[b]Moskva rus dilinin MDB ölkələrində ikinci dövlət dili kimi qəbul olunması təklifi ilə çıxış edib[b]
Moskva - APA. Rusiya Dövlət Dumasının MDB və yaxın xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitəsinin rəhbəri Aleksey Ostrovski keçmiş sovet respublikalarının rəhbərlərinə rus dilinə rəsmi dövlət dili statusu verilməsini təklif edib.
[APA-nın məlumatına görə, Ostrovski bildirib ki, "dövlətin iki rəsmi dilinin mövcud olması innovasiya formulu deyil. Bu cür hal sovetlər dönəmində də mövcud olub, yəni tarixi faktdır". O bildirib ki, bəzi ölkələrdə rus dilinin statusu milli azlıqların dili statusuna kimi endirilib, digər ölkələrdə isə bu dil yalnız danışıq dili kimi istifadə olunur: "Xüsusilə Ukraynadakı vəziyyət narahatlıq doğurur. Bu ölkənin əhalisinin 40 faizinin rus dilini doğma dili hesab etməsinə baxmayaraq, bu dil heç bir rəsmi statusa malik deyil".
Azərbaycan Xəbərləri
Printable View

06-05-2008, 03:41 PMAPAMoskva rus dilinin MDB ölkələrində ikinci dövlət dili kimi qəbul olunması təklifi ilə çıxış edib

06-05-2008, 03:51 PMAPASeyid Lazım Ağanın ocağı onların adından istifadə edənlərə etiraz edir
[b]Seyid Lazım Ağanın ocağı onların adından istifadə edənlərə etiraz edir[b]
Bakı-APA. Seyid Lazım Ağanın nəvəsi Seyid Lazım Seyid Məhəmməd oğlu Əliyev Ocaqlarının adından istifadə olunması ilə bağlı xəbərə etirazını bildirib.
[APA-nın xəbərinə görə, L. Əliyev "Azadlıq" qəzetinin 22 may tarixli sayında Seyid Lazım Ağanın ocağı adından redaksiyaya hədiyyə verilməsi barədə yayılmış məlumatla razılaşmayıb. O, bununla bağlı yazdığı etiraz məktubunda bildirib ki, qəzetdə dərc olunmuş məlumata görə, Laçın rayonu Seyidlər kənd sakini Adil Əliyev və Saatlı rayonu Sarıcılar kənd sakini Əliş Əzizov redaksiyaya gələrək qəzetin baş redaktoru Qənimət Zahidin iş otağına Seyid Lazım Ağanın ocağı adından Atatürkün büstünü və Seyid Lazım Ağanın şəklini hədiyyə ediblər. Məktubda daha sonra bildirilib: "Mən Seyid Lazım Ağanın nəvəsi Lazım Əliyev bu məqaləyə qəti etiraz edirəm. Belə ki, həmin Adil Əliyev və Əliş Əzizovu mən və qardaşlarım tanımırıq və onların Seyid Lazım Ağanın ocağı adından danışmaq ixtiyarı yoxdur. Onlar yalnız öz adlarından danışa bilərlər. Seyid Lazım Ağanın ocağı adından onun övladları və nəvəsi söz demək ixtiyarındadırlar". Məktubda daha sonra bildirilib ki, Seyid Lazım Ağanın varisləri prezident İlham Əliyevin siyasətini bəyənir və qarşıdan gələn prezident seçkilərində ona səs verəcəklərini bəyan edirlər. -
06-05-2008, 04:01 PMAPAAzərbaycanın xarici işlər naziri Belarusa rəsmi səfərə gedəcək
[b]Azərbaycanın xarici işlər naziri Belarusa rəsmi səfərə gedəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 10-11-də Belarusa rəsmi səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Belarus XİN-in mətbuat katibi Andrey Popov açıqlama verib. O bildirib ki, E. Məmmədyarov Minskdə Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko, parlamentin aşağı palatasının sədri Vadim Popov və həmkarı Sergey Martınovla görüşlər keçirəcək. Danışıqlarda əsasən enerji və xarici siyasət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. -
06-05-2008, 04:11 PMAPANovruz Məmmədov: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac yaranıb"
[b]Novruz Məmmədov: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac yaranıb"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan Ermənistan istisna olmaqla, bütün MDB üzvləri ilə həm təşkilat daxilində, həm də ikitərəfli qaydada əlaqələri genişləndirmək üçün addımlar atır". Bu sözləri APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
