[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 09.30-dan 14.15-dək ara-sıra Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.05-dək və saat 22.30-da Ağdam rayonunun Mərzili və Yusifjanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan iyunun 2-si saat 02.45-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.10-dan 00.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Azərbaycan Xəbərləri
Printable View

06-02-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

06-02-2008, 10:31 AMAPAAzərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək
[b]Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 3-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Antal Herdiç və İrji Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcəklər. -
06-02-2008, 10:41 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərində iştirak edirlər
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərində iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində Ostend şəhərində (Belçika Krallığı) «Dənizdə minalara qarşı mübarizə» mövzusunda konfrans (02 -05 iyun), Neapol şəhərində (İtaliya) «Hücum gəmisində təlim» kursu (02 -19 iyun), Berlin şəhərində (Almaniya) «Qara Dəniz Təhlükəsizlik Siyasəti» mövzusunda konfrans (03-05 iyun), İstanbul şəhərində (Türkiyə) «Orta şərqin qeyri-müəyyən gələcəyi və təhlükəsizlik problemləri» mövzusunda konfrans (05-06 iyun) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
06-02-2008, 10:51 AMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıblar
[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıblar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində yardımçı işçi qrupunun iclası (2-4 iyun), Ankara şəhərində «Xəritəçilik üzrə stajkeçmə» təlimi (2-27 iyun), İstanbul şəhərində «Dalğıc kursu» (2 iyun - 25 iyul) və Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dinləyici zabitlər qrupunun mədəni gəzintidə iştirakı (08-14 iyun);Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq isə San Antonio şəhərində "Aerodrom əməliyyatları üzrə zabit kursu" (6 iyun - 5 dekabr) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
06-02-2008, 12:01 PMAPAHillari Klinton Puerto-Rikoda keçirilən ilkin seçkidə qalib gəlib
[b]Hillari Klinton Puerto-Rikoda keçirilən ilkin seçkidə qalib gəlib[b]
[Vaşinqton - APA. Əhalisi ABŞ vətəndaşı olan Puerto-Rikoda Demokrat Partiyasının prezidentliyə vahid namizədini müəyyənləşdirmək üçün ilkin seçki keçirilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, H. Klinton 68% səs toplayaraq qalib gəlib və Puert-Rikodan demokratların ümummilli qurultayına gedəcək 55 nümayəndənin 35-nin səsini əldə edib. Buna baxmayaraq, sabiq birinci ledi rəqibi Barak Obamaya çata bilməyib. Belə ki, B. Obama 2070 qurultay nümayəndəsinin dəstəyinə malik olduğu halda, H. Klintonu dəstəkləyənlərin sayı 1910-dur. Demokratların prezidentliyə rəsmi namizədi olmaq üçün 2118 səs tələb olunur. Növbəti ilkin seçkilər iyunun 3-də Montana və Şimali Dakota ştatlarında keçiriləcək. Qeyd edək ki, Puerto-Rikonun statusuna əsasən yerli əhali ABŞ vətəndaşı olsa da, Konqresdə təmsilçilik hüququndan məhrumdur və prezident seçkilərində səsvermə hüququna da malik deyil. -
06-02-2008, 12:11 PMAPAUkrayna parlamentinin üzvü Oleq Babayev: "Damarlarında azərbaycanlı qanı axan şəxs kimi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı siyasətini dəstəkləyirəm"
[b]Ukrayna parlamentinin üzvü Oleq Babayev: "Damarlarında azərbaycanlı qanı axan şəxs kimi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı siyasətini dəstəkləyirəm"[b]
Kiyev. Zaur Nurməmmədov-APA. "Təəssüf ki, həddən artıq məşğul olduğuma görə Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri və Azərbaycandakı qohumlarımla çox az-az görüşə bilirəm. Amma ümidvaram ki, soydaşlarımızla əlaqələri genişləndirə biləcəyəm. Qeyd etmək istəyirəm ki, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə çox yaxşı münasibətlərimiz var".
[Bu eksklüziv açıqlamanı APA-ya Ukrayna Ali Radasının üzvü, milliyyətcə azərbaycanlı olan Oleq Babayev verib. O, Azərbaycanla Ukrayna arasında normal ikitərəfli münasibətlərin mövcud olduğunu xatırladıb: "Mən isə damarlarında azərbaycanlı qanı axan bir şəxs kimi hər iki ölkənin bu istiqamətdəki xarici siyasət kursunu aktiv şəkildə dəstəkləyirəm. Həmçinin ümidvaram ki, yaxın zamanlarda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq". Eyni zamanda Ukrayna çempionatında çıxış edən "Vorskla" klubunun prezidenti olan Oleq Babayev Azərbaycan futbolunun inkişafı perspektivlərinə də münasibət bildirib: "Bu gün idmanın, xüsusilə də futbol sektorunun uğurlu inkişafının əsas faktorlarından biri bu sahənin lazımi səviyyədə maliyyələşdirilməsidir. Bundan başqa, futbol klublarının gələcəkdə daha normal fəaliyyət göstərməsi üçün əsas diqqəti orta məktəblərdə futbolun təbliğinə ayırmaq lazımdır".Qeyd edək ki, Oleq Babayev 1965-ci ildə Rusiyanın Kursk şəhərində anadan olub. Atası azərbaycanlı, anası rusdur. Orta məktəbi bitirdikdən sonra Minsk Ali Hərbi-Siyasi Ümumqoşun Məktəbinə daxil olub. 11 il Uzaq Şərqdə, Çexoslovakiya və Kiyevdə hərbi qulluqda olub. Ordudan tərxis olunduqdan sonra 9 il Kremençuk ət kombinatının direktoru vəzifəsində çalışıb. 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin maliyyə bölümünü bitirib. Hazırda "Yuliya Timoşenko Bloku"nun üzvü kimi Ali Radada təmsil olunur. Ukrayna parlamentinin ekoloji siyasət, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması komitəsinin üzvüdür. Oleq Babayev həmçinin "Vorskla" futbol klubunun prezidenti, cüdo üzrə idman ustasıdır. -
06-02-2008, 12:21 PMAPAQazaxıstanda Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlı və gürcülərin xatirə kompleksi açılıb
[b]Qazaxıstanda Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlı və gürcülərin xatirə kompleksi açılıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Qazaxıstanda Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlı və gürcülərin xatirəsinə ucaldılmış memorial kompleksin açılışı keçirilib. APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Qırğızıstan, Polşa, Almaniya, Avstriya və Rumıniya səfirliklərinin nümayəndələri iştirak ediblər. -
06-02-2008, 12:31 PMAPAAllahşükür Paşazadə Almaniya və Səudiyyə Ərəbistanında keçiriləcək tədbirlərdə iştirak edəcək
[b]Allahşükür Paşazadə Almaniya və Səudiyyə Ərəbistanında keçiriləcək tədbirlərdə iştirak edəcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Almaniyaya gedib.
[QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Konrad Adenauer Fondu, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi və Azərbaycan-Almaniya dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda iyunun 2-3-də Berlində keçiriləcək konfransda iştirak etməkdir. A. Paşazadə konfransda müxtəlif din nümayəndələrinin dinc birgə yaşayış, faydalı əməkdaşlıq məkanı olan, tolerantlığın hökm sürdüyü Azərbaycanda üç dini konfessiya - İsam, xristian və yəhudi dinləri arasında mövcud, bütün dünya üçün örnək ola biləcək münasibətlər barədə məruzə ilə çıxış edəcək.İyunun 4-də isə QMİ sədri Səudiyyə Ərəbistanında keçirilən Dialoq üzrə Beynəlxalq İslam konfransında iştirak etmək məqsədilə Məkkə şəhərinə yola düşəcək. Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz al-Səudun himayəsi ilə İslam Aləmi Liqasının Baş Katibliyinin qərargahında keçiriləcək tədbirdə İslamda dialoq və onun hüdudları ilə bağlı elmi müzakirələr aparılacaq, dialoqa dair İslam Paktı hazırlanacaq. Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək. -
06-02-2008, 12:41 PMAPAKeçmiş hakimlər vəkilliyə qəbul olunublar
[b]Keçmiş hakimlər vəkilliyə qəbul olunublar[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanda vəkilliyə qəbul prosesi davam edir. Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, qurumun Rəyasət Heyətinin iclasında daha 7 şəxs vəkilliyə qəbul olunub. Onlardan 3-ü - Nadim Heydərov, Ramiz Mirzəyev və İmamqulu Həsənov keçmiş hakimlərdir. Kollegiyadan bildirilib ki, yaxın zamanlarda vəkilliyə yeni qəbul prosesi başlanacaq. Qeyd edək ki, Azərbaycanda vəkillərin sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. -
06-02-2008, 02:01 PMAPAMetyu Brayza və Stiven Mənnin Azərbaycana səfəri gözlənilir
[b]Metyu Brayza və Stiven Mənnin Azərbaycana səfəri gözlənilir[b]
Bakı. Laçın Sultanova - APA. ABŞ dövlət katibinin müavinin köməkçiləri, ATƏT-in Minsk Qrupunun hazırkı həmsədri Metyu Brayza və keçmiş həmsədr, ABŞ Dövlət Departamentində Avrasiya enerji məsələlərinin koordinatoru Stiven Mənnin sabah Bakıda açılacaq «Xəzərneftqaz-2008» sərgisində iştirakı gözlənilir.
[APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. Qeyd edək ki, sərgidə ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Avropa enerjisi üzrə xüsusi nümayəndəsi Boydon Qrey rəhbərlik edəcək.