[b]Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illik yubileyidir[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illiyidir.
[APA-nın məlumatına görə, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və Azərbaycanın tanınmış teatr xadimləri aktyorun məzarını ziyarət ediblər. Ziyarətdə iştirak edən aktyorlar Həsənağa Turabovun əvəzolunmaz insan və aktyor olduğunu vurğulayıblar. H. Turabovun 70 illik yubileyi aprelin 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dövlət səviyyəsində qeyd olunacaq. Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan H. Turabov 1960-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. O, 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. H. Turabov "Kəndçi qızı"nda Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"də Hamlet, "Orman qızı"nda Lionelim, "Ölülər"də İsgəndər, "Xəyyam"da Xəyyam və digər obrazlar yaradıb. Mərhum aktyor "Yeddi oğul istərəm", "Axırıncı Aşırım", "Ürək... Ürək...", "Sevinc Buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi", "Bəyin oğurlanması", "Qaçaq Nəbi", "Ailə", "Nə ghözəldir bu dünya...", "Babək" və digər filmlərdə əsas rolları canlandırıb.
Azərbaycan Xəbərləri
Printable View

03-24-2008, 03:21 PMAPABu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illik yubileyidir

03-24-2008, 03:26 PMAPAİranda etnik azlıqların vəziyyətinə dair ABŞ Konqresində keçirilmiş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisinin nitqinin tam mətni açıqlanıb
[b]İranda etnik azlıqların vəziyyətinə dair ABŞ Konqresində keçirilmiş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisinin nitqinin tam mətni açıqlanıb[b]
Vaşinqton - APA. ABŞ Konqresində İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə dair dinləmələrdə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri, xanım Faxtə Zamaninin çıxışının tam mətni açıqlanıb.
[APA-nın məlumatına görə, İranda yaşayan azərbaycanlıların, kürdlərin, bəhailərin, ərəblərin, bəlucların və digər xalqların nümayəndələrinin rəyini eşitmək üçün Konqresin iki üzvü - Mark Steven Kirk (İllinoys ştatı, İran üzrə İşçi Qrupun həmsədri) və Şeyla Cekson Linin (Texas ştatı) də qatıldığı dinləmələrdə güney azərbaycanlıların durumu və problemləri barədə danışan F. Zamani çıxışında sayı 20 milyondan çox olan azərbaycanlıların İranda ən böyük azlığı təşkil etdiklərini deyib: "Onlar, əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Bundan başqa, şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda Azərbaycan dilində danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır. 1920-ci illərdən bəri, həm Pəhləvi sülaləsi, həm də İslamçı rejim dönəmində İran hökumətinin siyasəti qeyri-farsların məcburi assimilyasiyasından və onlara qarşı ayrı-seçkilikdən ibarət olub. 1979-cu il inqilabından sonra yeni rejim Azərbaycanı daha çox inzibati vahidlərə bölməklə, Azərbaycan torpağının geniş hissələrindən Azərbaycan adını yox edib (məsələn, 1993-cü ildə Şərqi Azərbaycan əyalətinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə parçalanması və s.). Faktiki olaraq, hökumət adların geniş miqyasda farslaşdırılmasını təkcə coğrafi yerlərə deyil, həm də doğum haqqında şəhadətnamələrdə yazılan uşaq adlarına şamil edib - belə ki, valideynlərə öz uşaqlarına ənənəvi azərbaycanlı adları qoymağa icazə verilmir. Azərbaycan dilinin yasaqlanması hökumətin Azərbaycan əhalisini assimilyasiya etmək çalışmalarının nüvəsini təşkil edir. Hökumət kişiləri və qadınları Azərbaycan dilində kitablara malik olmaq, öz mədəniyyətlərini qorumaq üçün Azərbaycan dili kursları təşkil etmək və festivallara qatılmaq kimi adi hərəkətlərə görə həbsə atır. İndiyə kimi Azərbaycan dilində heç bir dərsliyin nəşrinə icazə verilməyib. Uşaqlar üçün təxminən bütün ədəbiyyat farscadır. Öz dilində oxumaq və yazmaq üçün milyonlarla azərbaycanlının bircə məktəbi belə yoxdur". Hökumətin azərbaycanlı əhalinin insan hüquqlarını və söz azadlığını boğmağa çalışdığı başqa bir sahənin media olduğuna diqqət çəkən hüquq müdafiəçisi Azərbaycan dilində televiziya və radio proqramlarının yayımının yalnız dövlət tabeliyindəki stansiyalarla məhdudlaşdığını, bunların da sadəcə dövlət xəbərləri və təbliğatını "fazəri" adlandırılan kəskin farslaşdırılmış Azərbaycan dilinə tərcümə edildiyini qeyd edib: ""Fazəri" ("İspangilis" kimi) fars dilinin böyük kütləsi ilə Azərbaycan dilinin qarışığıdır. Əlbəttə, bu iki dil qəti şəkildə bir-birindən fərqlənir və tamamilə müxtəlif dil qrupuna aiddir. Bu taktika azərbaycanlıların mədəni və linqvistik assimilyasiyasını sürətləndirib. Həmin prosesi idarə edənlərin fikrincə, son nəticədə Azərbaycan dili yararsız olub müstəqil dil statusunu itirəcək və fars dilinin "dialekti" səviyyəsinə enəcək. Azərbaycanlılar hər zaman və açıq şəkildə radioda, televiziyada və ölkə mətbuatında (İranda bütün media dövlətin tabeliyindədir) təhqir edilir. Onlar intellekti çatışmayan biçimdə təsvir olunur, "eşşəklər" və "tarakanlar" kimi qələmə verilməklə, insani keyfiyyətlərdən məhrum sayılırlar. Bütövlükdə azərbaycanlılar İranın rəsmi dili olan fars dilində səlis danışmadıqlarına görə geridəqalmış təsəvvür olunurlar. Bu ayrı-seçkilik Azərbaycan azlığını assimilyasiya etmək, əzmək istəyindən doğur və doktor Brenda Şaffer, doktor Əlirza Əsgərzadə və s. kimi Qərb alimləri tərəfindən sənədləşdirilib, tədqiq və təhlil olunub". Xanım Zamani 12 may 2006-cı ildə "İran" adlı rəsmi dövlət qəzetində azərbaycanlıları tarakanlar kimi təsvir edən karikatura nəşr olduğunu xatırladaraq, bütün ölkə boyu yüz minlərlə azərbaycanlının dinc nümayişlər vasitəsilə buna etirazını bildirmək üçün küçələrə çıxdığını bildirib: "Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusunun asayişi mühafizə qüvvələri, Xüsusi Təyinatlı qoşunlar və Bəsic dəstələri etirazçılara hücum etdi. Ən azı 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı və bir çoxu yaylım atəşlərindən kor oldu. Ardınca İran məxfi xidmətləri kütləvi həbslərə başladı, yeniyetmələr də daxil olmaqla yüzlərlə adam həbs edildi". Qərb mediasının İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinə xeyli sakit yanaşmasından narazılığını ifadə edən hüquq müdafiəçisi ölkə xaricində çox az dairələrin İranda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən xəbərdar olduğunu vurğulayıb: "Həmin az dairə içərisində Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları üzrə Ali Komissarın Ofisi (OHCHR), bu yaxınlarda isə Dövlət Departamenti həbsdə olan azərbaycanlıların təhlükəsizliyi üçün narahatlıq ifadə edib, İran hökumətindən insan hüquqlarına və öz beynəlxalq öhdəliklərinə hörmət etməsini istəyib. Azərbaycanlı fəallar ana dilində təhsil hüququ kimi təbii elementar haqlar uğrunda daim mübarizə aparırlar. Onlara Azərbaycan