[b]Hərbi vertolyotlar Azərbaycan paytaxtı üzərində uçuşlar həyata keçirib[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar bu gün Bakı səmasında uçuşlar keçirib.
[APA-nın məlumatına görə, zərbə vertolyotları saat 9:30-dan başlayaraq paytaxtın və Bakı buxtasının üzərində uçuşlar yerinə yetirib. Müdafiə Nazirliyindən APA-ya uçuşların iyunun 26-da keçiriləcək hərbi paradla əlaqədar təlim məqsədi daşıdığı bildirilib.
Azərbaycan Xəbərləri
Printable View

06-05-2008, 10:11 AMAPAHərbi vertolyotlar Azərbaycan paytaxtı üzərində uçuşlar həyata keçirib

06-05-2008, 10:21 AMAPALondonda Azərbaycana həsr olunmuş sərgi keçirilib
[b]Londonda Azərbaycana həsr olunmuş sərgi keçirilib[b]
[London. Məhbubə Qasımbəyli - APA. London SOAS Universitetində Azərbaycanla bağlı sərgi keçirilib. APA-nın məlumatına görə, Odlar Yurdu Cəmiyyətinin "Pro Art" təşkilatı ilə birgə təşkil etdiyi sərgi Azərbaycan Demokratik Respublikasının (ADR) 90 illiyinə həsr olunub. Sərgidə Azərbaycan tarixinin müxtəlif mərhələlərini əks etdirən lövhələrlə yanası, yeni çapdan çıxmış "Azerbaijan. Past, Present, Future" adlı kitabça da nümayiş etdirilib. Sərgidə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib, ADR-in Azərbaycan tarixində tutduğu yerdən danışıb. Tədbirdə müxtəlif təşkilatların təmsilçiləri ilə yanası, universitetdə təhsil alan tələbələr də iştirak edib. Qeyd edək ki, Azərbaycanla bağlı informasiyaların yer lövhələr bir ay müddətində universitetdə saxlanılacaq. -
06-05-2008, 10:31 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 19.35-dən 20.00-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini, saat 15.00-dan 15.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 14.30-dan 22.45-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.05-dən iyunun 5-i saat 06.20-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 20.15-dən 20.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-05-2008, 10:51 AMAPAABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı 41-ə çatıb
[b]ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı 41-ə çatıb[b]
Bakı. Laçın Sultanova - APA. ABŞ Konqresinin daha bir üzvü Azərbaycan üzrə işçi qrupa daxil olub.
[Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qrupa daxil olan şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, xanım Elison Şvartsdır. Pensilvaniya ştatından olan E. Şvarts Demokrat Partiyasının üzvüdür. Bununla da, Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 41-ə çatıb. -
06-05-2008, 11:31 AMAPAHillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib
[b]Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib[b]
Vaşinqton - APA. ABŞ-ın sabiq birinci xanımı, senator Hillari Klinton prezidentliyə namizədlik yarışını dayandırmaq qərarına gəlib.
[APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın CNN, NBC və "Fox" teleşirkətləri məlumat yayıblar. H. Klinton iyunun 4-də özünün seçki qərargahında olub və bütün əməkdaşları iyunun 6-da evinə dəvət edib. Seçki qərargahının əməkdaşlarının əksəriyyətinə deyilib ki, iyunun 6-sı onların sonuncu iş günü olacaq və gələn həftədən sərbəstdirlər. Teleşirkətlər H. Klintonun hansı formada yarışdan çəkiləcəyinə dair müxtəlif xəbərlər yayırlar. CNN seçki kampaniyasına birdəfəlik son qoyulmasından, NBC və "Fox" isə kampaniyanın dayandırılmasından bəhs edirlər. ABŞ-dakı mövcud praktikaya əsasən demokratların prezidentliyə namizədi olmaq üçün mübarizə aparan şəxs yarışı dayandırsa da, namizəd olaraq qalır və ilkin seçkidə qazandığı səsləri qoruyur, həmçinin müəyyən mərhələdə namizədliyini bərpa etmək hüququnu özündə saxlayır. Namizədliyini birdəfəlik geri götürən şəxs isə "praymeriz"də əldə etdiyi səsləri itirir. Qeyd edək ki, demokratlar daxilində keçirilən ilkin seçkilərdə 2 min 159 qurultay nümayəndəsinin dəstəyini qazanan Keniya əsilli senator Barak Obama qalib gəlib. Demokratların prezidentliyə vahid namizədi olmaq üçün 2 min 118 səs kifayət edir. -
06-05-2008, 11:41 AMAPAƏli Əhmədov: "Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır"
[b]Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirməsi ilə bağlı yayılan məlumatlar dezinformasiyadır"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Yeni Azərbaycan Partiyasının özünə yeni qərargah inşa etdirm’si ilə bağlı yayılan məlumatlar dezinformasiyadır. Mətbuatda guya artıq binanın tikildiyini yazırlar. Əgər doğrudan da belə bir tikinti varsa, bizə də göstərsinlər, görək hardadır". Bunu APA-ya açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, hazırda YAP-ın yeni bina inşa etdirmək niyyəti yoxdur, gələcəkdə isə hər şey ola bilər: "YAP-ın qərargahı var, şəhərin ən yaxşı yerindədir və bundan yaxşı yeri də təsəvvür etmək mümkün deyil. Bu qərargah bizi qane edir və burada özümüzü yaxşı hiss edirik. Bizi indi maraqlandıran əsas məsələ 2008-ci il prezident seçkiləridir. Başqa məsələlər barədə düşünməyə vaxtımız yoxdur". -
06-05-2008, 12:01 PMAPAKXCP-də prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır
[b]KXCP-də prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır[b]
[Bakı. Ramil Məmmədli - APA. "İstənilən müxalifət təşkilatında olduğu kimi, Klassik Xalq Cəbhəsi Partiyasında da prezident seçkisinin boykot edilməsi ilə bağlı fikir formalaşır və bu mövqe Seçki Məcəlləsinin bu şəkildə qəbulundan sonra təbii sayılmalıdır". Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, partiyanın prezident seçkisində iştirak edib-etməyəcəyinə dair qərar Ali Məclisin iyunun 7-də keçiriləcək toplantısında veriləcək. "Boykot məsələsi yarış deyil ki, kimdənsə geridə qalmamaq üçün çalışasan. Amma bu barədə fikirlər bizim partiyada da formalaşa bilər. Çünki Seçki Məcəlləsinin bu şəkildə qəbulu bizi də qane etmədi. Demokratik Seçki Mərkəzində də bu fikirdə olanlar var. Hesab edirəm ki, məsələyə Ali Məclisin sessiyasında obyektiv qiymət veriləcək". M. Mirəlioğlu müxalifət düşərgəsində təmsil olunan partiyaların iştirakı ilə forumun keçirilməsi cəhdlərinə də münasibətini açıqlayıb: "Forum haqqında çox danışılıb. Hətta bunu sammit kimi təqdim edənlər var. Bu, bizim tərəfimizdən gözlənilən və qəbul olunandır. Hesab edirəm ki, birgə müzakirələrin aparılması ölkədə ictimai-siyasi vəziyyətə təsir edə bilər". -
06-05-2008, 12:11 PMAPA"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
[b]"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Nəsimi rayon Məhkəməsində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
[APA-nın məlumatına görə, iş üzrə zərərçəkən A. Xəlil hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə iştirak etməyib. Hakim bildirib ki, A. Xəlil məhkəməyə yazılı vəsatət göndərərək onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun Azərbaycanda olmadığını, buna görə prosesin təxirə salınmasını xahiş edib. Jurnalist, həmçinin cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Vəsatətin 1-ci hissəsi təmin olunmayıb, amma A. Xəlilə cinayət işi ilə tanış olmaq üçün imkan yaradılacağı bildirilib. İş üzrə təqsirləndirilən S. Strekalin ibtidai istintaq zamanı təzyiqə məruz qalmadığını söyləyib. Məhkəmə baxışı iyunun 20-ə təyin edilib. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 27.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
06-05-2008, 01:41 PMAPAAzərbaycanda "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsin
[b]Azərbaycanda "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qəbul olunacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında "Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, komissiyanın sədri Əli Hüseynov bildirib ki, Azərbaycan bu qanunun qəbul olunması ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb. Müzakirələr zamanı deputat Vahid Əhmədov cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılmasında bankların və QHT-lərin xüsusi rol oynadığını deyib. Onun fikrincə, qanunda banklara nəzarət mexanizmi, həmçinin qeyri-nəğd hesablaşmalara aid müddəalar da əksini tapmalıdır. Deputat Qüdrət Həsənquliyev isə sənəddə korrupsiyaya əsas yaradan müddəaların olduğunu söyləyərək onların çıxarılmasını təklif edib. Onun sözlərinə görə, bank hesablarına nəzarət mümkün olmadığından bu işin effektiv şəkildə həyata keçirilməsi istiqamətində düşünülməlidir: "Bu gün cinayət qrupların əksəriyyəti banklar açıblar və orada özlərinə lazım olan əməliyyatları aparırlar". Müzakirələrdən sonra qanun layihəsi parlamentə tövsiyə olunub. -
06-05-2008, 01:51 PMAPATürkiyəli politoloq İrfan Ülkü: "Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi"
[b]Türkiyəli politoloq İrfan Ülkü: "Ərdoğanın Naxçıvana səfəri tarixi səfər idi"[b]
[İstanbul. Mayis Əlizadə - APA. "Naxçıvan türk dünyasının nöqteyi-nəzərincə geosiyasi önəmə malik olduğuna görə Rəcəb Tayyib Ərdoğanın səfəri tarixi səfər idi". Türkiyədə nəşr olunan "Yeni çağ" qəzetinin siyasi icmalçısı, "Haber 6" telekanalının yayın baş direktoru İrfan Ülkü APA-nın Türkiyə bürosuna baş nazir Ərdoğanın Naxçıvana səfərini belə şərh edib. Onun sözlərinə görə, bundan sonra bölgödə iqtisadi proseslər Naxçıvan-Qars-İğdır-Ərdahan-Doğu Bəyazit çevrəsində cərəyana edəcək: "Türkiyənin Qafqaz və Orta Asiyaya açılan qapısı olan Naxçıvan erməni işğalından sonra bağlı qalıb. Bakıdan Naxçıvana yalnız hava reysləri var. 1992-ci ildən sonra baş nazir Süleyman Dəmirəlin Sədərəkdə "Həsrət körpüsü"nü açmasından sonra bu, Türkiyə baş nazirinin 16 ildə bölgəyə ikinci səfəridir. Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin görüşü iki qardaş ölkənin Naxçıvanla bağlı dünyaya verdiyi önəmli mesajdır. İmzalanmış sazişə görə, Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə "İpək yolu"na çıxacaq qatarlar əvvəlcə Naxçıvana gedəcək, daha sonra səfərə başlayacaqlar. Bu da Naxçıvanın erməni blokadasından xilasına səbəb olacaq". İrfan Ülkü Türkiyənin uzun illər Naxçıvanla maraqlanmadığını deyib: "Ecevit hökuməti dövründə Naxçıvana ötürülən elektrik enerjisi üçün 100 milyon dollar pul istəyirdilər. Amma o vaxtın siyasətçiləri anlamırdılar ki, Türkiyə-Azərbaycan-Naxçıvan münasibətlərini pulla ölçmək mümkün deyil. ABŞ-ın İrana hərbi müdaxilə planı var. Bu iddialarla bağlı Naxçıvan əlavə önəm daşıyır. Baş nazir Ərdoğan özü ilə enerji və nəqliyyat nazirlərini də Naxçıvana aparmışdı. Bu, o deməkdir ki, bölgəyə yatırılan türk sərmayəsinin həcmi daha da artırılacaq. Bunu Naxçıvan rəhbərliyi də çox istəyir. Ötən il İğdırdan Naxçıvana gedəndə sərhəddə söhbət etdiyim adamların hamısı sərbəst ticarət bölgəsinin yaradılmasını istəyirdilər. Yaxın zamanlarda orada yaradılacaq bu cür ticarət bölgəsi Naxçıvanın və regionun inkişafına güclü təkan verəcək. Bundan sonra Naxçıvana Qars-Ərdəhan-İğdır-Doğu Bəyazit kontekstində baxılacaq".