Əsas məzmuna keç
Sayfa 208/461 İlkİlk ... 108158198206207208209210218258308 ... SonSon
4610 sonuçtan 2.071 ile 2.080 arası

Azərbaycan Xəbərləri

1. #2071
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb

[b]Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb[b]

Bakı. Ülkər Qasımova-APA. Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb. Layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilir. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Gənc Ədiblər Məktəbinin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir. Eyni zamanda, gənc yazıçı və publisistlərin əsərlərinin nəşri, onların yaradıcılığına aid televiziya verilişlərinin hazırlanması, gənc yazıçı, şair, tənqidçi, publisist və dramaturqlarla oxucu görüşlərinin təşkili, onların əsərlərinin müsabiqələr yolu ilə aşkara çıxarılıb mükafatlandırılması Gənc Ədiblər Məktəbinin başlıca fəaliyyət istiqamətləridir. Gənc Ədiblər Məktəbinin bir illik fəaliyyətin yekununa görə üç ən istedadlı gəncə 6 aylıq təqaüd təyin edilib. Məşğələlərdə gənc ədiblərin əsərləri müzakirə olunacaq, konkret və aktual mövzulara aid ustad dərsləri keçiriləcək, əsərlərin mətbuatda dərci təşkil ediləcək. İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları verilir.

2. #2072
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda tunel qazaraq həbsxanadan qaçmaq istəyən məhkum özünü öldürüb

[b]Azərbaycanda tunel qazaraq həbsxanadan qaçmaq istəyən məhkum özünü öldürüb[b]

Bakı. Hacı Zeynalov-APA. Azərbaycan həbsxanalarından birində intihar hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamov iyunun 22-də özünü asaraq öldürüb.

Prokurorluqdan bildirilib ki, 89-cu kamerada saxlanılan ömürlük məhkumlar Çingiz Məmmədov və Ədalət Qulamov həbsxanadan qaçmaq məqsədilə 2 metr dərinliyində, 8 metr uzunluğunda tunel qazıblar. Ancaq iyunun 21-də onların əməlinin üstü açılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb, məhkumlar dindiriləndən bir gün sonra Ə. Qulamov kamerada özünü asaraq intihar edib. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.Qeyd edək ki, bu barədə ilk olaraq "Yeni Müsavat" qəzeti məlumat yayıb.

3. #2073
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Ot Kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində daha 4 layihə müqaviləsi imzalanıb

[b]"Ot Kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində daha 4 layihə müqaviləsi imzalanıb[b]

Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi" qrant proqramı çərçivəsində 4 layihə müqaviləsi imzalanıb. APA-nın məlumatına görə, 451,289 ABŞ dolları dəyərində olan bu layihələr Ağcabədinin Taxtakörpü kəndində Laçın məcburi köçkün məktəbinin tikintisini, Zaqatalanın Faldarlı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini, Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi və İmişlinin Xalaflı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini nəzərdə tutur. Yaponiya hökuməti tərəfindən müqavilələrə imza atan bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki bildirib ki, 1991-ci ildən Yaponiya Azərbaycana iqtisadi əməkdaşlıq vasitəsilə Azərbaycana 729,437,103 milyon ABŞ dolları həcmində yardım edib. Səfir hesab edir ki, bu vəsait hesabına həyata keçirilmiş layihələr Cənubi Qafqazda stabilliyin qorunmasına öz tövhəsini verir. O bildirib ki, "Ot Kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində bu günə kimi Azərbaycanda 106 layihə həyata keçirilib, onlardan 57-si təhsil, 27-si səhiyyə sahələrinə aid olub. Səfirin sözlərinə görə, bu proqram Azərbaycanda o vaxta qədər həyata keçiriləcək ki, buna ehtiyac artıq qalmasın. Mərasimdə iştirak edən təhsil naziri Misir Mərdanov Yaponiya hökumətinə Azərbaycanın təhsil sisteminə ayırdığı diqqətə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu proqramdan əlavə Azərbaycanın təhsil işçiləri mütəmadi olaraq Yaponiyada treninqlər keçir, hazırda Tokioda keçirilən treninqlərdə iştirak etmək üçün bu ölkəyə iki mütəxəssis göndərilib. Nazir bildirib ki, QHT-lər tərəfindən reəlizə olunan bu layihələr - məktəblərin bərpa və inşa olunması - daha çox ehtiyac olan yerlərdə edilir. Səhiyyə nazirinin müavini Elsevər Ağayev Yaponiya hökumətinin Bakının bir neçə müalicə ocağına yüksək texnologiyalı tibb avadanlıqları hədiyyə etdiyini xatırladıb və bildirib ki, bu yaxınlarda təcili tibbi yardım sahəsinin inkişaf etdirilməsi üçün dəyəri 2 milyon dollar olan yeni bir layihə həyata keçiriləcək. Layihəni realizə edəcək təşkilatı müəyyən etmək üçün sentyabrda Yaponiyada xüsusi tender keçiriləcək.

4. #2074
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Lalə Şövkət: ""Azadlıq" blokunun boykot qərarı qətiləşib"

[b]Lalə Şövkət: ""Azadlıq" blokunun boykot qərarı qətiləşib"[b]

Bakı. Elnur Məmmədli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanla bağlı qətnamə qəbul etməsindən və ABŞ dövlət katibinin müavininin müxalifətçilərlə görüşündən sonra "Azadlıq" blokunun prezident seçkilərini boykot etmək barədə qərarı daha da qətiləşib.

APA-nın məlumatına görə, bu barədə Milli Birlik Hərəkatının lideri, "Azadlıq" blokunun Sədrlər Şurasının üzvü Lalə Şövkət bildirib. Onun sözlərinə görə, boykot qərarı rəsmi olaraq Məclisin iclasında qəbul ediləcək: "Bu dəfə AŞ PA-nın qətnaməsinə yeni arqument daxil edilib. Sənəddə Qarabağ problemi demokratiya üçün böyük sədd sayılır. Belə anlaşılır ki, Qarabağ problemi həll edilməyincə, Azərbaycanda demokratiya olmayacaq. Onda gərək İsraildə demokratiya olmasın, 40 ildir, Fələstinlə müharibə aparır, ərazilərində münaqişə olduğuna görə Moldova və Gürcüstandan da demokratiya istənilməsin. Azərbaycanın hakimiyyət nümayəndələrinin hər zaman səsləndirdiyi bu arqument AŞ PA-nın qətnaməsinə salınıb. Qərb öz dəyərlərinə hörmət etməlidir ki, biz də bu dəyərlərə hörmətlə yanaşaq".

5. #2075
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfir Masamitsu Oki: "Yaponiya Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini çox arzulayır"

[b]Səfir Masamitsu Oki: "Yaponiya Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini çox arzulayır"[b]

Bakı. Laçın Sultanova - APA. "Yaponiya Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini çox arzulayır". Bunu APA-ya açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki deyib. Seçkilərlə bağlı Yaponiya hökumətinin hələlik hər hansı layihəsi olmadığını söyləyən diplomat Azərbaycana dəstək məqsədilə belə bir layihənin hazırlanacağını istisna etməyib.

6. #2076
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 3-də açıqlanacaq

[b]Orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 3-də açıqlanacaq[b]

Bakı. İlhamə İsabalayeva-APA. 2008-2009-cu tədris ili üçün Azərbaycanın ali və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı iyunun 29-da keçiriləcək.

APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib ki, bu il III ixtisas qrupu üzrə 8665 plan yeri ayrılıb. III qrup üzrə sənəd verən 40552 abituriyentin 36783 nəfəri Azərbaycan, 3769 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 10714 nəfəri oğlan, 25838 nəfəri qızdır, 2343 nəfər orta məktəblərin builki, 17119 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 227 abituriyent xarici ölkənin vətəndaşıdır. Ən yaşlı abituriyent 1952-ci, ən gənc abituriyent isə 1993-cü ildə anadan olub. M. Abbaszadə bildirib ki, qəbul imtahanları Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanın keçirilməsi üçün Bakıda 57, Sumqayıtda 7, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakıda 33973, Naxçıvanda 2041, Sumqayıtda 4538 abituriyent imtahan verəcək. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2652 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 243 imtahan rəhbəri cəlb edilib. M. Abbaszadənin sözlərinə görə, iyunun 30-da abituriyentlərin imtahan nəticələri yoxlanılmağa başlanacaq. İyulun 3-də isə artıq abituriyentlərin imtahanda topladıqları ballar barədə məlumatlar TQDK-nın internet saytında yerləşdiriləcək. İyulun 25-dən avqustun 5-dək isə abituriyentlər topladıqları ballara əsasən "Abituriyent" jurnalının 3-cü sayında dərc edilmiş ali məktəb ixtisaslarını elektron ərizələrinə əlavə edə bilərlər. Orta ixtisas məktəblərinin ixtisaslarının siyahısı isə yaxın günlərdə dərc ediləcək. Abituriyentlər ərizələrində dövlət və qeyri-dövlət ali məktəblərinin eyni ixtisas qrupuna aid təhsil forması ödənişsiz və ödənişli olan 8-ə qədər ixtisas kodunu qeyd edə bilərlər. Abituriyent müsabiqədən keçərsə, ərizəsində göstərdiyi ixtisasların birincisinə yerləşdiriləcək. M. Abbaszadə bu ilki keçid ballarının ötən ildəkindən fərqlənəcəyini və yenidən formalaşacağını da nəzərə çatdırıb.

7. #2077
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsa Qəmbər: "Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək"

[b]İsa Qəmbər: "Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək"[b]

Bakı. Elnur Məmmədli - APA. "Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək". APA-nın məlumatına görə, bunu partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, Müsavat ölkədə sərbəst toplaşmaq azadlığını bərpa etmək üçün həm mitinqlər keçirməyə çalışacaq, həm də hüquqi müstəvidə səy göstərəcək. İ. Qəmbər Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət etdiklərini və bu prosesin sonuncu instansiyaya qədər davam edəcəyini söyləyib. Müxalifət partiyalarının birgə kütləvi tədbirlərinin keçirilib-keçirilməyəcəyinə gəldikdə, İ. Qəmbər bu barədə əvvəlcədən konkret fikir bildirmək istəmədiyini qeyd edib: "Yaşayarıq, görərik".

8. #2078
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsa Qəmbər: "Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm"

[b]İsa Qəmbər: "Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm". APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər "Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda bu gün keçirilən Vətəndaş Forumundakı çıxışında deyib. Prezident seçkilərində iştirak etməyin və ya etməməyin indiki mərhələdə, indiki şərtlər daxilində demokratiyanın inkişafına təsiri olmadığını bildirən İ. Qəmbər bunun mübarizənin təşkilindən, cəmiyyəti fəallaşdırmaqdan keçdiyini vurğulayıb. Müsavat başqanının fikrincə, gerçək müxalifət, gerçək QHT-lər, obyektiv qəzetlər, Azərbaycanın mənafeyini ciddi düşünən insanlar birlik modelini tapmalıdırlar: "Məncə, cəmiyyətin fəallaşdırılmasını istədiyimiz indiki mərhələdə önəmli resurslardan biri də gerçək demokratik düşərgənin bütövlüyünü təmin etməkdən keçir".

9. #2079
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri ilə görüşüblər

[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri ilə görüşüblər[b]

Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

APA-nın məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Qeyd edək ki, həmsədrlər buradan İrəvana və Xankəndinə gedəcəklər. Onlar daha sonra Moskvada bəzi görüşlər keçirəcəklər, Vyanada ATƏT-in Minsk Qrupu üzvlərinin genişləndirilmiş formatda keçiriləcək görüşünə qatılacaqlar. Həmsədrlər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hazırkı situasiya, regiona səfərin nəticələri və aparılmış danışıqlar barədə iştirakçıları məlumatlandıracaqlar.

10. #2080
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Robert Simmons: "İPAP-ın birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nətic<

[b]Robert Simmons: "İPAP-ın birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nəticələr əldə edəcək"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Əbiyev NATO ilə əməkdaşlıq məsələlərində əldə edilmiş müsbət nəticələrdən danışaraq bildirib ki, son illər bu istiqamətdə nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra edilib, NATO standartlarına uyğunlaşdırma sahəsində işlərin uğurla aparılması Avro-Atlantik alyansla əlaqələri daha da dərinləşdirib. Öz növbəsində, R. Simmons S. Əbiyevin fikirləri ilə bölüşdüyünü qeyd edib, Azərbaycanla NATO arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb. Xüsusi nümayəndə bildirib ki, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nəticələr əldə edəcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.