[b]Azərbaycanda jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi ilə bağlı sorğu keçirilən sorğunun nəticələri açıqlanıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Mətbuat Şurası (MŞ) ilə jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi imkanlarını araşdırmaq məqsədilə KİV-də çalışanlar arasında keçirdiyi birgə rəy sorğusu başa çatıb. BAMF-dan APA-ya verilən məlumata görə, sorğu zamanı müraciət edilən 300 mətbuat nümayəndəsindən 215 nəfəri anketləri lazımı qaydada doldurub. Sorğuda KİV-də çalışan redaktorlar, məsul katiblər, şöbə müdirləri, köşə yazarları və müxbirlərlə yanaşı texniki işçilərin də (dizayner, yığıcı, kargüzar və sairə) rəyi öyrənilib. Respondentlərin 13,4 % çalışdığı KİV-in maliyyə vəziyyətinin yaxşı, 37,6% pis, 34,4 % isə orta qiymətləndirib. Rəyi soruşulanlar arasında ən az əməkhaqqı məbləği 40 manat (9 nəfər), ən çox əməkhaqqı məbləği isə 700 manat (bir nəfər) olub. Ümumilikdə isə sorğuda iştirak edən KİV işçilərinin orta aylıq əmək haqları 181 manat təşkil edir. Media nümayəndələrinin əsas problemlərindən biri mənzillərinin olmamasıdır. Respondentlərin 76,2% - i mənzil şəraitinin onları qane etmədiyini deyib. Sorğu zamanı məlum olub ki, respondentlərin 70,2% - i indiyədək kredit imkanlarından istifadə edə bilməyib. Sorğu iştirakçıları xüsusi qeyd yerində maraqlı faktlar da göstəriblər. Məsələn, kimliyini gizlətməyən bir jurnalist baş redaktor tərəfindən işçilərin qonorar və əmək haqlarının bir hissəsinin mənimsənildiyini yazıb. Sorğuda iştirak edən jurnalistlər son on ildə dövlət büdcəsinin dəfələrlə artmasına baxmayaraq, qonorarlarının artmadığından gileyləniblər.
Azərbaycan Xəbərləri
Printable View

06-25-2008, 01:51 PMAPAAzərbaycanda jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi ilə bağlı sorğu keçirilən sorğunun nəticələri açıqlanıb

06-25-2008, 02:01 PMAPAFərhad Əliyevin məhkəməsində təqsirləndirilən şəxslər bəraət istəyiblər
[b]Fərhad Əliyevin məhkəməsində təqsirləndirilən şəxslər bəraət istəyiblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxslərdən Maarif Qurbanovun vəkili Samir İsayev və Əlixan Paşayevin vəkili Eldəniz İsgəndərov müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə şərti cəza alan Məhəmmədnəbi Rüstəmovun vəkili Qayıb Cənnətov çıxışında bildirib ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur. Vəkil M. Rüstəmovun haqqında çıxarılmış şərti cəzanın da ləğvini istəyib. Proses günün ikinci yarısında R. Əliyevin vəkili Fuad Ağayev çıxış ilə davam etdiriləcək.Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. -
06-25-2008, 02:11 PMAPADmitri Rupel: "Qafqazda stabilliyin bərqərar olması bütün ölkələrin, o cümlədən Rusiyanın xeyrinədir"
[b]Dmitri Rupel: "Qafqazda stabilliyin bərqərar olması bütün ölkələrin, o cümlədən Rusiyanın xeyrinədir"[b]
[Bakı. Laçın Sultanova-APA. "Dondurulmuş münaqişələrin dayanaqlı nizamlanmasında biz hamımız maraqlıyıq. Qafqazda stabilliyin bərqərar olmasından isə bütün qonşu ölkələr, o cümlədən Rusiya qazanclı çıxar". APA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqına sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupel söyləyib. O, dondurulmuş münaqişələrin nizamlanması prosesində əməkdaşlığı vacib sayıb: "Ona görə də biz dondurulmuş münaqişələrin nizamlanmasında irəliləyiş əldə etmək üçün ümumi qonşuluq zonasında maksimum konstruktiv hərəkət etməli və regionda uzunmüddətli stabilliyə yardım göstərməliyik". -
06-25-2008, 02:21 PMAPATerri Devis: "Azərbaycanda daha çox söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək"
[b]Terri Devis: "Azərbaycanda daha çox söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası Parlament Assambleyası istədiyi qətnamə və məruzələri qəbul etməkdə sərbəstdir və bununla bağlı şərh verməyəcəyəm".
[APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Strasburqda mətbuat konfransı keçirən Avropa Şurasının baş katibi Terri Devis söyləyib. Jurnalistlərin Azərbaycanda seçkiöncəsi vəziyyət və AŞPA-nın qəbul etdiyi qətnaməni hansı formada yerinə yetirəcəyi ilə bağlı suallarını cavablandıran Terri Devis Azərbaycan hökumətindən çox şey gözlədiyini deyib: "Ümidvaram ki, Azərbaycan hökuməti müvafiq tədbirlər görməmişdən əvvəl Avropa Şurası Parlament Assambleyasına layiq olduğu diqqəti göstərəcək. Avropa Şurası təkcə AŞ PA-dan ibarət deyil. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı öz narahatlıqlarını ifadə edib. Baş katib kimi mən də Azərbaycandakı vəziyyətlə bağlı, o cümlədən jurnalistlərin həbsi ilə bağlı ciddi narahatlığımı ifadə etmişəm. Düşünürəm ki, jurnalistlərin durumunu yaxından izləmək lazımdır. Media azadlığı demokratiyanın özülünü təşkil edir. Azərbaycanda daha çox mətbuat və söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək". -
06-25-2008, 03:21 PMAPAXəzər İbrahim: "Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik"
[b]Xəzər İbrahim: "Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycan Minsk Qrupunun həmsədrlərini dəyişdirməklə bağlı ATƏT katibliyinə müraciət etməklə prosedur qaydaları öyrənmək istəyirdi".
[APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Onun sözlərinə görə, Azərbaycanın müraciəti hər hansı bir narazılıqla əlaqədar deyil: "Mahiyyət etibarilə Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları fəal surətdə davam etdirəcək. Həmsədrlərinin regiona səfərindən gözləntimiz Ermənistan tərəfinə sərt bəyanatlar vermələridir." Xəzər İbrahim həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu tərəfindən yeni təkliflər yoxdur, danışıqlar Madrid təklifləri əsasında və BMT-nin martın 14-də qəbul etdiyi qətnamə də nəzərə almaqla beynəlxalq hüquq normalarına uyğun davam etdiriləcək. -
06-25-2008, 03:31 PMAPAFransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib
[b]Fransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib[b]
[Paris. Kərim Həsənli - APA. Fransa parlamentinin yuxarı palatası olan Senat Türkiyənin Avropa Birliyinə qəbuluna dair referendumun təşkil olunmasına dair hüquqi düzəlişi rədd edib. APA-nın xəbərinə görə, həmin qanun layihəsi parlamentin aşağı palatası tərəfindən may ayında qəbul olunmuş və Senatın hüquq və xarici işlər komissiyaları tərəfindən tənqid edilmişdi. Düzəlişə əsasən əhalisinin sayı Avropa Birliyinin ümumi əhalisinin 5%-dən artıq olan ölkələrin bu quruma üzvlüyü üçün referendumun keçirilməsi şərti irəli sürülürdü. Müzakirələr zamanı çıxış edən senatorlar layihənin Fransaya dost və müttəfiq olan ölkəyə qarşı atılan pis niyyətli, ayrı-seçkilik yaradan addım kimi qiymətləndiriblər. Senatın düzəlişi rədd etməsindən sonra layihə parlamentin aşağı palatasına geri qaytarılacaq. Sənədlə bağlı yekun qərar qanunvericilik orqanının hər iki palatasının iyul ayında keçiriləcək birgə toplantısında qəbul olunacaq. Bunun üçün deputatların 3/5-nün səs verməsi lazım gələcək. -
06-25-2008, 03:41 PMAPAXəzər İbrahim: "Azərbaycan öz ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qətnamələrinin icrasını gözləyir"
[b]Xəzər İbrahim: "Azərbaycan öz ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qətnamələrinin icrasını gözləyir"[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. "Ermənistanın Avropa Şurası Parlament Assambleyasında ötən gün Azərbaycanla bağlı qəbul edilən qətnaməni ciddi qəbul etməsini istəyirik". APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O qeyd edib ki, indiyə kimi Azərbaycanın ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qəbul etdiyi çoxlu sayda qətnamələr var və Azərbaycan tərəfi bu qətnamələrin yerinə yetirilməsini gözləyir: "Müxtəlif təşkilatlar öz mandatlarına uyğun olaraq regionda sülh və stabilliyin təmin olunması üçün iş aparır və müvafiq qərarlar qəbul edirlər, amma əsas qərarların qəbulu deyil, onların icrasıdır". Xəzər İbrahim vurğulayıb ki, Azərbaycan tərəfi AŞPA qətnaməsinin rəsmi İrəvan tərəfindən tam ciddiliklə ilə qəbul edilməsini və bu ölkənin beynəlxalq ictimaiyyətin rəyi ilə hesablaşmasını gözləyir. -
06-25-2008, 03:51 PMAPAAyasofiyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq
[b]Ayasofiyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Bu gün İstanbulun məhşur Ayasofiya sarayında ilk dəfə olaraq Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı məlumat verib. Diplomat bildirib ki, Azərbaycanın İstanbuldakı konsulluğunun təşəbbüsü ilə keçirilən və Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş sərgidə Türkiyənin məhşur universitetlərində dərs verən, Azərbaycanın 30-a yaxın incəsənət ustasının 50-dək rəsm əsəri sərgilənəcək. Tədbirdə İstanbulda yerləşən diplomatik korpusların, o cümlədən Azərbaycan diasporasının nümayəndələri, incəsənət xadimləri, ziyalılar iştirak edəcəklər. -
06-25-2008, 04:01 PMAPASabir Rüstəmxanlı: "DAK-da bədii hissəyə ehtiyac yoxdur"
[b]Sabir Rüstəmxanlı: "DAK-da bədii hissəyə ehtiyac yoxdur"[b]
[Bakı. Ramil Məmmədli - APA. "İlhamə Quliyevə sonuncu mətbuat konfransında demişdi ki, hökumət haranı göstərsə, bundan sonra onun yeri ora olacaq. Amma bizim öz yerimiz var və bunun hökumətə aidiyyəti yoxdur. Dünya Azərbaycanlıları Konqresi qeyri-hökumət təşkilatıdır". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bundan sonra DAK təşkilata sıx bağlı olmayan adamlardan təmizlənəcək: "DAK siyasi qurumdur. Əvvəllər kimin maddi imkanı var idi, DAK-ın Avropa ölkələrində keçirilən qurultaylarında iştirak edirdi. Sonra həmin adam qurultayda nümayəndə olurdu və özünü DAK üzvü hesab edirdi. Sənətinə hörmət etdiyim İlhamə Quliyevanı və digər sənət adamlarımızı da qurultaylara aparırdıq. Həmin müğənnilər orada öz sənətlərini nümayiş etdirirdilər. Sonuncu qurultayda qərara gəldik ki, bu, siyasi toplantıdır və bədii hissəyə ehtiyac yoxdur. Digər tərəfdən də Avropada bu gün hər kəs öz evində Azərbaycan telekanallarına baxır. Burda olduğu kimi, orda da bizim musiqiçilərdən cana gəliblər. İlhamə Quliyeva DAK-ın tərəfkeşi kimi qalsa, minnətdar olarıq, qalmasa da öz işidir. İstəyirik ki, DAK doğrudan da bu yolda mübarizə aparanların təşkilatı olsun". -
06-25-2008, 04:11 PMAPAAnn Dersi: "ABŞ Azərbaycanın kütləvi informasiya vasitələrinin demokratik inkişafında çox maraqlıdır"
[b]Ann Dersi: "ABŞ Azərbaycanın kütləvi informasiya vasitələrinin demokratik inkişafında çox maraqlıdır"[b]
[Bakı. Turan Hüseynova-APA. "ABŞ Azərbaycanın kütləvi informasiya vasitələrinin demokratik inkişafında çox maraqlıdır". Bu eksklüziv açıqlamanı APA-ya ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi verib. AŞPA-nın dünən Azərbaycanlı bağlı gəbul etdiyi qətnamə ilə hələlik tam tanış olmadığını deyən səfir ölkəsinin Azərbaycanda demokratik inkişafın davam edəcəyinə inandığını deyib: "ABŞ Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə insan hüquqlarının demokratik yolla inkişafı üçün dialoq aparır".