[b]Rusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır[b]
[Moskva - APA. Kreml muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Tatarıstan parlamenti tətilə çıxmazdan əvvəl prezidentlik institutunun ləğvi Konstitusiya dəyişikliyini müzakirəyə çıxarmaq niyyətindədir. Belə olan təqdirdə Tatarıstana 17 ildir rəhbərlik edən Mintimer Şaymiyev parlamentin spikeri olacaq. Analoji islahatların sonradan digər muxtar respublikalarda da həyata keçiriləcəyi istisna edilmir. Rusiya mətbuatı Tatarıstan nümunəsinin ilk öncə Başqırdıstan və Çuvaşiyada tətbiq olunacağını yazır.
Azərbaycan Xəbərləri
Printable View

06-09-2008, 01:51 PMAPARusiya muxtar respublikalarda prezidentlik institutunu ləğv etməyə hazırlaşır

06-09-2008, 02:01 PMAPAAzərbaycan prezidenti Sergey Şoyqunu qəbul edib
[b]Azərbaycan prezidenti Sergey Şoyqunu qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 9-da Rusiyanın Mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Sergey Şoyqunu qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Rusiyanın Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndiyi vurğulanıb, nazirliklər arasında təcrübə mübadiləsinin aparılmasının qarşılıqlı faydalı olduğu qeyd olunub. -
06-09-2008, 02:11 PMAPAXəzər İbrahim: "Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq"
[b]Xəzər İbrahim: "Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq"[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycan bu ilin payızında Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində dənizin hüquqi statusuna dair məsələnin həll olunacağına ümid edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. İran və Türkmənistanla status məsələsi ilə bağlı danışıqların davam etdiyini söyləyən diplomat bildirib ki, danışıqlarda hər dövlət öz maraqlarından çıxış edir, lakin bu maraqlar digər dövlətlərin maraqları ilə ziddiyyət yaratmamalıdır. -
06-09-2008, 02:21 PMAPAHəmsədrlər prezidentlərin Sankt-Peterburq görüşündə yeni təkliflər irəli sürməyiblər
[b]Həmsədrlər prezidentlərin Sankt-Peterburq görüşündə yeni təkliflər irəli sürməyiblər[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə yeni təkliflər irəli sürülməyib".
[APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, görüşdə prezidentlər xarici işlər nazirlərinə mövqelərin yaxınlaşdırılması istiqamətində fəaliyyəti davam etdirmək barədə tapşırıq veriblər. İyunun sonuncu həftəsində həmsədrlərin regiona gələcəyini söyləyən diplomat hesab edir ki, ola bilsin, vasitəçilərin səfəri zamanı hansısa yeni fikir səslənsin. -
06-09-2008, 02:41 PMAPAHüsaməddin Cindoruk: "Cümhuriyyətimizin təməlindəki dünyəvilik prinsipini qorumaq vəzifəsi Konstitusiya Məhkəməsinə verilib"
[b]Hüsaməddin Cindoruk: "Cümhuriyyətimizin təməlindəki dünyəvilik prinsipini qorumaq vəzifəsi Konstitusiya Məhkəməsinə verilib"[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindorukun APA-nın Türkiyə bürosuna müsahibəsi
[- Ali məktəblərdə hicabı sərbəstləşdirən Konstitusiya dəyişikliyi barədə qərarın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) və onu dəstəkləyən media ölkənin ən yüksək məhkəməsinə qarşı total hücuma başlayıblar. Təcrübəli hüquqşünas kimi bu vəziyyəti necə qiymətləndirirsiniz?- Onların iddia etdiyi kimi, Konstitusiya Məhkəməsi kiminsə tərəfini saxlayan bir qurum deyil. Məsələn, Konstitusiya Məhkəməsi üzvlərinin özlərinə sədr seçdikləri Haşim Kılıç hicabla bağlı qərarın əleyhinə səs verib və son vaxtlar qəbul edilən qərarlarda çoxluğa qarşı mövqe tutur. O, hakim yox, mühasibdir. Məhkəmənin belə bir adamı özünə sədr seçməsi bu qurumun o qədər də qatı və sxolastik bir qurum olmadığnıı göstərir. Ona görə də məhkəməyə hücum edən siyasətçilər və onları qeydsiz-şərtsiz dəstəkləyən bəzi media orqanları diqqətli olmalıdır. Mən illərdən bəri siyasi prosesləri çox yaxından izləyən bir adamam. Bizim də yanlış şərhlərimiz olub, Konstitusiya Məhkəməsinin də bəzi qanunları səhv şərh edərək ləğv etmədiyini görmüşük. AKP-yə və digər siyasətçilərə tövsiyəm odur ki, məhkəmə ilə vuruşmaq yerinə yeni Konstitusiya hazırlasınlar.- İqtidar partiyasının qapadılması tələbi ilə Konstitusiya Məhkəməsində başqa bir proses gedir. Bu durumda yeni Konstitusiya ilə bağlı nə edilə bilər?- Qapadılma ilə bağlı prosesi yaddan çıxarıb işlərini görməlidirlər. Porblemdən siyasi çıxış yolu tapılacaq. Yaponiya Konstitusiyasında silahlanma və müharibə ilə bağlı dəyişdirilməsi mümkün olmayan yasaqlar, Almaniya Konstitusiyasında faşizmin qarşısını kəsən maddələr var. İtaliyada, İspaniyada da belədir. Müasir demokratik sistemlər özlərini qorumaq üçün Konstitusiyalara müvafiq maddələr daxil edirlər və demokratik rejimi mühafizə edəcək hüquq sistemi qururlar. Bizim cümhuriyyətimizin təməlindəki dünyəvilik prinsipi bəlkə də ideoloji xarakter daşıyır. Bu ideologiyanı qorumaq vəzifəsi də Konstitusiya Məhkəməsinə verilib. İqtidar partiyası bu həssaslığı nəzərə almalıdır. Mən AKP-nin "milli hakimiyyət" anlayışını qəbul etmirəm. Seçkidə qalib gələn partiya hökuməti idarə edir, amma onun dövlətin bütün qurumlarını ələ keçirərək oraya öz adamlarını yerləşdirməsinə icazə verilmir. Hakimiyyət bölgüsü prinsipi də var. Əgər qanunvericilik və icra orqanı məhkəmələri də ələ keçirərsə, ölkədə diktatura yaranmazmı? Dövlət idarə etmək çox önəmli bir fəlsəfədir. Hər həftə siyasi liderlərin partiyaların parlament fraksiyasında çıxış edərək demoqogiya yaratması yanlışdır. Türkiyə hazırda bunun sıxıntısını çəkir - partiyanın sədri və ya baş nazir parlament qrupunda çıxış edəndə tərəfdarları ona "sənə canımız fəda" deyirlər. Belə getməz. Türkiyə lider demokratiyasından xilas olmalıdır. İki partiyanın - AKP və MHP-nin birləşərək universitetlərdə hicabı sərbəstləşdirməsinə Konstitusiya Məhkəməsi baryer qoyubsa, burada hüquqa hörmət etməkdən başqa çarə yoxdur. Türkiyədə partiyaların seçki ittifaqına icazə verilməli və 10%-lik baryer aşağı çəkilməlidir. Baxın, İtaliyada Berluskoni 11 partiyanın ittifaqını yaradaraq yenidən iqtidara gəldi. Orada seçki baryeri 5%-dir. AKP seçki baryerini aşağı salmadan, seçki ittifaqlarına icazə vermədən, məmurların həmkarlar təşkilatlarına sərbəstlik vermədən, hələ üstəlik işçilərin hüquqlarını minimuma endirərək, böyük həmkarlar təşkilatlarını ələ keçirərək, hökuməti qeydsiz-şərtsiz dəstəkləyən media qurumları yaradaraq seçkilərdə qalib gəlməyə çalışır. Mən bu durumda keçiriləcək seçkinin hüquqi olsa belə, siyasi cəhətdən çox da demokratik olmayacağını düşünürəm. Türkiyə bunları müzakirə etməlidir. -
06-09-2008, 03:21 PMAPAAraz Əzimov: "Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz"
[b]Araz Əzimov: "Ermənistan Cənubi Qafqazın xəritəsini dəyişə bilməz"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Sankt-Peterburq görüşü Azərbaycan prezidentinin qarşı tərəfin mövqeyini öyrənməsi və qaranlıq qalmış məsələləri aydınlaşdırması baxımından çox vacib idi".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, görüş siyasi nöqteyi-nəzərdən önəmli olub: "Həmişə bəyan etdiyimiz kimi, Azərbaycan problemin həlli üçün səylərini sona qədər davam etdirəcək". A. Əzimov qarşı tərəfə məsləhət görüb ki, vaxt keçirməklə, görüşlər yolu ilə hazırkı vəziyyəti uzadıb hansısa siyasi maraqlarını təmin edəcəyini düşünməsin: "Biz onları rahat buraxmayacağıq. Bütün səviyyələrdə Ermənistanın Azərbaycana qarşı törətdiyi əməllər haqqında məlumatlar yayılacaq və bu fəaliyyətimiz işğal altındakı ərazilərimiz boşaldılana qədər davam edəcək. Azərbaycanın bu istiqamətdə imkanları məhdud deyil və prezidentin mövqeyi qətidir. Ermənistanın isə imkanları məhduddur və heç bir dövlət onun mövqeyini dəstəkləmir". Nazir müavini Ermənistanın Cənubi Qafqazın xəritəsini dəyişə bilməyəcəyini bəyan edib: "Regionda üç ölkə var - Azərbaycan, Ermənistan və Gürcüstan. Biz istərdik ki, üç ölkə arasında normal qonşuluq münasibətləri bərpa edilsin. Amma buna əngəl törədən bir problem var - Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı. Ermənistanın yeni rəhbərliyi vəziyyəti araşdıraraq bu problemin aradan qaldırılması üçün düzgün qərar qəbul etməlidir". Danışıqların hansı nöqtədən davam edəcəyinə dair sualı cavablandıran diplomatın sözlərinə görə, Azərbaycan danışıqlara həmişə eyni nöqtədən başlayır və eyni nöqtədən davam etməyə hazırdır: "Bu nöqtə ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan əraziləri geri qaytarılmalı və münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir". A. Əzimov Azərbaycanın kompromislərə hazır olduğunu da vurğulayıb. -
06-09-2008, 03:31 PMAPAAraz Əzimov: "GUAM-ın Tiflis sammitində təşkilatın əhəmiyyət verdiyi prioritet sahələr müzakirə olunacaq"
[b]Araz Əzimov: "GUAM-ın Tiflis sammitində təşkilatın əhəmiyyət verdiyi prioritet sahələr müzakirə olunacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. GUAM sammitində əsasən təşkilatın əhəmiyyət verdiyi prioritet sahələr müzakirə olunacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.
[Onun sözlərinə görə, bu prioritetlər həm beynəlxalq səviyyədə siyasi əməkdaşlıqdan, həm münaqişələrin həllindən, həm GUAM-ın geniş və zəngin potensialın inkişafından, həm Avropaya inteqrasiyasından, həm də tranzit potensialının genişləndirilməsindən ibarətdir. Araz Əzimov Azərbaycanın təşkilatda sədrlik etdiyi bir il ərzində bu sahələrə böyük diqqət yetirdiyini deyib. XİN rəsmisi həmçinin bildirib ki Tiflisdəki sammitdə "GUAM+" formatında görüşlər keçiriləcək. -
06-09-2008, 03:51 PMAPATürkiyə vətəndaşının Bakıda qanunsuz ayaqqabı istehsalı ilə məşğul olduğu müəyyənləşdirilib
[b]Türkiyə vətəndaşının Bakıda qanunsuz ayaqqabı istehsalı ilə məşğul olduğu müəyyənləşdirilib[b]
[Bakı-APA. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saxsı Qablar Zavodunun həyətində Türkiyə vətəndaşı Mustafa Çakırın Türkiyə və İtaliya əmtəə nişanlarından istifadə edərək qanunsuz ayaqqabı istehsalı ilə məşğul olduğu müəyyənləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır. -
06-09-2008, 04:01 PMAPAPolşanın birinci xanımı Azərbaycana gəlib
[b]Polşanın birinci xanımı Azərbaycana gəlib[b]
Bakı. Laçın Sultanova - APA. Polşa prezidentinin xanımı Mariya Kaçinska Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın dəvəti ilə Bakıya gəlib.
[Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi M. Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iyunun 10-11-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Səfər çərçivəsində xanım Kaçinska Bakı Slavyan Universitetində fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzində müəllim və tələbələrlə görüşəcək, polşalı memar Yozef Qoslavskinin adını əbədiləşdirəcək xatirə lövhəsinin açılış mərasimində də iştirak edəcək. Qeyd edək ki, xatirə lövhəsi memarın yaşadığı binanın üzərinə prezident İlham Əliyevin sərəncamı ilə vurulub.19-cu əsrin sonlarında Bakı şəhərinin memarı vəzifəsində çalışan Qoslavski Hacı Zeynalabdin Tağıyevin mülkü (Tarix Muzeyi), Şəhər Dumasının binası (Bakı İcra Hakimiyyəti), Müsəlman qızlar məktəbi (Əlyazmalar İnstitutu), Neft Akademiyasının köhnə binası və digər binaların müəllifi olub. -
06-09-2008, 04:11 PMAPASabah Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda konfrans başlayır
[b]Sabah Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda konfrans başlayır[b]
Bakı. Tamara Qriqoryeva-APA. Sabah Bakıda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük konfrans öz işinə başlayacaq.
[APA-nın məlumatına görə, iclasda gələcək nəsillərin hüquqları, sivilizasiyalar arasında əməkdaşlıq, təhsil, media və əyləncə məsələləri, BMT-nin İnkişaf Proqramı, gender problemi ətrafında müzakirələr aparılacaq. Sessiyanın giriş sözü ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva açacaq. Daha sonra sessiyada Polşa Cənubi Afrika Respublikası, Latviya, Anqolanın birinci xanımları, Türkiyə baş nazirinin həyat yoldaşı, Argentina vitse-prezidentinin xanımı, Rusiya Federasiya Şurasının vitse-spikeri, Texas ştatının qubernatorunun xanımı çıxış edəcəklər. Konfransda "Münaqişə və insan sivilizasiyalarının birliyi", "Qadınlara ehtiram - həyata ehtiramdır", "Milli şüur insanların qloballaşmanın tərkibinə çevrilməsinə qarşı müdafiə vasitəsi kimi", "Qərb və Şərq - biz bir-birimizi necə görürük" kimi mövzularda məruzələr dinlənəcək. Bundan başqa konfransın işində bir sıra qadın nazirlərin, beynəlxalq təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin çıxışları gözlənilir.