki, etik normalara riayət etsin". S. Novruzov deyib ki, parlamentdə YAP-ın 64 deputatı var. Əgər P. Hüseyn etik normalara əməl etməsə, ona başqa cür cavab veriləcək: "İndi 1992-ci il deyil ki, yerindən danışasan. Hər kəs növbəsi çatanda çıxış etməlidir".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.