Sayfa 212/461 İlkİlk ... 112162202210211212213214222262312 ... SonSon
4610 sonuçtan 2.111 ile 2.120 arası

Azərbaycan Xəbərləri

1. #2111
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndiyə səfər ediblər

[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndiyə səfər ediblər[b]

Bakı. Tamara Qriqoryeva - APA. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) dünən Yerevandan Xankəndiyə gəliblər.

APA-nın məlumatına görə, səfər zamanı vasitəçilər qondarma DQR rəhbərliyi ilə görüşüb və Madrid təklifləri ətrafında müzakirələr aparıblar. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bundan sonra həmsədrlər yenidən Yerevana qayıdıblar. Xatırladaq ki, Minsk Qrupunun fransalı həmsədri vasitəçilərin artıq sabah Qrupun üzvlərinin Vyanada görüşünün keçirilməsini planlaşdırdıqlarını bildirib.

2. #2112
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Son bir ildə Rusiyada «qanuni oğruların» sayı iki dəfə azalıb

[b]Son bir ildə Rusiyada «qanuni oğruların» sayı iki dəfə azalıb[b]

Bakı. Vüqar Mustafayev - APA. Hazırda Rusiya ərazisində 98 «qanuni oğru» fəaliyyət göstərir. APA-nın məlumatına görə, bunu Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev MDB ölkələrinin daxili işlər nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib. «Qanuni oğrular» təkcə Cənubi və Şimal Qafqaz respublikalarının təmsilçiləri deyil, onların arasında digər millətlərin nümayəndələri, o cümlədən, slavyanlar da var», - deyə R.Nurqaliyev qeyd edib.Xatırladaq ki, ötən ilin əvvəlində Rusiyanın daxili işlər nazirinin müavini Oleq Safronov həmin zaman RF-də 184 «qanuni oğrunun» olduğunu bildirib. Daha 100-ə yaxın şəxs özünü bu kateqoriyaya aid etsə də, reallıqda bu «statusa» malik deyil.O.Safronovun sözlərinə görə, kriminal avtoritetlərin cinayət aləminin işini əlaqələndirməsinə, bundan mənfəət əldə etməsinə baxmayaraq, onlar tez-tez müxtəlif kütləvi tədbirlərdə də iştirak edirlər.

3. #2113
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

KXCP-nin ümumrespublika müşavirəsi keçirilib

[b]KXCP-nin ümumrespublika müşavirəsi keçirilib[b]

Bakı. Elnur Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ümumrespublika müşavirəsi keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə rayon təşkilatlarının rəhbərləri iştirak ediblər. Toplantıda bu ilin payızında keçiriləcək prezident seçkiləri müzakirə edilib və yerli təşkilatların mövqeyi dinlənilib. Əksər çıxışçılar partiyanın Ali Məclisinin sonuncu iclasında seçkilərdə iştirakla bağlı qərarını müdafiə edib. Bununla yanaşı seçkilərdə iştirak etməyin əleyhinə olan şəxslər də hazırkı şəraitdə iştirakın əhəmiyyətsiz olduğunu bildiriblər. Fikir ayrılığına görə, məsələyə Ali Məclisin iyulun 7-də keçiriləcək növbəti toplantısında yenidən baxılması nəzərdə tutulur. Yerli təşkilatlar həmçinin, seçkilərdə Mirmahmud Mirəlioğlunun namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış ediblər.

4. #2114
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda silah satan şəxs həbs olunub

[b]Bakıda silah satan şəxs həbs olunub[b]

Bakı - APA. Bu gün Bakı şəhərinin Suraxanı rayonunda silah satan şəxs həbs olunub. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Qax rayon sakini, əvvəllər məhkum olunan Mahir Məmmədovdur.O, qanunsuz əldə edib saxladığı "Makarov" tipli tapançanı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini əldə etmə, saxlama, satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

5. #2115
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda quldurluqla məşğul olan dəstə yaxalanıb

[b]Bakıda quldurluqla məşğul olan dəstə yaxalanıb[b]

Bakı - APA. Bu gün Bakı şəhərinin Xətai rayonunun ərazisində quldurluqla məşğul olmaqda şübhəli bilinən beş nəfərlik dəstənin 4 üzvü tutulub. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, saxlanılan dəstə üzvləri 20 yaşlı Aqşin Məmmədov, 19 yaşlı Mehdi Nərimanov, 22 yaşlı Sadiq Əliyev və 21 yaşlı Emin Zahidovdur. Dəstənin digər üzvü Famil Rəhimov isə axtarışdadır. Saxlanılan şəxslər gecə saatlarında insanlara yaxınlaşaraq hədə-qorxu gəlib pullarını və mobil telefonlarını alıblar. Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

6. #2116
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş Şirvan Kollektorunda 9-cu sinif şagirdi boğulub

[b]Baş Şirvan Kollektorunda 9-cu sinif şagirdi boğulub[b]

Şirvan. Əlibəy Zeynalov - APA. Azərbaycanın Şirvan şəhərində 9-cu sinif şagirdi kanalda boğulub.

