[b]Səfir Fuad İsmayılov: "Hətta ATƏT-də belə həmsədrlərin geri çağırılması və təyin olunması prosedurunu dəqiq bilmirlər"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Minsk Qrupu ilə bağlı Azərbaycanın ATƏT-in mərkəzi qərargahına sorğu göndərməsi ətrafında çox söz-söhbət gəzir. Məsələ burasındadır ki, göndərilən sorğu gerçəkdən də ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin geri çağırılması və təyin edilməsi prosedurasını aydınlaşdırmaqla əlaqədar idi".
[Bu açıqlamanı APA-ya Azərbaycanın ATƏT-də daimi nümayəndəsi rəhbəri, səfir Fuad İsmayılov verib. Onun sözlərinə görə, sorğunun göndərilməsinə səbəb bu prosedurun bu günə qədər də tam aydın olmaması ilə bağlıdır. Sorğunun ATƏT-in Baş Katibliyində və qurumun hüquq xidmətində araşdırılacağını bildirən Fuad İsmayılov hələlik müraciətə cavab verilmədiyini deyib: "Amma hətta ATƏT-də belə bu proseduru tam bilmirlər. Çünki indiyə kimi bu məsələ heç kəsin ağlına gəlməyib və buna zərurət yaranmayıb. Bir daha bildirmək istəyirəm ki, burada söhbət həmsədrlərin dəyişdirilməsindən deyil, prosedurun aydınlaşdırılmasından gedir".
Azərbaycan Xəbərləri
Printable View

03-30-2008, 02:01 PMAPASəfir Fuad İsmayılov: "Hətta ATƏT-də belə həmsədrlərin geri çağırılması və təyin olunması prosedurunu dəqiq bilmirlər"

03-30-2008, 02:06 PMAPAMartın 31-də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır
[b]Martın 31-də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır[b]
[APA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlər sabahdan başlayaraq mayın 31-dək internet vasitəsilə elektron ərizələri doldurmalı və tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiqləməlidirlər. Paytaxtda yaşayan abituriyentlər ərizələrini Binəqədi rayonu - 83, 246, 297 saylı, Xətai rayonu - 95, 55, 249 saylı, Nəsimi rayonu - 19, 46 saylı, Səbayel rayonu - 190, 49 saylı, Sabunçu rayonu - 107, 75 saylı, Qaradağ rayonu - 139 saylı, Əzizbəyov rayonu - 183 saylı, Nizami rayonu - 210, 250 saylı, Nərimanov rayonu - 47, 178 saylı, Yasamal rayonu - 158, 225 saylı, Suraxanı rayonu - 85, 104 saylı məktəblərdə, digər rayonların (şəhərlərin) abituriyentləri isə ərizələrini təhsil şöbələri və telekommunikasiya qovşaqlarında yaradılmış komissiyalarda təsdiq etdirə bilərlər. 2008-ci il aprelin 30-dək 16 yaşı tamam olmayan şəxslər tələb olunan sənədləri aprelin 11-dən mayın 31-dək Azərbaycan Müəllimlər İnstitutu (Bakı), TQDK-nın Naxçıvan MR Regional Şöbəsi (Naxçıvan şəhəri) və Gəncə Şəhər Təhsil Şöbəsində yaradılmış komissiyalara təqdim etməlidirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar sənədlərini Qazax Rayon Təhsil Şöbəsində, Rusiya Federasiyası Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar Rayon Təhsil Şöbəsində yaradılmış komissiyaya təqdim edə bilərlər. M. Abbaszadə deyib ki, ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər test imtahanından əlavə xüsusi qabiliyyət imtahanı verməlidir və onlar internet vasitəsilə ərizə doldurduqdan və təsdiq etdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında təyin olunmuş müddətdə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanları iyunun 28-dən iyulun 7-dək keçiriləcək. TQDK sədrinin sözlərinə görə, internet xətti olan orta məktəblərin rəhbərləri abituriyentlərə ərizə doldurmaq üçün şərait yaratmağa borcludur. Bundan əlavə, telekommunikasiya qovşaqlarında abituriyentlər üçün dövlət tərəfindən pulsuz internet xətti də təşkil olunub. -
03-30-2008, 02:11 PMAPABu ilin yanvarında qəzaya uğrayan Azərbaycan Silahlı Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin bir pilotunun cəsədinin axtarışları davam etdirilir