[Əlaqələri genişləndirmək üçün müəyyən təşəbbüs, konsepsiya və planların olduğunu bildirən şöbə müdiri sabah Sankt-Peterburqda təşkil olunacaq Beynəlxalq İqtisadi Forum və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində ikitərəfli münasibətləri tənzimləyən görüşlərin keçiriləcəyini qeyd edib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşünün hansı formatda keçiriləcəyi, görüşə ev sahibliyi edən Dmitri Medvedyevin görüşə qatılıb-qatılmayacağına dair sualı cavablandıran şöbə müdiri bunun Ermənistan prezidenti yeni seçiləndən sonra ilk görüş olacağını, odur ki, bu görüşə ehtiyac duyulduğunu söyləyib. O, görüşün formatı barədə dəqiq məlumatı olmadığını bildirib: "Azərbaycan prezidenti üçün Ermənistan prezidentinin doğrudan da münaqişənin həlli ilə bağlı müəyyən konstruktiv mövqeyinin, fikirlərinin və ümumiyyətlə, bu məsələni həll etmək səlahiyyətinin olub-olmadığını bilmək çox vacibdir. Çünki son aylar baş verən proseslər, seçkilərdən sonra insanların qətliamı, müxtəlif səviyyədə həbslər, ölkədəki vəziyyət, KİV-in bağlanması göstərir ki, Ermənistan cəmiyyətində bir parçalanma var və əhalinin müəyyən hissəsi Serj Sərkisyana etimad göstərmir. Yaranmış böhrandan sonra Ermənistan prezidentinin münaqişəni həll etmək imkanları da çətinləşir. Bu nöqteyi-nəzərdən bu görüş bizim üçün bir növ tanışlıq xarakteri daşıyacaq, vəziyyətin öyrənilməsi üçün bir imkan olacaq".MDB çərçivəsində baş nazir müavinləri səviyyəsində koordinatorlar institutunun yaradılması təşəbbüsünə münasibət bildirən N. Məmmədov yalnız institut yarandıqdan sonra onun məqsəd və vəzifələri haqqında konkret fikir söyləməyin mümkünlüyünü vurğulayıb. -
06-05-2008, 04:31 PMAPAAŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb
[b]AŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gündəliyi açıqlanıb. APA-nın məlumatına görə, sessiyanın ilk iş günündə AŞ PA prezidenti çıxış edəcək, bəzi komitələrin üzvləri dəyişdiriləcək və Türkiyədə demokratik institutların fəaliyyəti ətrafında diskussiyalar aparılacaq.
[Daha sonra iclasda Boris Zalanın AŞPA Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair hesabatı, Gürcüstan və Makedoniyada parlament seçkiləri ilə bağlı məruzələr dinlənəcək. Günün ikinci yarısında AŞ PA Nazirlər Komitəsinin sədri və İsveçin xarici işlər naziri Karl Bildt kommunike ilə çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Daha sonra AŞ PA üzvləri Qara dənizin ekologiyasına zərər vurulmasına qarşı mübarizəyə dair hesabatı müzakirə edəcəklər. İyunun 24-də həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda demokratik institutların fəaliyyətinə dair hesabatı açıqlayacaqlar. Hesabat ətrafında müzakirələrdən sonra xüsusi qətnamənin qəbul olunması gözlənilir. Həmin gün qadınların müasir cəmiyyətdə rolu və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropa ölkələrində fəaliyyətinə dair məruzələr dinləniləcək. İyunun 25-də keçiriləck iclasın gündəliyinə Avropada demokratiyanın vəziyyəti, Avropada diversifikasiya və miqrasiya məsələləri (məruzəçi Andreas Qross), miqrantların demokratik proseslərdə iştirakında müsbət irəliləyişlər, Avropada demokratik institutların fəaliyyəti (məruzəçi Sergey Qolovatıy), tədris prosesində mədəniyyət, demokratiya və insan hüquqlarının təmin olunması barədə hesabatlar dinlənəcək. Bi r gün sonra AŞ PA üzvləri Çində ümumi vəziyyəti müzakirə edəcəklər, daha sonra Serbiya prezidenti Boris Tadiç iştirakçılar qarşısında çıxış edəcək. Daha sonra Türkiyədə demokratik institutların fəaliyyətinə dair müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Sessiya iştirakçıları həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini müzakirə edəcək (məruzəçi Maykl Xankok), qurumun rəhbəri Yakob Kellenberq bəyanatla çıxış edəcək. Sessiyada Ermənistanda demokratik institutların fəaliyyəti məsələsinin də müzakirəsi gözlənilir. Bu məsələnin gündəliyə daxil edilməsi AŞ PA Monitorinq Komitəsi həmməruzəçilərinin 16-17 iyunda Ermənistana səfərindən asılıdır. Əgər həmməruzəçilər ötən müddət ərzində ciddi irəliləyiş əldə olunmadığı qənaətinə gəlsələr, o zaman məsələ AŞ PA sessiyasında müzakirə olunacaq. -
06-05-2008, 05:41 PMAPABeynəlxalq Böhran Qrupu Abxaziya münaqişəsi ilə bağlı hesabatını açıqlayıb
[b]Beynəlxalq Böhran Qrupu Abxaziya münaqişəsi ilə bağlı hesabatını açıqlayıb[b]
Tiflis. Vüqar Məsimoğlu-APA. Moskva və Tiflis Abxaziya və ətraf bölgələrdə güc tətbiqi hazırlıqlarını dayandırmalı, yaranmış gərginliyin Qafqazda yeni müharibəyə səbəb olmaması üçün ritorikanı bir az yumşaltmalıdırlar.
[Bu fikirlər Beynəlxalq Böhran Qrupunun "Gürcüstan və Rusiya: Abxaziya uğrunda qarşıdurma" adlı hesabatında öz əksini tapıb. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə regional ofisindən APA-ya verilən məlumata görə, hesabatda gürcü-abxaz münaqişəsinin səbəbləri araşdırılır və bütün maraqlı tərəflər tövsiyələr verilir. Hesabatın müəlliflərindən BBQ-nın Qafqaz layihəsinin direktoru Maqdalena Friçeva bildirib ki, Rusiya son iki ay ərzində Abxaziyaya yerləşdirdiyi qoşun və texnikanı oradan çıxarmalıdır: "Eyni zamanda Gürcüstanda Abxaziya ilə münasibətlərdə yeni yanaşmalar tapmalı, bu bölgəni Rusiyadan asılılığı zəiflədəcək mexanizmlərlə şirnikləndirməli, qarşılıqlı etimadın möhkəmlənməsinə yönəlik yollar düşünüb tapmalıdır. NATO-nun öz strateji sərhədlərinə yaxınlaşmasından ehtiyatlanan Rusiya aprel-may aylarında Abxaziyaya əlavə hərbi qüvvələr yerləşdirib və bununla da gərginliyi daha da artırmış olub. Bu siyasət özündə separatçı bölgə ilə əlaqələri dərinləşdirməyi nəzərdə tutur. Rusiya bəyan edib ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə bu ərazidə yaşayan vətəndaşlarını müdafiə etmək üçün güc tətbiq edəcək və Gürcüstanın pilotsuz kəşfiyyat aparatlarını vuracaq. Bu bəyanatlar da həmin siyasəti özündə əks etdirir. Gürcüstan isə bəyan edir ki, Rusiya Suxuminin müstəqilliyə can atmaq meyllərinə iqtisadi, maliyyə və hərbi dəstək verməklə Gürcüstanın ərazi bütövlüyünü pozmuş olur. Qərbdə bir çoxları hesab edir ki, Moskva artıq münaqişənin tərəfinə çevrilib". Hesabat müəllifləri hesab edir ki, Qərb münaqişənin dinc yolla nizamlanması üçün öz təsir gücündən istifadə etməlidir: "Diplomatik addımların effektini artırmaqla Rusiyanı öz qoşunlarını bölgədən çıxarmağın və danışıqlar formatının dəyişdirilməsinin zəruriliyinə inandırmaq lazımdır. Dialoq formatının dəyişdirilməsi zamanı əsas ağırlıq birbaşa gürcü-abxaz dialoqunun üzərinə salınmalı, Avropa İttifaqı danışıqlarda Rusiya və BMT ilə eyni statusda iştirak etməlidir". -
06-05-2008, 05:51 PMAPAAqil Xəlilə mükafat verilməsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təşəbbüskar olub
[b]Aqil Xəlilə mükafat verilməsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təşəbbüskar olub[b]
