[b]Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib. APA-nın məlumatına görə, "Azərbaycan-Belarus. Dostluq və əməkdaşlığın 15 illiyi" adlanan nəşr Azərbaycan İqtisadçılar Birliyi tərəfindən Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanıb. Nəşrdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərdən bəhs edən məqalə, Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçin oxuculara müraciəti, hökumətlərarası və parlamentlərarası əməkdaşlığa dair məqalələr, iqtisadi əlaqələri, iki ölkənin iqtisadiyyatını, mədəniyyətini və turizm imkanlarını əks etdirən materiallar və fotoşəkillər yer alıb.
4610 sonuçtan 2.561 ile 2.570 arası

07-16-2008, 03:31 PM #2561Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Vasif Talıbov İran prezidenti ilə görüşüb
[b]Vasif Talıbov İran prezidenti ilə görüşüb[b]
Bakı. Ramil Məmmədli-APA. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Milli Məclisin Azərbaycan-İran dostluq qrupunun həmsədri Vasif Talıbov İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Mahmud Əhmədinejadla görüşüb. APA-nın məlumatına görə, iyulun 15-də keçirilən görüşdə M. Əhmədinejad bildirib ki, İran və Azərbaycan dövlətləri hər iki xalq arasında dostluq münasibətlərinin qorunmasında maraqlıdır. M. Əhmədinejad Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bütün sahələrdə əlaqələrin bütün sahələrdə bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. İran prezidenti hər iki xalqın ortaq tarixə və mədəniyyətə malik olduğunu da söyləyib. V. Talıbov isə əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının səylərini qeyd edib. Qeyd edək ki, V. Talıbov 3 günlük səfər çərçivəsində İranın xarici işlər naziri Maniçöhr Möttəki və parlamentin sədri Əli Laricani ilə də görüşüb.

07-16-2008, 03:41 PM #2562Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib

07-16-2008, 03:51 PM #2563Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sezen Aksu Bakıda solo-konsert verəcək
[b]Sezen Aksu Bakıda solo-konsert verəcək[b]
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Sezen Aksu Bakıda konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı, "Səs Organization"un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, müğənni tamaşaçıların görüşünə yeni işıq üzü görmüş "Dəniz ulduzu" albomundakı mahnılarla gələcək. Konsert proqramı bu ilin noyabrında Heydər Əliyev adına Sarayda təşkil olunacaq. Bu konsertdən əvvəl isə noybarın 9-da Heydər Əliyev adına Sarayda türk sənətçisi Sərdar Ortac "Nəfəs" adlı konsert proqramı ilə çıxış edəcək.

07-16-2008, 04:01 PM #2564Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ekspedisiya rəhbəri: "Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan bütün işləri dayandırmağa məcbur olmuşuq"
[b]Ekspedisiya rəhbəri: "Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan bütün işləri dayandırmağa məcbur olmuşuq"[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Bir daha təkrar edirəm ki, Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar məhz maliyyə vəsaitinin yoxluğundan dayandırılıb. Ürək ağrısı ilə deyirəm ki, mətbuatımızın, institutumuzun və yerli İcra Hakimiyyətinin fədakarlığı olmasaydı, bu məzarlıqdan heç əsər-əlamət qalmayacaqdı. Milli Məclisin sədri başda olmaqla, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri məzarlığı ziyarət ediblər. Amma bu tədqiqatların davam etməsi üçün tələb olunan cüzi vəsait tapılmır ki, tapılmır. Artıq məndə belə fikir yaranıb ki, kimlərsə qəsdən bu faktların üstünün açılmasına maneçilik törədirlər". Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, faciəli tariximizə diqqətsizliyin izahı olmadığını bildirib: "Qonşularımız olmayan hadisələrdən qondarma fakt düzəldirlər, biz isə başımıza gələni, gözümüzün önündə olan bu tarixi faktları ört-basdır etmək istəyirik. Quba məzarlığı tarixi, ictimai-siyasi əhəmiyyətli abidədir, bu abidənin qorunması üçün doğrudanmı bizim cüzi vəsaitimiz yoxdur? Biz işləri yekunlaşdırmağa hazırlaşırdıq, muzey yaratmaq istəyirdik, amma indi bütün işləri dayandırmağa məcbur olmuşuq".

