[b]Rəmiş Yaşıl Teatrda konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış gitara ifaçısı Rəmişin konserti keçiriləcək. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organizathion"un rəhbəri Nahid Emiloğlu məlumat verib. "Sənət gecəsi" adı altında keçiriləcək konsertdə Rəmişin qonaqları da olacaq. N. Emiloğlunun sözlərinə görə, həmin gecə Aşıq Ədalət, Aftandil İsrafilov və başqaları çıxış edəcəklər, Rəmişlə sənət dostlarının deyişməsi də təşkil ediləcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Azərbaycan Xəbərləri
Printable View

06-12-2008, 03:11 PMAPARəmiş Yaşıl Teatrda konsert verəcək

06-12-2008, 04:31 PMAPAErmənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib
[b]Ermənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Assambleyasının Afinada keçirilən 31-ci iclasında Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi düzəlişlərin lehinə səs verib.
[APA-nın məlumatına görə, bunu QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev deyib. O bildirib ki, Azərbaycan təşkilatın Hüquq və siyasi məsələlər komitəsinə beynəlxalq terrorçuluq və onunla mübarizəyə dair düzəlişlər təqdim edib: "Azərbaycanın təklif etdiyi düzəlişlər regionda müşahidə olunan ekstremizm və separatizmlə mübarizəyə aid idi. Düzəlişlərdə bu mübarizədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmasının zəruriliyi qeyd olunur. Təkliflərimiz təşkilatın vaxtilə Ermənistanda keçirilən iclasında müzakirə olunmuş və rədd edilmişdi. Bu dəfə biz yenidən həmin düzəlişləri müzakirəyə çıxardıq. Apardığımız gərgin iş nəticəsində təklif etdiyimiz düzəlişlər qəbul olundu. Hətta Ermənistan nümayəndə heyəti də səsvermənin gedişində vəziyyəti görüb, sənədin lehinə səs verməli oldu. Beləliklə, bizim təklif etdiyimiz düzəlişlər təşkilatın Hüquq və siyasi məsələlər Komitəsində qəbul olunan beynəlxalq terrorçuluqla mübarizədə parlamentarların roluna dair tövsiyədə öz əksini tapdı". -
06-12-2008, 04:41 PMAPAAzərbaycan paytaxtında avtomobildən 200 min dollar oğurlanıb
[b]Azərbaycan paytaxtında avtomobildən 200 min dollar oğurlanıb[b]
Bakı. Samir Kazımlı - APA. İyunun 11-də saat 17.00 radələrində Bakının Yasamal rayonu ərazisində Şuşa sakini, 40 yaşlı Mübariz Quliyevə məxsus "BMW-X5" markalı, 10 TM 505 nömrə nişanlı avtomobildən 190 min dollar və 10 min manat oğurlanıb.
[Yasamal Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, "Halal" firmasına olan 200 min dollar borcu qaytarmaq üçün firmanın qarşısına gedibmiş və pul orada naməlum şəxs tərəfindən oğurlanıb. PRİ-dən avtomobilə baxış zamanı kənar müdaxilənin əlamətlərinin aşkarlanmadığı bildirilib. Bu səbəbdən də oğurluğun hansı şəraitdə baş verməsi müəyyənləşməyib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. -
06-12-2008, 04:51 PMAPAMehmet Əli Ağca Polşadan vətəndaşlıq istəyib
[b]Mehmet Əli Ağca Polşadan vətəndaşlıq istəyib[b]
Ankara - APA. 1981-ci ildə Roma papası II İohan Pavelə sui-qəsddə ittiham edilərək həbs olunan türkiyəli terrorçu Mehmet Əli Ağca Polşadan vətəndaşlıq istəyib.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Əli Ağca bununla bağlı Ankaradakı Polşa konsulluğuna müraciət edib. Ağcanın vəkilləri bildirib ki, gələn həftənin əvvəlində sənədlər Polşa Daxili İşlər Nazirliyi və Varşavadakı müvafiq idarələrə çatdırılacaq. İlkin yoxlamadan sonra yekun qərar qəbul etmək üçün sənədlər Polşa prezident Lex Kaçinskiyə göndəriləcək.Ağcanın Polşa vətəndaşlığı almaq niyyəti barədə ilk olaraq mayın əvvəlində məlumat yayılıb. O zaman sənədlər düzgün tərtib edilmədiyindən konsulluqdan geri qaytarılıb. Polşa xarici işlər naziri Radoslav Sikorski isə Ağcanın vətəndaşlıq almaq niyyətini sərt tənqid edərək, bunu "həyasızlığın son həddi" adlandırıb.Əli Ağca hazırda həbsxanadadır. Onun 2010-cu ildə azadlığa çıxacağı gözlənilir. Terrorçu cəzasının qalan hissəsini çəkmək üçün Polşa həbsxanasına köçürülməsini istəyir.Mehmet Əli Ağca 1981-ci il mayın 13-də papaya sui-qəsd edib. Onun tapançadan açdığı atəş nəticəsində II İohan Pavel ağır yaralanıb. Sonradan məlum olub ki, Ağca 1979-cu ildə türk jurnalisti Abdi İpəkçini qətlə yetirib.Papa həbsxanada şəxsən Ağcanı ziyarət edərək onu bağışlayıb və amnistiyası ilə bağlı İtaliya prezidentinə müraciət edib. Ağca İtaliya həbsxanasında 19 il cəza çəkəndən sonra Türkiyəyə göndərilib. -
06-12-2008, 06:01 PMAPAFransa qəzetləri tətil edir
[b]Fransa qəzetləri tətil edir[b]
[Paris - APA. Fransanın ümummilli gündəlik qəzetləri dünən köşklərə daxil olmayıb. APA-nın "France İnfo"ya istinadən verdiyi xəbərə görə, buna çap sənayesi və mətbuat yayımı əməkdaşlarının tətili səbəb olub. Üç Həmkarlar İttifaqının üzvləri ən iri mətbuat distributoru olan NMPP-nin (Nouvelles Messageries de la Presse) yenidən təşkilinə etiraz edirlər. NMPP 350 iş yerinin ixtisar edilməsini və bir neçə yayım mərkəzinin bağlanmasını nəzərdə tutur. Tətil edənlər şirkət rəhbərliyi ilə danışıqlara başlanmasını, məvaciblərin ödənilməsi siyasətinin və iş şəraitinin müzakirə edilməsini tələb edirlər."NMPP" qeyd edir ki, tətil adətən cümə axşamları çap edilən jurnalların satışa daxil olmasına maneçilik törətməyəcək. Lakin Parisdə və paytaxtdakı İl-de-Frans regionunun 11 kommunasında jurnallar satışa 24 saat gecikməklə daxil olacaq. -
06-12-2008, 06:11 PMAPAİsveç parlamenti uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina edib
[b]İsveç parlamenti uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina edib[b]
Stokholm - APA. İsveç parlamenti uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina edib.
[APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, iyunun 11-də İsveç parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan insan haqlarına dair məruzə və "erməni soyqırımı"nın rəsmi şəkildə tanınması ilə bağlı bu sənədə əlavə olunmuş 5 düzəliş qanunverici orqanda müzakirəyə çıxarılıb. Ancaq 37 nəfər lehinə, 245 nəfər əleyhinə olmaqla düzəlişlər rədd edilib. Düzəlişlərin əleyhinə səs vermiş parlament çoxluğunun nümayəndələri və sosial-demokratlar mövqelərini belə əsaslandırıblar ki, ekspertlər hələlik Osmanlı İmperiyasında baş verən hadisələr, bu hadisələrin səbəbləri və təsnifatı ilə bağlı vahid mövqeyə gəlməyiblər. Onların fikrincə, "erməni soyqırımı"nın tanınması Türkiyənin inkişafına neqativ təsir göstərə bilər. -
06-12-2008, 06:41 PMAPAƏdalət Şükürovun konsertinin biletləri 20-100 manat arasındadır
[b]Ədalət Şükürovun konsertinin biletləri 20-100 manat arasındadır[b]
[Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Ədalət Şükürovun Yaşıl Teatrda keçiriləcək "Yada sal sevgilim" adlı konsert proqramının biletlərinin qiyməti 20-100 manat arasındadır. Konsertin təşkilatçısı "Səs Organizathion"un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, konsert iyunun 30-da "Sevgililər Günü" münasibətilə keçiriləcək. Üç saata yaxın davam edəcək gecədə Ə. Şükürov xüsusi olaraq bu konsert üçün hazırladığı yeni mahnılarını tamaşaçılara təqdim edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-12-2008, 06:51 PMAPAPrezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb
[b]Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2008-ci ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmana əsasən, 1990-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2008-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. "Hərbi xidmət haqqında" qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2008-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar. -
06-12-2008, 07:51 PMAPAMəşhur "Modern Talking" qrupunun solisti Tomas Andersin azərbaycanlı meneceri İsraildə həbs olunub
[b]Məşhur "Modern Talking" qrupunun solisti Tomas Andersin azərbaycanlı meneceri İsraildə həbs olunub[b]
Tel-Əviv - APA. İyunun 11-də axşam məşhur "Modern Talking" qrupunun solisti Tomas Andersin azərbaycanlı meneceri Anar Rafiq və "Eription" qrupunun meneceri, Böyük Britaniya vətəndaşı Adnan Rəhman İsrailin Ben-Qurion hava limanında saxlanılıblar.
[APA-nın "Jewish.ru" saytına istinadən verdiyi məlumata görə, T. Andersin konsert proqramı ilə bağlı İsrailə gedən hər iki şəxs aeroportda İsrail təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən üç saat sorğu-suala tutulublar. Konsertin təşkilatçısı Dova Levi bildirib ki, İsrail XİN A. Rafiq və A. Rəhmanın ölkəyə gəlişinə icazə versə də, bu şəxslər hava limanında həbs olunublar. Pasport nəzarəti xidmətinin işçiləri onların şübhəli müsəlman adları daşıdıqlarına görə saxlanıldıqlarını açıqlayıblar. Qeyd edək ki, T. Anders "Eruption" və "Ottawan" qrupları ilə birlikdə İsraildə iki konsert proqramı ilə çıxış edəcək. Konsert İsrail dövlətinin qurulmasının 60 illiyinə həsr olunub. -
06-13-2008, 10:41 AMAPAZbiqnev Bjezinski: "Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir"
[b]Zbiqnev Bjezinski: "Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir"[b]
Vaşinqton-APA. "Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir". APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın sabiq prezidenti Cimmi Karterin müşaviri vəzifəsində çalışmış məşhur politoloq Zbiqnev Bjezinski çıxış edib.
[Onun sözlərinə görə, ABŞ son zamanlar Rusiyanın Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək meyllərinin artdığını müşahidə edib: "Əgər Gürcüstan hökumətində stabillik pozulsa, Qərbin Bakıya və Xəzər hövzəsinə çıxışı məhdudlaşacaq". Rusiyanın Avrasiyanın enerji bazarında addımlarını dəyərləndirən Zbiqnev Bjezinski Moskvanın bu bazarı tam inhisarına almaq niyyətində olduğunu bildirib: "Moskva bunun üçün əlində olan bütün siyasi və iqtisadi rıçaqlardan, o cümlədən Avropa və Baltikyanı ölkələri enerji daşıyıcılarının nəqlindən məhrum etmək variantından istifadə edir. Rusiya aktiv şəkildə Mərkəzi Asiya regionunu dünya iqtisadiyyatına birbaşa çıxışdan təcrid etmək niyyətindədir". Politoloq Rusiyanın bu addımlarına cavab olaraq Qərb ölkələrinin Mərkəzi Asiyanın enerji resurslarına çıxışının genişləndirilməsini və alternativ kəmərlər şəbəkəsinin tikintisini təklif edib: "Bu kontekstdə Mərkəzi Asiyadan Əfqanıstandan keçməklə cənuba doğru yeni kəmərin çəkilişi imkanları araşdırılmalı, dünyanın Mərkəzi Asiyanın enerji resurslarına çıxış imkanları artırılmalıdır. Biz Baltikyanı ölkələr, İsveç və Polşanın "Şimal axını" kəməri ilə bağlı narahatlığına şərik oluruq". Amerikalı politoloq Rusiyanın şıltaqlıqlarına boyun əyən avropalı dövlət başçılarını ciddi şəkildə tənqid edib: "Bir müddət əvvəl yenidən hökumətə rəhbərlik etmək şansı qazanan bir italiyalı baş nazir Putinin qarşısında əyilməyi rəsmən idmana çevirib. Bundan başqa Yunanıstanda da bəzi qüvvələr Rusiyanın enerji sektorunda çıxardığı oyunlara simpatiya ilə yanaşırlar. Bu sıraya Almaniyanın sabiq kanslerini də daxil etmək olar. Macarıstanda bir hökumət var ki, çox qəribə şəkildə Rusiyanın əmrlərinə tabe olurlar və bu hökumətin mövqeyi "Nabucco" layihəsinə ciddi zərbə vurur. Və bu yaxınlarda Avstriya hökumətinin bəzi maliyyə maraqlarını gizlətmədiyinin şahidi olduq".