[b]Azərbaycan prezidenti Pakistan parlamentinin sədrini qəbul edib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan parlamentinin sədri Muhammad Mian Soonronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin uğurla inkişaf etdiyi, siyasi əlaqələrin yaxşı səviyyədə olduğu, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu qeyd edilib.
4610 sonuçtan 1.911 ile 1.920 arası

06-19-2008, 07:19 PM #1911Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Aqil Xəlil yenə aeroportdan geri qaytarılıb
İyunun 18-də Fransaya getmək istəyən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Heydər Əliyev Beynəlxalq Hava Limanından geri qaytarılıb. Bu barədə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, A. Xəlil Fransanın Azərbaycandakı səfirliyinin verdiyi viza əsasında getmək istəyib. A. Əhmədov A. Xəlilin zərərçəkmiş şəxs olduğunu xatırladıb, onun istədiyi vaxt Azərbaycandan çıxa biləcəyini söyləyib: “Ancaq hava limanında bizə bildirdilər ki, məhkəmə başa çatmadığından Aqil Xəlil Azərbaycandan çıxa bilməz”.
menbe: APAŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

06-19-2008, 07:21 PM #1912Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Pakistan parlamentinin sədrini qəbul edib

06-19-2008, 07:31 PM #1913Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ümumdünya Rus Xalq Yığıncağı azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsini təklif edib
[b]Ümumdünya Rus Xalq Yığıncağı azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsini təklif edib[b]
Bakı. Laçın Sultanova-APA. Ümumdünya Rus Xalq Yığıncağının nümayəndələri Moskva və ya Sankt-Peterburqda küçələrdən birinə Azərbaycan sərkərdəsi Hüseyn xan Naxçıvanskinin adının verilməsini təklif ediblər. APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, qurumun Yekaterinburq şöbəsinin həmsədri Sergey Pisarev Hüseyn xan Naxçıvanskinin istedadlı və çar II Nikolaya sadiq sərkərdə olduğunu deyib. Çar taxtından imtina edəndən sonra o, müvəqqəti hökumətə xidmətdən imtina edib və 1919-cu ildə bolşeviklər tərəfindən Petropavlovsk qalasında güllələnib: "Belə sədaqətlilik faktı ictimaiyyətə məlum olmalıdır, niyə Moskva və yaxud Sankt-Peterburqun küçələrindən birinə Hüseyn xan Naxçıvanskinin adı verilməsin?"

06-19-2008, 07:41 PM #1914Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Müğənni Nuranın maşınını oğurlayan şəxsə hökm oxunub
[b]Müğənni Nuranın maşınını oğurlayan şəxsə hökm oxunub[b]
Bakı. Ülkər Qasımova - APA. Binəqədi rayon Məhkəməsində müğənni Nuranın (Aynurə Suri) maşınını oğurlanmaqda təqsirli bilinən şəxsə hökm oxunub.
Nuranın APA-ya verdiyi məlumata görə, maşını oğurlamaqda günahlandırılan Adil Abdullayevə 1 il 6 ay şərti cəza verilib. Qeyd edək ki, A. Abdullayev bu ilin martın 8-də müğənnin yaşadığı evin qarşısından N. Suriyə məxsus "Lexus" markalı, 10 UL 999 dövlət nömrə nişanlı avtomobili oğurlamaqda təqsirli bilinir. Maşın sonradan sahibinə qaytarılıb.

06-19-2008, 07:51 PM #1915Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ombudsmanların VI Beynəlxalq konfransının iştirakçıları yeniyetmə və qadın məhkumların cəzaçəkmə müəssisələrinə baş çəkiblər
[b]Ombudsmanların VI Beynəlxalq konfransının iştirakçıları yeniyetmə və qadın məhkumların cəzaçəkmə müəssisələrinə baş çəkiblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan paytaxtında keçirilən Ombudsmanların VI Beynəlxalq Konfransının iştirakçıları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə və qadın məhkumların cəza çəkdikləri 4 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ombudsman Aparatının məsul əməkdaşının müşayiəti ilə konfrans iştirakçıları cəzaçəkmə müəssisələrinin məişət obyektlərinə, yataqxanalara, yeməkxanaya, tibb hissəsinə, kitabxanaya, tədris ocaqlarına, habelə məhkum qadınların çalışdıqları xalçaçılıq sexinə baş çəkib, yeniyetmə və qadın məhkumların əl işləri ilə də tanış olublar. Tədbirin sonunda qadın məhkumların əl işləri - Qız qalasının əks etdirildiyi xalçalar qonaqlara hədiyyə edilib.

