[b]"Nurçular"ın lideri Fətullah Gülən Türkiyəyə qayıdacaq[b]
Ankara - APA. Türkiyənin apellyasiya məhkəməsi - Yarğıtay "nurçular" adlandırılan dini cərəyanın lideri Fətullah Gülən haqqında bəraət qərarı verən Ankara 11-ci Ağır Cəza Məhkəməsinin hökmünü təsdiqləyib.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla da hazırda ABŞ-da yaşayan F. Gülənin vətənə dönüşü üçün bütün hüquqi əngəllər aradan qalxıb. Xatırladaq ki, F. Gülən 8 il əvvəl "dünyəvi dövlət sistemini dəyişdirərək yerinə dini qaydalara əsaslanan dövlət qurmaq məqsədilə qeyri-qanuni təşkilat yaratmaq" ittihamı ilə mühakimə olunub. Ancaq məhkəmə Bülənt Ecevitin baş nazirliyi dövründə verilən amnistiyaya uyğun olaraq iş üzrə hökm çıxarılmasını təxirə salıb. F. Gülənin vəkilləri isə məhkəmənin davam etdirilməsini tələb ediblər. Nəticədə 2006-cı ilin mayında Ankara 11-ci Ağır Cəza Məhkəməsi dini lideri yenidən mühakimə edib və ona bəraət verib.
Azərbaycan Xəbərləri
Printable View

03-07-2008, 08:56 PMAPA"Nurçular"ın lideri Fətullah Gülən Türkiyəyə qayıdacaq

03-07-2008, 09:01 PMAPAAzərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçirilməsinin ilkin nəticələri müsbət olu
[b]Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçirilməsinin ilkin nəticələri müsbət olub[b]
Bakı. Fuad Qulubəyli-APA. Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsini tutmaq üçün müəyyənləşdirilən namizədlərlə bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində aparılan müsahibələr uğurlu olub.
[Bu barədə APA-nın Avropa bürosuna AŞ PA-nın İnsan Haqları və Hüquq İşləri Komitəsinin katibliyindən bildirilib. Məlumatda qeyd olunur ki, artıq namizədlərin müsahibədən keçirilməsi prosesi başa çatıb, hər üç namizəd müsahibədə iştirak edib. İlkin nəticələr müsbət olub. Katiblikdən onu da vurğulayıblar ki, Alt Komitənin tövsiyəsinin tam mətni AŞ PA Bürosunun martın 13-də keçiriləcək iclasında açıqlanacaq. Namizədlərlə bağlı prinsipial qərarı da Büro verəcək. AŞ PA-nın yaz sessiyasında isə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək şəxs təsdiqlənəcək. Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. -
03-07-2008, 09:06 PMAPAElmar Məmmədyarov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
[b]Elmar Məmmədyarov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Qəbula görə təşəkkürünü bildirən Pyer Morel regiona səfəri haqqında geniş məlumat verib və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrin səviyyəsindən razılığını bildirib. Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsi ilə bu əməkdaşlığın daha da genişlənəcəyini vurğulayan Pyer Morel eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və enerji mənbələrinin diversifikasiyasında xüsusi rol oynadığı qeyd edib. Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırıb və bu münasibətlərin bir çox sahəni əhatə etdiyini bildirib. O, enerji sahəsində qurumla Azərbaycan arasında faydalı əməkdaşlığın mövcudluğunu və bu əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
03-07-2008, 11:31 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti kəskin pisləşib
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti kəskin pisləşib[b]
[Bakı. Ülkər İsmayılova-APA. Azərbaycanın xalq artisti, muğamın əvəzsiz ifaçılarından Tükəzban İsmayılovanın səhhəti kəskin pisləşib. Bu barədə APA-ya açıqlamasında T. İsmayılovanın qızı, xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, üç gün əvvəl T. İsmayılovanın səhhəti pisləşib və o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Xalq artisti çanaq-bel sümüyündən əməliyyat olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. F. Ələkbərli bildirib ki, T. İsmayılova hələ də reanimasiya şöbəsindədir. Həkimləri hələlik onun reanimasiya şöbəsində saxlanacağı müddətlə bağlı bir söz söyləməyərək, vəziyyətinin kritik olduğunu deyiblər.Qeyd edək ki, T. İsmayılovanın 85 yaşı var. -
03-08-2008, 11:31 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub[b]
Bakı. Hacı Zeynalov-APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri martın 7-də saat 18.20-dən 18.40-dək və saat 22.30-dan 22.45-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri sahəsindəki mövqelərini, saat 21.15-dən 23.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qərvənd kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, martın 8-də saat 01.35-dən 01.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 01.40-dan 01.50-dək Tərtər rayonunun Qızıl Oba kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 04.40-dan 04.55-dək isə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-08-2008, 12:51 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər.
[ATƏT-in baş ofisindən APA-ya daxil olan bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda insan ölümü ilə nəticələnmiş atışmaların baş verməsindən dərin təəssüf hissi keçirir, tərəfləri atəşkəs rejiminin bərpa olunmasına, gələcək qarşıdurmalardan və zor tətbiqinin genişlənməsindən çəkinməyə çağırır". Bəyanatda, həminin atəşkəs rejiminin artıq bərpa olunduğu bildirilir: "Həmsədrlər bir daha bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və bu cür hərəkətlər bütün regionda stabilliyə zərbə vura bilər". Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsiplərini tərəflər arasında razılaşdırmaq istiqamətində səyləri daha da artıracaqlarını bildirilər. Bəyanatda həmsədrlər Azərbaycan ərazi bütövlüyünü dəstəklədiklərini və Dağlıq Qarabağın statusunun danışıqlar predmeti olduğunu bir daha vurğulayıblar. -
03-08-2008, 01:16 PMAPADmitri Medvedyevin Rusiya prezidenti seçildiyi MSK-nın yekun protokolu ilə təsdiqlənib
[b]Dmitri Medvedyevin Rusiya prezidenti seçildiyi MSK-nın yekun protokolu ilə təsdiqlənib[b]
Moskva. Tamara Qriqoryeva-APA. Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzləri Rusiya Federasiyasının prezidentliyinə seçkilərin yekun protokolunu imzalayaraq, seçkilərin baş tutmuş və həqiqi olduğunu təsdiqləyiblər.
[APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, protokolun imzalanması dünən Moskva vaxtı ilə 19.16-da başa çatıb. Protokola əsasən, Dmitri Medvedyevin Rusiya prezidenti seçildiyi təsdiqlənib. MSK sədri Vladimir Çurov seçkilərin baş tutmuş və həqiqi sayılmasından razı qaldığını bildirib. Qeyd edək ki, martın 2-də keçirilmiş seçkilərdə D. Medvedyev 70,21% səs toplayıb. -
03-08-2008, 01:21 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır[b]
Bakı. Hacı Zeynalov-APA. Martın 6-da çanaq-bel sümüyündən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır.
[Bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın baş həkimi, xalq artistini əməliyyat etmiş Elxan Hacıyev məlumat verib. Baş həkim deyib ki, əməliyyat uğurlu keçib. O, hazırda xalq artistinin müalicəsinin davam etdirildiyini bildirib. Qeyd edək ki, 85 yaşlı T. İsmayılova xalq artisti İlhamə Quliyevanın anasıdır. -
03-08-2008, 01:46 PMAPAAzərbaycan paytaxtında və Beyləqan rayonunda xeyli silah-sursat tapılıb
[b]Azərbaycan paytaxtında və Beyləqan rayonunda xeyli silah-sursat tapılıb[b]
Bakı. Hacı Zeynalov-APA. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan paytaxtının Təbriz küçəsində 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 190 ədəd müxtəlif çaplı patron, 4 ədəd patron darağı və digər hərbi sursatlar tapılıb.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Polis Beyləqan rayonunda da xeyli silah-sursat aşkarlayıb. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən 1 ədəd tank əleyhinə qumbaraatan, 1 ədəd nömrəsiz və 1 ədəd "AKM" silahları, 1 ədəd "Naqan" tipli tapança, 2 ədəd qumbara, 1 ədəd süngü-bıçaq, 72 ədəd patron darağı və 1482 ədəd müxtəlif çaplı patronlar tapıblar. -
03-08-2008, 01:56 PMAPAAzərbaycanın Kürdəmir rayonunda ev yanıb
[b]Azərbaycanın Kürdəmir rayonunda ev yanıb[b]
[Kürdəmir. Hacı Zeynalov-APA. Azərbaycanın Kürdəmir rayonunda yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Kürdəmir rayonu Nəsimi küçəsi ev 12-də yaşayan Oqtay Həmidova məxsus 2 otaqlı evdə baş verən yanğın nəticəsində 20 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Araşdırma aparılır.