millətinin tarixi üçün mühüm günlərdə, Babək, Səttarxan, Bağırxan kimi milli qəhrəmanların, Pişəvəri kimi milli liderin anılması üçün ictimai yerlərdə və ya öz evlərində toplaşmaq icazəsi verilmir. Azərbaycanlı hüquq müdafiəçiləri daim həbs edilir, İran həbsxanalarında onlarla pis rəftar olunur. Hətta ən elementar insan haqlarının tanınması məsələsini qaldırmağa çalışan Azərbaycan ruhanilərinin nümayəndələri də həbs ediliblər. Azərbaycanlı insan hüquqları müdafiəçiləri ən adi rabitə vasitələrindən faydalanmaqla repressiv İran rejiminə etiraz üçün imkanlarda çatışmazlıq hiss edir, bununla belə, həyatlarını riskə qoyurlar. İranda milli haqlar uğrunda hərəkatın beynəlxalq təcrübəsi və ya xaricdən hər hansı dəstəyi az olsa da, hələlik İran rejiminə ən güclü etirazdır. ABŞ-ın İrana yönəlik siyasəti Tehran mərkəzlidir, halbuki İran rejiminə ən böyük etiraz etnik azlıqların cəmləşdiyi əyalətlərdədir. Biz azərbaycanlılara və İrandakı digər azlıqlara dəstək istəyirik. Onlar dünyanın diqqətinə ehtiyac duyurlar. Onlar bilməyə ehtiyac duyurlar ki, bərabər hüquqlar üçün həyatlarını təhlükədə qoymaları nahaq yerə deyil. Onlar ümidə ehtiyac duyurlar və bunun üçün gözlərini beynəlxalq birliyə dikiblər.Beynəlxalq dəstəyə malik olduqlarını bilmək bərabər hüquqlar uğrunda mübarizəni davam etdirmək üçün onlara güc verəcək. Bu isə İranda və bütün Orta Şərqdə böyük sabitlik və demokratiya anlamına gəlir. İrandakı azlıqlar bu ölkənin güclü ehtiyac duyduğu dəyişikliyin hərəkətverici qüvvələridir. Onlar İranda müsbət dəyişmələr üçün mübarizə aparırlar və ala biləcəkləri hər cür köməyə ehtiyac duyurlar". -
03-24-2008, 03:31 PMAPARöya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək
[b]Röya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Müğənni Röyanın martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində "Mən sizə göstərərəm" adı altında keçirəcəyi konsert diskoteka formasında təşkil olunacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röya konsertində 17 mahnı ifa edəcək. Mahnılardan 5-i yenidir: "Konsertdə diskoteka üçün tələb olunan bütün işıq avadanlıqları quraşdırılacaq. Gənclər Röyanın ifası altında rəqs etmək imkanı əldə edəcəklər". Ü. Alovlunun sözlərinə görə, xüsusi olaraq konsert üçün gətirilən işıq, səs avadanlıqları və səhnə dekorasiyasının quraşdırılmasına martın 28-də başlanılacaq. Sənətçini konsert boyu yerli rəqqaslar müşayiət edəcək. Konsertin sonunda isə keçmiş "W trio" qrupu - Röya, Natəvan Həbibi və Elnarə Xəlilovanın ifasında musiqisi reper Cinə məxsus olan yeni mahnı səslənəcək. Konsertin rejissor Ülviyyə Könül tərəfindən lentə alınacağını bildirən mətbuat katibi konsertdən sonra həmin video-yazılardan ibarət film hazırlanacağını qeyd edib. Konsertdə Röya pərəstişkarlarının qarşısına modelyer Gülnarə Xəlilovanın geyimlərində çıxacaq. Qeyd edək ki, Tolikin təşkilatçılığı ilə keçiriləcək konsertin biletləri 10-20 manat arasındadır. -
03-24-2008, 03:36 PMAPATürkiyənin meqa-starı Tarkanın Azərbaycan paytaxtında verəcəyi konsertin biletləri martın 30-dan satışda olacaq
[b]Türkiyənin meqa-starı Tarkanın Azərbaycan paytaxtında verəcəyi konsertin biletləri martın 30-dan satışda olacaq[b]
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkanın "Vay anam vay" adı altında Bakıda verəcəyi konsertin biletləri martın 30-dan Yaşıl Teatrın kassalarında satışda olacaq.
[Bu barədə APA-ya açıqlamasında konsertin təşkilatçısı "Səs Organization"-un rəhbəri Nahid Emiloğlu məlumat verib. Təşkilatçının sözlərinə görə, mayın 9-u və 10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertin biletləri 50-350 manat arasındadır. N. Emiloğlu onu da deyib ki, martın 26-dan etibarən konsertin afişaları vurulacaq və reklam çarxları nümayiş olunacaq. Təşkilatçı bildirib ki, Tarkandan əvvəl Krımdan olan tanınmış müğənni səhnəyə çıxacaq. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
03-24-2008, 03:41 PMAPAAzərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb
[b]Azərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb[b]
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada baş vermiş yol-qəzasında 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
[Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xaldan-Balakən magistral yolunun 122-ci kilometrliyində, Zaqatala hava limanı ərazisində baş verib. Rayonun Sumaylı kənd sakini, 1982-ci il təvəllüdlü Tural Möhüddün oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı, 62 BE 714 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı qoz ağacına çırpılıb. Qəza nəticəsində maşının sürücüsü T. Muradov və sərnişinlər - rayonun Yuxarı Tala kənd sakinləri, 1976-cı il təvəllüdlü Nazim Bilal oğlu Salehov və 1983-cü il təvəllüdlü Şahsuvar Osman oğlu Osmanov hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin - 1981-ci il təvəllüdlü Tahir Saleh oğlu Salehov ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. İlkin ehtimallara görə, T. Muradov avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. -
03-24-2008, 03:46 PMAPA"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb
[b]"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Martın 22-də Bakı şəhərinin Nərimanov rayonundakı H. Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə həmin şəxs hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov rayon Polis İdarəsi tərəfindən aparılır. Həmin gün saat 19.00 radələrində isə Goranboy rayonunun Xanqərvənd kəndinin ərazisində Daşaltı kənd sakini Elşən Qurbanov idarə etdiyi "KamAZ - 5511" markalı avtomobillə Bakı şəhər sakini Vasif Abbasov idarə etdiyi "Lexus" markalı avtomaşın toqquşub. Nəticədə "Lexus"un sərnişinləri - Tərtər rayon sakinləri Rasim Əhmədov və Murad Məmmədov hadisə yerində, sürücü özü isə xəstəxanada ölüb. Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Martın 22-də Siyəzən rayonunun Qarasiyəzən kəndinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 22.50 radələrində Siyəzən şəhər sakini Mirzəağa Bayramov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Bayramov orada ölüb. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində isə həmin gün müəyyən edilməmiş avtomaşınla Cəlilabad şəhər sakini İzzət Mehdiyev vurulub. İ. Mehdiyev hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Cəlilabad rayon Polis Şöbəsi tərəfindən aparılır. -
03-24-2008, 03:51 PMAPA"Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması faktı ilə bağlı cinayət işi Respublika Prokurorluğuna verilib
[b]"Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması faktı ilə bağlı cinayət işi Respublika Prokurorluğuna verilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanması faktı ilə bağlı başlanılan cinayət işinin istintaqı bundan sonra Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılacaq.
