Sayfa 201/461 İlkİlk ... 101151191199200201202203211251301 ... SonSon
4610 sonuçtan 2.001 ile 2.010 arası

Azərbaycan Xəbərləri

1. #2001
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"The Washington Post" qəzetinin baş redaktoru tutduğu postdan gedəcəyini açıqlayıb

[b]"The Washington Post" qəzetinin baş redaktoru tutduğu postdan gedəcəyini açıqlayıb[b]

Vaşinqton-APA. "The Washington Post" qəzetinin baş redaktoru Leonard Dauni tutduğu postdan gedəcəyini açıqlayıb. APA-nın məlumatına görə, Leonard Dauni 17 il "The Washington Post"un baş redaktoru olub. 1964-cü ildə qəzetdə işə başlayan Dauni tezliklə təhqiqatçı jurnalist kimi şöhrət tapıb və "Uoterqeyt işi" üzrə materialların böyük əksəriyyətinin redaktoru olub. 1979-cu ildə "London müxbiri" şərəfinə layiq görülən Leonard Dauni beş il sonra redaktor qismində Vaşinqtona qayıdıb. Bir müddət sonra aparıcı redaktor olan Dauni 1991-ci ildə Ben Bredlinin yerinə baş redaktor təyin olunub. Leonard Dauninin baş redaktoru olduğu dövrdə "The Washington Post" 25 dəfə Pulitser mükafatına layiq görülüb. Bu, hər hansı mətbu orqanının bir baş redaktor dövründə qazandığı mükafatların sayına görə rekord hesab olunur. Təkcə bu il "The Washington Post" altı Pulitser mükafatına layiq görülüb. Leonard Dauni baş redaktor postunu daha gənc şəxsə güzəştə getmək istədiyini bildirib. The Washington Post Co. şirkətində vitse-prezident postunu icra edəcək Dauni bundan sonra yazıçılıq və hüquqi jurnalistika ilə məşğul olmaq niyyətindədir. Hələlik "The Washington Post"a kimin baş redaktor təyin olunacağı məlum deyil.

2. #2002
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ səfiri: "Növbəti Azərbaycan-ABŞ məsləhətləşmələri gələn ay Bakıda keçiriləcək"

[b]ABŞ səfiri: "Növbəti Azərbaycan-ABŞ məsləhətləşmələri gələn ay Bakıda keçiriləcək"[b]

Bakı. Tamara Qriqoryeva-APA. İyulda Bakıda Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsinə dair dair aktiv məsləhətləşmələr on ildən artıqdır keçirilir. Məsləhətləşmələrdə tərəflər bir çox mövzular, o cümlədən Azərbaycanın NATO-ya inteqrasiyası ətrafında fikir mübadiləsi aparacaqlar. Məsləhətləşmələrlə əlaqədar Vaşinqtondan Bakıya geniş tərkibli nümayəndə heyətinin gəlməsi gözlənilir.

3. #2003
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yakutiyada keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan muğamları ifa olunacaq

[b]Yakutiyada keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan muğamları ifa olunacaq[b]

Bakı. Ülkər Qasımova-APA. İyulun 4-dən 12-nə kimi Yakutiyada "Asiyanın uşaqları" IV beynəlxalq idman oyunları çərçivəsində "Olonxo Torpağında UNESCO-nun şah əsərlərinin görüşü" adlı beynəlxalq festival keçiriləcək. APA-nın məlumatına görə, həmin festivalda dünyanın müxtəlif ölkələrindən musiqi kollektivləri, incəsənət xadimləri iştirak edəcək. Festivalda Azərbaycan muğamları da ifa olunacaq. Hazırda festivala göndəriləcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir.

4. #2004
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yunanıstanın Azərbaycandakı səfirliyi Şəkiyə gedəcək

[b]Yunanıstanın Azərbaycandakı səfirliyi Şəkiyə gedəcək[b]

Bakı. Laçın Sultanova - APA. Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis sabah Şəkiyə səfərə gedəcək. Səfirlikdən APA-ya verilən məlumata görə, səfərin məqsədi Şəki vərəm dispanserinə rentgen avadanlığının hədiyyə edilməsidir. Təqdimetmə mərasimi iyunun 27-də keçiriləcək. Avadanlıq səfirliyin təşəbbüsü ilə Yunanıstan Xarici İşlər Nazirliyinin ayırdığı vəsait hesabına alınıb. Qeyd edək ki, bu dispanser Yunanıstan hökumətinin ayırdığı vəsait hesabına 2005-ci ildə əsaslı təmir olunub.

5. #2005
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əbülfəz Elçibəyin məzarı qarşısında anım mərasimi keçirilib

[b]Əbülfəz Elçibəyin məzarı qarşısında anım mərasimi keçirilib[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün Əbülfəz Elçibəyin anadan olmasının 70-ci ildönümü münasibətilə mərhumun məzarı qarşısında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə iştirak edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ABŞ Şərqi Avropada Demokratiya İnstitutunun direktoru İrena Lasota və digərləri Ə. Elçibəyin həyat yolu və fəaliyyətindən danışıblar. Natiqlər Elçibəy ideyalarının Azərbaycanın bütövlüyünə və dövlətçiliyinə xidmət etdiyini bildiriblər. Mərhum eks-prezidentin məzarını ziyarətə gəlmiş "Azadlıq" blokunun rəhbərləri - AXCP sədri Əli Kərimli, VİP sədri Əli Əliyev və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə mərasimə qatılmayıblar. Onlar məzarın qarşısına əklil qoyduqdan sonra Fəxri Xiyabanı tərk ediblər.

