[b]Azərbaycanlı müğənninin anasının və bacısının məhkəməsi başa çatıb[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müğənni Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
[APA-nın məlumatına görə, məhkəmədə dövlət ittihamçısı Ellada İsmayılovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini, Adilə Həsənovaya isə 2 il müddətinə şərti cəza verilməsini xahiş edib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib, A. Həsənovaya isə bəraət verilib.Qeyd edək ki, Ellada İsmayılova Cinayət Məcəlləsinin 144-1 .1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), A. Həsənova isə CM-nin 144-1. 2. 5-ci (insan alverinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədilməsi) maddələri ilə ittiham olunub.
Azərbaycan Xəbərləri
Printable View

03-29-2008, 06:51 PMAPAAzərbaycanlı müğənninin anasının və bacısının məhkəməsi başa çatıb

03-29-2008, 06:56 PMAPAYanvar-fevral aylarında Azərbaycanda 1851 nəfər hüquqpozucu aşkar edilib
[b]Yanvar-fevral aylarında Azərbaycanda 1851 nəfər hüquqpozucu aşkar edilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin yanvar-fevral aylarında ölkədə 1851 nəfər hüquqpozucu aşkar edilib. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, onların 79,7 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilən hüquqpozucularının 81,5 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 8,4 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4 faizi sərxoş vəziyyətdə olan şəxslər, 13,8 faizi qadınlar, 3 faizi isə yetkinlik yaşına çatmayanlardır. -
03-29-2008, 07:01 PMAPAQarabağ Azadlıq Təşkilatı bu qurumun adından məcburi köçkünlərdən pul toplayan qəzet redaktoru ilə bağlı məhkəməyə müraciət edəcək
[b]Qarabağ Azadlıq Təşkilatı bu qurumun adından məcburi köçkünlərdən pul toplayan qəzet redaktoru ilə bağlı məhkəməyə müraciət edəcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) qurum adından məcburi köçkünlərdən pul toplayan qəzet redaktoru ilə bağlı açıqlama yayıb. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirib ki, Tariyel Nəcəfov adlı şəxs özünü "Nurlu səhər" qəzetinin baş redaktoru kimi təqdim edərək, Ağdam və Laçın rayonlarından olan məcburi köçkünlər Gülsüm Məmmədova və Qumru Cəfərovadan, o cümlədən digər şəxslərdən xeyli miqdarda pul yığıb. T. Nəcəfov pulların QAT üçün toplandığını iddia edərək, qəzetin QAT-ın orqanı olduğunu deyib. QAT baş verənləri dələduzluq kimi qiymətləndirib, Tariyel Nəcəfov adlı şəxsi tanımadığını bəyan edib. Təşkilat yaxın günlərdə faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. -
03-29-2008, 07:06 PMAPAAzərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək
[b]Azərbaycan paytaxtında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Martın 31-də Bakıda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçiriləcək.
[Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak etmək üçün 15 dövlətin məsul nümayəndələrinin, o cümlədən prokurorluq orqanlarının və antikorrupsiya qurumlarının rəhbərlərinin Azərbaycana səfəri gözlənilir. Eyni zamanda aprelin 1-də Bakıda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq konfrans təşkil olunacaq. Müxtəlif dövlətlərin aidiyyəti məsul şəxslərinin və nüfuzlu beynəlxalq mütəxəssislərin qatılacağı tədbirdə mütəşəkkil cinayətkarlığın bu təhlükəli növü ilə səmərəli mübarizə vasitələri müzakirə ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyanın təşkilatçılarından biri olub. Assosiasiyanın ötən il Pekində keçirilən 1-ci illik Konfransı və Ümumi Yığıncağında təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsi formalaşıb. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın vitse-prezidenti seçilib. Assosiasiya 140 ölkəni əhatə edir. -
