Əsas məzmuna keç
Sayfa 182/461 İlkİlk ... 82132172180181182183184192232282 ... SonSon
4610 sonuçtan 1.811 ile 1.820 arası

Azərbaycan Xəbərləri

1. #1811
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib

[b]Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib[b]

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gecə Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 15 yaşlı Fəridə Hüseynova yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən özünü yerə ataraq intihar edib. Ağır yaralanan Fəridə Hüseynova dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

2. #1812
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür

[b]Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür[b]

Bakı. Elnur Məmmədli-APA. Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür. APA-nın məlumatına görə, 15 iyun tarixi Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi gündür.

16 il əvvəl Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə iyunun 4-də Gəncədə qiyam qaldırdıqdan və Milli Məclisin sədri İsa Qəmbərin, baş nazir Pənah Hüseynin istefasını tələb etdikdən sonra ölkədə anarxiya yaranıb. Polkovnik Surət Hüseynovun hərbi hissəsi Gəncədə nəzarəti tam ələ keçirdikdən sonra paytaxta doğru üz tutub. Vəziyyətdən çıxmaq üçün o zamankı AXC-Müsavat iqtidarı Heydər Əliyevi Bakıya dəvət etməli olub. Bu çağırışa cavab olaraq Heydər Əliyev iyunun 9-da Bakıya qayıdıb və Surət Hüseynovla danışıqlar aparmaq üçün dərhal Gəncəyə yola düşüb. İyunun 15-də isə o, parlamentin sədri seçilib. Xalq səsverməsi ilə prezident Əbülfəz Elçibəyə etimadsızlıq göstərildikdən sonra Heydər Əliyev ölkə prezidenti seçilib. Qısa müddətdə Heydər Əliyev qiyamı yatırıb, Ermənistanla atəşkəs müqaviləsi imzalamağa nail olub. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur.

3. #1813
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Binəqədidə ölümlə nəticələnən yol qəzası baş verib

[b]Binəqədidə ölümlə nəticələnən yol qəzası baş verib[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı sakini Razim Hadıyevin idarə etdiyi "Kamaz" markalı maşın Adil Xələfovun idarə etdiyi "VAZ -2106" markalı avtomobillə toqquşub. Nəticədə Adil Xələfov hadisə yerindəcə ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

4. #1814
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi bu gün Azərbaycana gələcək

[b]ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi bu gün Azərbaycana gələcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. Sabah ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Yeva Biaudet Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, tanışlıq xarakteri daşıyan səfər iyunun 20-dək davam edəcək. Yeva Biaudet Azərbaycanda traffikinqə qarşı mübarizənin təşkili ilə tanış olacaq və ATƏT-in Bakı Ofisinin tədbirlərində iştirak edəcək. ATƏT təmsilçisinin Azərbaycanın rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.

5. #1815
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Surqutda azərbaycanlı qadının südəmər körpəsi naməlum şəxslər tərəfindən oğurlanıb

[b]Surqutda azərbaycanlı qadının südəmər körpəsi naməlum şəxslər tərəfindən oğurlanıb[b]

Bakı. Tamara Qriqoryeva-APA. Surqutda yaşayan Azərbaycan vətəndaşı olan bir qadının südəmər körpəsi naməlum şəxslər tərəfindən oğurlanıb. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, şənbə günü adı açıqlanmayan Azərbaycan vətəndaşı daxili işlər orqanlarına ərizə ilə müraciət edərək naməlum şəxslərin onun qırx günlük körpəsini uşaq arabasından götürərək qaçırıblar. Hazırda körpəni oğurlayanların tapılması üçün xüsusi əməliyyat keçirilir.

6. #1816
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb

[b]Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb[b]

Tokio-APA. Yaponiyanın Honsyü adasının şimalında baş verən 7,2 bal gücündə zəlzələdə ölənlərin sayı altı nəfərə çatıb. APA-nın məlumatına görə, zəlzələ nəticəsində 140 nəfər yaralanıb, 11 nəfər isə itkin düşüb. Yeraltı təkanlar palçıq selinə səbəb olub, palçıq kütləsi yolları tamamilə yararsız vəziyyətə salıb. Yüzlərlə Yaponiya vətəndaşının ətraf aləmlə əlaqəsi kəsilib, yolların bərbad vəziyyətə düşməsi xilasetmə işlərini çətinləşdirir. Baş nazir Yasuo Fukuda zəlzələdən zərərçəkənlərə yardım göstərilməsi və Toxoku rayonunun infrastrukturunun qısa müddətdə bərpa olunması üçün xüsusi sərəncam verib.

7. #1817
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək

[b]Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək[b]

Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyinin piketə icazə verməməsinə baxmayaraq, Müsavat bu piketi keçirməkdə israrlıdır. O, partiya Divanının sabah keçiriləcək iclasında məsələnin bir daha müzakirə olunacağını qeyd edib. Aksiyanın saat 12.00-da başlaması nəzərdə tutulub. Piketdə BŞİH-nin sərbəst toplaşmaq azadlığına əməl etməməsi pislənəcək. G. Aslanlı bildirib ki, partiya mayın 4-nə və 18-nə mitinq təyin etsə də, şəhər rəhbərliyi həmin aksiyaların partiya tərəfindən müəyyənləşdirilmiş yerdə keçirilməsinə icazə verməyib və tədbirin Bibiheybətdə yerləşən stadionda keçirilməsini tövsiyə edib.

8. #1818
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İrlandiya vətəndaşları Avropa İttifaqına yeni üzvlərin qəbulunu əngəlləyiblər

[b]İrlandiya vətəndaşları Avropa İttifaqına yeni üzvlərin qəbulunu əngəlləyiblər[b]

Bakı. Tamara Qriqoryeva-APA. İrlandiya vətəndaşlarının əksəriyyəti referendumda Avropanı siyasi böhran həddinə çatdırmış "Lissabon müqaviləsi"nin əleyhinə səs veriblər. APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Hans-Qert Potterinq məlumat verib. Onun sözlərinə görə, müqavilə qüvvəyə minməyənə kimi Avropa İttifaqına heç bir yeni üzvə qəbul oluna bilməz. O, yalnız Xorvatiyanın istisna olaraq Avropa İttifaqına üzv qəbul olunmasına icazə verilməsinin mümkünlüyünü vurğulayıb.

9. #1819
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İran Dövlət Enerji Şirkətinin rəhbərliyi bütün subay işçiləri evlənməyəcəkləri təqdirdə işdən qovmaqla hədələyib

[b]İran Dövlət Enerji Şirkətinin rəhbərliyi bütün subay işçiləri evlənməyəcəkləri təqdirdə işdən qovmaqla hədələyib[b]

Bakı. Tamara Qriqoryeva-APA. İran Dövlət Enerji Şirkətinin rəhbərliyi bu qurumda çalışan subay işçiləri evlənməyəcəkləri təqdirdə işdən azad etməklə hədələyib. APA-nın BBC-yə istinadən yaydığı məlumata görə, təcili olaraq evlənmək üçün şirkət əməkdaşlarına üç ay vaxt verilib. Ailə qurmaq üçün ayrılan vaxt sentyabrın 21-də başa çatır. Pars Special Economic Energy Zone şirkətində Fars Körfəzi ölkələrindən minlərlə şəxs işləyir. Onların çoxu subaydır. Şirkət bu qərarı ilə gəncləri əxlaqsız qadınlarla münasibət qurmaqdan çəkindirməyi düşünür.

10. #1820
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qulamhüseyn Əlibəyli: "Müxalifət üçün seçkidə iştirakın və boykotun eyni dərəcədə perspektivi yoxdur"

[b]Qulamhüseyn Əlibəyli: "Müxalifət üçün seçkidə iştirakın və boykotun eyni dərəcədə perspektivi yoxdur"[b]

Bakı. Elnur Məmmədli-APA. "Müxalifətin prezident seçkilərini həm boykot etməsinin, həm də bu seçkilərdə iştirakının perspektivi yoxdur. Üçüncü bir yol olmadığından bu iki pis variantın içərisindən az da olsa yaxşısı seçilməlidir". Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, blokda seçkilərdə iştiraka tərəfdar olanlar da var. Buna baxmayaraq, o, əksəriyyətin boykot tərəfdarı olduğunu deyib və nəticənin də blokun qərarından asılı olacağını qeyd edib. Q. Əlibəyli bildirib ki, gələn ay blokun Məclisinin toplantısının keçiriləcək və seçkilərin boykot edilməsi ilə bağlı blokun siyasi qərarı müzakirə ediləcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.