06-19-2008, 08:01 PM #1916Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavinini qəbul edib
[b]Azərbaycan prezidenti İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavinini qəbul edib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Tahir əl-Masri İordaniya Haşimilər Krallığının ölkələrimiz arasında əlaqələrə böyük önəm verdiyini qeyd edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Öz növbəsində, prezident İ. Əliyev Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

06-19-2008, 08:11 PM #1917Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti qaz təsərrüfatı işçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti qaz təsərrüfatı işçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev qaz təsərrüfatının inkişafındakı xidmətlərinə görə Əhməd Pənahova "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezidentin digər sərəncamı ilə bir qrup qaz təsərrüfatı işçisi "Tərəqqi" medalı ilə təltif edilib.

06-19-2008, 11:21 PM #1918Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gürcüstan prezidenti özünə azərbaycanlı müşavir təyin edib
[b]Gürcüstan prezidenti özünə azərbaycanlı müşavir təyin edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Mübariz Qarayev Gürcüstan prezidentinin müşaviri təyin olunub. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayevanın APA-ya verdiyi məlumata görə, M. Qarayevin müşavir təyin olunması barədə sərəncamı prezident Mixail Saakaşvili bu gün imzalayıb.
Qeyd edək ki, M. Qarayev ixtisasca hüquqşünasdır. O, Gürcüstanda qeyri-hökumət təşkilatları sektorunun fəal nümayəndələrindən olub və Gürcüstandakı Azərbaycan İcmasının İnkişaf Mərkəzinin sədri olub. M. Qarayev Gürcüstandakı torpaq islahatları ilə bağlı yerli əhali arasında maarifləndirmə işinin aparılması prosesində iştirak edib.

06-20-2008, 10:31 AM #1919Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan jurnalistlərinin V qurultayı başlayıb
[b]Azərbaycan jurnalistlərinin V qurultayı başlayıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Bakıda Azərbaycan jurnalistlərinin V qurultayı keçirilir. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb.
Daha sonra qurultayda Əflatun Amaşov, Elçin Şıxlı, Bəxtiyar Sadıqov, Rəşad Məcid və Vaqif Səfərlidən ibarət sədarət seçilib. Həmçinin, 5 nəfərdən ibarət say komissiyası müəyyənləşdirilib. Komissiyanın üzvləri Akif Cabbarlı, İlham Ələsgərov, Tahir Rüstəmov, İsmayıl Hacıyev və Rəfiqə Hüseynovadır. Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov prezident İlham Əliyevin salam və təbrikini jurnalistlərə çatdırıb. Qurultay davam edir.

06-20-2008, 10:51 AM #1920Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Əli Həsənov: "Üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir"
[b]Əli Həsənov: "Üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Jurnalistlər hüquqi dövlət və bazar iqtisadiyyatı şəraitində işləməyi bacarmalı və getdikcə peşəkarlaşmalıdır". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Jurnalistlərin həbsinə münasibət bildirən Ə. Həsənov bu faktın Azərbaycan mediasına nə müsbət, nə də mənfi təsir göstərdiyini söyləyib: "Amma təəssüf ki, üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə çox mənfi təsir göstərir. Bütün beynəlxalq təşkilatlar bunu Azərbaycanda söz və mətbuat azadlığının problemi kimi təqdim edirlər. Ümid edirik ki, bundan sonra belə hallar təkrarlanmayacaq. Həbsdə olanların qapısının açıq olmasını arzulamalıyıq".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri