Əsas məzmuna keç
Sayfa 207/461 İlkİlk ... 107157197205206207208209217257307 ... SonSon
4610 sonuçtan 2.061 ile 2.070 arası

Azərbaycan Xəbərləri

1. #2061
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin məşhur müğənnisi Fərhad Köçər yol qəzasında ağır yaralanıb

[b]Türkiyənin məşhur müğənnisi Fərhad Köçər yol qəzasında ağır yaralanıb[b]

Aydın - APA. Bu gün Türkiyənin Aydın vilayətində baş verən yol qəzasında məşhur müğənni Fərhad Köçər ağır yaralanıb. APA-nın məlumatına görə, müğənninin maşını içərisində turistlər olan mikroavtobusla toqquşub. Nəticədə yaralanan sənətçi və turistlər xəstəxanaya çatdırılıblar. Müğənni ağır yaralansa da, həyatı üçün təhlükə yoxdur.

2. #2062
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun seminarı keçirilir

[b]Azərbaycan paytaxtında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun seminarı keçirilir[b]

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda NATO-nun Sülh Naminə Tərəfdaşlıq (PfP) Etimad Fondunun seminarı başlayıb.

APA-nın məlumatına görə, alyansa üzv və tərəfdaş ölkələrin nümayəndələrinin qatıldığı iki günlük tədbirdə PfF Etimad Fondunun dəstəyi ilə həyata keçirilən layihələrin təqdimatının keçirilməsi planlaşdırılır. Tədbirdə çıxış edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, Etimad Fondu partlamamış hərbi sursatların və minaların zərərsizləşdirilməsi ilə bağlı çoxlu layihəni maliyyələşdirir: «Bunlardan ikisi - «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu» və «Melanjın ləğvi» layihələri Azərbaycanda həyata keçirilib. NATO-nun dəstəyi ilə Azərbaycanda xeyli minalı sahə təmizlənib ki, bu da böyük uğurdur».Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov isə bildirib ki, Etimad Fondunun seminarı ABŞ və Lüksemburqdan sonra üzv və tərəfdaş ölkələr arasında Azərbaycanda keçirilir. N. İsmayılov seminarın əlaqələrin genişlənməsində böyük rol oynayacağına əminliyini ifadə edib.Tədbirdə müxtəlif layihələr, hərbi personala təlimlərin keçirilməsi və s. nəzərdən keçiriləcək.

3. #2063
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfir Fəxrəddin Qurbanov Böyük Britaniyalı deputata Anqus Robertsonla görüşüb

[b]Səfir Fəxrəddin Qurbanov Böyük Britaniyalı deputata Anqus Robertsonla görüşüb[b]

Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin İcmalar Palatasının üzvü Anqus Robertsonla görüşüb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Fəxrəddin Qurbanov görüşdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən səylərdən bəhs edib, eləcə də Azərbaycanda neft gəlirlərinin idarə olunması sahəsində görülən tədbirlərdən danışıb. Anqus Robertson öz növbəsində iki ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından parlamentlərarası əlaqələrin xüsusi önəm kəsb etdiyini və bu baxımdan qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb.

4. #2064
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İlhamə Quliyeva: "Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi mütləq əbədiləşdirilməlidir"

[b]İlhamə Quliyeva: "Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi mütləq əbədiləşdirilməlidir"[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artistləri Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi əbədiləşdiriləcək. Bu barədə APA-ya xalq artisti İlhamə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda hər iki sənətkarın yaşadığı evin qarşısında onların barelyefi qoyulacaq: "Nə qədər ki, mən sağam, onların xatirəsi mütləq əbədiləşdirilməlidir. Onların xatirəsi əbədiləşdirilməsə, çox böyük günah olar". T. İsmayılovanın 65 il Azərbaycan mədəniyyətinə xidmət etdiyini deyən İ. Quliyeva, bu zamana kimi mərhum sənətkarın bir diskinin belə olmadığını açıqlayıb: "Tükəzban xanımın vaxtında barmaqla sayılası qədər sənətkar var idi. O zamanın sənətkarları sözün əsil mənasında sənətkarlardırlar. Bu ilin dekabrın 21-də Türkəzban xanımın 85 yaşı tamam olacaq. Çox adamlar utansınlar ki, bu zamana kimi bu cür sənətkarın hələ bir diski belə buraxılmayıb. Onun yubileyinə klassik muğamlarından ibarət bir disk hazırlayacağam. Güman edirəm ki, 85 illik yubileylə bağlı Tükəzban xanımın xatirə gecəsini də keçirəcəyik".

5. #2065
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda böyük maraqla qarşılanıb

[b]Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda böyük maraqla qarşılanıb[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanlı rejissor Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda nümayiş etdirilib. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı APA-ya bildirib ki, Azərbaycanın xalq artisti Cahangir Novruzovun rəhbərlik etdiyi Adana teatr qrupunun səhnələşdirdiyi "Kiçik burjuylar" tamaşası böyük maraqla qarşılanıb. Rus klassikasının nümunəsi olan əsər "Duru" Kültür Evində səhnəyə qoyulub. Yerli aktyorların canlandırdığı tamaşanı hətta ayaq üstdə izləyənlər də olub. Sonda Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı geniş tamaşaçı auditoriyası qarşısında çıxış edərək iki qardaş ölkə arasında sıx mədəni bağlılıqdan danışıb və izləyicilərə təşəkkürünü bildirib.

6. #2066
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bolqarıstan Gəclər və İdman Agentliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

[b]Bolqarıstan Gəclər və İdman Agentliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir[b]

Bakı. Laura Cəbrayıllı - APA. Bolqarıstanın Gənclər və İdman Agentliyinin nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş müxtəlif proqramlarda iştirakı nəzərdə tutulub. İyunun 30-dək davam edəcək səfər çərçivəsində qonaqlar Bakı Slavyan Universitetində, Gənclər və İdman Nazirliyində, Milli Məclisin Sosial siyasət komissiyasında və müxtəlif gənclər təşkilatlarında görüşlər keçirəcəklər.

7. #2067
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bərdə rayonunda dəhşətli yol qəzası baş verib

[b]Bərdə rayonunda dəhşətli yol qəzası baş verib[b]

Bərdə-Teymur Zahidoğlu-APA. Bu gün Hindarx-Borsunlu yolunun 25-ci kilomentrliyində, Bərdənin Soğanverdilər kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə 3 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnib. Qəza Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi 02-BB-457 nömrə nişanlı VAZ 2106 markalı avtomobilin Laçın rayon sakini, 1968-ci il təvəllüdlü Yelmar Rzayevin idarə etdiyi 59-BA-447 nömrə nişanlı VAZ 2107 markalı maşınla toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində VAZ 2106 markalı maşının sürücüsü Azər Əliyev ölüb, onun sərnişinləri, 22 yaşlı Məhəmməd Niftəliyev və 20 yaşlı Novruz Əhmədov xəsarət alıb.Hadisə VAZ 2107 markalı maşının sürücü Yelmaz Rzayevin yaralanmasına, onun sərinişinləri Pəsi Şükürov və Eldar Rzayevin ölümünə, Şərabanı Rzayevanın isə xəsarət almasına səbəb olub. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.

8. #2068
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 15.00-dan 15.20-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 16.00-dan 16.10-dək və saat 19.15-dən 19.20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 17.45-dən 17.50-dək Füzuli rayonunun Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 27-də saat 05.30-dan 05.40-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

9. #2069
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VII qurultayı keçiriləcək

[b]Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VII qurultayı keçiriləcək[b]

Bakı-APA. İyulun 2-də Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VII qurultayı keçiriləcək. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayın gedişini işıqlandırmaq istəyən KİV nümayəndələrinin bu gündən etibarən akkreditasiyadan keçməsi lazımdır. Qeydiyyat üçün MQF qərargahında işləyən qurultayın Təşkilat Komitəsinə zəng vurmaq da yetərlidir. Əlaqə telefonları: 012 - 510 76 01; 012 - 418 37 90

10. #2070
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Strasburqda Avropa Şurasının "Mədəniyyətlərarası dialoqa dair ağ kitabı"nın təqdimatı keçirilib

[b]Strasburqda Avropa Şurasının "Mədəniyyətlərarası dialoqa dair ağ kitabı"nın təqdimatı keçirilib[b]

Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində Avropa Şurasının "Mədəniyyətlərarası dialoqa dair ağ kitabı"nın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, konfransında Avropa Şurasının baş katibi Terri Devis, Elm, Təhsil, Mədəniyyət, İrs, İdman və Gənclər üzrə Baş Direktorluğunun rəhbəri Qabriella Battani-Draqoni və Nümayəndələr Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə məruzəçilər qrupunun sədri Eleonora Petrova-Mitevska iştirak ediblər. Avropa Şurasının mədəniyyətlərarası dialoqa böyük diqqət yetirdiyini vurğulayan Avropa Şurası rəsmiləri bu məsələnin indiki dövrdə çox önəmli mövzu olduğunu qeyd ediblər. Xanım Draqoni-Battani bildirib ki, kitabın nəşrində məqsəd müdəniyyət müxtəlifliyinin həzm olunmasını asanlaşdırmaqdır. O, "Ağ Kitab"ın tərcümə edilərək müxtəlif ölkələrdə yayımlanacağını bildirib. Draqoni-Battani Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində Avropa Şurası UNESCO, Sivilizasiyaların Alyansı kimi təşkilatlarla, eləcə də Avropa İttifaqının İnsan Haqlarına dair Vyana Agentliyi ilə tərəfdaşlıq edəcəklərini bildirib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.