[b]Bu ilin yanvarında qəzaya uğrayan Azərbaycan Silahlı Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin bir pilotunun cəsədinin axtarışları davam etdirilir[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu il yanvarın 29-da qəzaya uğramış Azərbaycan Silahlı Qüvvələrinə məxsus MİQ-29 təyyarəsinin pilotlarından biri Fəxrəddin Əsgərovun cəsədinin axtarışları davam etdirilir. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu martın 30-da keçirdiyi mətbuat konfransında bildirib: "Ümidimizi kəsməmişik, son ana qədər hərbçimizin axtarışını davam etdirəcəyik. İnanmaq istərdik ki, gec də olsa, onu tapıb ailəsinə verəcəyik, adət-ənənəyə uyğun olaraq torpağa tapşıracağıq". Nazirlik sözçüsü jurnalistlərin suallarına cavab olaraq onu da deyib ki, təyyarənin qəzaya uğraması ilə bağlı heç kim həbs olunmayıb. E. Sabiroğlu təyyarənin qara qutusunun oxunması prosesinin davam etdirildiyini qeyd edib. Onun sözlərinə görə, qara qutuda qeydə alınan bütün məlumatlar müəyyənləşdiriləndən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. -
03-30-2008, 02:16 PMAPASəməd Seyidov: "Aqo" qrupu Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və ölkədə gedən proseslərlə bağlı müzakirələr aparacaq"
[b]Səməd Seyidov: "Aqo" qrupu Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və ölkədə gedən proseslərlə bağlı müzakirələr aparacaq"[b]
[Bakı. Ramil Məmmədli - APA. Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin "Aqo" qrupunun ölkəmizə iki günlük səfəri çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və ölkədə gedən proseslər müzakirə mövzusu olacaq. Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, "Aqo" qrupu səfər zamanı Prezidentin İcra Aparatında, Milli Məclisdə və Xarici İşlər Nazirliyində görüşlər keçirəcək. Görüşlərdə iyunda AŞ PA-da Azərbaycanla bağlı keçiriləcək dinləmələrə hazırlıq məsələləri də müzakirə mövzusu olacaq. -
03-30-2008, 02:21 PMAPASəməd Seyidov: "Avropa Şurası Ermənistanda keçirilən prezident seçkilərini lazımınca dəyərləndirməyib"
[b]Səməd Seyidov: "Avropa Şurası Ermənistanda keçirilən prezident seçkilərini lazımınca dəyərləndirməyib"[b]
Bakı. Ramil Məmmədli-APA. "Avropa Şurası Parlament Assambleyasında Azərbaycan üçün prioritet məsələlərdən biri müxtəlif ölkələrdə keçirilən seçkilərin, o cümlədən də Ermənistandakı prezident seçkilərinin müzakirəyə çıxarılması olacaq".
[Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Onun sözlərinə görə, Ermənistanda antidemokratik, hüquq normalarına zidd keçirilən prezident seçkiləri bəzi beynəlxalq təşkilatlar, həmçinin də Avropa Şurası tərəfindən lazımınca dəyərləndirilməyib. O, bununla bağlı AŞ PA Bürosunda məsələ qaldırdığını da diqqətə çatdırıb: "Avropa Şurası insan hüquqları, qanunun aliliyi və demokratiya məsələləri ilə məşğul olan təşkilatdırsa, niyə Rusiyada, Gürcüstanda, Azərbaycanda keçirilən seçkilərdən sonra müxalifət partiyalarının sədrlərini Avropa Şurasına dəvət edir və onlarla müzakirələr aparır, ancaq Ermənistandan bir nəfər də müxalifətdən olan siyasi partiyanın nümayəndəsi quruma çağırılmır? Ermənistanda bütün mətbuatın fəaliyyəti dayandırılıb. Buna da heç bir münasibət bildirilmir. Yalnız problemin aradan qaldırılması tövsiyə olunur. Biz bu ikili standartlara qarşı çıxış edirik. Aprel sessiyasında da bu məqamlar xüsusi diqqətə çatdırlacaq". -
03-30-2008, 02:26 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin sözcüsü: "Atəşkəs əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər və Tovuz istiqamətlərində pozulur"
[b]Azərbaycan Müdafiə Nazirliyinin sözcüsü: "Atəşkəs əsasən Ağdam, Xocavənd, Füzuli, Tərtər və Tovuz istiqamətlərində pozulur"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Cəbhə bölgəsində atəşkəs intensiv olaraq pozulur. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu keçirdiyi mətbuat konfransında bildirib: "Ermənilər atəşkəs rejiminin tələblərinə əməl etmədiklərindən bu hadisələr son zamanlar yenidən geniş xarakter alıb".
