[b]Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciət edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezident müraciətində təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirdiyini qeyd edib:
["Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılıb, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilib". Dövlət başçısı soyqırımı siyasətinin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirildiyini, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu xatırladıb: "XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və digər faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir". 1988-ci ildə erməni millətçilərinin SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladığını, az sonra isə tammiqyaslı hərbi əməliyyatlara keçdiyini qeyd edən prezident İ. Əliyev 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsinin qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlığın tarixində qara ləkə kimi qalacağını vurğulayıb.Dövlət başçısı siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində zəngin təcrübəsi olan erməni millətçilərinin bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi apardıqlarını, dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycan ərazilərinin işğalını unutdurmağa çalışdıqlarını bildirib: "Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı faktor rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Lakin Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyil və bu imkanlar getdikcə daralmaqdadır. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa çalışır və çox hallarda buna müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarını anma tədbirləri bütün dünyada getdikcə daha əzəmətli, daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur".Azərbaycanın bu gün regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul edildiyini bildirən prezident diqqəti ölkədə sosial və milli-dini həmrəyliyin mövcudluğuna yönəldib: "Nə qədər ağır olsa da, biz soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyirik. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid edib. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin uzağı görməyən, təcavüzkar siyasətinin nəticəsi, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir. Ermənistan rəhbərliyi öz təcavüzkar və davakar siyasətindən nə qədər tez imtina etsə, qonşularla siyasətini əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qursa, bu, onun özü üçün bir o qədər yaxşı olar. Sizi əmin edirəm ki, xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq.Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram".
Azərbaycan Xəbərləri
Printable View

03-29-2008, 09:16 PMAPAPrezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciət edib

03-30-2008, 10:06 AMAPAToy mərasimində əl qumbarası partladılıb, çoxlu yaralananlar var
[b]Toy mərasimində əl qumbarası partladılıb, çoxlu yaralananlar var[b]
Qronnı-APA. Çeçenistanın Şelkovski rayonunda keçirilən toy mərasimində əl qumbarasının partladılması nəticəsində 19 nəfər yaralanıb.
[APA-nın məlumatına görə, toyda cavanlar arasında dava düşüb və onlar münasibətlərinin ayırd etmək üçün çölə çıxıblar. Bu zaman toy iştirakçılarından biri əl qumbarasını partladıb. Partlayış camaatın sıx olduğu yerdə baş vermədiyi üçün yaralananların sayı az olub. Hazırda faktla bağlı araşdırma aparılır. Səhər saatlarına kimi həkimlər toyda iştirak edən 17-25 yaşlı 19 nəfərə ilkin tibbi yardım göstəriblər. Yaralıların vəziyyətinin orta-stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. -
03-30-2008, 10:31 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşkəsə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşkəsə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 20.15-dən 20.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.55-dən 22.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-30-2008, 10:36 AMAPASergey Lavrov Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasının Rusiya-ABŞ münasibətlərində problem yaradacağını bəyan edib
[b]Sergey Lavrov Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasının Rusiya-ABŞ münasibətlərində problem yaradacağını bəyan edib[b]
[Moskva - APA. "ABŞ Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya qoşulması istiqamətində addımlar atmaq niyyətindədir. İndiki ABŞ administrasiyası Ukrayna və Gürcüstanın NATO-ya yolunun dönməz xarakter alması üçün hər şeyi etmək qərarına gəlib. Bu siyasət Moskva ilə Vaşinqtonun münasibətlərini çətinləşdirə bilər". APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu bəyanatla çıxış edib. Onun fikrincə, Ukrayna və Gürcüstan əhalisinin əksəriyyətinin alyansa qoşulmağın əleyhinə olması nəzərə alınmır. Nazir bildirib ki, Abxaziya və Cənubi Osetiya da Gürcüstanın NATO-ya üzvlüyünün qəti əleyhinədir, rəsmi Tiflis isə hesab edir ki, bu addım ölkənin ərazi bütövlüyünün bərpasını təmin etməyə imkan yaradacaq: "Gürcüstanın bunu hansı metodlarla edəcəyi tamamilə aydındır. Əgər Ukrayna və Gürcüstanın üzvlük məsələsi praktik məcraya yönəlsə, bu, bizim nəinki ABŞ, eyni zamanda NATO ilə münasibətlərimizə də ciddi təsir göstərəcək". Xatırladaq ki, ABŞ prezidenti Corc Buş martın 27-də bəyanatla çıxış edərək bildirib ki, Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü üçün irəliyə doğru aydın yol göstərilməlidir. Bu məsələ aprelin 2-də başlayacaq zirvə toplantısının ilk günündə müzakirə ediləcək. Martın 31-də isə ABŞ prezidenti C. Buş Ukraynaya dövlət səfərinə gedəcək. Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qoşulmaları gözlənilir. -
03-30-2008, 10:56 AMAPATacikistanın Azərbaycana yeni təyin edilmiş səfiri Bakıya gəlib
[b]Tacikistanın Azərbaycana yeni təyin edilmiş səfiri Bakıya gəlib[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Tacikistanın Azərbaycana yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Zokir Vezirov artıq Bakıdadır. APA-nın məlumatına görə, səfir bu gün səhər Azərbaycana gəlib. Tacikistanın Azərbaycandakı səfirliyinin rəsmi açılışının vaxtı isə Z. Vezirovun etimadnaməsini xarici işlər naziri Elmar Məmmədyarova və prezident İlham Əliyevə təqdim etməsindən sonra müəyyənləşəcək. -
03-30-2008, 11:31 AMAPAYuliya Timoşenko Azərbaycana aprelin ikinci yarısında səfər edəcək
[b]Yuliya Timoşenko Azərbaycana aprelin ikinci yarısında səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko aprelin ikinci yarısında Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Yuliya Timoşenko Blokunun nümayəndəsi Andriy Şkil məlumat verib.
[Onun sözlərinə görə, xanım Timoşenkonun Polşaya rəsmi səfəri ilə əlaqədar Azərbaycana gözlənilən səfərinin müddəti bir qədər uzaq tarixə təyin olunub. Səfər zamanı Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq. Yuliya Timoşenkonun Bakıda keçirəcəyi müzakirələrin əsas mövzularından birinin "Bəyaz axın" layihəsi ilə bağlı olacağı gözlənilir. -
03-30-2008, 11:41 AMAPAAlan Vaddams sabah etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edəcək
[b]Alan Vaddams sabah etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams sabah etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edəcək. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Qeyd edək ki, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi rəsmən fevralın 4-də fəaliyyətə başlayıb, Alan Vaddams səfir vəzifəsinin icrasına başlamaq üçün martın 13-də Bakıya gəlib. Qeyd edək ki, buna qədər Alan Vaddams Avropa Komissiyasının Azərbaycanda xüsusi nümayəndəsi vəzifəsində çalışıb. -
03-30-2008, 12:06 PMAPAAzərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçiriləcə
[b]Azərbaycan Milli Məclisində Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində dinləmələr keçiriləcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Azərbaycan Milli Məclisində "Ailə münasibətlərində zorakılıqdan qorunmanın hüquqi aspektləri" mövzusunda parlament dinləmələri keçiriləcək.
[Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya açıqlamasında dinləmələrin Avropa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində həyata keçiriləcəyini bildirib: "Bu dinləmələr Avropa Şurasının qadınlara qarşı məişət zorakılığı ilə mübarizə adlı kampaniyası çərçivəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən təşkil olunacaq". A. Nəsirov tədbirdə Estoniya parlamentinin vitse-spikeri Kristina Oylandın, bir sıra beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin təmsilçilərinin də iştirak edəcəyini deyib. -
03-30-2008, 12:31 PMAPA"Aqo" qrupu: "Azərbaycanda söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyirik"
[b]"Aqo" qrupu: "Azərbaycanda söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyirik"[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Nazirlər Komitəsi katibinin müavini Kristof Puarellenin APA-nın Avropa bürosuna müsahibəsi
[- Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq Qrupu aprelin 2-5-də Azərbaycanda səfərdə olacaq. Səfər zamanı hansı məsələlər müzakirə ediləcək? - Bildiyiniz kimi, qrupa 13 ölkə daxildir, lakin səfərdə 9 ölkənin nümayəndəsi iştirak edəcək. Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də qrup Azərbaycanın götürdüyü və hələ də tam yerinə yetirmədiyi öhdəliklərin həyata keçirilməsinin vəziyyəti ilə maraqlanacaq. Qrup bu işi təbii ki, iki gün ərzində rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, siyasi qüvvələrin təmsilçiləri ilə keçirəcəyi görüşlər vasitəsilə reallaşdıracaq. Görüşlərdə media və söz azadlığı məsələsi diqqət mərkəzində olacaq. Bilirsiniz ki, ötən səfərimiz zamani əsas diqqət məhkəmə sisteminin müstəqilliyi və funksiyası məsələsinə yönəlmişdi. Bu səfər zamanı isə "Aqo" qrupu diqqəti əsasən medianın vəziyyətinə yönəltmək qərarına gəlib. Mətbuatın vəziyyəti həm peşəkar media mənsubları, həm də dövlət orqanlarının təmsilçiləri ilə keçiriləcək görüşlərdə müzakirə ediləcək. Daha sonra bir neçə müxalifət partiyasının liderləri ilə görüşəcəyik. Təəssüf ki, bütün partiyalarla görüşə bilməyəcəyik. Bununla belə, ölkədəki əsas siyasi qüvvələrin təmsilçiləri ilə görüşlər keçirəcəyik. Bu görüşlərdə əsas müzakirə mövzusu ölkədə qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələsi olacaq. Qrup bu məsələni rəsmi dairələrlə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də müzakirə edəcək. Prezident seçkiləri Avropa Şurasının diqqətindəki əsas məsələlərdəndir və qurum bu seçkilərlə əlaqəli bütün prosesləri yaxından izləməkdədir. Bu kontekstdə müzakirəsinə ehtiyac duyulan bir çox məsələ var. Məsələn, biz Seçki Məcəlləsinə dəyişikliklər, bu dəyişikliklərdən sonra onun həyata keçirilməsi yolları, seçki öncəsi bütün namizədlərin bərabər səviyyədə seçki kampaniyası aparması, mediadan bərabər səviyyədə istifadə etməsi və müxalifət təmsilçilərinin azad şəkildə seçki kampaniyası apara bilməsi istiqamətində görüləcək işlər haqqında da müzakirə aparacağıq. Seçkilər kontekstində sərbəst toplaşmaq azadlığı da təbii ki, gündəmdəki məsələlərdən biri olacaq. Ümumilikdə Azərbaycandakı demokratik institutların inkişafı məsələsi bütün tərəflərlə müzakirə ediləcək. Bildiyiniz kimi, bu yaxınlarda AŞ Nazirlər Komitəsində insan haqları üzrə komissar Tomas Hammarberqin Azərbaycan üzrə hesabatı dinlənilib. Komissarın bu hesabatda qaldırdığı bütün məqamlar "Aqo" qrupu tərəfindən bir daha qaldırılacaq.- Azərbaycanda mətbuat azadlığı sahəsində yaranmış vəziyyəti necə qiymətləndirirsiniz? - Avropa Şurasının baş katibi bu məsələ ilə bağlı öz narahatlığını bildirib. "Aqo" qrupu da ötən ilin iyununda Bakıda yüksək səviyyədə keçirdiyi bütün görüşlərdə söz və mətbuat azadlığının təmin edilməsinin vacibliyini vurğulamışdı və həbs edilən jurnalistlərin vəziyyətinə öz münasibətini bildirmişdi. Problem bu gün də mövcuddur və son günlər aclığa başlamış bəzi jurnalistlərin, eləcə də Eynulla Fətullayevin məsələsi bu səfər zamanı müzakirə ediləcək. Hesab edirəm ki, eyni mesajlar bu səfər sırasında da ölkə rəhbərliyinə çatdırılacaq. "Aqo" qrupu söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyir. Maraqlı tərəflər dedikdə, həm media mənsubları, həm də dövlət strukturlarının təmsilçiləri nəzərdə tutulur. Elektron media vasitələrinin işi ilə məşğul olan Milli Televiziya və Radio Şurasının rəhbəri də Azərbaycan XİN-lə birgə keçirəcəyimiz dəyirmi masa çərçivəsində görüşəcəyimiz şəxslərdən biri olacaq. Bu dəyirmi masada digər rəsmi şəxslərin də iştirakı gözlənilir. Məqsəd hər iki tərəflə fikir mübadiləsi aparmaq, vəziyyəti yenidən nəzərdən keçirməkdir. Müzakirə edilən məsələlər arasında mediaya dair qanunvericilik və bunun Avropa standartlarına nə dərəcədə uyğunluğu məsələsi də olacaq. Bildiyiniz kimi, AŞ keçən ilin iyun ayında Azərbaycanda radio-televiziya haqqında qanunla bağlı ekspertiza aparmışdı və "Aqo" qrupu bu mövzunu ardıcıl izləyib. Bu qanun AŞ üçün çox vacibdir. Belə ki, elektron medianın fəaliyyətini məhz bu sənəd tənzimləyir. AŞ ekspertləri həmin qanunla bağlı bir neçə tövsiyə ilə çıxış etmişdilər və "Aqo" qrupu bu tövsiyələrə nə dərəcədə cavab veriləcəyini diqqətdə saxlayır. Bu məsələ də təbii ki, dəyirmi masada müzakirə ediləcək.- Azərbaycandan öncə Ermənistana səfər edəcəksiniz. Avropa Şurasının bu ölkədə prezident seçkilərindən sonra baş vermiş hadisələrə münasibəti necədir? - Bu, "Aqo" qrupunun Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ölkəyə ilk səfəridir və seçkilərdən sonra baş vermiş olaylar kontekstində bu ölkədə müzakirə ediləcək çox məsələlər var. Seçkilərdən sonra baş vermiş olaylar, fövqəladə vəziyyətin elan edilməsi, aparılmış həbslər səfərimizin əsas müzakirə mövzuları olacaq. Qrup Ermənistandakı vəziyyəti yaxından izləyir və ölkədə seçkilərdən sonra aparılan həbslər barədə hər gün məlumat alır. "Aqo" qrupu AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqlə də Ermənistandakı vəziyyətə dair məsləhətləşmələr aparıb. Bilirsiniz ki, cənab komissar bu yaxınlarda Ermənistana səfər etmişdi. Biz həbs edilən şəxslərin vəziyyəti ilə yaxından maraqlanacağıq və yaranmış vəziyyətdən çıxış yollarına dair ümumi fikir mübadiləsi aparacağıq. Biz Ermənistandakı bu olaylardan sonra dialoq yaratmaq və qarşılıqlı etibar əldə etmək üçün ölkədəki siyasi qüvvələrin hansı addımları ata biləcəyini öyrənmək istəyirik. Bundan başqa, Ermənistanda da müzakirə edəcəyimiz əsas məsələlərdən biri bu ölkədə medianın vəziyyəti olacaq. - Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunacaqmı? - Biz hər iki ölkədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vəziyyəti də müzakirə etmək niyyətindəyik. Bildiyiniz kimi, AŞ bu məsələnin həlli prosesində birinci dərəcəli rola malik deyil. Ancaq həm Azərbaycan, həm də Ermənistanın quruma üzv olarkən götürdükləri öhdəliklər arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi də var və bu, başlıca öhdəliklərdən biri sayılır. Ona görə də bu mövzu hər zaman "Aqo" qrupunun diqqətindədir və hər iki ölkəyə səfər zamanı da gündəlikdə olacaq. Qrup istər İrəvanda, istərsə də Bakıda münaqişənin həllinə dair indiki vəziyyəti, aparılan danışıqları, münaqişənin həlli perspektivlərini müzakirə edəcək. Dediyim kimi, bu məsələ ilə birbaşa ATƏT-in Minsk Qrupu məşğul olur, lakin götürülmüş öhdəliklər baxımından AŞ də bu məsələnin tez bir zamanda həllində maraqlıdır. -
03-30-2008, 01:56 PMAPAAprelin 5-də ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
[b]Aprelin 5-də ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Aprelin 5-də ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov məlumat verib.
[O bildirib ki, M. Haraşti çoxdan Azərbaycana getmək niyyətində idi, amma səfər müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb. ATƏT təmsilçisi iki günlük səfəri zamanı Bakıda həm rəsmi şəxslər, həm də media və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.