6. #2006
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb

[b]Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb[b]

Belqrad - APA. Serbiya prezidenti Boris Tadiç Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Əhməd Süha Umarın etimadnaməsinin qəbul edilməsini təxirə salıb. APA-nın məulmatəmna görə, bu addım Türkiyənin Kosovonun müstəqilliyini tanıyan ilk ölkələr arasında olmasına etirazın ifadəsi kimi qiymətləndirilir. B. Tadiç Türkiyənin addımından böyük təəssüf hissi keçirdiklərini deyib. O bildirib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsindən öncə Ankaraya etdiyi səfər zamanı Türkiyə prezidenti və baş nazirindən Kosovonun müstəqilliyinin tanınmayacağına dair vəd alsa da, bunun əksi baş verib: "Türkiyə verdiyi sözün arxasında dayanmadı". Serbiya prezidenti Türkiyəyə gözlənilən növbəti səfəri zamanı bu məsələni yenidən müzakirəyə çıxaracağını da söyləyib. Qeyd edək ki, Türkiyənin Kosovonu tanımasından sonra Serbiya Ankaraya etiraz notası göndərmiş və bu ölkədəki səfiri Vladimir Curqusu geri çağırmışdı.

7. #2007
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

[b]Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib[b]

Bakı-APA. Prezident İlham Əliyev iyunun 24-də Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı son illər Azərbaycanla Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə genişləndiyini bildirib. Prezident İ. Əliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfirin ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.Öz növbəsində, İ. Palçev ölkələr arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini deyib, münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

8. #2008
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Nurçular"ın lideri Türkiyəyə qayıda bilər

[b]"Nurçular"ın lideri Türkiyəyə qayıda bilər[b]

Ankara - APA. Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası "nurçular"ın lideri Fətullah Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. APA-nın məlumatına görə, bununla da ABŞ-da yaşayan F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub. Xatırladaq ki, F. Gülən dünyəvi dövlət quruluşunu dəyişdirərək yerinə şəriətə əsaslanan dövlət qurmaq məqsədilə gizli təşkilat yaratmaqda ittiham olunurdu.

9. #2009
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilərin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb

[b]Ermənilərin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb[b]

Qazax. Nəzakət Məşədiəliqızı -APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb.

APA-nın qərb bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndində qoyun otaran kənd sakini, 43 yaşlı Hüseyn Alımərdan oğlu Bayramov güllə yarası alıb. Rayon Mərkəzi Xəstəxanasına çatdırılan zərərçəkənə tibbi yardım göstərilib. Xəstəxananın həkimi Arzu Novruzov tibbi yardım göstəriləndən sonra yaralının evə buraxıldığını deyib.

10. #2010
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda orta məktəb şagirdi narkotiklərlə bağlı cinayətə görə saxlanılıb

[b]Azərbaycanda orta məktəb şagirdi narkotiklərlə bağlı cinayətə görə saxlanılıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. 2007-ci il ərzində Azərbaycan hüquq-mühafizə orqanlarının səyləri nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisində qaçaqmalçılıq yolu ilə gətirilməsinin, yayılmasının qarşısını almaq məqsədilə keçirdiyi profilaktik və əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanan 2376 cinayət faktından 860-ı satış, 1386-sı saxlama, 108-i isə narkoxassəli bitkilərin əkilib becərilməsi ilə bağlı olub.

APA-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib. Onun sözlərinə görə, həmin dövrdə narkotiklərlə bağlı 2141 şəxs yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 1-i orta məktəb şagirdi, 4-ü 18 yaşadək, 512-si 30 yaşadək, 1625-i 30 yaşdan yuxarı şəxsdir. Bu şəxslərdən 17-si fəhlə, 11-i qulluqçu, 2-si maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 1994-ü işsiz, 73-ü qadın, 2068-i kişi, 617-si əvvəllər məhkum olunan, 60-ı xarici ölkə vətəndaşıdır. Qrup sədrinin sözlərinə görə, onlardan 92 kiloqramdan artıq narkotik vasitə götürülüb. Bu müddətdə qanunsuz dövriyyədən 1,150 tondan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb: "Tədbirlər çərçivəsində yabanı halda bitmiş və qanunsuz əkilib-becərilən 359 tondan çox narkoxassəli bitki aşkarlanaraq məhv edilib". Qrup rəhbəri qeyd edib ki, 2007-ci ildə həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə etdikləri üçün 32 nəfər vəfat edib. Ötən il həmçinin qanunsuz dövriyyədən çıxarılan 676 kiloqram 575 qram müxtəlif növ narkotik vasitə yandırılaraq məhv edilib ki, bu, 2006-cı illə müqayisədə 33 faiz, yəni 170 kiloqram çoxdur.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.