Əsas məzmuna keç
Sayfa 209/461 İlkİlk ... 109159199207208209210211219259309 ... SonSon
4610 sonuçtan 2.081 ile 2.090 arası

Azərbaycan Xəbərləri

1. #2081
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək

[b]Azərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək[b]

Bakı-APA. İyulun 2-də Azərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün daxili işlər orqanlarının nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Daha sonra Polis Akademiyasında təntənəli bayram tədbiri keçiriləcək.

2. #2082
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ukraynalı politoloq: ""Xəzər partiyası"nda qalib gələn qazancsız qalmayacaq"

[b]Ukraynalı politoloq: ""Xəzər partiyası"nda qalib gələn qazancsız qalmayacaq"[b]

Kiyev. Kərim Həsənli - APA. Kiyevdə "Mərkəzi Asiyada Ukraynanın perspektivləri" adlı dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Ukraynanın beynəlxalq əlaqələr və enerji təhlükəsizliyi üzrə aparıcı mütəxəssisləri, jurnalistlər və politoloqlarla yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Polşa və Rusiya səfirliklərinin nümayəndələri də iştirak ediblər. Ukrayna Vətəndaş Cəmiyyətinin Problemlərinin Araşdırılması Mərkəzinin direktoru Vitali Kulik çıxışında bildirib ki, hazırda region dövlətləri Qərb və Rusiya ilə iqtisadi-siyasi münasibətlərin yeni formatını tərtib ediblər: "Bu oyunda "stavka"la olduqca böyükdür: söhbət nəinki Mərkəzi Asiya və Rusiya, həm də Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək nəhəng enerji daşıyıcılarına nəzarətdən gedir. "Xəzər partiyası"nda qalib gələn qazancsız qalmayacaq". V. Kulik Türkmənistan, Qazaxıstan və Özbəkistanı Ukraynanın enerji təhlükəsizliyində prioritet tərəfdaşlar adlandırıb: "Əgər Mərkəzi Asiyadan neft və qazın idxalından asılı olan Ukraynanın bu qədər strateji əhəmiyyətə malik regionda müttəfiqləri olmasa, o, "Xəzər piroqu"nda paydan məhrum olacaq. Hələlik Ukrayna Moskva, Brüssel və Vaşinqtondan yan keçərək bu ölkələrlə işləmək üçün müəyyən imkanlara malikdir. Amma zaman keçdikcə bu "imkanlar pəncərəsi" qapana bilər, onda bizə heç bir enerji xartiyası kömək edə bilməyəcək".

3. #2083
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bolqarıstan Milli Təhlükəsizlik Şurası "Nabucco" layihəsini müzakirə edəcək

[b]Bolqarıstan Milli Təhlükəsizlik Şurası "Nabucco" layihəsini müzakirə edəcək[b]

Buxarest. Kərim Həsənli - APA. Bolqarıstan Milli Təhlükəsizlik Şurası ölkənin təhlükəsizliyi üçün əhəmiyyət daşıyan enerji layihələri ilə bağlı xüsusi toplantı keçirəcək. APA-nın xəbərinə görə, prezident Georgi Pırvanov tərəfindən çağırıan iclasa baş nazir, xarici işlər, ətraf mühit və iqtisadiyyat nazirləri qatılacaq. Onlar "Cənub axını" və "Nabucco" qaz kəmərləri layihələri, eləcə də Belene şəhərindəki Atom Elektrik Stansiyasının gələcək taleyi ilə bağlı hesabat təqdim edəcəklər. Yığıncaqda ordu komandanları və parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçilərinin iştirakı da nəzərdə tutulub.

4. #2084
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda Vətəndaş Forumu keçirilib

[b]"Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda Vətəndaş Forumu keçirilib[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Bakıda "Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda Vətəndaş Forumu keçirilib. APA-nın xəbərinə görə, Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə baş tutan tədbirdə qurumun sədri Leyla Yunus çıxış edərək, siyasi iradə olacağı təqdirdə, mövcud qanunvericiliklə demokratik seçki keçirməyin mümkünlüyünü vurğulayıb. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev seçkilər ərəfəsində Azərbaycan məhkəmələrində vəziyyətin mürəkkəb olduğunu deyib. Son vaxtlar vətəndaş cəmiyyəti adından məhkəmələrə göndərilən yüz şikayətin heç birinin təmin olunmadığını qeyd edən hüquqşünas Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin də sayının artdığını deyib. Millət vəkili Pənah Hüseyn isə mövcud qanunvericiliklə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib. O, indiki şəraitdə müxalifət qüvvələrinin siyasi taktika ilə bağlı yenidən müzakirələr aparmasının vacibliyini vurğulayıb. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə seçki qanunvericiliyinə edilən dəyişikliklərin Azərbaycan cəmiyyətinin istədiyi səviyyədə olmadığını bildirib. O da demokratik seçki keçirilməsi üçün siyasi iradəni əsas şərt adlandırıb. Prezident seçkilərinin boykot edilməsi ilə bağlı fikirlərə münasibət bildirən İ. Ağazadənin sözlərinə görə, müxalifət qüvvələri bundan əvvəlki seçkilərin də demokratik keçiriləcəyinə əvvəlcədən inanmayıb, bununla belə, mübarizə aparıb: "Bu gün isə bu yoxdur. Bizim əvəzimizə Qərb, beynəlxalq təşkilatlar mübarizə aparacaq?" Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov boykot və seçkidə iştirak tərəfdarlarının hər birinin öz arqumentinin olduğunu qeyd edərək, demokratik seçki keçirilməsi üçün mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıb.Millət vəkili Nəsib Nəsibli isə indiyə kimi keçirilən seçkilərdə aparılan boykot taktikasının hər hansı nəticə vermədiyini xatırladıb: "Bu gün boykot taktikasını seçmək mübarizə aparmaqdan imtina deməkdir".Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə bildirib ki, seçkini boykot etmək və ya iştirak məsələsində mübahisə olmamalıdır: "Hər kəsin öz mövqeyi, hər siyasətçinin öz hüququ var. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq".

5. #2085
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Belarus Ermənistana texnika satır

[b]Belarus Ermənistana texnika satır[b]

Minsk. Kərim Həsənli - APA. Belarusun "BelAZ" şirkəti ilə Ermənistanın dağ-mədən sənayesi müəssisələri arasında 1,5 miyon avro dəyərində saziş imzalanıb. APA-nın xəbərinə görə, Minsk vilayətinin qubernatoru Leonid Krupsun rəhbərlik etdiyi nümayəndə heyətinin Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu barədə razılıq əldə olunub. "Dorelektromaş", "Soter", Borisov mis məmulatları zavodu kimi iri müəssisələrin təmsilçilərinin daxil olduğu heyətin səfəri zamanı Minsk vilayəti və Ermənistan şəhərləri arasında əlaqələrin gücləndirilməsi, ilin sonuna qədər Sünik mis-molibden kombinatının ehtiyacları üçün "BelAZ" istehsalı olan iri qabaritli texnikanın göndərilməsi, bu zavodun Ermənistanda rəsmi dilerinin fəaliyyət başlaması, ölkədə Belarus müəssisələri şəbəkəsinin genişləndirilməsi və s. məsələlər üzrə razılığa gəlinib.

6. #2086
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nizami Bəhmənov: "Həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir"

[b]Nizami Bəhmənov: "Həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir"[b]

Bakı. Laçın Sultanova - APA. "İndiki vəziyyətdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının danışıqlar prosesində heç bir rolu yoxdur".

Bunu APA-ya açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Nizami Bəhmənov həmsədrlərin Xankəndiyə planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. N. Bəhmənovun fikrincə, indiki vəziyyətdə həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir: "Merzlyakov Kazimirovdan qalmış ənənəni davam etdirir. Rusiya müxtəlif vasitələrlə Dağlıq Qarabağın erməni icmasını üçüncü tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışır". N. Bəhmənov rəhbərlik etdiyi icma adından həmsədrlərə protest təqdim etdiklərini də söyləyib: "Münaqişənin nizamlanması ilə bağlı danışıqları prezidentlər aparır, xarici işlər nazirlərinə tapşırıqlar verirlər. Bu prosesdə icmaların roluna o vaxt ehtiyac duyulacaq ki, torpaqlar işğaldan azad edilsin, insanlar öz vətəninə qayıtsın və status məsələsinin müzakirəsi gündəmə gəlsin".

7. #2087
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun məruzəçisi təyin edilib

[b]Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun məruzəçisi təyin edilib[b]

Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları və Hüquq Komitəsi Azərbaycanın bu qurumda nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın məhbus qadınlar üzrə məruzəçi təyin edib.

APA-nın Avropa bürosunun məlumatına görə, məhbus qadınlarla bağlı AŞ PA-nın bir neçə komitəsində məruzə hazırlanır, İnsan Hüquqları və Hüquq Komitəsi adından məruzəni hazırlamaq Gültəkin Hacıyevaya həvalə olunub. Gültəkin Hacıyeva APA-nın Avropa bürosuna bildirib ki, məruzədə məhbus qadınların durumu, sosial vəziyyəti, onların cəmiyyətə reinteqrasiyası və s. məsələlər öz əksini tapacaq. Bundan başqa Gültəkin Hacıyeva AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi adından Avropada demoqrafik durumun gələcəyi və miqrasiya məsələləri üzrə məruzəçi təyin olunub. Onun hazırladığı məruzədə əsas diqqət Avropanın demoqrafik problemlərinin araşdırılmasına yönələcək. Komitə həmçinin noyabrda Cenevrədə toplantı keçirməyi qərara alıb, toplantıda Gültəkin Hacıyevanın məruzəsi ətrafında dinləmələr keçiriləcək. Millət vəkilinin məhbus qadınlarla bağlı hazırlayacağı məruzə qurumun payız sessiyasında müzakirə olunacaq, demoqrafik problemlərlə bağlı məruzənin isə gələ il müzakirəyə çıxarılacağı gözlənilir.

8. #2088
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dmitri Medvedev: "Rusiyanın və Avropa Birliyinin münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşması eynidir"

[b]Dmitri Medvedev: "Rusiyanın və Avropa Birliyinin münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşması eynidir"[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün Xantı-Mansiyskdə keçirilən Rusiya-Avropa Birliyi sammitində "dondurulmuş münaqişələr"in həlli də müzakirə olunub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev toplantıdan sonra keçirilən mətbuat konfransında ölkəsinin və Avropa Birliyinin təhlükəsizlik məsələsinə və münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşmasının eyni olduğunu bildirib. Onun fikrincə, Avropada ABŞ-ın antiraket sistemlərinin yaradılması ideyası zərərlidir və regionda təhlükəsizliyi təmin etmir. Qeyd edək ki, əldə olunan razılığa əsasən Rusiya ilə Avropa Birliyi arasında yeni baza müqaviləsi imzalanacaq. Sənədlə bağlı danışıqların ilk mərhələsi iyulun 4-də Brüsseldə keçiriləcək.

9. #2089
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib

[b]Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Krameri qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsi işinə xidmət etdiyi qeyd olunub. Tərəflər Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi ilə bağlı görülən işlərə dair də fikir mübadiləsi aparıblar.

10. #2090
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Penitensiar Xidmət Qobustan həbsxanasında məhkumun intihar faktını təsdiqləyib

[b]Penitensiar Xidmət Qobustan həbsxanasında məhkumun intihar faktını təsdiqləyib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamovun iyunun 22-də özünü asaraq öldürməsi faktını təsdiqləyib. Penitensiar Xidmətini ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, fakt üzrə ərazi prokurorluğunda cinayət işi başlanmaqla yanaşı, Penitensiar Xidmət tərəfindən də xidməti təhqiqat aparılır: "Həm intiharın səbəbləri, həm də xidmət əməkdaşlarının bu və ya digər formada nöqsanı ilə bağlı araşdırmalar aparılır". Şöbədən bildirilib ki, ömürlük azadlıqdan məhrum edilən Ədalət Qulamov və onun kamera yoldaşı Çingiz Məmmədov həbsxanadan qaçmaq məqsədi ilə 1,80 metr dərinliyində, 4,5 metr uzunluğunda tunel qazıblar. Qobustan həbsxanasının rəisi Kazım Abdullayev APA-ya məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb. Onun da qeyd edək ki, bu, Qobustan həbsxanasında iyun ayında baş verən ikinci intihar hadisəsidir. İyunun 3-də həbsxanada saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlu da özünü mələfədən hazırladığı iplə asaraq intihar edib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.