[Bakı. Hacı Zeynalov - APA. "Amnesty İnternational" təşkilatı bir müddət əvvəl "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə mükafat verib. Bu barədə APA-ya məlumat verən A. Xəlil bildirib ki, o, hələ mükafatın mahiyyəti barədə məlumatsızdır. O, sadəcə, mükafatın ona təqdim olunması üçün dəvətnamə alıb: "Mən bu mükafatı özüm almaq istəyirəm. Buna görə də Londona getmək fikrim var".Qeyd edək ki, A. Xəlilin bu il mayın 22-də saat 16.00-da Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyinə dəvət olunub. O, səfirlikdə görüşlər keçirərək danışıqlar aparıb. Ona mükafatın verilməsində də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüskar olduğu bildirilir. A. Xəlil iyunun 17-də mükafatı almaq üçün Londona getməyi planlaşdırır. -
06-05-2008, 06:01 PMAPARusiya millətçiləri konfrans keçirəcəklər
[b]Rusiya millətçiləri konfrans keçirəcəklər[b]
[Bakı. Laçın Sultanova - APA. İyunun 8-də Moskvada "Yeni siyasi milliyyətçilik" adlı konfrans keçiriləcək. Konfransın təşkilatçılarından biri olan "Narod" hərəkatından APA-ya verilən məlumata görə, tədbirin digər təşkilatçıları "Velikaya Rossiya" siyasi partiyası, Qeyri-leqal Miqrasiya ilə Mübarizə Hərəkatı və Rus İctimai Hərəkatıdır. Konfransın məqsədi vətəndaş milliyyətçiliyi konsepsiyası ətrafında milliyyətçi təşkilatların konsolidasiyası, yaxın dövr üçün məqsəd və vəzifələrin müəyyən edilməsi, müasir Rusiya siyasəti üçün əməkdaşlığın yeni formalarının bəyan olunmasıdır.Tədbirin nəticələri əsasında konfrans təşkilatçılarının fəaliyyətinin koordinasiyası haqqında sazişin imzalanacağı gözlənilir. -
06-05-2008, 06:21 PMAPADAK-ın təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dəyirmi masa keçirilib
[b]DAK-ın təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, DAK Gənclər Təşkilatının sədri Məzdan Seyidli bildirib ki, İranda insan haqlarının pozulması faktlarının sayı artıb, qeyri-fars millətlərə olan qeyri-insani rəftar, işgəncə, edam, sürgün və mədəni soyqırım halları dünya ictimaiyyətinin diqqətini cəlb edib. Onun sözlərinə görə, İranda hakimiyyəti ələ keçirən farslar din faktorundun istifadə edərək, digər millətləri istismar edir. DAK İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda apardıqları mübarizəyə diqqəti yönəldib. O, bu məsələdə beynəlxalq təşkilatları aktiv olmağa da çağırıb. Ə. Amanbəyli deyib ki, 2007-ci ildə 470 İran vətəndaşı müxtəlif səbəblərdən aşkar şəkildə edam olunub. Güney Azərbaycan İstiqlal Partiyasının informasiya mərkəzinin sədri Sadiq İsabəyli, Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı nümayəndəliyin rəhbəri Ağrı Qaradağlı və digərləri beynəlxalq təşkilatların diqqətini İranda baş verənlərə yönəltməyin vacibliyini vurğulayıblar. -
06-05-2008, 06:51 PMAPAİrana keçmək istəyən 12 PKK terrorçusu məhv edilib
[b]İrana keçmək istəyən 12 PKK terrorçusu məhv edilib[b]
İran - APA. İranın şimal-qərb sərhədlərində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib.
[APA-nın İran dövlət radiosuna istinadən verdiyi məlumata görə, təxminən 40 nəfərlik terrorçu qrup İrana daxil olmağa cəhd göstərib. Qərbi Azərbaycan vilayəti ərazisində, Türkiyə və İraq sərhədləri yaxınlığında baş verən toqquşmada 12 terrorçu məhv edilib, xeylisi yaralanıb və qaçmağa müvəffəq olub. Döyüşdə 4 İran əsgəri həlak olub, 1-i yaralanıb. Qərbi Azərbaycan vilayətinin polis idarəsinin nümayəndəsi Şəhnam Rzai faktı təsdiqləyərək, toqquşmaların Hac Umran və Piranşəhr bölgələrində olduğunu açıqlayıb.