07-16-2008, 04:11 PM #2565Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub
[b]Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub[b]
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub. Bu barədə APA-ya açıqlamasında şurasının üzvü Əliməmməd Nuriyev bildirib. Şura üzvü artıq layihələrin təqdim olunması prosesinin başa çatdığını deyib. Onun sözlərinə görə, 15 istiqamət üzrə elan olunan müsabiqəyə daha çox insan hüquq və azadlıqlarının qorunması, seçki vərdişlərinin inkişaf etdirilməsi, vətənpərvərlik ideyalarının təbliği, əsir və girov düşmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı layihələr təqdim olunub. Hazırda layihələrin ekspertizadan keçirildiyini deyən Ə. Nuriyev avqustdan gec olmayaraq müsabiqədə qalib gələn layihələrə maliyyənin ayrılacağını söyləyib. Şura üzvü hər bir layihə üzrə ayrılacaq məbləğin 20 min manatdan artıq olmayacağını bildirib. Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1,5 milyon manat vəsait ayrılıb.

07-16-2008, 04:21 PM #2566Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İranda azərbaycanlıların hüquqlarının uğrunda hərəkatın fəallarından biri azadlığa buraxılıb
[b]İranda azərbaycanlıların hüquqlarının uğrunda hərəkatın fəallarından biri azadlığa buraxılıb[b]
Bakı. Ramil Məmmədli - APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Urmiya sakini Vəhid Bahaduri azad edilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, pantürkist fəaliyyətdə, islam rejimi əleyhinə təbliğatda ittiham olunan 23 yaşlı azərbaycanlı iyulun 15-də sərbəst buraxılıb. Qeyd edək ki, V. Bahaduri 2008-ci il martın 10-da Urmiyada saxlanılıb və 7 ay müddətinə həbs cəzasına məhkum edilib.

07-16-2008, 04:31 PM #2567Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Viktor Yuşşenko 25 azərbaycanlıya Ukrayna vətəndaşlığı vermək barədə sərəncam imzalayıb
[b]Viktor Yuşşenko 25 azərbaycanlıya Ukrayna vətəndaşlığı vermək barədə sərəncam imzalayıb[b]
Bakı. Turan Hüseynova-APA. Ukrayna prezidenti Viktor Yuşşenko 278 nəfərə vətəndaşlıq verilməsi barədə sərəncam imzalayıb. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamla vətəndaşlıq verilən şəxslər 36 millətin nümayəndələridir.
Onların 9 faizini azərbaycanlılar (25 nəfər), 31 faizini ruslar, 20 faizini ermənilər, 7 faizini moldovanlar təşkil edib. Vətəndaşlıq alanların 13 faizi bu ölkəyə Azərbaycandan gəliblər. Qeyd edək ki, bu il Ukrayna prezidentinin sərəncamı ilə ümumilikdə 1,589 nəfərə vətəndaşlıq verilib. Onların 9 faizi azərbaycanlı, 32 faizi rus, 16 faizi ermənidir.

07-16-2008, 05:11 PM #2568Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı gələn həftə Bakıda keçiriləcək
[b]Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı gələn həftə Bakıda keçiriləcək[b]
Bakı. Ramil Məmmədli-APA. Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı iyulun 23-24-də Bakıda keçiriləcək.
Bu barədə APA-ya Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov məlumat verib. Onun sözlərinə görə, işçi qrupunun toplantısında iştirak etmək üçün İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttar da Bakıya gələcək. Onun səfər çərçivəsində bir sıra rəsmi görüşləri nəzərdə tutulur.

07-16-2008, 05:21 PM #2569Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Səfir Abbasəli Həsənov: "İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq"
[b]Səfir Abbasəli Həsənov: "İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq"[b]
Bakı. Ramil Məmmədli-APA. "İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq". Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, komissiyaya təqdim olunacaq layihələrin sayının artırılması istiqamətində müvafiq işlər aparılır. Toplantının vaxtı isə müzakirəyə çıxarılacaq sənədlər tam hazır olduqdan sonra müəyyənləşdiriləcək. Hər bir halda komissiyanın toplantısı yaxın bir neçə ay ərzində keçiriləcək. Qeyd edək ki, Azərbaycan-İran dövlətlərarası müştərək komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir.

07-16-2008, 05:31 PM #2570Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Səfər Əbiyev Çin Müdafiə Nazirliyinin rəsmisini qəbul edib
[b]Səfər Əbiyev Çin Müdafiə Nazirliyinin rəsmisini qəbul edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Çin Xalq Respublikası Müdafiə Nazirliyinin xarici əlaqələr dəftərxanası rəisinin müavini, general-mayor Din Tszinqunu qəbul edib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı ölkələrarası münasibətlərin inkişaf səviyyəsi və hərbi əməkdaşlıq sahəsində əldə edilmiş müsbət təcrübə barədə ətraflı fikir mübadiləsi aparılıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri