Əsas məzmuna keç
Sayfa 217/461 İlkİlk ... 117167207215216217218219227267317 ... SonSon
4610 sonuçtan 2.161 ile 2.170 arası

Azərbaycan Xəbərləri

1. #2161
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Arzu Abdullayeva: "AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir"

[b]Arzu Abdullayeva: "AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına qurumun ölkəmiz üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Arzu Abdullayeva bildirib. A. Abdullayeva bu barədə bir neçə gün əvvəl AŞPA sessiyasında çərçivəsində keçirdikləri görüşlərdə məlumat aldıqlarını deyib: "Biz bilirik ki, Monitorinq Komitəsində missiya rəhbərliyinə namizəd kimi Andres Herkelin və Yunanıstandan olan, hamının ermənipərəst deputat kimi tanıdığı Purqulusesin adları hallandırılıb. Məlumatlara görə, yaradılacaq missiyaya Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir". A. Abdullayeva hüquq müdafiəçilərinin də A. Herkelin namizədliyini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ilkin olaraq AŞ PA missiyasında 30 nəfərin olması nəzərdə tutulub.

2. #2162
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin baş naziri aparılan həbslərdən xəbəri olmadığını bildirib

[b]Türkiyənin baş naziri aparılan həbslərdən xəbəri olmadığını bildirib[b]

Ankara - APA. Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada və İstanbulda aparılan həbslərdən xəbəri olmadığını söyləyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan "ümid edirəm ki, bu istintaq nəticəsində qaranlıqlar aydınlığa çıxacaq", deyib. AKP-nin sədr müavini, millət vəkili Dengir Mir Mehmet Fırat bildirib ki, məhkəmə qərarlarına hamı hörmət göstərməlidir. Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Məhərrəm İncə isə cəmiyyətdə atatürkçü, ulusalçı (milli dövlətçi) kimi tanınan şəxslərin həbsinə sərt şəkildə etiraz edib. O, "mən də ulusalçıyam, məni də həbs edin", deyə hakimiyyətə səslənib. M. İncə "Ergenekon" adlandırılan təşkilatla bağlı istintaqın bir ildir davam etdiyini və hələ də ittiham aktının hazırlanmadığını vurğulayıb: "Son bir ildə bu istintaq çərçivəsində həbs olunanların ortaq özəlliyi AKP-yə qarşı müxalifətdə olmalarıdır. Bu həbslər Türkiyədə böyük olayların olacağını göstərir. Türkiyənin mənafeyini qorumaq, ölkənin təbii ehtiyatlarının, sərvətlərinin gecəyarısı xaricilərə satılmasına qarşı çıxmaq, hökumət mənsublarının xaricdə Türkiyəni tənqid etməsini pisləmək, hökumətin əleyhinə çıxmaq cinayətdirsə, mən də cinayətə yol verirəm. Məni də tutsunlar". Polis əməliyyatının əsas hədəfi - Atatürkçü Düşüncə Dərnəyinin baş katibi Suay Karaman isə baş verənləri "mülki çevriliş" kimi qiymətləndirib: "Türkiyədə iqtidar tərəfindən mülki çevriliş həyata keçirilir. Bunun nəticələrini yaxın vaxtlarda görəcəyik. Bu proses hansısa mərhələdə mütləq dayanacaq".

3. #2163
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkmənistanda köhnə təqvim bərpa olunub

[b]Türkmənistanda köhnə təqvim bərpa olunub[b]

Bakı. Zaur Nurməmmədov-APA. İyulun 1-dən Türkmənistan yenidən Qreqorian təqviminə qayıdıb. APA-nın məlumatına görə, Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdımuhəmmədov köhnə təqvimə qayıtmaq barədə sərəncam imzalayıb. Köhnə təqvimi qaytarmaq təklifi ilə prezidentə parlamentin sədri Ağca Nurberdıyeva müraciət edib. Xatırladaq ki, Türkmənistanda ayların adı 2002-ci ilin avqustunda mərhum prezident Saparmurad Niyazov tərəfindən dəyişdirilib. Yeni ay adları Türkmənbaşının hakimiyyəti dövrünü, eləcə də türkmənlərin tarixini əks etdirib. Niyazovun qərarı ilə yanvar ayı "Türkmənbaşı", aprel ayı onun anasının adı ilə "Qurbansoltan", noyabr ayı "Səncər", iyun ayı "Oğuz", fevral ayı "Bayraq", sentyabr isə "Ruhnamə" adlandırılıb. Müvafiq olaraq digər ayların da adı dəyişdirilib. Üstündən bir il keçəndən sonra Türkmənbaşı həftənin günlərinin adlarını da dəyişib. Bazar ertəsi "baş gün", bazar günü isə "dinc gün" adlandırılıb. Şənbə isə Niyazovun "Ruhnamə"sinin şərəfinə "ruh gün" adlandırılıb.

4. #2164
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

YAP-ın rəsmi saytında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı sorğu keçirilib

[b]YAP-ın rəsmi saytında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı sorğu keçirilib[b]

Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı öz rəsmi saytında sorğu keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, "Milli Məclisin seçki qanunvericiliyini təkmilləşdirmək istiqamətində Seçki Məcəlləsinə son əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz?" sualına sayt istifadəçilərinin 60 faizi müsbət qiymət verib. Respondentlərin 13 faizi əlavə və dəyişikliyi normal qarşıladığını, 12 faizi isə bu dəyişiklərin zərurətdən irəli gəldiyini ifadə edib. 15 faiz isə bu dəyişiklikləri mənfi qarşılayıb. YAP mətbuat xidmətinin sorğunun nəticələrinə yazdığı şərhdə bildirilir ki, cəmiyyətin təxminən 85 faizi bu dəyişikliklərə ümumilikdə loyal yanaşıb və prosesi seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndiriblər: "Bu nəticə bir daha göstərdi ki, vətəndaşlar sərbəst şəkildə siyasi iradə nümayiş etdirmək əzmindədir və qarşıdan gələn prezident seçkiləri Azərbaycanda demokratik seçki mədəniyyətinin zənginləşməsinə növbəti töhfə olacaq. Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərə münasibətdə Azərbaycan iqtidarı ilə cəmiyyətin böyük əksəriyyətinin mövqeyi üst-üstə düşür və bu faktor qarşıdan gələn prezident seçkilərində hakimiyyətin namizədinə olan ictimai münasibəti də müəyyən dərəcədə aydınlaşdırır".

5. #2165
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünya Səhiyyə Təşkilatı: "Tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir"

[b]Dünya Səhiyyə Təşkilatı: "Tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Hazırda tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir". APA-nın xəbərinə görə, bu barədə Dünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. Təşkilat Azərbaycanda tuberkulyozun yayılma səviyyəsinin 22,3% təşkil etdiyini açıqlayıb. Qeyd edək ki, hər il dünyada 490 min insan tuberkulyoz virusuna yoluxur və onlardan təxminən 110 mini dünyasını dəyişir.

6. #2166
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elman Mirzəyev və Bayram Hacızadənin əsərləri Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib

[b]Elman Mirzəyev və Bayram Hacızadənin əsərləri Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycan karitkaturaçılarının əsərləri Fransada keçirilən Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib. Bu barədə APA-ya Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı rəssam Bayram Hacızadə məlumat verib. Həmin bennalidə iştirak edən karikaturaçıalr Elman Mirzəyev və Bayram Hacızadənin əsərləri 2000 karikatura arasından seçilərək 100 karitkatuira əsərindən ibarət hazırlanan kataloqa daxil ediləcək. Bununla bərabər Azərbaycan karikturaçılarının əsərləri Avstriyada da keçirilən beynəlxalq karikatura müsabiqəsində seçilmiş ən yaxşı əsərlər sırasına daixl edilib. Bu il ərzində isə yerli karikaturaçılarımız İspaniya, Almaniya, Argentina, Braziliya və Türkiyədə keçiriləcək beynəlxalq müsabiqələrdə iştirak edəcəklər.

7. #2167
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Batumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib

[b]Batumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib[b]

Bakı. Laçın Sultanova-APA. Batumda GUAM-ın 3-cü sammiti çərçivəsində Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri İlham Əliyev, Viktor Yuşşenko və Mixail Saakaşvili arasında üçtərəfli görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə GUAM-ın problemləri və perspektivləri müzakirə olunub. Sammit çərçivəsində həmçinin "GUAM+ABŞ" formatında görüş keçirilib, birgə bəyanat qəbul edilib. Görüşdə GUAM-a sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, milli koordinator Araz Əzimov, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze, ABŞ tərəfdən isə dövlət katibinin köməkçisi Devid Merkel iştirak ediblər. Tərəflər siyasi əməkdaşlıq, gələcək əməkdaşlığın perspektivləri, ticarət, nəqliyyat, sərhədlərin təhlükəsizliyi, vergi sahəsi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə yeni layihələri müzakirə ediblər. "GUAM+ABŞ" formatında növbəti görüş BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək 63-cü sessiyası çərçivəsində baş tutacaq.

8. #2168
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə həbslər davam edir, sabiq millət vəkili Turhan Çöməz və daha bir general isə axtarışdadır

[b]Türkiyədə həbslər davam edir, sabiq millət vəkili Turhan Çöməz və daha bir general isə axtarışdadır[b]

Ankara - APA. Türkiyədə "Ergenekon" adlandırılan qeyri-leqal təşkilata qarşı aparılan istintaq çərçivəsində "Yeniçağ TV"nin və "Habertürk" telekanalının şərhçisi, jurnalist-yazar Erol Mütərcimlər, Türkiyə Gənclik Birliyinin qurucusu Adnan Türkqan, Atatürkçü Düşüncə Dərnəyinin İstanbulun Kadıköy rayon şöbəsinin rəhbəri, istefada olan polkovnik Coşqun Gürel və bu şöbənin keçmiş rəhbəri Birol Başaran da həbs olunub.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səhər saatlarında başlanan polis əməliyyatı zamanı hakim Ədalət və İnkişaf Partiyasından (AKP) xaric edilmiş sabiq millət vəkili Turhan Çöməzin də evinə basqın edilib. Ancaq T. Çöməz evdə olmayıb. Hazırda o, axtarılır. İstefada olan general Ləvənt Ərsöz da axtarılan şəxslər arasındadır. Səhər saatlarında həbs olunan Ankara Ticarət Palatasının sədri Sinan Aygün polis tərəfindən istintaq hərəkətləri aparılmaq üçün ofisinə gətirilərkən ətrafdakılara "Atatürkü və cümhuriyyəti sevməkdə ittiham olunuram", deyib. Həbslərə münasibət bildirən Demokratik Sol Partiyasının lideri Zəki Sezər AKP-nin qorxu imperiyası qurmağa çalışdığını bəyan edib.

9. #2169
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb

[b]AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb[b]

Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın icra katibi Əli Əhmədov Azərbaycandakı çoxpartiyalı sistem, həyata keçirilən demokratik islahatlar, parlamentdə təmsil olunan siyasi partiyaların demokratikləşmə prosesində iştirakı, Dağlıq Qarabağ problemi, mövcud iqtisadi inkişaf barədə ətraflı məlumat verib. Milli Məclisin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini deyən Ə. Əhmədov bu əməkdaşlığın Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. AŞ PA sədri Azərbaycanın demokratiya və insan hüquqları sahələrində əldə etdiyi nailiyyətlərin təmsil etdiyi təşkilatda yüksək qiymətləndirildiyini deyib. Qonaq AŞ PA-nın bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb etdiyini bildirib. AŞ PA sədri bu fikirlərini yaxın günlərdə Ermənistana səfəri zamanı da səsləndirəcəyini deyib.

10. #2170
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünən nişanlanan Əmrə Bələzoğlu bu gün əsgərliyə gedir

[b]Dünən nişanlanan Əmrə Bələzoğlu bu gün əsgərliyə gedir[b]

İstanbul - APA. Türkiyənin "Fənərbağça" futbol komandasına yeni transfer olunan məşhur futbolçu Əmrə Bələzoğlu nişanlanıb. APA-nın məlumatına görə, dünən Əmrə Bələzoğlunun sevgilisi Tuba Gürev ilə sadə nişan mərasimi keçirilib. Eyni zamanda Türkiyə milli komandasında da forma geyinən futbolçu bu gün isə əsgərliyə gedib. Əmrə Bələzoğlu 21 gün hərbi xidmətdə olacaq. Onun "Fənərbağça"ya transferi isə iyulun 22-də, hərbi xidməti başa vurandan sonra rəsmiləşdiriləcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.