Əsas məzmuna keç
Sayfa 180/461 İlkİlk ... 80130170178179180181182190230280 ... SonSon
4610 sonuçtan 1.791 ile 1.800 arası

Azərbaycan Xəbərləri

1. #1791
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın qərb rayonlarında dolu və sel kənd təsərrüfatına ciddi ziyan vurub

[b]Azərbaycanın qərb rayonlarında dolu və sel kənd təsərrüfatına ciddi ziyan vurub[b]

Tovuz-Gədəbəy. Nəzakət Ağayeva -APA. Azərbaycanın qərb rayonlarına yağan dolu və güclü yağış əsasən Gədəbəy və Tovuz rayonlarında kənd təsərrüfatına xüsusilə ciddi ziyan vurub.

APA-nın Qərb bürosunun məlumatına görə, rayonların elektrik təsərrüfatına dəymiş ziyanın bir qismi artıq aradan qaldırılıb. Eyni zamanda yolların təmizlənməsinə də başlanılıb. Dolu və sel nəticəsində Tovuzun Böyük Qışlaq, Çataq, Çeşməli, Qaradaş, Həsənli və Əhmədabad kəndlərində 800 hektar kartof, 2000 hektar isə biçənək məhv olub. Kartof sahələrində təxminən 50 faiz itki olacağı gözlənilir. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Niftalı Qasımov bildirib ki, adıçəkilən kəndlərdə sel 4 körpünü yuyub, şəxsi təsərrüfatlara məxsus 20 baş iri, 100 baş xırdabuynuzlu heyvan tələf olub. Gədəbəy rayon İcra Hakimiyyətinin müavini Qüdrət Paşayev bildirib ki, dolunun kommunal təsərrüfata vurduğu ziyanı aradan qaldırmaq üçün hökumət tərəfindən yardıma ehtiyac var. İlkin hesablamalara görə, Gədəbəy rayonunda 15 min ədəd dam örtüyünə ehtiyac duyulur. Bu rayon da kartof təsərrüfatının 50 faizi tamamilə məhv olub.

2. #1792
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Yunanıstan Həftəsi keçirilir

[b]Bakıda Yunanıstan Həftəsi keçirilir[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan paytaxtının "Park Hyatt Baku" otelində Yunanıstan Həftəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, həftənin açılışına həsr olunmuş tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin istənilən səviyyədə inkişaf etmədiyini və mövcud imkanlara cavab vermədiyini deyib. O bildirib ki, həftənin keçirilməsində məqsəd Yunanıstanın iqtisadi imkanları barədə məlumat verməkdir: "Yunanıstan qədim ölkə olmaqla yanaşı, eyni zamanda müasir iqtisadi potensiala malik bir dövlətdir. Üç qitə arasında yerləşən Yunanıstan bu qitələr arasında körpünün qurulmasında əlverişli rola malikdir". Səfir bir həftə ərzində yunan mətbəxi, yunan musiqisi və yunan zövqü ilə tanış olmaq üçün yaxşı imkan yarandığını söyləyib.Tədbirdə iştirak edən qonaqlara Yunanıstanın Saloniki şəhərinin "Hyatt Regency" otelinin baş aşpazı İoanis Şasiotisin Yunanıstandan gətirilmiş ərzaq məhsullarından hazırladığı yunan mətbəxi nümunələrindən dadmaq imkanı verildi. Qonaqlar arasında lotereya da oynanıldı. Qalib gələnlər həftənin təşkilatçıları olan şirkətlərdən hədiyyələr qazandılar və Yunanıstana səfər etmək imkanı əldə etdilər.

3. #1793
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ramil Usubov Lənkəranda yerli sakinləri qəbul edib

[b]Ramil Usubov Lənkəranda yerli sakinləri qəbul edib[b]

Lənkəran. Ağaddin Babayev - APA. Bu gün Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Lənkəranda olub. APA-nın cənub bürosunun məlumatına görə, nazir şəhər polis şöbəsinin binasında cənub bölgəsinin bir qrup sakinini qəbul edərək onların şikayətlərini dinləyib. Daxili işlər naziri həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla da görüşüb. Qeyd edək ki, Lənkərandan sonra Ramil Usubov günün ikinci yarısında Biləsuvarda yerli sakinləri qəbul edəcək.

4. #1794
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qusarda və Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

[b]Qusarda və Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib[b]

Bakı - APA. İyunun 13-də saat 18.00 radələrində Qusar rayonunun Quxuroba kəndində Gündüzqala kənd sakini İsmayıl İsmayılov "VAZ-2106" markalı avtomaşını idarə edərkən kənd sakini Gülnar Davudovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən G. Davudova orada ölüb. Qusar Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır. Dünən paytaxtın Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Ə. Rəcəbli küçəsində Qəbələ rayon sakini Yaşar Ağayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu dirəyə çırpıb və hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

5. #1795
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ədalət Şükürov və Röyanın Yaşıl Teatrdakı konsertlərinin vaxtı dəyişdirilib

[b]Ədalət Şükürov və Röyanın Yaşıl Teatrdakı konsertlərinin vaxtı dəyişdirilib[b]

Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Ədalət Şükürovun Yaşıl Teatrda keçirəcəyi konsertin vaxtı dəyişdirilib. Konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, "Yada sal sevgilim" adlı konsert proqramı iyunun 30-na nəzərdə tutulsa da, konsert iyunun 27-nə keçirilib. "Sevgililər Günü" münasibətilə keçiriləcək konsert üç saata yaxın davam edəcək. Bu müddət ərzində Ə. Şükürov xüsusi olaraq bu konsert üçün hazırladığı yeni mahnılarını tamaşaçılara təqdim edəcək. N.Emiloğlunun təşkilatçılığı ilə iyulun 4, 5 və 6-da Yaşıl Teatrda keçirilməsi nəzərdə tutulan Röyanın konsertinin də vaxtında dəyişiklik olub. Belə ki, Röyanın "Deməyəcəm" adlı konserti iyulun 5-i, 6-sı və 7-də baş tutacaq. Bu konsertdə Röya bir sıra yeni mahnılarla tamaşaçıların qarşısında çıxış edəcək. Hər iki konsertin biletlərinin qiyməti 20-100 manat arasındadır. Qeyd edək ki, hər iki konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

6. #1796
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Aksiyaların keçirilməsi üçün yerlərin sayı artırıla bilər"

[b]Əli Həsənov: "Aksiyaların keçirilməsi üçün yerlərin sayı artırıla bilər"[b]

O bildirib ki, aksiyaların keçirilməsi ilə bağlı yerlərin verilməsi icra hakimiyyətlərinin ixtiyarında olan məsələdir. "İcra hakimiyyəti o yerdəki toplantı, aksiya və ya mitinq keçirmək imkanlarını görür və bunun başqa proseslərə mane olmayacağı qənaətinə gəlir, əlbəttə bu yerlərin sayı çoxaldıla bilər. Lakin bu gün üçün imkanlar təklif olunub. Seçki prosesi zamanı seçicilərlə görüş üçün bütün yerlərdə və rayonlarda hamı üçün bərabər təkliflər və şərait yaradılacaq. Müxalifət üçün təklif olunan yerlərdə biz də tədbirlərimizi keçirəcəyik".

7. #1797
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bahar Muradova: "Qoran Lenmarkerin vəzifədən getməsi onun Dağlıq Qarabağ üzrə məruzəçilikdən də getməsi demək deyil"

[b]Bahar Muradova: "Qoran Lenmarkerin vəzifədən getməsi onun Dağlıq Qarabağ üzrə məruzəçilikdən də getməsi demək deyil"[b]

Bakı. Elnur Məmmədli - APA. "ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin səlahiyyət müddəti başa çatır və qurumun gələn ay keçirilən sessiyasında yeni sədrin seçilməsi məsələsinə baxılacaq. Bu vəzifəyə kimin namizəd olacağı hələ bəlli deyil". APA-nın məlumatına görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti irəli sürüləcək namizədlər arasından seçim edərək müvafiq şəxsi dəstəkləyəcək. ATƏT PA-nın prezidentliyinə azərbaycanlı üzvlərdən birinin namizədliyinin irəli sürülmə ehtimalına toxunan B. Muradova hər ölkənin namizəd irəli sürmək hüququ olduğunu söyləyib: "Amma namizəd irəli sürülərkən gərək həmin şəxsin mövqeyi, onun ölkəsinə münasibət və mövcud reallıqlar nəzərə alınsın. Çünki orada müəyyən tələblər var və namizəd bu kriteriyalara cavab verməlidir. Tarixə nəzər saldıqda görürük ki, bu vaxta qədər ATƏT rəhbərliyində münaqişəli ölkələrin nümayəndələri təmsil olunmayıblar. Ona görə də düşünürəm ki, bu amilləri nəzərə almadan namizəd irəli sürmək uğursuzluqla nəticələnə bilər". Q. Lenmarkerin prezident kimi səlahiyyətinin başa çatmasının onun Dağlıq Qarabağ üzrə məruzəçiliyinə təsir göstərib-göstərməyəcəyinə gəldikdə, B. Muradova bunun bir-biri ilə əlaqəsi olmadığını vurğulayıb: "Məruzəçiliklə bağlı hələlik problem yoxdur. Lenmarkerin sədrlikdən getməsi məruzəçilikdən getməsi demək deyil. O, məruzəçilikdə qala da bilər və bu məsələ hələ müzakirə mövzusu deyil".

8. #1798
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident Aparatının şöbə müdiri: "Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm"

[b]Prezident Aparatının şöbə müdiri: "Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm"[b]

Bakı. Elnur Məmmədli - APA. "Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm. Bunu insanların şəxsi fikri sayıram, çünki bu fikirlər Azərbaycanın mövcud reallıqlarına uyğun deyil". APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, seçkilərin boykot edilməsi hamının fikri deyil: "Mən düşünmürəm ki, seçkiləri bu gün boykot etmək mümkündür. Əgər hər hansı şəxs, partiya seçkilərdə iştirak etməsə belə, bu seçkilərin boykot edilməsi demək deyil. Seçkiləri boykotunu yalnız seçicilər seçkilərə qatılmamaq yolu ilə edə bilərlər. Bu da real deyil. Çünki seçkiyə kifayət qədər seçici qatılacaq".

9. #1799
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan mətbuatına dəstək konsepsiyası prezidentə təqdim olunacaq

[b]Azərbaycan mətbuatına dəstək konsepsiyası prezidentə təqdim olunacaq[b]

Bakı. Elnur Məmmədli - APA. Yaxın günlərdə Azərbaycan mətbuatına dəstək konsepsiyası prezidentə təqdim olunacaq. APA-nın məlumatına görə, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konsepsiyanın tam hazırlandığını və hökuməti qane etdiyini deyib: "Düşünürəm ki, bu konsepsiya qəbul ediləcək. Sənədin hazırlanmasında təkcə hakimiyyət strukturları yox, mətbuat ictimaiyyəti də iştirak edib. Kifayət qədər yetkin bir konsepsiya hazırlanıb. Amma məsələ tək konsepsiya deyil, konsepsiyadan sonra hazırlanacaq proqramlar və fəaliyyət planların da olacaq".

10. #1800
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır"

[b]Əli Həsənov: "Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır"[b]

Bakı. Elnur Məmmədli - APA. "Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır". APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, təmirsiz, kommunal şəraiti pis olan binaların təmir edilməsinə yalnız sevinmək lazımdır. Ə. Həsənov bildirib ki, təmir başa çatdıqdan sonra yenidən o partiyalara həmin yerlərdə fəaliyyət göstərməsi üçün şəraiti yaradıla bilər. Prezident seçkiləri ərəfəsində qərargahsız partiyaların fəaliyyət göstərməsinin yolları ilə bağlı suala cavabında isə PA təmsilçisi bildirib ki, bunun üçün respublikanın imkanları çox genişdir: "O partiyaların özləri də yəqin yerlər tapacaqlar".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.