[E. Sabiroğlu deyib ki, atəşkəs əsasən cəbhənin Ağdam, Xocavənd, Füzuli, Tərtər və Tovuz istiqamətlərində pozulur. Onun sözlərinə görə, Goranboy, Cəbrayıl, Qazax, Xanlar rayonları istiqamətində isə nisbətən az pozuntu halları qeydə alınıb: "Belə bir vəziyyətdə təbii ki, atəşkəs rejimini pozan Ermənistan Silahlı Qüvvələri layiqli cavabını alıb, bütün hallarda düşmən susdurulub". Nazirlik sözçüsü deyib ki, son iki ayda Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində (Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri ərazisində) üç dəfə monitorinq keçirilib və monitorinq zamanı heç bir insident qeydə alınmayıb: "Monitorinqlər zamanı Ermənistan tərəfi atəşkəs rejiminə əməl edir, qurtaran kimi isə atəşkəsi pozur. Bu, artıq ənənəyə çevrilib". -
03-30-2008, 02:31 PMAPAXətai rayonunda çürümüş meyit tapılıb
[b]Xətai rayonunda çürümüş meyit tapılıb[b]
[Bakı. Samir Kazımlı - APA. Dünən Xətai rayonunun Əhmədli Yolu küçəsində yerləşən Təcrübə Sınaq Zavodunun yaxınlığındakı mazut gölməçəsində 68 yaşlı Saatlı rayon sakini Sərdar İsmayılovun çürümüş cəsədi tapılıb. Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı Sərdar İsmayılovun martın 10-da gölməçəyə yıxılaraq öldüyü müəyyənləşdirilib. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır. -
03-30-2008, 02:46 PMAPABakıda "Tarix: olduğu kimi" adlı beynəlxalq elmi konfrans keçirilir
[b]Bakıda "Tarix: olduğu kimi" adlı beynəlxalq elmi konfrans keçirilir[b]
[Bakı. Ramil Məmmədli-APA. "İrəli" Ümumrespublika Gənclər Hərəkatı, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə iki günlük "Tarix: olduğu kimi" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi məqamları açıqlayıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında dövlətin gördüyü işləri diqqətə çatdırıb. Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycan xalqının başına gətirilən soyqırım aktlarının beynəlxalq aləmə çatdırılması istiqamətində ölkə diplomatiyası zəruri addımlar atır. Onun sözlərinə görə, bir əsrdən artıqdır ki, ermənilər havadarlarının dəstəyi ilə regionda sabitliyi pozur, bölgənin inkişafına maneçilik törədirlər. Milli Məclisin sədr müavini Bahar Muradova isə Ermənistanın ləyaqətsiz mübarizə metoduna üstünlük verdiyini bildirib. O, bu səpkili tədbirlərin sayının artırılmasın vacibliyinə də toxunub: "Azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı tədbirlər xaricdə daha çox təşkil olunmalıdır. Ümumilikdə isə təbliğatın daha təsiredici mexanizmi tapılmalıdır". 2001-2006-cı illərdə ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı səfiri olan Sichan Siv isə ailəsinin soyqırıma məruz qaldığını deyib. O, Kambocalı olduğunu və 1970-ci illərin əvvəllərində bu ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra mənsub olduğu millətin soyqırıma məruz qaldığını söyləyib. Keçmiş səfir millətlərə qarşı yönələn bütün soyqırım aktlarını pislədiyini bildirib. Sonra konfransda "Faciənin tarixi" və "Danışır erməni elitası" adlı kitabın və eyni adlı filmin təqdimatı keçirilib. Qeyd edək ki, konfrans iki gün davam edəcək. Tədbirdə elmi araşdırmaların aparılması məqsədilə işçi qrupun yaradılması da nəzərdə tutulub. -
03-30-2008, 02:51 PMAPAAzərbaycanın hərbi doktrinası yaxın zamanlarda Milli Məclisdə qəbul olunacaq
[b]Azərbaycanın hərbi doktrinası yaxın zamanlarda Milli Məclisdə qəbul olunacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın hərbi doktrina layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəsi və qəbulu gözlənilir. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Nazirlik təmsilçisi deyib ki, sənəd artıq hazırdır və Milli Məclisə təqdim edilib. E. Sabiroğlunun sözlərinə görə, layihədə Azərbaycanın milli maraqları, milli təhlükəsizliyini qoruya bilən bütün amillər nəzərə alınıb: "O cümlədən Azərbaycanın strateji müttəfiqləri də həmin sənəddə göstərilib". Mətbuat xidmətinin rəisi sənədin hazırlanmasında Müdafiə Nazirliyinin böyük xidmətlərinin olduğunu deyib. -
03-30-2008, 03:06 PMAPATürkiyənin "Cumhuriyet" qəzetinin binasına yandırıcı maddə atılıb
[b]Türkiyənin "Cumhuriyet" qəzetinin binasına yandırıcı maddə atılıb[b]
[Ankara - APA. Bu gün Türkiyənin aparıcı mətbuat orqanlarından biri olan "Cumhuriyet" qəzetinin binasına yandırıcı maddə atılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, qəzetin mühafizə xidməti olayı törədən 3 nəfərdən biri olan 13-14 yaşlı yeniyetməni yaxalayaraq polisə təhvil verib. Hadisədən sonra redaksiya binasında yanğın başlasa da, tezliklə söndürülüb. Polis hadisə yerindən qaçan 2 yeniyetmənin axtarışını davam etdirir. Xatırladaq ki, martın 21-də "Cumhuriyet" qəzetinin sahibi və baş yazarı İlhan Səlcuq "Ergenekon" adlandırılan gizli təşkilatla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. O, bir gün sonra ölkəni tərk etməmək şərtilə azadlığa buraxılıb. Qeyd edək ki, "Cumhuriyet" qatı solçu-atatürkçü mövqeyi ilə tanınır və Türkiyənin mövcud hökumətinə qarşı kəskin müxalifət mövqeyi tutur.