03-29-2008, 07:11 PMAPAVaşinqtonun mərkəzində uydurma "erməni soyqırımı"na həsr olunmuş muzey tikiləcək
[b]Vaşinqtonun mərkəzində uydurma "erməni soyqırımı"na həsr olunmuş muzey tikiləcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. ABŞ-ın Tarixi abidələrin qorunması üzrə müşahidə komissiyası (HPRB) Vaşinqtonun mərkəzində uydurma "erməni soyqırımı"na həsr olunmuş muzeyin yaradılacağını təsdiqləyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, ABŞ Milli Bankının qədim binasının restavrasiyası nəticəsində yaradılacaq muzeyin qarşısında saxta soyqırımla bağlı memorial kompleks də qoyulacaq. Kompleks Ağ Evdən bir neçə addım aralıda yerləşəcək. Məsələyə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik deyib ki, adı çəkilən komissiya müstəqil qurumdur və işi sadəcə, yeni inşa olunan binaların arxitekturasının müəyyən meyarlara uyğun olub-olmadığını yoxlamaqdan və tikintiyə icazə verməkdən ibarətdir. Diplomatın sözlərinə görə, muzeyin yaradılmasında ABŞ-ın rəsmi dövlət qurumlarının heç bir rolu yoxdur. -
03-29-2008, 07:16 PMAPATürkiyə İraqın şimalındakı PKK mövqelərini növbəti dəfə bombardman edib
[b]Türkiyə İraqın şimalındakı PKK mövqelərini növbəti dəfə bombardman edib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Silahlı Qüvvələri martın 27-də və 28-də PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini yerdən və havadan bombardman edib.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Silahlı Qüvvələrin Baş Qərargahı martın 27-də İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyəyə keçməyə hazırlaşan bir qrup terrorçunun müəyyən edildiyini və bu qrupun top atəşinə tutulduğunu açıqlayıb. Top atəşləri nəticəsində 15 terrorçunun məhv edildiyi müəyyənləşdirilib. Martın 28-də isə hərbi təyyarələr eyni bölgədəki PKK mövqelərini bombalayıb. Bombardman nəticəsində nə qədər PKK-çının məhv edildiyini müəyyənləşdirmək mümkün olmayıb. Baş Qərargah İraqın şimalının bundan sonra da izlənəcəyini və Türkiyəyə qarşı yönələcək bütün təhlükələrin qarşısının dərhal alınacağını bəyan edib. -
03-29-2008, 07:21 PMAPAAzərbaycan Mətbuat Şurasının sədri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib
[b]Azərbaycan Mətbuat Şurasının sədri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Yeni Müsavat" qəzetinin redaksiyasında aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib.
[Bu barədə APA-ya açıqlama verən MŞ-nın sədri həmkarlarının bütün aksiyasına, o cümlədən aclıq aksiyasına hörmətlə yanaşdığını bildirib: "Ancaq burada bir nüansı qeyd etmək istəyirəm ki, aclıq məqsədə çatmaq üçün heç də son vasitə deyil. Çünki bu aksiyanın mahiyyətində insan taleyi dayanır. Ona görə də aclığa çox ciddi yanaşılmalıdır. Aclıq olum və ölüm arasında seçimdir, istəyinə nail olmadıqda insanın ölüm ərəfəsi özünə şüurlu sui-qəsdidir, yəni ölümü bilə-bilə qəbul etməsidir". Ə. Amaşov aksiya keçirən jurnalistlərə bütün bunları nəzərə almağı tövsiyə edib. Onun sözlərinə görə, MŞ heç vaxt həbsdə olan jurnalistlərin taleyinə biganə qalmayıb, onların azadlığa çıxması üçün səyləri əsirgəməyib: "Biz bu yolu sonuncu jurnalist məhbəsi tərk edənədək davam etdirəcəyik". Qeyd edək ki, Eynulla Fətullayevlə həmrəylik nümayiş etdirən jurnalistlər Şahvələd Çobanoğlu, Elşən Balaxanılı, Zahid Səfəroğlu aclığı davam etdirirlər. Bu gün aksiyaya jurnalist Natiq Cavadlı və Azərbaycan Demokratik Gənclər Hərəkatının sədri Ağası Şakiroğlu da qoşulub. -
03-29-2008, 07:26 PMAPAMüdafiə Nazirliyi mətbuat xidmətinin rəisi: " Azərbaycanı danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər"
[b]Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi: " Azərbaycanı danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların kəsilməsi barədə bəyanatlar verməklə qorxuda bilməzlər".
[Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Azərbaycanla Ermənistan arasında danışıqların kəsilməsi ehtimalının artması barədə açıqlamasına münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu APA-nın "Danışıqların kəsilməsi müharibə ehtimalını artıra bilərmi" sualına cavabında deyib ki, danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir: "Müharibə arzu olunan hadisə deyil. Bu yeni qırğınlar, yeni qanlar deməkdir. İşğalçı Ermənistan bunu anlamalıdır. Məhz onların günahı ucbatından bu günə qədər Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır və regionu narahat edir. Ona görə də müharibə təhlükəsi münaqişə ilə bağlı hər hansı vəziyyətin yaranmasına baxmayaraq hər an real ola bilər".Nazirlik sözçüsü deyib ki, Azərbaycanın əraziləri işğal altındadır, onu azad etmək təcavüzə məruz qalan tərəf kimi bizim hüququmuzdur: "Bunu bizə heç kim qadağan edə bilməz. Müharibəni yaxınlaşdıran amillər göz qabağındadır. Danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi nəzərdən qaçırılmamalıdır. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" BMT Baş Assambleyasının qəbul etdiyi ədalətli qətnaməni şübhə altına almaqla münaqişənin həllini bir qədər də mürəkkəbləşdirdilər. Onlar tərəf olduqlarını açıqca meydana qoymaqla təcavüzkarı necə deyərlər, müdafiə etdilər. BMT Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, münaqişənin həlli yollarının Minsk Qrupunun həmsədr ölkələri vasitəsi ilə çözülməsi barədə qətnamə qəbul edib. Burada pis nə var ki? Əslində bu hər iki tərəfin, eyni zamanda bütün bəşəriyyətin maraqlarına cavab verir. Məhz bu yol müharibənin yenidən başlanmasının qarşısını almaq üçün ən təsirli və ən ədalətli yoldur. BMT-nin sülhsevər qətnaməsinin mahiyyəti də bundan ibarətdir. Əvəzində isə Minsk Qrupu həmsədri olan ölkələr adıçəkilən qətnaməni kənara qoydular və daha təhlükəli yolu seçdilər. Onlar dünyanın bir hissəsində müharibə ocağını söndürmək əvəzinə müharibə ocağının üzərinə su yox, benzin tökdülər. Necə ola bilər - sərf edən zaman BMT-nin sanksiyaları və qətnamələri kara gəlir, təsirli olur, amma Azərbaycanla bağlı məlum qətnamə əhəmiyyətsiz sayılır? Onların ədalət dedikləri budurmu? İkili standartın nə olduğu həmsədr ölkələrin simasında göründü. Bizi danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər".E. Sabiroğlu qeyd edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və nəyin gücünə olsa da, öz ərazi bütövlüyünü bərpa edəcək: "Azərbaycanın qüdrətli dövləti, yekdil xalqı, güclü ordusu bu taleyüklü arzumuzu reallaşdırmağa tam imkan verir. Bu yol uzaqda deyil". -
03-29-2008, 07:36 PMAPAAzərbaycan paytaxtında güclü yanğın olub
[b]Azərbaycan paytaxtında güclü yanğın olub[b]
Bakı. Samir Kazımlı-APA. Bu gün saat 18.00 radələrində Bakının Xətai rayonu ərazisində yerləşən Radiozavodun qarşısındakı beşmərtəbəli inzibati binada yanğın baş verib.
[Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralananların olub-olmadığı hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyinin və Xətai rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerindədirlər. Bölmədən hazırda yanğının davam etdiyini bildiriblər. -
03-29-2008, 08:21 PMAPAQafqaz Müsəlmanları İdarəsinin sədri Strasburqa səfər edəcək
[b]Qafqaz Müsəlmanları İdarəsinin sədri Strasburqa səfər edəcək[b]
Bakı. Fuad Qulubəyli, Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 8-də Strasburqa səfər edəcək.
[APA-nın Avropa bürosunun məlumatına görə, bir günlük səfər zamanı A. Paşazadə Strasburqda "Dinlərarası və mədəniyyətlərarası dialoq" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə Avropa ölkələri arasında dini sahədə vəziyyət müzakirə olunacaq. Konfransda A. Paşazadə ilə yanaşı, bir çox dövlətlərin dini liderləri də iştirak edəcəklər.