[Bu barədə APA-ya "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib. Bununla bağlı bu gün prokurorluqdan məlumat aldıqlarını bildirən A. Əhmədov deyib ki, istintaqın Bakı Şəhər Baş Polis İdarəsindən Respublika Prokurorluğuna verilməsinin səbəbi onlara məlum deyil. A. Xəlilin bıçaqlanması faktını Bakı Şəhər Baş Polis İdarəsində araşdıran müstəntiq Nazim Əhmədov da APA-ya məlumatı təsdiqləyib. Müstəntiq bununla bağlı əlavə məlumat verməyib. Qeyd edək ki, A. Xəlilin bıçaqlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi üzrə cinayət işi başlanılıb. -
03-24-2008, 03:56 PMAPA"Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır
[b]"Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır[b]
[Bakı. Ülkər Qasımova-APA. "Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin mayın 20-də Belqradda keçiriləcək müsabiqənin yarımfinal mərhələsi üçün geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi koordinatoru Leyla Əliyeva APA-ya bildirib ki, geyimlər üzərində son işlər aparılır. L. Əliyevanın sözlərinə görə, E. Hüseynov və S. Cavadzadə geyimləri gətirmək üçün martın 27-də Ukraynaya səfər edəcəklər. Musiqi koordinatoru onu da bildirib ki, mayın 20-də təmsilçilərimizin saç düzümlərini də ukraynalı saç ustaları hazırlayacaqlar. Hazırda təmsilçilərin veb-saytı üzərində işlərinin getdiyini deyən L. Əliyeva saytın müasir standartlara cavab verəcəyini açıqlayıb. Bununla yanaşı, o, artıq bir neçə aydır, fəaliyyət göstərən [ internet portalının yaxın günlərdə tam yeni formada istifadəyə veriləcəyini də qeyd edib. -
03-25-2008, 03:11 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılova vəfat edib
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılova vəfat edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Tükəzban İsmayılova bu gün saat 19:00 radələrində dünyasını dəyişib. APA-nın məlumatına görə, 85 yaşlı T.İsmayılova səhhətində problemlər var idi. Mərhumla vida mərasimini nə zaman keçiriləcəyi hələ müəyyənləşməyib. Qeyd edək ki, Tükəzban İsmayılova martın 6-da Mərkəzi Klinik Xəstəxanada canaq-bel sümüyündən əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti çox ağırlaşan 85 yaşlı müğənni süni tənəffüs aparatı vasitəsi ilə nəfəs alırdı. Xatırladaq ki, T.İsmayılova 1923-cü il dekbarın 21-də anadan olub.O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə "Şöhrət" Ordeni ilə təltif olunub. -
03-25-2008, 03:16 PMAPATürkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı rəsmi açıqlama yayılıb
[b]Türkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı rəsmi açıqlama yayılıb[b]
[İstanbul. Mayis Əlizadə-APA. Bu gün "Ergenekon" əməliyyatı çərçivəsində salanılan Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek və daha 4 nəfər həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbul prokuroru Aykut Çengiz Engin "Ergenekon" əməliyyatının digər məhkəmə çəkişmələri ilə heç bir əlaqəsi olmaması barədə yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, 2007-ci iyun ayında Türkiyənin Ümraniyyə rayonunda bir evdə partlayıcı maddənin olması ilə bağlı əməliyyat xəbərinin ardından başladılmış araşdırmaların nəticəsində bir qrup şəxsin saxlanılıb və "Ergenekon" adı verilən bu əməliyyatla bağlı bu il martın 21-də də saxlanılanlar olub. Prokuror deyib ki, bu əməliyyatla bağlı mətbuatda yazılanların böyük bir qismi həqiqəti əks etdirmir. Baş verənlər hüquq çərçivəsində olub və araşdırmalar zamanı adı çəkilən şəxslər istintaqa cəlb edilib. Prokuror şübhəli şəxs qismində saxlanılanlardan Doğu Perinçek, Mehmet Adnan Akfırat, Ferit İlsever ve Serhan Bollukun Türkiyə Cinayət Məcəlləsinin 100-cü maddəsi ilə həbs edildiyini, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Selçuk və İstanbul Universitetinin keçmiş rektoru Kamal Yalçın Alemdaroğlunun zaminə buraxıldığını, Yusuf Beşirik, İbrahim Benli, Yusuf Tuncer, Aydın Gergin, Mahir Çayan Güngör ve Aykut Tokakın isə ifadələri alınandan sonra yazılı iltizam alınmaqla sərbəst buraxıldıqlarını vurğulayıb.Engin "Ergenekon"la bağlı araşdırmaların bir ay müddətinə yekunlaşacağının gözlənildiyini də bildirib.Qeyd edək ki, bu gün İstanbul Cümhuriyyət Prokurorluğu "Star", "Taraf" və "Yeni Şafak" qəzetləri barədə "Ergenekon" əməliyyatı ilə bağlı gizli və medianın açıqlaması qadağan edilən məqamları yazmaları iddası ilə şikayət edib. Onu da xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub.