[b]"Parfums De France" Azərbaycanda fəaliyyətini genişləndirir[b]
[Bakı. Ülkər Qasımova - APA. Bir müddət əvvəl "Parfums De France" mağazalar şəbəkəsinin keçmiş şəriki Nərimə Abdinbəyova mətbuat konfransı keçirərək mağazaların fəaliyyətini dayandırdığını və onun əvəzinə "Parfumeir" mağazalarının fəaliyyətə başlayacağını bildirmişdi. Bu gün isə "Parfums De France" mağazalar şəbəkəsinin ikinci şəriki olan fransalı iş adamının rəhbərlik etdiyi Azərbaycan nümayəndəliyinin baş direktoru Faiq Kərimov və sərmayəçisi Fərid Əliyev yeni "Parfums De France" mağazasının açılışını keçiriblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Faiq Kərimov əvvəllər "Taki distribution" şirkətinə şirkətinə məxsus olan "Parfums De France" ətriyyat mağazalar şəbəkəsinin indi "Louvre distribution" LLC-yə məxsus olduğunu deyib: "Hazırda "Parfums De France"a cənab Fərid Əliyev və şirkətin fransalı sahibkarları rəhbərlik edirlər. Əminliklə söyləmək olar ki, bu gün "Parfums De France" əvvəlkindən daha güclüdür. Hazırda bu şəbəkəyə məxsus 6 mağaza fəaliyyət göstərir. Bu yaxınlarda 2 yeni dükan açılıb, qarşıdakı bir neçə ay ərzində daha 3 dükanın açılması planlaşdırılır". F. Kərimov ilin sonuna kimi Gəncə, Sumqayıt, Zaqatala, Şirvan və Naxçıvan şəhərlərində də "Parfums De France" mağazalarının açılacağını bildirib: ""Parfums De France" öz işinə davam edəcək və Fransanın daha mükəmməl firmaları ilə işbirliyi həyata keçirəcək. Biz məhkəmədə "Parfumse De France" emblemini udmuşuq və bu işi dayandırmaq fikrində deyilik. "Parfums De France" mağazalarının bir neçəsinin yerində "Parfumeir" mağazasının açılmasının isə bizə heç bir aidiyyəti yoxdur. Həmin yerlərin yaxınlığında biz də öz mağazalarımızı açacağıq". Baş direktor onu da əlavə edib ki, Azadlıq prospektində fəaliyyətə başlayan "Parfums De France" mağazasının birinci mərtəbəsində Fransadan dəvət olunmuş saç ustaları, vizajistlər və kosmetoloqların çalışacağı xüsusi salon açılacaq.
Azərbaycan Xəbərləri
Printable View

07-15-2008, 02:41 PMAPA"Parfums De France" Azərbaycanda fəaliyyətini genişləndirir

07-15-2008, 03:01 PMAPAHəmyerlimiz Elçin Əzizov Böyük Teatrda çalışacaq
[b]Həmyerlimiz Elçin Əzizov Böyük Teatrda çalışacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Elçin Əzizov Moskvada Böyük Teatra ("Bolshoy Teatr") işə qəbul olunub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva məlumat verib. Onun sözlərinə görə, E. Əzizov Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə yarım il müddətində Qalina Vişnevskayanın opera məktəbində dərs alaraq sınaq müddəti keçib. Sınaq müddətini uğurla başa vurduqdan sonra isə azərbaycanlı solist Böyük Teatra işə qəbul olunub. Qeyd edək ki, E. Əzizov bir sıra beynəlxalq festivallar və müsabiqələrin iştirakçısıdır. Hazırda Bakıda olan solist avqustun əvvəllərində Moskvaya gedəcək. -
07-15-2008, 03:11 PMAPATürkiyənin cənub-şərqində 22 PKK terrorçusu məhv edilib
[b]Türkiyənin cənub-şərqində 22 PKK terrorçusu məhv edilib[b]
[Ankara - APA. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində apardıqları hərbi əməliyyat zamanı 22 PKK terrorçusu məhv edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahı həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, iyulun 11-də Şırnak rayonu ərazisindəki İncəbel dağlarında bir qrup PKK-çının cəmləşdiyi və terror aksiyalarına hazırlaşdığı müəyyənləşdirilib və həmin terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanıb. Terrorçulara hərbi təyyarələr, vertolyotlar və toplar vasitəsilə zərbələr endirilib. Əməliyyat nəticəsində 22 terrorçu məhv edilib. Terrorçulara məxsus xeyli silah-sursat, qida və dərman ləvazimatları aşkarlanaraq götürülüb, PKK-çıların istifadə etdiyi sığınacaq və mağaralar dağıdılıb. -
07-15-2008, 03:21 PMAPAYasamalda qısqanclıq zəminində qətl hadisəsi törədilib
[b]Yasamalda qısqanclıq zəminində qətl hadisəsi törədilib[b]
[Bakı-APA. Yasamal rayonundakı Zərdabi küçəsindəki 53 "A" saylı evin gözətçisi, Salyan rayon sakini Elmir Paşayev qısqanclıq zəminində, həmin evin zirzəmisində Bakı şəhər sakini Gülçöhrə Aqlimanovanı boğub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Elmir Paşayev könüllü şəkildə polisə təslim olub, faktla bağlı araşdırma aparılır. -
07-15-2008, 03:31 PMAPAPenitensiar Xidmətin rəisinin yol qəzasında xəsarət alan anası da dünyasını dəyişib
[b]Penitensiar Xidmətin rəisinin yol qəzasında xəsarət alan anası da dünyasını dəyişib[b]
[Bakı. APA. Dünən saat 12.30 radələrində Bakı-Quba yolunun 86-cı km-də, Siyəzən rayonu ərazisində baş verən qəza nəticəsində xəsarət alan daha bir şəxs Tamella Ələkbərova xəstəxanada dünyasını dəyişib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. T. Ələkbərova ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun anasıdır. N. Ələkbərovun atası Ramiz Ələkbərov hadisə yerində dünyasını dəyişmişdi. Qeyd edək ki, Siyəzən rayonu Zarat kəndinin ərazisində Dəvəçi rayon sakini Vasif Bayramovun idarə etdiyi "VAZ-21074" markalı və Bakı şəhər sakini Nailə Ələkbərovanın (Nazim Ələkbərovun bacısı) idarə etdiyi "Honda" markalı avtomaşınların toqquşması nəticəsində "VAZ-21074" markalı avtomaşının sərnişini, Dəvəçi rayon sakini Şirəli Novruzov da hadisə yerində ölüb. Xəsarət alan hər iki sürücü və R. Bayramovun sərnişinləri, həmyerliləri Narxanım Novruzova, Əfsanə Novruzova, Ağdaş rayon sakini Pərvin Məmmədov, habelə N. Ələkbərovanın sərnişinləri, Nadir Zeynalov və Rəşid Vəzirov xəstəxanaya yerləşdiriliblər. -
07-15-2008, 03:41 PMAPAStiven Mann Bakıdadır
[b]Stiven Mann Bakıdadır[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavininin köməkçisi Stiven Mann Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dmitri Taraxovskinin APA-ya verdiyi məlumata görə, S. Mann ABŞ prezidentinin xüsusi elçisi Boydon Qreylə birlikdə Azərbaycana gəlib. B. Qrey bu gün geri dönəcək, S. Mann isə daha bir gün Azərbaycanda qalaraq rəsmi şəxslər və Azərbaycanın enerji qurumlarının rəhbərləri ilə görüşəcək. O, Bakıdan Moskvaya yola düşəcək. -
07-15-2008, 03:51 PMAPATürkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır
[b]Türkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır[b]
[Ankara - APA. Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, konfransda xaricdə çalışan 140 səfir, eləcə də Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan səfirlər iştirak edir. Diplomatlar toplantıdan əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət ediblər. Dörd gün davam edəcək konfransda Orta Şərqdə vəziyyət və Avropa Birliyi ilə əlaqələr başda olmaqla, Türkiyənin xarici siyasətindəki ən aktual məsələlər müzakirə ediləcək, ölkənin bu sahədəki strategiyası haqqında fikir mübadiləsi aparılacaq. Diqqət mərkəzindəki məsələlərdən biri də ermənilərin uydurma "soyqırım" iddialarına qarşı həyata keçiriləcək tədbirlər və ABŞ-da keçiriləcək prezident seçkilərinin Türkiyəyə, bölgəyə mümkün təsirləri olacaq. -
07-15-2008, 04:01 PMAPARusiya prezidenti ölkənin xarici siyasət konsepsiyasını təsdiqləyib
[b]Rusiya prezidenti ölkənin xarici siyasət konsepsiyasını təsdiqləyib[b]
[Bakı. Laçın Sultanova-APA. Rusiya xarici siyasətinin prioritet istiqaməti MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. APA-nın məlumatına görə, bu fikir Rusiya prezidenti Dmitri Medvedyevin təsdiqlədiyi "Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası" adlı sənəd regional prioritetlər bölməsində öz əksini tapıb. Sənəddə deyilir ki, Rusiya MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin olunması sahəsində, o cümlədən ümumi çağırış və təhlükələrlə birgə mübarizə, ilk öncə beynəlxalq terrorizmə, ekstremizmə, narkotrafikə, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiyaya qarşı əməkdaşlığı genişləndirəcək. Birinci dərəcəli vəzifələr sırasında Əfqanıstan ərazisindən istiqamətlənən terror və narkotəhlükənin neytrallaşması, Mərkəzi Asiya və Cənubi Qafqazda stabilliyin pozulmasına imkan verməməkdir. "Rusiya MDB məkanında mövcud olan münaqişələrin beynəlxalq hüquqa, əvvəllər əldə olunmuş razılaşmalara hörmət edərək və münaqişəyə cəlb olunmuş tərəflər arasında razılığın əldə olunmasına əsaslanaraq, danışıqlar prosesində öz vasitəçilik missiyasını məsuliyyətlə realizə edərək, bu münaqişələrin sülh yolu ilə həllinə aktiv yardım etməyə davam edəcək". -
07-15-2008, 04:11 PMAPAŞirvan kanalında boğulan Göyçay sakininin meyiti tapılıb
[b]Şirvan kanalında boğulan Göyçay sakininin meyiti tapılıb[b]
[Göyçay. Zahid Abışov-APA. Dünən Şirvan kanalında boğulan Göyçay rayon sakini Camal Qurbanovun meyiti tapılıb. Göyçay rayon Polis Şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, adı çəkilən şəxsin meyiti batdığı yerdən bir qədər aralıda, rayonun Cəyirli kəndi ərazisində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. -
07-15-2008, 04:21 PMAPAPolisə könüllü təslim olan Salyan rayon sakininin başqa cinayətinin də üstü açılıb
[b]Polisə könüllü təslim olan Salyan rayon sakininin başqa cinayətinin də üstü açılıb[b]
[Bakı - APA. Dünən Yasamal rayonu, Zərdabi küçəsindəki 53 "A" saylı evdə Bakı şəhər sakini Gülçöhrə Aqlimanovanı boğaraq öldürdükdən sonra könüllü şəkildə polisə təslim olan Elmir Paşayevin başqa bir qətl törətdiyi də müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, həmin şəxs G. Aqilmanovanın hadisənin şahidi olan qızlarını da boğub. Nəticədə qadının 6 yaşlı qızı ölüb. E. Paşayevin boğaraq öldürmək istədiyi 9 yaşlı qız isə sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, E. Paşayevin Salyan rayon sakini olduğu, 53 "A" saylı evin gözətçisi işlədiyi və G. Aqlimanovanı evin zirzəmisində boğduğu müəyyən edilib.