Əsas məzmuna keç
Sayfa 181/461 İlkİlk ... 81131171179180181182183191231281 ... SonSon
4610 sonuçtan 1.801 ile 1.810 arası

Azərbaycan Xəbərləri

1. #1801
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq

[b]Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq[b]

Bakı. Hacı Zeyanlov - APA. Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, iyunun 15-də Milli Parkda keçiriləcək bayram tədbirində iştirak edən Bakı sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisinin əməkdaşları Neftçilər prospektində maşınların hərəkətini müşahidə edəcəklər. V. Əsədov həmin gün Neftçilər prospekti ilə hərəkət edən sürücüləri diqqətli olmalarını məsləhət görüb.Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı Milli Parkda konsert və atəşfəşanlıq olacaq.

2. #1802
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanla Ukrayna və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək

[b]Azərbaycanla Ukrayna və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Ukrayna arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vinniça şəhərində Avia-Kosmik Tibb Mərkəzi ilə tanışlıq məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 16-19 iyunda Ukraynada səfərdə olacaqlar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq 16 iyun-11 iyul tarixində İstanbulda "76-62 mm Otomerlera topuna texniki xidmət", 16-27 iyunda isə "Mərmilər və döyüş sursatları üzrə" kurslar keçiriləcək. Bundan başqa, həmin plana uyğun olaraq 18-20 iyunda Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq prosesi çərçivəsində yardımçı işçi qruplarının iclasları keçiriləcək.

3. #1803
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yeni Azərbaycan Partiyası Milli Qurtuluş Günü ilə bağlı konfrans keçirib

[b]Yeni Azərbaycan Partiyası Milli Qurtuluş Günü ilə bağlı konfrans keçirib[b]

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Heydər Əliyev 1993-cü ildə Bakıya qayıdaraq Azərbaycanın inkişafı üçün etibarlı bünövrə qurub. O, Milli Qurtuluş Gününün sabitlik, sürətli iqtisadi inkişaf və xalqın sosial rifahının yaxşılaşması üçün əsas yaratdığını vurğulayıb: "Ən əsası, Heydər Əliyev Azərbaycanı demaqoq hakimiyyətdən xilas etdi. Ona görə də builki prezident seçkilərində xalq Heydər Əliyev yolunu inamla davam etdirən İlham Əliyevə səs verəcək və bununla da sürətli inkişaf yoluna "hə" demiş olacaq". Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 15 il əvvəl Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu söyləyib: "O zaman hər bir vətəndaş ölkənin gələcəyinin necə olacağını düşünürdü. Xalq çıxış yolunu yalnız Heydər Əliyevdə görürdü". Millət vəkili Fəttah Heydərov da deyib ki, bugünkü inkişafa görə Azərbaycan xalqı H. Əliyevə minnətdar olmalıdır. Millət vəkili Nizami Xudiyev 1993-cü ildə yeni yaranmış Azərbaycan dövlətinin bacarıqsız rəhbərlik üzündən dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib. O, Bakı küçələrinin birinə "15 İyun" və ya "Qurtuluş" adı verilməsi təklifini irəli sürüb. Konfransda millət vəkili Bəxtiyar Əliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavin Aynur Sofiyeva da mövzu ətrafında çıxış ediblər.

4. #1804
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Salyanda baş verən qol qəzasında bir nəfər ölüb

[b]Salyanda baş verən qol qəzasında bir nəfər ölüb[b]

Salyan. Əlibəy Zeynalov - APA. İyunun 13-də Salyan rayonu ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Mirzağa Qafarovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Lerik rayonunun Əbilə kənd sakini Arzuman Aslanov KAMAZ markalı, 90-JF-397 dövlət nömrə nişanlı avtomobili idarə edərkən maşının təkəri çıxıb və yoldan keçən Salyan rayonunun Qalalı kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar Rzayevə dəyib. Ağır xəsarət alan V. Rzayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 1973-cü il təvəllüdlü Salyan rayon sakini Fəqan Əliyev isə Neftçala rayon sakini Fikrət Abdullayevə məxsus VAZ 2107 markalı, 90-BE-659 dövlət nömrə nişanlı avtomaşını qaçıraraq "Büllur" şadlıq sarayının yanında Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Asim Səlimovu vurub. A. Səlimov hadisə nəticəsində xəsarət alıb. Hər iki faktla bağlı Salyan Polis Şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır.

