Əsas məzmuna keç
Sayfa 111/461 İlkİlk ... 1161101109110111112113121161211 ... SonSon
4610 sonuçtan 1.101 ile 1.110 arası

Azərbaycan Xəbərləri

1. #1101
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri ilə görüşüblər

[b]BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri ilə görüşüblər[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Yaqub Muxtarovla görüşüblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, aprelin 9-da baş tutan üçüncü görüş zamanı əsirin saxlanma şəraiti, mənəvi, psixoloji durumu öyrənilib. Y. Muxtarovun ailəsinə məktub yazdığı bildirilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Y. Muxtarov Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində bu il martın 9-da əsir götürülüb.

2. #1102
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Leyla Əliyeva İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib

[b]Leyla Əliyeva İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla Əliyeva İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş koordinatoru seçilib.

Bu barədə APA-ya Küveytdə İKT-nin Gənclər Forumunun İdarə Heyətinin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov bildirib. F. Muradov İdarə Heyəti üzvlərinin aprelin 9-10-da keçirilən iclasında L. Əliyevanın konfransın işində aktiv iştirakının qeyd edildiyini, onun yeni seçildiyi vəzifədə İKT-nin Gənclər Forumunu layiqincə təmsil edəcəyinə inam ifadə edildiyini bildirib: "İdarə Heyətinin üzvləri Leyla Əliyevanın beynəlxalq əlaqələr sahəsində çox zəngin bilgilərə malik olduğunu, Rusiyada Azərbaycan gənclərinin hərəkatının təşkili sahəsində böyük iş təcrübəsinə yiyələndiyini vurğuladılar". F. Muradov deyib ki, baş koordinatorun funksiyalarına təşkilatı dünya səviyyəsində təmsil etmək və "Gənclər Sivilizasiya Alyansı Uğrunda" Beynəlxalq Hərəkata rəhbərlik etmək daxildir. Millət vəkili L. Əliyevanı bu vəzifəyə təsdiq edən sənədin İKT-nin Gənclər Forumu tərəfindən ona təqdim olunacağını deyib.

3. #1103
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə azərbaycanlı hakerin başçılığı ilə müxtəlif bank hesablarından 5 milyon dollar pul oğurlayan şəbəkə ifşa edilib

[b]Türkiyədə azərbaycanlı hakerin başçılığı ilə müxtəlif bank hesablarından 5 milyon dollar pul oğurlayan şəbəkə ifşa edilib[b]

Ankara. Mayis Əlizadə - APA. Türkiyədə Nicat Kərimov adlı azərbaycanlı hüquqşünasın başçılıq etdiyi və internet vasitəsilə 2 minə yaxın bank hesabından 7 milyon lirə (5 milyon dollardan çox) pul oğurlayan cinayətkar şəbəkə ifşa edilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyədəki bəzi qurumlar və şəxslər polisə şikayət edərək, hesablarından pul çıxarıldığını bildirdikdən sonra polis təhqiqata başlayıb. Altı aylıq təhqiqatdan sonra "Karnaval" adı verilən əməliyyat keçirilib və N. Kərimov da daxil olmaqla 67 nəfər saxlanılıb. İfadələri alındıqdan sonra onların 29-u buraxılıb. Şəbəkənin "beyin mərkəzi" "Neco" ləqəbli azərbaycanlı haker Nicat Kərimovla birlikdə "Junior" ləqəbli Cüneyd Tatlısoy, "Şiki" ləqəbli Şövqi İşınay və Fateh Şağbandan ibarət olub. Bu qrup müxtəlif internet saytlarına viruslu fayl və linklər göndərməklə müxtəlif şəxslərin kimlik (şəxsiyyət vəsiqəsi) və bank hesabları barədə məlumatlar əldə ediblər, sonra buna uyğun saxta sənəd, kimlik və kredit kartı hazırlayaraq bankomatlardan və banklardan pul çıxarıblar. N. Kərimov və Ş. İşınay pulun bir qismini bu ilin fevralında Braziliyanın Rio de-Janeyro şəhərində keçirilən ənənəvi karnavalda xərcləyiblər. Nicatın braziliyalı qadınla evli və 1 övlad sahibi olduğu müəyyənləşdirilib.