Bu barədə APA-nın Mil-Muğan bürosunun şəhər polis şöbəsindən məlumat verilib.Şöbədən bildirilib ki, Şirvan sakini M.Mirzəyev küçəsi,5 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Qurbanov Elçin Mehman oğlu Baş Şirvan Kollektorunun şəhər ərazisindən keçən hissəsində çimərkən boğulub. Cəsədin axtarışları FHN-in 4 nəfərdən ibarət dalğıc heyəti tərəfindən həyata keçirilsə də, hələ bir nəticə əldə olunmayıb. Kanal boyu bir neçə kilometr məsafədə cəsədin axtarışları davam etdirilir.

7. #2117
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri iyunun 29-da saat 13.00-dan 13.21-dək və iyunun 30-da saat 01.30-dan 01.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.00-dan 15.20-dək və 05.15-dən 05.35-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 05.30-dan 05.47-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

8. #2118
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Batumidə GUAM milli əlaqələndiricilərinin toplantısı keçirilir

[b]Batumidə GUAM milli əlaqələndiricilərinin toplantısı keçirilir[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün Gürcüstanın Batumi şəhərində Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM-ın milli əlaqələndiricilərinin görüşü başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun da iştirak etdiyi görüşdə GUAM-ın sabah başlayacaq üçüncü sammitinin gündəliyi müzakirə edilir. Sammit "GUAM Avropanın şərqini birləşdirir" devizi altında keçiriləcək. Artıq üzv ölkələrin müxtəlif sahələr üzrə ekspertləri bir araya gələrək zirvə toplantısında qəbul ediləcək sənədləri hazırlayıblar. Xarici İşlər Nazirləri Şurasının iclası isə sabah - dövlət başçılarının görüşündən əvvəl keçiriləcək. GUAM-ın sammitində 25 ölkə və beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri iştirak edəcək. Toplantının yekununda Batumi Bəyannaməsi, birgə kommünike, nəqliyyat və tranzit potensialından istifadə haqqında Bəyannamə, Gürcüstanın təşkilatda sədrlik proqramı qəbul olunacaq. Sammit çərçivəsində ənənəvi GUAM+ABŞ, GUAM+Avropa Birliyi, GUAM+Yaponiya görüşləri də nəzərdə tutulub.

9. #2119
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxan "Qurtuluş" jurnalının yeni nüsxələri tapılıb

[b]Məhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxan "Qurtuluş" jurnalının yeni nüsxələri tapılıb[b]

Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxarılan "Qurtuluş" jurnalının 1935-1937-ci illərdə işıq üzü görmüş təxminən 50-70 arasında yeni nüsxələri tapılıb.

Nüsxələri Berlində fəaliyyət göstərən Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu dünya şöhrətli Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin tədqiqatı ilə məşğul olarkən aşkarlayıb. Bu barədə APA-ya institutun direktoru Nuridə Atəşi məlumat verib. "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarı altında çıxan, Azərbaycan Milli Qurtuluş hərəkatının aylıq orqanı olan jurnalda M. Ə. Rəsulzadə, H. Münşi, M. Məmmədzadə, A. K. Qulu, Azəri, V. Nuhoğlu və Y. Əli baş yazar kimi fəaliyyət göstərib. Yeni aşkarlanan nüsxələrdə 1905 və 1918-ci illərdə həm ermənilərin, həm də bolşeviklərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları, vəhşiliklər, habelə həmin dövrün bir çox siyasi-ictimai və mədəni hadisələri şahidlərin və dövrü mətbuatın dili ilə aydınlığa çıxarılır. Bundan başqa, jurnalla xüsusi əməkdaşlıq edən Azərbaycanın milli şairi Almaz Yıldırımın dərgidə bir neçə şeiri (çox güman ki, indiyə qədər naməlum şeirləri-N.A.), müsahibələri, fikirləri dərc olunub. N. Atəşi bildirib ki, jurnalların ələ verilməsi və üzünün çıxarılması qadağan edildiyindən tədqiq etmə prosesi ləng gedir: "Lakin bu çətinliklərə baxmayaraq, institutumuzun əməkdaşları tədqiqata davam edirlər". Qeyd edək ki, "Qurtuluş" jurnalı 1934-1938-ci illərdə nəşr olunub.

10. #2120
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ukrayna prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlir

[b]Ukrayna prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlir[b]

Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko bu gün Bakıya işgüzar səfərə gəlir.

APA-nın məlumatına görə, günün ikinci yarısında başlayacaq səfər çərçivəsində Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, prezidentlərin iştirakı ilə Bakıdakı «Dostluq» kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə "Azərbaycanda Ukrayna Mədəniyyət Günləri"nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.