5. #1805
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çingiz Aytmatov dəfn edilib

[b]Çingiz Aytmatov dəfn edilib[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün müasir dünya ədəbiyyatının klassiki, böyük qırğız yazıçısı Çingiz Aytmatov son mənzilə yola salınıb. APA-nın Qırğızıstan saytlarına istinadən verdiyi məlumata görə, Bişkekdəki Milli Filarmoniyada yazıçı ilə vida mərasimi keçirilib.

Mərasimdə minlərlə adam iştirak edib, hətta izdiham yarandığı üçün Filarmoniyaya giriş 15 dəqiqə dayandırılıb. Mərasimdə çıxış edən Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Çingiz Aytmatovu bütün bəşəriyyətin vətəndaşı adlandırıb: "O, öz əsərlərində bəşəriyyətin xoşbəxtliyini, çətinliklərini, dərdlərini və ümidlərini ifadə edib. Bu itki dünya mədəniyyətinə və müasir ədəbiyyata ağır zərbədir". Mərasimdən sonra cənazə Alatoo meydanına aparılıb. Orada mərhumun ailə üzvləri, qohumları, dövlət məmurları və xarici ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib, dövlət bayrağı endirilib, himn səslənib. Sonra cənazə yazıçının atasının də dəfn olunduğu "Ata-Beyit" tarix-memarlıq kompleksinə aparılıb və orada dəfn olunub.Qeyd edək ki, dəfn mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak edib.

6. #1806
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Novruz Məmmədov: "Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra Azərbaycan özünün erməni icması ilə müəyyən danışığa gedə bilər"

[b]Novruz Məmmədov: "Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra Azərbaycan özünün erməni icması ilə müəyyən danışığa gedə bilər"[b]

Bakı. Elnur Məmmədli - APA. "Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli prosesində iştirakı o zaman mümkün ola bilər ki, Ermənistanla Azərbaycan arasında müəyyən sənəd imzalansın.

Bundan sonra Dağlıq Qarabağdakı erməni icmasının vəziyyəti, qaçqınların qayıtması və bərpa işləri ilə bağlı danışıqlara başlamaq olar". APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərini Ermənistan Silahlı Qüvvələri işğal edib və Dağlıq Qarabağ ermənilərinin elə bir qüvvəsi yoxdur: "Ermənistan işğal etdiyi torpaqlardan çəkilib, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bundan sonra Azərbaycan öz ərazisindəki erməni icması ilə müəyyən danışığa gedə bilər".

7. #1807
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərə rəsmi start verildikdən sonra keçiriləcək"

[b]Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərə rəsmi start verildikdən sonra keçiriləcək"[b]

Bakı. Ramil Məmmədli - APA. "Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərə rəsmi start verildikdən sonra keçiriləcək". APA-nın məlumatına görə, bunu YAP icra katibi Əli Əhmədov deyib. O bildirib ki, qurultayın keçirilməsində əsas məqsəd 2008-ci il prezident seçkilərində YAP-ın namizədinin rəsmi şəkildə irəli sürülməsidir. "Əslində partiyanın namizədi indidən də məlumdur. Amma Seçki Məcəlləsinin tələblərinə görə, partiya öz namizədini seçkilərə start verildikdən sonra irəli sürə bilər. Ona görə də YAP qanunvericiliyə uyğun olaraq namizədini irəli sürəcək".

8. #1808
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Əhmədov: "Azərbaycanın qeyri-hökumət təşkilatları prezident seçkisində səslərin alternativ hesablanmasını həyata keçirə bilərlər"

[b]Əli Əhmədov: "Azərbaycanın qeyri-hökumət təşkilatları prezident seçkisində səslərin alternativ hesablanmasını həyata keçirə bilərlər"[b]

Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanın qeyri-hökumət təşkilatları prezident seçkisində səslərin alternativ hesablanmasını həyata keçirə bilərlər". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, ölkədə bu istiqamət üzrə təcrübəsi olan QHT-lər az deyil: "Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün qanunvericilik bazası yaradılıb. Hökumət seçkilərin ədalətli keçirilməsini təmin etmək üçün siyasi iradəsini də ortaya qoyub. Bu mənada QHT-lərin seçki zamanı səslərin sayılması prosesinə cəlb edilməsi üçün qanunvericilikdə hüquqi bazanın olması əhəmiyyətli məqamdır. Ötən seçkilərdə bir sıra beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar hüquqi bazanın yaradılması təklifini irəli sürmüşdülər. Bu məqamın Seçki Məcəlləsində öz əksini tapması həm beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması, həm də hökumətin iradəsinin ifadəsi kimi qiymətləndirilməlidir". Ə. Əhmədovun fikrincə, Azərbaycanda QHT-lər inkişaf edib və seçkidə daha məsuliyyətli vəzifəni öz üzərilərinə götürə bilərlər.

9. #1809
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda NATO Həftəsi çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb

[b]Bakıda NATO Həftəsi çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb[b]

Bakı - APA. İyunun 16-27-də Bakıda növbəti NATO Həftəsi keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq 5 ildir Bakıda keçirilən NATO Həftəsi Azərbaycan Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə təşkil edilir. NATO ilə bağlı müxtəlif tədbirləri özündə birləşdirən bu həftənin keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin Şimali Atlantika Müqaviləsi Təşkilatı və onun avroatlantika məkanının təhlükəsizliyinin təminatında oynadığı rol, eləcə də Azərbaycanın NATO ilə münasibətləri haqqında məlumatlandırılmasından ibarətdir. Həftə çərçivəsində ilk olaraq NİSA-nın (Azərbaycan-NATO Beynəlxalq Məktəbi) növbəti yay sessiyası keçiriləcək. "Böhranların idarə edilməsi" mövzusuna həsr olunacaq sessiyada Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, NATO, ATƏT, BMT, Avropa Birliyi, İsveç, ABŞ, Türkiyə, Latviya və Əfqanıstandan olan ekspertlər çıxış edəcəklər. Həftə ərzində NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Büro Azərbaycana gələcək. O, "Azərbaycanın avroatlantik regiona inteqrasiyası və demokratik seçkilər" mövzusunda keçiriləcək konfransda çıxış edəcək, bir sıra dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Qonağın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dəyirmi masa formasında görüşü də nəzərdə tutulub. Bundan başqa, iyunun 26-27-də Bakıda "NATO/SNT Etimad Fondları" seminarı da keçiriləcək. Seminara NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons sədrlik edəcək.

10. #1810
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında polisin saxladığı bir qrup gənc sərbəst buraxılıb

[b]Azərbaycan paytaxtında polisin saxladığı bir qrup gənc sərbəst buraxılıb[b]

Bakı. Samir Kazımlı-APA. Bu gün Bakıda Kuba inqilabının liderlərindən olan Çe Qavaranın anadan olmasının 80 illliyini qeyd etmək üçün toplaşan bir qrup gənc polis tərəfindən saxlanılıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəis müavini Azər Kərimzadə APA-ya bildirilib ki, polis "Alturka" kafesində yığışan 21 gənci bölməyə gətirib. Bölmədə onların toplaşmasının məqsədi və şəxsiyyətlərini təsdiq edən sənədlər aydınlaşdırılandan sonra gənclərin hamısı sərbəst buraxılıblar. Hadisə yerində Kuba səfirinin olması ilə bağlı məlumatı təkzib edən rəis müavini deyib ki, saxlanılanlara heç bir psixoloji-fiziki təzyiq olmayıb. Saxlanılanlar arasında gənclərin tədbirini işıqlandıran Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov da olub. Polis bölməsində onun vəziyyəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun xəstəxanaya gətirildiyi vaxt polis bölməsinin qarşısında şəkil çəkən "Yeni Müsavat" qəzetinin müxbiri Elən Balaxanılı da polis tərəfindən saxlanılıb və qısa araşdırmadan sonra sərbəst buraxılıb. Mərkəzi Klinik Xəstəxananın növbətçi həkimi Qabil İbrahimov bildirib ki, E. Hüseynova nevrotik reaksiya diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkim onun vəziyyətinin orta-qənaətbəxş olduğunu deyib. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Conatan Henik də xəstəxanaya gəlib. Diplomat baş verən hadisənin təfərrüatları barədə məlumatlı olmadığını əsas gətirərək, olayı şərh etməyib və narahatlığını ifadə edib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.