4. #1104
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə "Google" beynəlxalq axtarış şəbəkəsinə giriş qadağan edilib

[b]Türkiyədə "Google" beynəlxalq axtarış şəbəkəsinə giriş qadağan edilib[b]

Türkiyə. Mayis Əlizadə-APA. Türkiyədə "Google" beynəlxalq axtarış şəbəkəsinə giriş qadağan edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qərar məhkəmədə qəbul olunub. Qadağa bütünlükdə "Google"a yox, [ subdomain-e qoyulub. Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə "YouTube" portalına giriş də qadağan edilib.

5. #1105
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ terror təşkilatlarının yeni siyahısını açıqlayıb

[b]ABŞ terror təşkilatlarının yeni siyahısını açıqlayıb[b]

Vaşinqton - APA. ABŞ Dövlət Departamentinin Antiterror Bürosu xarici terror təşkilatlarının siyahısını yeniləyib. APA-nın məlumatına görə, 44 təşkilatın adının olduğu siyahıya Türkiyədən KONGRA-GEL (əvvəlki adı - PKK və KADEK) və DHKP/C (Devrimci Halk Kurtuluş Cephesi-Partisi) terror təşkilatları da salınıb. Dövlət Departamentindən bildiriblər ki, terror təşkilatlarının siyahısı "Vətəndaşlıq və miqrasiya" qanununa uyğun hazırlanır və müntəzəm yenilənir. Siyahıya ABŞ-ın milli təhlükəsizliyinə və ABŞ vətəndaşlarının güvənliyinə təhdid təşkil edən, həm terrorçu fəaliyyətlə məşğul olan, həm də terror planları hazırladığı müəyyənləşdirilmiş qurumlar daxil edilir. Siyahını hazırlamaqda məqsəd terrorçuluqla mübarizə ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq, terror təşkilatlarını təcrid vəziyyətinə salmaq və iqtisadi dəstəkdən məhrum etmək və dünya hökumətlərini ABŞ-ın bu məsələdə tutduğu mövqedən xəbərdar etməkdir.

6. #1106
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Emin Sabitoğluna həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" kitabının təqdimat mərasimi keçirilib

[b]Emin Sabitoğluna həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" kitabının təqdimat mərasimi keçirilib[b]

Bakı. Ülkər Qasımova - APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr olunmuş "Bu dənizin gözü yaşlı sənsiz" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifi Sudabə Sərvidir. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova, xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə çıxışlarında Emin Sabitoğlunun 60-cı illərdə sənətə gəldiyini, onun musiqilərinin dünya bəstəkarları tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər. Tədbirdə Emin Sabitoğlunun mahnıları ifa olunub.

7. #1107
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

[b]Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə Azərbaycan elminin qədim ənənələrindən və tarixi nailiyyətlərindən söz açılıb. Sərəncamda Azərbaycanda neft, neft emalı və neft kimyası sahələri ilə bağlı fundamental araşdırmalara başlanılması, elm ocaqlarının yaradılması və Azərbaycan elminin ötən əsr ərzində təqdirəlayiq nailiyyətlər əldə etdiyi qeyd olunub. Lakin 1980-ci illərin sonlarından etibarən yaranmış dərin iqtisadi və sosial böhran elmdə də özünü kəskin büruzə verib və sonrakı dövrdə elmin ümumi vəziyyəti təhlil edilməyib, bu səbəbdən də keçən müddət ərzində aparılan elmi tədqiqatlar səviyyə etibarilə respublikanın davamlı yüksəlməkdə olan inkişaf tempindən geri qalıb. Sərəncamda qeyd olunub ki, humanitar və ictimai elmlər sahəsində nailiyyətlər əldə edilsə də, sovet ideologiyasının təsiri və təzyiqi ucbatından tariximizin bir sıra məqamları təhrif olunmuş, bəzi dövrləri isə tədqiqatdan kənarda qalıb. Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançılıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırıb. Sənəddə bildirilib ki, hazırda Azərbaycanda elmi araşdırmalar ali təhsil müəssisələrində və 80-dən artıq elmi tədqiqat institutunda 30 minə yaxın elmi işçi tərəfindən həyata keçirilir. Həmin tədqiqat institutlarının bir qismi elmi araşdırmalar aparmır və daha çox tabeçiliyində olduğu qurumların tapşırıqlarını yerinə yetirir. Eyni zamanda istər sahə institutlarında, istərsə də akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir. Müasir elmin tələbləri ilə ayaqlaşmaq iqtidarında olan kollektivlər isə maddi-texniki bazanın zəifliyi və maliyyə çatışmazlığı səbəbindən öz elmi layihələrini gerçəkləşdirməkdə çətinliklərlə üzləşirlər. Ayrı-ayrı alimlərin dünyanın aparıcı elm mərkəzləri ilə işgüzar əlaqələr qurmaları və mötəbər konfranslarda iştirak etmələri də nəticə baxımından elmin inkişafına gözlənilən təsiri göstərmir. Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyil. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaradıb. Azərbaycan Milli Elmlər Akademiyası isə elmin strategiyasına dair məsələləri müzakirə etsə də, bu günədək müstəqil Azərbaycanda elmin yeni simasını müəyyən etməyə və elmi araşdırmaların dünyada qəbul edilmiş sxemlər əsasında maliyyələşdirilməsinə nail ola bilməyib. Sənəddə göstərilib ki, elmdə islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılmasına səbəb elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirməkdir. Yaradılmış Dövlət Komissiyasının sədri baş nazir Artur Rasi-zadə, müavini isə AMEA-nın prezidenti Mahmud Kərimov təyin edilib.

8. #1108
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə baş nazirinin müavini Cəmil Çiçək sabah Azərbaycana səfər edəcək

[b]Türkiyə baş nazirinin müavini Cəmil Çiçək sabah Azərbaycana səfər edəcək[b]

Bakı. Gülşən Hacıyeva-APA. Aprelin 11-də Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayacaq.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, C. Çiçəyin səfəri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarətlə başlayacaq. Onun Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ədliyyə naziri Fikrət Məmmədovla görüşləri nəzərdə tutulub. Bundan başqa, onun Fövqəladə Hallar Nazirliyinin bir neçə müəssisəsinə baş çəkməsi planlaşdırır. Bunların arasında İzotop müəssisəsi, Xilasetmə Mərkəzinin Suraxanı rayon şöbəsi də var. Nümayəndə heyəti aprelin 12-də Türkiyəyə qayıdacaq.

9. #1109
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna maliyyə yardımı haqqında sərəncam imzalayıb

[b]Azərbaycan prezidenti Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna maliyyə yardımı haqqında sərəncam imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) maliyyə yardımı haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncamda qeyd olunub ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasına köməklik göstərilməsini və onların diaspor fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədi ilə Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) 2008-ci ildə nəzərdə tutulan təşkilati və ictimai tədbirlərin həyata keçirilməsi üçün bu ilin dövlət büdcəsi hesabına maliyyə yardımının verilməsi məqsədəuyğun hesab edilib.

10. #1110
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 10-da saat 15.10-dan 15.15-dək və saat 17.30-dan 17.40-dək Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsində yerləşən mövqelərini, saat 08.00-dan 08.20-dək və saat 22.00-dan 22.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 20.45-dən 22.40-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, aprelin 11-də saat 01.30-dan 03.30-dək fasilələrlə Tərtər rayonunun Qızıl Oba və Çiləbürt, Ağdam rayonunun Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.